Məhkəmə qərarları › İş №15(3-6)-76/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-76/2026

26.05.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-76/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Ərizəçi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Şöbəsinə qarşı “müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi” barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Fərid İlham oğlu Mədətlinin sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Gülhanə Coşqun qızı Cəfərovanın katibliyi ilə, İddiaçı Ərizəçi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARILAN İCRAAT: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə onun hərbi xidmətə yararlı olubolmamağını

1. müəyyən etmək üçün yenidən müayinə keçməyi ilə bağlı öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Həmçinin iddiaçı ##.##.2026-cı il tarixdə müvvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, səhhətinin vəziyyətini və məhkəmə icraatının davam etməsini nəzərə alaraq, məhkəmə tərəfindən iş üzrə yekun qərar çıxarılıb qanuni qüvvəyə minənədək hərbi xidmətə göndərilməyinin müvəqqəti dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, 2013-cü ildən 12 barmaq bağırsağında yaranmış və hələ də sağalmayan ağır xəstəliyi ilə bağlı təkrar tibbi müayinə vaxtları (##.##.2022 və ##.##.2025) müəyyən edilməklə ##.##.2019-cu ildə və ##.##.2022-ci ildə SHXÇDX-nin Nəsimi rayon HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 57B maddəsinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə məhdud yararlı hesab edilərək möhlət almışdır. Hal-hazırda həkim nəzarətində mütəmadi dərman qəbul edib pəhriz saxlayır. Əks halda səhhətində qəfil ağırlaşmalar yaranır. Onu da bildirir ki, ##.##.2025-ci il tarixdə onu təkrar həkim müayinəsinə dəvət edərək formal baxış keçirdib heç bir müayinə aparmadan və xəstəliyin vəziyyətini öyrənmədən hərbi xidmətə yararlı olduğunu bildirdilər. O, nəticə ilə razılaşmadı və yenidən müayinə etmələrini tələb etsə də nəticə dəyişmədi. Sanki insan həyatı bu həkimlər üçün heç bir məna ifadə etmir. Əminliklə bildirir ki, yenidən müayinə olunduğu halda hələ də hərbi xidmətə yararsız olduğu müəyyən ediləcəkdir. Lakin qeyd etdiyi kimi həkimlər ona qarşı qərəzli mövqe nümayiş etdirərək heç bir əsas göstərmədən onu aldadıb yenidən müayinə etmədilər. Bu səbəbdən də ali qanunvericiliyin tələbini rəhbər tutaraq "yenidən müayinə olunmağıyla bağlı öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etdi. İş üzrə bir neçə məhkəmə prosesi keçirilmiş və Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)-****/**** nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin mütəxəssisi qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. ##.##.1996-cı il təvəllüdlü Ərizəçi canlı müayinə olunmaqla onda hansı xəstəlik və qüsurlar aşkar olunur? 2. ##.##.1996-cı il təvəllüdlü Ərizəçi sağlamlıq vəziyyəti nəzərə alındıqda hərbi xidmətə yararlı hesab olunurmu (hərbi xidmətə yararlılığın kateqoriyası göstərilməklə). 3. ##.##.1996-cı il təvəllüdlü Ərizəçi canlı müayinə olunmaqla onun hazırkı diaqnozu hərbi xidmətə yararsız hesab olunmasına təsir edirmi? Təsir edirsə, bu hərbi xidmətə yararsız hesab olunmanın hansı kateqoriyasına aiddir? Onu da bildirir ki, müayinə üçün tibb müəssisəsindən bu günə kimi onu çağırmasalar da, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən çağırış sms gəlmişdir. İnzibati Prosessual qanunvericilik müvəqqəti müdafiə tədbiri barədə ərizəyə qiymət verilərkən əsasən iddiaçının (ərizəçinin) hüquqlarının müdafiəsi istiqamətində araşdırma aparılmalı olması təsbit etmişdir. Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsi məhkəməyə müraciət etməyinə baxmayaraq onu məcburi şəkildə hərbi xidmətə göndərmək istəyir. Odur ki, yenidən müayinə edilənək kimi hərbi xidmətə göndərilməyinin müvəqqəti dayandırılmasına ehtiyac vardır. Bu səbəbdən də hazırkı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bu barədə qərardad qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Eyni zamanda həmin məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər.

4. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək Ərizəçi müddətli həqiqi hərbi xidmətə çağırılması aprel 2026cı il hərbi xidmətə çağırış dövrü üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Şöbəsinə qadağan edilməsi və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

5. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon Şöbəsi tərəfindən həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Müddətli həqiqi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli **** nömrəli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alır: 1. 2024-cü il ####un #-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra - yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1.sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4 həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 2.Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023cü il tarixli, ** nömrəli Qərar: 3.10. Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ys 11.24.Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 2.15.İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; В sıradankənar hərbi xidmətə yararlıdır; xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. 2.18. Barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin ll-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. Əsasnamənin 54-cü maddəsinin “ç” bəndinə aiddir: Qida borusunun, bağırsaqların (onikibarmaq bağırsaqdan başqa) və peritonun xəstəlikləri: - ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda Göstərilənlə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin isə iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış (sübutlarla) güman yaratmalıdır. Bu səbəbdən hesab edir ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı əsassız və qanunsuzdur, heç bir sübuta əsaslanmır və apellyasiya qaydasında ləğv edilməlidir. Əlavə olaraq bildirilir ki, bu kimi əsassız və qanunsuz məhkəmə aktlarını qəbul etməklə məhkəmələr tərəfindən vətəndaşların müddətli həqiqi hərbi xidmətdən yayınmalarına zəmin yaradır və dövlət başçısının bu sahədə müvafiq tapşırıqlarının vaxtında icrasına maneə törədir.

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz (münasibət) təqdim olunmamışdır.

Tərəflərin izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ərizəçi apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

11. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarı. 2.1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə birbirindən fərqlənir. 2.3. İnzibati aktın icrasının dayandırılması növündə təminat tədbiri tətbiq edilərkən yalnız mübahisələndirilən aktın icrasının tam və ya qismən dayandırılmasına yönəlmiş tədbirlər görülə bilər. 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan İPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. İPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.1-1. İstər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 4.2. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir.” 6.9. Apellyasiya instansiyası məhkəməsi İPM-in 16.3 və 81.3-cü maddələrinin müddəalarına əsasən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı qərardadlardan verilən şikayətlərə işin hallarını nəzərə almaqla öz mülahizəsinə əsasən yazılı icraat qaydasında və ya şifahi məhkəmə baxışı keçirməklə baxa bilər. Hər iki halda da tərəflər proses barədə lazımi qaydada məlumatlandırılmalı və dinlənilmə hüququ təmin edilməlidir. 6.10. Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. 12.1. İPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan müvəqqəti xarakterli digər təminat tədbirlərinin görülə bilməsi üçün aşağıdakı şərtlərin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: 1) mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 2) ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 12.2. Ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz. 12.3. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur:

1. İnzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri)

2. İddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi)

14. Hazırda iddiaçının tələbi “səhhətinin vəziyyətini və məhkəmə icraatının davam etməsini nəzərə alaraq, məhkəmə tərəfindən iş üzrə yekun qərar çıxarılıb qanuni qüvvəyə minənədək hərbi xidmətə göndərilməyinin müvəqqəti dayandırılması” barədədir. Yəni növünə görə iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri növündə olan müvəqqəti xarakterli müdafiə tədbirinə uyğun gəlir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ## ##### 2015-ci il tarixli Qərarında qeyd olunur ki, “məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır”. Qeyd olunduğu kimi, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqində məqsəd iddianın təmin ediləcəyi təqdirdə çıxarılacaq qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.

16. İşin faktiki hallarına görə ##.##.1996-cı təvəllüdlü Ərizəçi məxsus SX seriyalı ******* nömrəli Hərbi Biletin tibbi müayinələr haqqında məlumatlara əsasən ##.##.2019-cu ildə SHXÇDX-nin Nəsimi Rayon HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 57b maddəsinə əsasən (AR NK-nin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı) dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilib. Təkrar tibbi müayinənin vaxtı ##.##.2022-ci il müəyyən edilmişdir. ##.##.2022-ci il tarixdə SHXÇDX Nəsimi rayon HHK tərəfindən xəstəliklər cədvəlinin V qrafasının 57B maddəsinə əsasən (AR NK-nin ##.##.2008ci il tarixli ** nömrəli qərarı) ilə dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Təkrar müayinə nəticəsində iddiaçı 2026-cı ilin yanvar ayı çağırış dövrü üçün rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı hesab edilmişdir. Sonuncu dəfə iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon şöbəsinin iddiaçıya ünvanladığı ##.##.2026-ci il tarixli məktubdan da görünür ki, iddiaçı ##.##.2026-cı il tarixdə 09:00-da hərbi xidmətə yola düşmək üçün çağırılmışdır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır.

18. Göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərti ilkin təcili tənzimləmənin zəruriliyidir. Odur ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı ərizələrə baxarkən məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalı, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Beləliklə, müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı ərizə qiymətləndirilərkən ərizədə öz əksini tapmış dəlillərdə iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır: ilkin təcili tənzimləmənin zəruri olması - yəni adi deyil, ciddi zərərin vurulması və təcili şəkildə qarşısı alınmalı olması, iddianın böyük ehtimalla uğurlu olması - yəni qanuniliyə dair ciddi şübhə olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir.

19. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalı, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir.

20. Göstərilənləri hazırkı mübahisəyə tətbiq etməklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda ərizənin təmin edilməsi üçün əsaslar mövcuddur.

21. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 2.0.13-cü maddəsinə əsasən tibbi şəhadətləndirilmə – çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların, hərbi vəzifəlilərin, bu Qanunda nəzərdə tutulan hallarda hərbi vəzifəli olmayanların və hərbi qulluqçuların hərbi xidmətə, o cümlədən ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə xüsusi təyinatlı təhsil müəssisələrində təhsilə (xidmətə) yararlılığının təyin edilməsi məqsədilə sağlamlıq vəziyyətinin, fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsidir.

22. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülür.

23. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

24. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2-15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

25. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2012-ci il, *** nömrəli Fərmanının 5.13-cü bəndinə əsasən, həmin Qanunun 6.2- 1-ci maddəsinin birinci cümləsində, 8.6-cı maddəsində, 15.2-1-ci və 15.3-cü maddələrinin birinci cümlələrində, 17.1.4-cü maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qismində, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Müddətli həqiqi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli **** nömrəli Fərmanından:

1. 2024-cü il ####un #-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır.

26. İddiaçının xidmətə çağırışla bağlı ##.##.2019-cu ildə çağırış komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 57b maddəsinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilib, ##.##.2022-ci ildə çağırış komissiyası tərəfindən yenidən dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı hesab edilmiş, lakin sonuncu çağırış üzrə rayon çağırış komissiyası tərəfindən iddiaçı xidmətə yararlı hesab edilmiş və aprel 2026-cı il çağırış üzrə hərbi xidmətə çağırılmışdır. İddiaçı sonuncu çağırış üzrə cavabdeh tərəfindən əlavə tibbi müayinəyə göndərilmədən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hesab edilmişdir. Eyni zamanda əsas iddia üzrə iddiaçı əyani müayinə olunaraq onun xidmətə yararlılığı ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin mütəxəssis rəyinin alınması üçün müraciət edildiyindən və bununla da hazırki halda iddiaçının hərbi xidmətə göndərilməsi məhkəmə qərardadının icrasını çətinləşdirəcəyini nəzərə alaraq iddiaçının hazırkı halda hərbi xidmətə göndərilməsi aprel 2026- cı il hərbi xidmətə çağırış dövrü üçün dayandırılmalıdır.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ölçüdə uğurlu olacağı aydın deyildir. Belə ki, işin hazırkı mərhələsində tərəflərin təqdim etdikləri ilkin sənədlər əsasında iddianın uğurluluğu barədə müəyyən təsəvvür yaransa da, böyük ehtimalla uğurlu olacağı qənaəti yaranmamışdır. Məhkəmə iddianın böyük ehtimalla uğurlu olub-olmamasını yalnız zəruri araşdırma apardıqdan və tərəflərin əsaslandıqları arqumentləri və qanunvericilik normalarını ətraflı təftiş etdikdən, eləcə də işin araşdırılması ilə toplanacaq sübutlardan, habelə inzibati icraat zamanı cavabdeh inzibati orqan tərəfindən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməsinin yoxlanılmasından sonra müəyyən edə bilər. Belə olan halda, məhkəmə işin faktiki hallarını ziddiyyətli maraqlar baxımından qiymətləndirmə aparılmasını zəruri sayır. Belə olan halda məhkəmə bir tərəfdən dövlətin hərbi xidmətə çağırışın təmin olunması və Silahlı Qüvvələrin komplektləşdirilməsi üzrə vəzifəsi, digər tərəfdən isə ərizəçinin müdafiə olunmalı hüquqlarının mövcudluğunu diqqətdə saxlamaqla, bu məhdud araşdırma çərçivəsində ərizəçi tərəfin təqdim etdiyi dəlillərin ağlabatan və ilkin baxışda əsaslı görünməsi, cavabdeh tərəfindən isə həmin qənaəti təkzib edən tutarlı sübutların təqdim edilməməsi hallarını, habelə müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırkı halda ilkin təcili tənzimləmə üçün əsas mövcuddur.

28. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar