Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-80/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, İddiaçılar ərizəçi1 və ərizəçi2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə verilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi:
1. Ərizəçilər (iddiaçılar)ərizəçi1 və ərizəçi2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə elektron kabinetə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə yerləşdirilmişdir.
2. Lakin qeyd olunan ərizə Bakı İnzibat Məhkəməsinə ünvanlanmışdır.
3. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən, məhkəmə ərizə vermiş şəxsə izah etmişdir ki, inzibati iş hazırda apellyasiya baxışında olduğundan ərizə Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmalıdır.
4. Həmçinin, ərizəçilər (vəkili) müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizədə pensiya ödənişinin dayandırılması barədə inzibati aktın icrasının dayandırılmasını xahiş etsə də, həmin inzibati aktın tarixini və nömrəsini göstərməmişdir.
5. Halbuki, iddiaçılar ərizəçi1 və ərizəçi2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia tələbi “pensiya ödənişinin dayandırılması ilə bağlı cavabdehin hərəkətləri qadağan edilməsi və pensiya ödənişinin bərpa edilməsi”ndən ibarətdir.
6. Odur ki, ərizənin düzgün tərtib olunaraq və mübahisə predmetinə uyğun əsaslandırılaraq təqdim olunması ərizəçilərə (vəkilinə) tövsiyyə olunur.
7. Həmçinin, bildirilmişdir ki, İnzibati Prosessual Məcəllənin 16.3 və 81.3-cü maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsində hazırkı işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası və şifahi dinləmələr keçirilmədən baxılacaqdır.
8. Yuxarıda qeyd olunan hallarla bağlı etiraz və mülahizələri ## ### 2026-cı il tarixədək Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərə bilərlər. Etiraz və mülahizələrin verilməməsi işə baxılmasına və iş üzrə qərarın qəbul edilməsinə mane olmur.
9. Daha sonra ərizəçilərin (iddiaçıların) nümayəndəsi və vəkili Vəkil tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə verilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizənin baxılmadan geri qaytarılması barədə ərizə təqdim olunmuşdur.
10. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin mənasına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin «Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz» müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır.
11. Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından - onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir.
12. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini - iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir.
13. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlardan çıxış edərək hesab edir ki, anoloji olaraq müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizənin baxılmadan geri qaytarılması barədə ərizə verilməsi də ərizəçilərin (iddiaçıların) icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir.
14. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, ərizəçilərin (iddiaçıların) vəkili (nümayəndəsi) tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizənin baxılmadan geri qaytarılması barədə ərizə təmin edilməli və hazırkı ərizə üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Ərizə təmin edilsin. Ərizəçilər (iddiaçılar) ərizəçi1 və ərizəçi2 müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.