Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-79/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və X4 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı Ərizəçi “müvəqqəti xarakterli təminat tədbirinin tətbiqi” barədə ərizəsinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə (hazırda Bakı şəhəri Operativ X1 Uçotun Təşkili Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DVX-nin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli **************** saylı riskli vergi ödəyicisi hesab edilmə barədə, ##.##.2024-cü il tarixli **************** saylı vergilərin sosial sığorta və işsizlik haqlarının hesablanması barədə qərarların ləğv edilməsi və riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Ərizəçi nümayəndəsi və vəkili Vəkil/Nümayəndə ##.##.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra “İPM”) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən cavabdehlər qismində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsini və Bakı şəhəri Operativ X1 Uçotun Təşkili Baş İdarəsini göstərməklə, məhkəmədən, DVX-nin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin ##.##.2023cü il tarixli, № **************** saylı və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2024cü il tarixli, № **************** saylı qərarlarının ləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ##.##.2024-cü il tarixdə məhkəməyə İPMnin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı Şəhəri Operativ X1 Uçotun Təşkili Baş İdarəsinin ##.##.2023-cü il tarixli, **************** saylı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə”, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2024-cü il tarixli. *-**-*- */*-******/**** saylı və ##.##.2024-cü il tarixli, 3-21-2- */*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi və iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ##.##.2025-ci il tarixdə məhkəməyə İPMnin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı Şəhəri Operativ X1 Uçotun Təşkili Baş İdarəsinin ##.##.2023-cü il tarixli, **************** saylı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2024-cü il tarixli, *-**- *-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi və iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçı Ərizəçi (VÖEN: 1007752192) barəsində qəbul edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Operativ X1 Uçotun Təşkili Baş İdarəsi) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Operativ X1 Uçotun Təşkili Baş İdarəsi) tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətləri mümkün sayılaraq iş apellyasiya baxışına təyin edilmişdir. Apellyasiya baxışı zamanı ##.##.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən "xxxx" sistemi vasitəsilə ərizə verilərək, cavabdehlər İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi və İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ X1 Uçotun Təşkili Baş İdarəsinə qarşı əsas işə mahiyyəti üzrə baxılıb qurtaranadək, qərarların icrasının dayandırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Sonradan ##.##.2025-ci il tarixdə "xxxx" sistemi vasitəsilə iddiaçının nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən " ərizə verilərək, ##.##.2025-ci il tarixdə "xxxx" sistemi vasitəsilə təqdim edilmiş müvəqqəti xakaterli müdafiə barədə ərizəsinin baxılmamış saxlanılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən müvəqqəti təmin tədbirinin görülməsi ilə bağlı verilmiş ərizə qeyri-mümkün sayılmışdır. ##.##.2025-ci il tarixdə "xxxx" sistemi vasitəsilə iddiaçının nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən ərizə verilərək, cavabdehlər İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi və İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ X1 Uçotun Təşkili Baş İdarəsinə qarşı əsas işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (## ###### 2025-ci il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi mümkün sayılmamışdır. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin mümkün sayılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının **(*-*)-*/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, **(***)-***/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra “xxxx" sistemi vasitəsilə iddiaçının nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən ərizə verilərək, cavabdehlər İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi və İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ X1 Uçotun Təşkili Baş İdarəsinə qarşı əsas işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, müvəqqəti xarakterli təminat tədbirlərinin tətbiqinin zəruriliyi ilə bağlı qeyd edirik ki, hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək ərizəçiyə məxsus bank hesablarına sərəncamlar qoyulması və qərarın icra edilməsi nəticəsində mövcud vəziyyət dəyişəcəkdir. Yəni ərizəçinin iddia tələbi təmin ediləcəyi təqdirdə isə onun dövlət büdcəsinə artıq ödəməsi yaranacaqdır ki, belə olan halda da ərizəçinin hüquqlarının qorunması əhəmiyyətli ziyanla nəticələnə bilər. Həmçinin məhkəmənin nəzərinizə çatdırmaq istərdik ki, iddiaçıya ##.##.2026-cı il tarixdə “Əmlakın siyahıya alınması haqqında” *********** nömrəli protokol təqdim edilmiş və ona məxsus, təxminən 35.000 manat dəyərində olan “Toyota Camry” markalı, **UU*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi vergi orqanı tərəfindən siyahıya alınmışdır. Bildiririk ki, iddiaçı Ərizəçi hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyində çalışır. Sözügedən avtonəqliyyat vasitəsi onun gündəlik olaraq iş yerinə gedib-gəlməsi üçün əsas nəqliyyat vasitəsi olmaqla yanaşı, ailəsinin gündəlik ehtiyaclarının təmin edilməsində və dolanışığının təşkilində mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən həmin nəqliyyat vasitəsinin siyahıya alınması iddiaçının əmək fəaliyyətinə və ailəsinin maddi rifahına ciddi çətinliklər yaradır. Onu da qeyd edək ki, inzibati orqan nəzərə almalıdır ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə olan hüququmuz mövcud olduğu təqdirdə məhkəmə tərəfindən təmin edilməsi vergi öhdəliklərinin və maliyyə sanksiyalarının ödənilməsi ilə bağlı cavabdehin üzərinə qoyulmuş funksional vəzifələrin icrasını istisna edən hal qismində, eləcə də vergi orqanlarının səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirilməməlidir. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbirinin müddəti ən gec əsas iddia üzrə qərarın qüvvəyə minmə müddəti ilə məhdudlaşır və əsas iddianın uğursuz olduğu hər bir halda iddiaçı tərəfindən vergi öhdəliklərinin və maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş müvafiq səlahiyyətlərindən istifadə edə bilər. Əgər vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə hallarının qarşısını almaqdan və bunun üzərindən azad və əlverişli sahibkarlıq mühitinin təşəkkül tapmasını təmin etməkdən ibarətdir. İşin halları ilə bağlı bir daha diqqətinizə çatdıraq ki, cavabdeh Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli **************** saylı qərara əsasən Ərizəçi riskli vergi ödəyicisi olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Həmçinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ##.##.2024-ci il tarixli, *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə Ərizəçi barəsində əlavə 1.280,00 manat əlavə vergi hesablanmışdır. Nəzərinizə çatdıraq ki, uçotbaza məlumatlarından da göründüyü kimi Ərizəçi ##.##.2022- ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınıb və əsas fəaliyyət növü olaraq tornaçı olduğu qeyd edilmişdir. Belə ki, iş materiallarından, məhkəmətə tərəfimizdən göndərilən fotoşəkillərdən də qeyd edilənlər təsdiq edilir. Qəbul edilmiş qərarda riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən ##.##.2023-##.##.2023 dövr üzrə cəmi 29,5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə mallar elektron qaiməfaktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur. Hazırda riskli hesab edilən elektron qaimələr isə gördüyü işin nəticəsində alınan məhsulun adına uyğun yazılmışdır. Bununla əlaqədar cavabdeh riskli vergi ödəyiciləri siyahısına daxil edildikdən vergi orqanına dəfələrlə gedərək bildirilmişdir ki, 30 ilə yaxındır ki, o, dəmirçi sexi işlədir və riskli vergi ödəyicisi hesab olunmasına əsas olan halların araşdırılması üçün obyektinə baxış keçirilməsini, fəaliyyətinin nədən ibarət olduğu ilə tanış olmalarını xahiş etmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən göstərilən hallar araşdırılmayaraq inzibati icraat haqqında qanunvericiliyin, vergi qanunvericiliyinin tələbləri kobudcasına pozulmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki şəraitdə ilkin təcili tənzimləmənin zəruriliyi mövcud olmadığından ərizə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur:
1. İnzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri)
2. İddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi) İcrasının dayandırılması tələb olunan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024cü il tarixli *-**-*-*/*-******/**** nömrəli qərarına əsasən 2023-cü ilin gəlir vergisi üzrə iddiaçıya 1280 manat əlavə vergi hesablanmışdır. Hazırda iddiaçının tələbi “əsas işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının icrasının dayandırılması” barədədir. Növünə görə inzibati aktın icrasının dayandırılması növündə təminat tədbirlərinin tətbiqinə (İPM-in 41 və 42-ci maddələri) aiddir. İPM-in 41 və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. İnzibati aktın icrasının dayandırılması növündə təminat tədbiri tətbiq edilərkən yalnız mübahisələndirilən aktın icrasının tam və ya qismən dayandırılmasına yönəlmiş tədbirlər görülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ## ##### 2015-ci il tarixli Qərarında qeyd olunur ki, “məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır”. Qeyd olunduğu kimi, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqində məqsəd iddianın təmin ediləcəyi təqdirdə çıxarılacaq qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il # ####### tarixli ** nömrəli Qərarında qeyd olunmuşdur ki, “məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir. (4.2) Müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar (6.10) Qeyd olunmalıdır ki, müvəqqəti xarakterli müdafiə ilə bağlı İPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına, eləcə də onların tətbiqi ilə bağlı Plenum qərarında verilmiş izahlara görə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Ona görə də müvəqqəti xarakterli müdafiə ilə bağlı ərizələrə baxarkən ilk növbədə təcililik şərtinin mövcudluğu yoxlanılmalıdır. Təcililik isə ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olubolmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. Təcililik şərti ödənilmirsə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə olan ehtiyac aradan qalxır. Bu zaman, həmçinin nəzərə almaq lazımdır ki, təcililiyin mövcudluğunun əsaslandırılması və ona dair sübutların təqdim olunması ilk növbədə ərizəçinin üzərinə düşür. Ərizəçi tərəfindən təqdim edilməli olan əsaslandırma və sübutlar məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Hazırki inzibati işdə qeyd edilən hallar müəyyən olunmur. Məhkəmə kollegiyası ilkin təcili tənzimləmənin zəruri olması halı ilə bağlı ilkin şərt olan təcililik hazırkı halda öz təsdiqini tapmadığından digər şərt olan iddianın böyük ehtimalla uğurlu olmasına hüquqi qiymət verilməsinə ehtiyac duymur. Bu əsasdan məhkəmə ərizənin təmini əsasının mövcud olmadığı qənaətinə gəlir və hesab edir ki, ərizə təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40, 43, 44, 52, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev