Məhkəmə qərarları › İş №15(3-6)-82/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-82/2026

01.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-82/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X2 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Ərizəçi Ərizəçi, Cavabdeh cavabdeh2 publik hüquqi şəxsə nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Ərizəçi hərbi xidmətə çağırılmanın qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadından cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Ərizəçi iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti tərəfindən ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan xxxxndə aparılmış yekun tibbi müayinəmin nəticələrinə uyğun olaraq, Bakı şəhəri, Nəsimi rayon Çağırış Komissiyasının ## #### 2026-cı il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.1-ci maddəsinə əsasən, “hərbi xidmətə yararlıdır” barədə qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi vəzifəsinin həmin orqanın üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ərizəçi məhkəməyə hazırkı müvəqqəti xarakterli müdafiəyə dair ərizə ilə müraciət edərək, hərbi xidmətə çağırılmanın qadağan edilməsi vəzifəsinin Üçüncü şəxs Nəsimi rayon Idarəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ilə (hakim A.V.Babayev) müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə qismən təmin edilərək, Ərizəçi müddətli həqiqi hərbi xidmətin 2026-cı il aprel çağırışına cəlb edilməsi cavabdeh Üçüncü şəxs Nəsimi rayon Idarəsinə qadağan edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadı Üçüncü şəxs Nəsimi rayon Idarəsi və cavabdeh2 X1 tərəfindən mübahisələndirilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya baxışının predmeti yalnız birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadıdır. Həmin qərardadla müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə qismən təmin edilmiş, ərizəçi Ərizəçi müddətli həqiqi hərbi xidmətin 2026-cı il aprel çağırışına cəlb edilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon Idarəsinə qadağan olunmuş, ərizə digər hissədə təmin edilməmiş, qərardad ərizəçi tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, qərardadın nəticə hissəsi ümumi qaydada hərbi xidmətə çağırışın, əsas iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək bütün çağırış dövrləri üzrə çağırılmanın dayandırılmasını nəzərdə tutmamış, qərardad yalnız konkret olaraq 2026-cı ilin aprel çağırışı ilə məhdudlaşmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3cü maddəsinə əsasən, vətəndaşlar müddətli həqiqi hərbi xidmətə ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. Bu normanın məzmunundan görünür ki, hər çağırış dövrü ayrıca zaman hüduduna malik olan müstəqil çağırış mərhələsidir. 2026-cı il aprel çağırışı Prezidentin müvafiq sərəncamı ilə aprelin 1-dən 30dək müddəti əhatə etmiş, 2026-cı il iyul çağırışı isə iyulun 1-dən 30-dək ayrıca çağırış dövrü kimi başlanmışdır. Bu baxımdan, birinci instansiya məhkəməsinin qərardadı ilə tənzimlənmiş hüquqi vəziyyət artıq öz zaman hüdudlarını aşmışdır. Apellyasiya şikayətlərinə baxıldığı vaxt yəni 2026-cı ilin iyul çağırışı başlandıqdan sonra - ərizəçinin 2026-cı ilin aprel çağırışına cəlb edilməsi hüquqi və faktiki baxımdan artıq mümkün deyildir. Vaxtı başa çatmış çağırış dövrü üzrə çağırış tədbirinin sonradan bərpası və ya həmin dövr üzrə şəxsin geriyə qüvvəli qaydada hərbi xidmətə cəlb edilməsi qanunvericiliyin çağırış dövrlərinə dair müəyyən etdiyi zaman çərçivəsi ilə uzlaşmır. Deməli, qərardad ləğv edilsə belə, bu şikayət verən inzibati orqanlar üçün real, cari və icra oluna bilən hüquqi nəticə yaratmayacaqdır. Inzibati məhkəmə icraatında şikayət hüququ formal prosessual imkan kimi mövcud olsa da, onun həyata keçirilməsi şikayət verən şəxsin mübahisələndirilən məhkəmə aktının ləğvində real və qorunmalı hüquqi marağının mövcudluğunu tələb edir. Hazırkı işdə isə belə maraq mövcud deyildir. Birinci instansiya məhkəməsinin qərardadı aprel çağırışı dövrü üçün qəbul edilmiş, həmin dövr isə ## ##### 2026-cı il tarixində başa çatmışdır. Iş materiallarında olan məktubdan da görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon Idarəsi qərardadı icra etmiş və bundan sonra apellyasiya şikayəti vermişdir. Bu hal qərardadın artıq faktiki icra edildiyini və onun apellyasiya baxışı zamanı aradan qaldırılması ilə inzibati orqan üçün bərpa edilə biləcək aktual hüquqi vəziyyətin qalmadığını təsdiq edir. Apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə iclasında məhz bu məsələ tərəflərin müzakirəsinə çıxarılmış, qərardadın aprel çağırışı üçün nəzərdə tutulduğu və hazırda həmin qərardadla tənzimlənən məsələnin aktuallığını itirdiyi vurğulanmışdır. Cavabdeh Agentliyin nümayəndəsi də qərardadın ləğvinin onun üçün hansı real hüquqi nəticə yaradacağını əsaslandıra bilməmiş, yalnız şikayətin təmin edilməsini xahiş etməklə kifayətlənmişdir. Bu şəraitdə apellyasiya şikayətlərinə mahiyyəti üzrə baxılması faktiki olaraq vaxtı keçmiş bir müvəqqəti tənzimləmənin abstrakt qanuniliyinin yoxlanılmasına çevrilərdi. Halbuki məhkəmə müdafiəsi abstrakt hüquqi mülahizələrin yoxlanılması üçün deyil, konkret hüquq və vəzifələrə təsir edən real mübahisələrin həlli üçün həyata keçirilir. Birinci instansiya məhkəməsinin qərardadı iyul çağırışına şamil olunmur, iyul çağırışı ilə bağlı ərizəçinin hüquqlarının qorunmasına ehtiyac yaranarsa, o, yeni çağırış dövrünün fərdi halları nəzərə alınmaqla müvəqqəti xarakterli müdafiə tədbiri barədə ayrıca müraciət etmək hüququna malikdir. Eyni qaydada, cavabdeh inzibati orqanların iyul çağırışı üzrə səlahiyyətlərinin həyata keçirilməsinə ## ##### 2026-cı il tarixli qərardad mane olmur. Deməli, aprel çağırışı üzrə qəbul edilmiş qərardadın ləğvi artıq nə cavabdehlərin səlahiyyətlərini bərpa edir, nə də ərizəçinin cari hüquqi vəziyyətini dəyişdirir. cavabdeh2 X1nə münasibətdə əlavə olaraq qeyd edilməlidir ki, həmin qurumun apellyasiya şikayətinin hansı konkret hüquqi marağın müdafiəsinə yönəldiyi ümumiyyətlə aydın deyildir. Qərardadın nəticə hissəsində Agentliyin üzərinə hər hansı hərəkəti etmək, hər hansı hərəkətdən çəkinmək və ya hər hansı hərəkətə dözmək vəzifəsi qoyulmamışdır. Qərardad Agentliyin yekun tibbi müayinə qərarını ləğv etməmiş, onun icrasını dayandırmamış, həmin qərarın hüquqi qüvvəsinə qiymət verməmiş və Agentliyin səlahiyyətlərinin həyata keçirilməsinə hər hansı məhdudiyyət müəyyən etməmişdir. Mübahisələndirilən qərardadla yeganə qadağa Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon Idarəsinə ünvanlanmış və yalnız 2026-cı ilin aprel çağırışı ilə məhdudlaşdırılmışdır. Agentliyin apellyasiya şikayətində əsasən yekun tibbi müayinənin aparılması qaydaları, xəstəliklər cədvəlinin 58 və 62-ci maddələrinin tətbiqi, Forma 44 üzrə göndəriş və ərizəçi barəsində müəyyən edilmiş tibbi kateqoriyalar şərh edilmişdir. Lakin həmin izahlar mübahisələndirilən qərardadın məhz Agentliyin hüquqlarına, vəzifələrinə və ya qanunla qorunan maraqlarına hansı formada toxunduğunu göstərmir. Şikayətdə qərardadın Agentliyə münasibətdə hansı hüquqi nəticə yaratdığı, onun hansı səlahiyyətini məhdudlaşdırdığı, hansı öhdəliyi doğurduğu və ya hansı hüquqi statusunu dəyişdirdiyi əsaslandırılmamışdır. Bundan əlavə, Agentliyin şikayətində müvəqqəti müdafiə qərardadının ləğvi üçün göstərilən arqumentlər əslində əsas iddia üzrə tibbi qiymətləndirmənin düzgünlüyünə dair mövqedən ibarətdir. Halbuki hazırkı mərhələdə apellyasiya baxışının predmeti Agentliyin tibbi rəyinin mahiyyəti üzrə qanuniliyi deyil, aprel çağırışı ilə məhdudlaşdırılmış müvəqqəti müdafiə tədbiri barədə qərardadın mümkün apellyasiya yoxlamasıdır. Qərardadın artıq hüquqi və faktiki aktuallığını itirdiyi şəraitdə tibbi qiymətləndirmənin mahiyyəti üzrə müzakirəsi apellyasiya şikayətinin mümkünlüyünü əsaslandıra bilməz. Beləliklə, iş materiallarının məcmu təhlili göstərir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mübahisələndirmə marağı aradan qalxmışdır. Qərardad yalnız 2026-cı ilin aprel çağırışına aid olmuş, həmin çağırış dövrü başa çatmış, hazırda isə yeni - iyul çağırışı başlanmışdır. Qərardadın ləğvi cavabdehlər üçün real, cari və icra oluna bilən hüquqi nəticə yaratmır. Agentliyə münasibətdə isə əlavə olaraq qərardadın həmin X1n hüquq və vəzifələrinə hansı formada toxunduğu ümumiyyətlə əsaslandırılmamışdır. Bu səbəbdən apellyasiya şikayətlərinin mahiyyəti üzrə araşdırılmasına prosessual əsas yoxdur, şikayətlər mümkün sayılmamalı və onların qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Apellyasiya şikayətləri mümkün sayılmasın. Apellyasiya şikayətlərinin qəbul olunmasından imtina edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar