Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-89/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X10 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Ərizəçi Ərizəçi MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi Ərizəçi MMC-nin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı Ərizəçi MMC cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. (iş № e-2-1(112)-11590/2025). Iddiaçı eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixli, **************** №-li “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarın icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2013-cu il tarixdə ********** nömrə ilə (VÖEN), ünvan 1 hüquqi ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. Əsas fəaliyyət növü ərzaq məhsullarınını pərakəndə satışından ibarət olmuşdur. Bildirilmişdir ki, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2024-cü il tarixli **************** saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqıında” qərarına əsasən VM-nin 38.2-ci maddəsinə əsasən dekabr 2021-oktyabr 2024-cü illər əhatə edən səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticəsi olaraq ##.##.2025-cü il tarixli **************** saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında ##.##.2025-cü il tarixli **************** saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən 316 522.56 manat vergilərin azaldılması, 449.26 manat artıq hesablanması və 162 309.93 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Iddiaçı tərəfindən Ali Məhkəmə Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarına müvafiq olaraq müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edilmiş və ərizə təmin edilmiş, apellyasiya məhkəməsi tərəfindən isə qərardad qüvvədə saxlanılmışdır. Lakin Ali Məhkəmənin ##.##.2025-ci il tarixli **(***)-***/**** saylı qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin qərardadı ləğv edilmiş və ərizə rədd edilmişdir, rəddin səbəbi kimi qeyd edilmişdir ki, ərizəçi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş ərizədə ilkin təcili tənzimlənmənin zəruriliyi əsaslandırılmamışdır. Ali Məhkəmənin qərardadı vergi orqanı tərəfindən icra edilmiş və ##.##.2026-ci il tarixindən sonra cəmiyyətin bank və ƏDV depozit hesablarına sərəncamlar göndərilmişdir. Həmin tarixdən sonra cəmiyyət tərəfindən hər hansı maliyyə əməliyyatlarının aparılması mümkünsüz olmuşdur. Qeyd edilməlidir ki, əvvəlki ərizədə Ali Məhkəmənin əvvəlki Plenum qərarına uyğun olaraq verildiyindən, həmin ərizədə ilkin təcili tənzimlənmənin zəruriliyi əsaslandırılmamışdır. Eyni zamanda iş üzrə Ədliyyə nazirliyinin Məhkəmə Ekspertiza idarəsinin müvafiq rəyi daxil olmuşdur. Bununla bağlı olaraq yenidən yeni Plenum qərarına uyğun olaraq müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə məhkəməyə təqdim edilir. Lakin cavabdeh tərəfindən Vergi Məcəlləsinin tələbi kobud şəkildə pozularaq cəmiyyətin “xxxx” ASC və “xxxx” ASC-dəki bütün bank hesabları üzərinə 560 651.53 manat məbləğində dondurulmalı, 5295.65 manat məbləğində alınmalı sərəncamlar göndərilmiş, ƏDV depozit hesabı üzərində isə 565969.62 manat məbləğində alınmalı sərəncamlar qoyulmuşdur. Cəmiyyət uzun müddətdir ki, Azərbaycan Respublikasında ərzaq və gündəlik tələbat mallarının pərakəndə satışı sahəsində fəaliyyət göstərən, formalaşmış müştəri bazasına və geniş əməliyyat həcminə malik təsərrüfat subyektidir. Fəaliyyət müddətində cəmiyyət bazarda stabil mövqe qazanmış, istehlakçıların gündəlik tələbatının təmin olunmasında mühüm rol oynamışdır. Cəmiyyət fəaliyyətini əhalinin gündəlik və zəruri tələbat malları, o cümlədən qida məhsullarının pərakəndə satışı sahəsində həyata keçirir. Bu sektor kommersiya baxımından deyil, ictimai və sosial əhəmiyyətinə görə də xüsusi statusa malikdir və fasiləsiz fəaliyyət tələb edir. Cəmiyyətin pərakəndə ticarət obyektləri vasitəsilə ərzaq məhsulları, gündəlik istehlak malları, sosial əhəmiyyətli qida məhsulları əhaliyə müntəzəm və fasiləsiz şəkildə təqdim olunur. Bu fəaliyyət əhalinin gündəlik yaşayış tələbatının ödənilməsi ilə birbaşa bağlıdır və alternativsiz xarakter daşıyır. Bu amillər cəmiyyətin bir neçə əlaqəli iqtisadi sahənin fəaliyyətinə dolayı təsir göstərdiyini və ümumi iqtisadi dövriyyədə mühüm həlqə olduğunu göstərir. Beləliklə, cəmiyyətin bazardakı mövqeyi və iqtisadi rolu yalnız öz kommersiya maraqları ilə məhdudlaşmır, eyni zamanda məşğulluğun təmin olunmasına, dövlət büdcəsinə vergi daxilolmalarına, ticarət və təchizat zəncirinin fasiləsizliyinə birbaşa təsir göstərir. Bu baxımdan cəmiyyətin fəaliyyətinin məhdudlaşdırılması yalnız onun öz iqtisadi maraqlarına deyil, həm də geniş iqtisadi mühitə və dövlət maraqlarına mənfi təsir göstərən nəticələr doğurur. Cəmiyyət hazırda pərakəndə və topdan satış ticarət obyekti vasitəsilə fasiləsiz kommersiya fəaliyyəti həyata keçirir. Cəmiyyətin fəaliyyətində 25 nəfər işçi çalışır, aylıq əmək haqqı fondu 32500 manat təşkil edir, 3 ədəd icarəyə götürülmüş obyekt üzrə aylıq icarə ödənişi 5 500 manatdır. Bu göstəricilər cəmiyyətin fəaliyyətinin onlarla ailənin sosial rifahına birbaşa təsir göstərdiyini açıq şəkildə göstərir. 2025-ci il ərzində cəmiyyət tərəfindən 3116 ədəd elektron qaimə-faktura əsasında, ƏDV daxil 6 099 615.25 manat məbləğində mal, iş və xidmətlər əldə edilmişdir. Həmin əməliyyatlar qanunvericiliyin tələbinə uyğun olaraq tam şəkildə bank hesabları vasitəsilə köçürmələrlə icra edilmişdir. Bu fakt açıq şəkildə göstərir ki, cəmiyyətin fəaliyyəti nağd deyil, tamamilə bank dövriyyəsinə bağlıdır, bank hesabları olmadan cəmiyyətin fəaliyyəti faktiki olaraq mümkün deyil. Cəmiyyətin fəaliyyət modeli davamlı və yüksək həcmli pul dövriyyəsinə əsaslanır. Hazırda cəmiyyətin aktiv kredit xətt portfeli 200 000 manat, aylıq faiz ödənişi 2 336.11 manatdır. Aylıq kommunal xərclər 2016.07 manatdır. Bu xərclər mütləq xarakter daşıyan, gecikdirilməsi mümkün olmayan öhdəliklərdir və yalnız bank hesabları vasitəsilə icra edilə bilər. Cəmiyyətin cari maliyyə balansında debitor borcları - 133 985,97 manat; kreditor borcları - 1 279 230.14 manat təşkil edir. Bu struktur göstərir ki, cəmiyyətin kreditor öhdəlikləri debitor daxilolmalardan əhəmiyyətli dərəcədə yüksəkdir, maliyyə sabitliyi mütəmadi dövriyyə və vaxtında hesablaşma hesabına qorunur. Bank hesablarının dondurulması bu mexanizmi pozaraq likvidlik böhranı yaradır, öhdəliklərin zəncirvari icra olunmamasına səbəb olur və potensial müflisləşmə riskini kəskin artırır. ƏDV mexanizmi və hesabların dondurulmasının təsiri Cəmiyyət tərəfindən ƏDV depozit hesabı üzrə məxaric əməliyyatlarının məbləği 2025-ci il ərzində 400 960.96 manat mədaxil, 401 415.19 manat məxaric təşkil etmişdir. Məxaric əməliyyatlarının məbləği 2026-cı il ərzində 40 962.82 manat mədaxil, 41 736.56 manat məxaric təşkil etmişdir. 2026-cı ilin # #### tarixindən sonrakı ƏDV depozit hesabından çıxarışa nəzər saldıqda görünür ki, mədaxil olan bütün məbləğ “Avto ödəniş” əməliyyatı ilə avtomatik olaraq dövlət büdcəsinə silinir. Bu, cəmiyyətin ƏDV üzrə öhdəliklərini real və müntəzəm şəkildə yerinə yetirdiyini, vergi intizamına malik olduğunu və ƏDV mexanizminin ayrılmaz iştirakçısı olduğunu təsdiq edir. Bank hesablarının, o cümlədən ƏDV depozit hesabları ilə əlaqəli əməliyyatların bloklanması ƏDV zəncirini qırır, təchizatçılarla hesablaşmaları mümkünsüz edir və cəmiyyətin vergi öhdəliklərini icra etməsinə bilavasitə mane olur. Cəmiyyətin dövlət qarşısında fiskal öhdəlikləri faktiki rəqəmlərlə təsdiqlənir 2023-cü ildə - 41 438.52 manat, 2024-cü ildə - 29 537.12 manat, 2025-ci ildə - 49 005.89 manat məbləğində vergi ödənişləri həyata keçirilmişdir. Bu göstəricilər cəmiyyətin uzunmüddətli və stabil vergi ödəyicisi olduğunu, dövlət büdcəsi üçün əhəmiyyətli gəlir mənbəyi təşkil etdiyini və fəaliyyətinin davam etdirilməsinin dövlət maraqlarına uyğun olduğunu aydın şəkildə sübut edir. MXMT tətbiq edilmədikdə yaranan geri dönməz nəticələr MXMT tətbiq edilmədiyi halda 25 işçinin əmək haqqının ödənilməsi dayanacaq, banklar və yüzlərlə təchizatçı ilə müqavilələr pozulacaq, tədarük zənciri qırılacaq, dövlət büdcəsinə vergi daxilolmaları azalacaq və cəmiyyətin fəaliyyəti faktiki olaraq bərpa olunmaz şəkildə iflic olacaq. Bu nəticələr sonradan məhkəmə qərarı ilə kompensasiya edilə bilməyən, geri dönməz iqtisadi zərər xarakteri daşıyır. Iş materiallarından görünür ki, cavabdehin ##.##.2025-ci il **************** saylı “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərara əsasən yoxlama müddəti 30 iş günü artırılmışdır. Lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrdən” ##.##.2025-ci il tarixli KY ********* saylı qərara əsasən yoxlama müddətinin ##.##.2025-ci il tarixindən 51 gün artırılması müəyyən olunur. Göründüyü kimi yoxlama müddətini uzadılması qeydiyyata alınmadan 2 gün sonra reyestrdə qeydiyyata alınmışdır. Iş materiallarından görünür ki, cavabdehin ##.##.2025-ci il **************** saylı “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərara əsasən yoxlama müddəti 15 iş günü artırılmışdır. Lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrdən” ##.##.2025-ci il tarixli KY ********* saylı çıxarışa əsasən yoxlama müddətinin ##.##.2025-ci il tarixindən 26 gün artırılması müəyyən olunur. Göründüyü kimi yoxlama müddətini uzadılması qeydiyyata alınmadan 9 gün sonra reyestrdə qeydiyyata alınmışdır. Göründüyü kimi müddət uzatma barədə qərarlar qəbul edilərkən bir çox hallarda Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” əsasnamənin tələbləri pozulmuşdur. Bildirilmişdir ki, svy aktına əsasən Nazirlər Kabinetinin ** saylı qərarına əsasən şərti rentabellik prinsipi əsasında 2022-ci il üzrə 71 830.95 manat mənfəət vergisi və 35 915.48 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 244 537.26 manat əlavə vergilər və 122 268.63 manat maliyyə sanksiyası olmaqla hesablanılmışdır. Bakı Inzibatı Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-*****/**** saylı qərardadına əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-ci il tarixli */** saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində müəssisənin gəlir və xərclərini təsdiq edən rəsmi sənədlərin olması və 2021-2023-cü illər üzrə zərərlə işləməsi təsdiq edilmişdir. 2021-ci il üzrə isə cəmiyyətin əvvəlki illər üzrə zərərləri nəzərə alınmaqla hesablama aparılmamışdır. Bildirilmişdir ki, müəssisə gəlir və xərclərinin uçotunu hesablama metodu ilə aparmış, malların, iş və xidmətlərin əldə edilməsinə dair elektron qaimə fakturaları cavabdeh yoxlayıcı orqanın elektron informasiya sistemində mövcud olmuş, eyni zamanda tərəfimizdən təkrarən yoxlamaya təqdim edilmişdir. Bundan əlavə cəmiyyətin pərakəndə satış dövriyyəsini təsdiq edən online NKA məlumatları Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində mövcud olmuşdur. Mənfəət vergisinin NK-nin ** saylı qərarına əsasən hesablanılmasına əsas kimi svy aktında (səh:49) qeyd edilmişdir ki, “tələbnamədə qeyd olunmuş mal material hərəkət cədvəli və yoxlama dövrünün əvvəlinə mal qalığı barədə məlumat əldə etmək mümkün olmamışdır”. Bildirilmişdir ki, yoxlama dövrünün əvvəlinə mal qalığı barədə məlumat vergi ödəyicisi tərəfindən 2021-ci ilin mənfəət vergisi bəyannaməsinin * saylı əlavəsinin 1.3.2-ci sətrində (mallar) 380 395.77 manat əks etdirilmişdir. Yəni ki vergi orqanında bu məlumat rəsmi olaraq mövcud olmuşdur. Malmaterialı hərəkət cədvəli ilə bağlı olaraq bildirilmişdir ki, müəssisə tərəfindən bütün mallar rəsmi olaraq elektron qaimə fakturalar əsasında alınmışdır, həmin elektron qaimə fakturalarda bütün malların çeşidlər üzrə adı və miqdarı əks etdirilmişdir. Eyni zamanda təqdim edilmiş mallar da elektron qaimə fakturalar və online NKA vasitəsi ilə satılmışdır ki, həm elektron qaimə fakturalarda, həm də online NKA məlumatlarında malların bir bir adı , növü və məbləği əks etdirilmişdir. Yəni ki, vergi orqanında hansı maldan il üzrə nə qədər alınması və nə qədər satılması ilə bağlı rəsmi məlumat mövcud olmuşdur. Bundan əlavə ##.##.2025-ci il tarixli “Sənədlərin və nümumə kimi əşyaların götürülməsi haqqında” **************** saylı Protokolda qeyd edilmişdir ki, “X5 bu protokolda göstərilən götürülməsi hayata keçirilən sənədlər və əşyaları könüllü surətdə təqdim etmişdir”. Eyni zamanda ##.##.2024 və ##.##.2025-ci il tarixli “Sənədlərin qismən təqdim edilməsi barədə akt larda “mal material hərəkət cədvəli və yoxlama dövrünün əvvəlinə mal qalığı barədə məlumat”ın təqdim edilməməsi bildirilməmişdir. Iş materiallarına əlavə edilən vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrinin * saylı əlavəsinin 1.3.2-ci sətrinə (mallar) əsasən: - 2021-ci ilin əvvəlinə 380 395.77 manat mal qalığı olmuş, dövr ərzində 6 826 349.74 manat məbləğində mallar alınmış, 6 965 996.07 manat dəyərində mallar təqdim edilmiş, dövrün sonuna 240 749.44 manat mal qalığı qalmışdır. - 2022-ci ilin əvvəlinə 240 749.44 manat mal qalığı olmuş, dövr ərzində 8 203 240.40 manat məbləğində mallar alınmış, 8 085 755.66 manat dəyərində mallar təqdim edilmiş, dövrün sonuna 358 194.18 manat mal qalığı qalmışdır. - 2023-cü ilin əvvəlinə 358 194.18 manat mal qalığı olmuş, dövr ərzində 7146966.11 manat məbləğində mallar alınmış, 7 042 296.22 manat dəyərində mallar təqdim edilmiş, dövrün sonuna 462 864.07 manat mal qalığı qalmışdır. Ümumiyyətlə vergi ödəyicisinə təqdim edilmiş ##.##.2024-cü il tarixli tələbnamədə 53 növdə, həcm etibari ilə 3 vərəqdən ibarət tələbnamə təqdim edilmişdir ki, burda əks etdirilmiş sənədlərin 90%-nin vergilərin hesablanılmasına heç bir aidiyyəti yoxdur. Heç bir vergi ödəyicisinin bu həcmdə sənədləri yoxlayıcı orqana təqdim etmək resursu təbii olaraq mövcud deyildir. Bu məntiq ilə yanaşsaq, vergilərin hesablanılmasının düzgünlüyünü yoxlamaq üçün sənədlər kifayət olsa belə cavabdeh tərəfindən istənilən vergi ödəyicisinə qarşı sənəd təqdim etmir iddiası qaldırıla bilər. Mövcud halda “mal material hərəkət cədvəli və yoxlama dövrünün əvvəlinə mal qalığı barədə məlumat”ın təqdim edilməsi və təqdim edilmiş sənədlər arasında bu sənədlərin olmaması barədə heç bir qeyd yoxdur. SVY aktından görünür ki, təqdim edilmiş sənədlər əsasında müəssisənin gəlirləri 2021-ci il üzrə 7 111 995.47 manatdan 3 963.22 manat azaldılaraq 7 108 032.25 manat, 2022-ci il üzrə 8 252 319.70 manatdan 460.38 manat azaldılaraq 8 251 859.32 manat, 2023-cü il üzrə isə 7 335 947.73 manatdan 170.14 manat artırılaraq 7 336 117.87 manat müəyyən olunmuşdur. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki: “Iddiaçı tərəfindən mövcud vəziyyətin dəyişəcəyi təqdirdə hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyini əsaslandırmamış, eləcə də təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığı səbəbini məhkəmənin diqqətinə çatdırılmamışdır. Hal-hazırkı mərhələdə məhkəmə ilkin təcili tənzimləmənin zəruri olmasını hesab etmir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl vergi qanunvericiliyinin aşagıdakı normaları nəzərə alaraq onlara riayət etməli idi. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16-ci (vergi ödəyicisinin vəzifələri) maddəsinin 16.1.11-2.-ci bəndinə əsasən vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etməlidir. Həmin Məcəllənin 23-cü (vergi orqanlarının hüquqları) maddəsinin 23.1.7-ci bəndinə əsasən, vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün ödəniş xidməti təchizatçılarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək; Qeyd edilən vergi qanunvericiliyinin normalarından göründüyü kimi, vergi ödəyicisinin vergi borcunun dövlət büdcəsinə alınması məqsədi ilə vergi ödəyicisinin banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək vergi orqanının qanunla müəyyən edilmiş hüququdur. Məhkəmə hesab edir ki, mövcud vəziyyət dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının mümkün olmamasına və ya xeyli dərəcədə çətinləşəcəyinə dair əsaslı dəlillər ərizədə göstərilməmişdir. Iddiaçının öz hüquqlarının qorunması üçün (vurulmuş zərərin tutulması və s.) məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinın görülməsinin zərurətini kifayət qədər əsaslandırmamışdır.” Qərardaddan narazı qalan ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı mübahisələndirərsə IPMin 40-cı maddəsinə əsasən müvəqqəti xarakterli müdafiə tədbiri olaraq inzibati aktın icrasının dayandırılması barədə məhkəməyə ərizə ilə müraciət etmək hüququna malikdir. IPM-in 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Iddiaçı öz ərizəsində müdafiə tədbiri olaraq cavabdehə müəyyən hərəkətlərin qadağan edilməsi (bank hesablarına sərəncamın qoyulmasından çəkindirmək, qoyulan sərəncamların icrasını dayandırmaq və s.) barədə istəyi faktiki olaraq mübahisələndirilən inzibati aktın icrasının dayandırılmasından ibarətdir. Başqa sözlə desək iddiaçının ərizəsində göstərdiyi müdafiə tədbirinə baxılan zaman həmin ərizədə ifadə olunan istək hərfi mənada başa düşülməməlidir. Əgər hesablanmış vergilərə münasibətdə müvəqqəti müdafiə tədbiri olaraq inzibati aktın icrasının dayandırılması barədə məhkəmə qərardad qəbul edirsə, bu tədbirlərə hesablanmış vergilər üzrə borcların dövlət büdcəsinə alınmasını təmin etmək məqsədi ilə Vergi Məcəlləsində nəzərdə tutulmuş bütün tədbirlərin görülməsi, yeni vergi ödəyicisinin əmlakını siyahıya almaq və siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq, vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək və s. bu kimi hərəkətlərin edilməsinin qadağan olunması deməkdir. Inzibati akt tərəflərindən mübahisələndirilmiş və iddia ərizəsində göstərdiyi kimi, inzibati akt heç bir sübut və dəlillərdən istifadə etmədən inzibati orqan əməkdaşlarının subyektiv mövqeyi əsasında hazırlanmış olan aktın ləğvi barədə iddia məhkəmə perspektivi baxımından böyük ehtimalla uğurla nəticələnə biləcəyi təqdim edilmiş sübut və faktlarda öz əksini tapmışdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən "Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması". Hesab edirlər ki, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri kimi qərardad qəbul edilməsi tamamilə qanuni, əsaslı və tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyi (MPM maddə 8) və ədalət mühakiməsinin tərəflərin bərabərliyi prinsipi əsasında keçirilməsi (MPM maddə 9) prinsiplərinə tamamilə uyğundur. Belə ki, bu qərardad qəbul olunmayacağı halda, Vergi orqanı avtomatik olaraq bank hesabları və ƏDV depozit hesabından eyni məbləği hər bank hesabındakı məbləğə uyğun olaraq tutacaqdır və nəticə olaraq öz məqsədinə məhkəmə prosesi başa çatmadan nail olur. Bu da MPM-in yuxarıda qeyd olunan müddəalarının, eyni zamanda Konstitusiyanın 127.4cü (ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir) maddəsinin müddəalarına tamamilə zidd ola bilər. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDIRICI HISSƏ: Məhkəmə kollegiyası ərizəni və işə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməlidir. Ərizənin mümkünlüyü: Məhkəmə kollegiyası ilkin olaraq ərizənin mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı halda ərizənin mümkünlüyü əsas iddianın mümkünlüyü ilə əlaqədardır. Iş materiallarından aydındır ki, iddiaçı MXMT ərizə verməklə yanaşı əsas iddia qaldırmış və hazırda icrasının dayandırılmasını xahiş etdiyi qərarı mübahisələndirmişdir. IPM-in 2.2.1ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. IPM-in 32.1ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. IPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. IPM-nin 38.1ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Iddiaçı subyektiv hüquqa malikdir, əsas iddia üzrə mübahisələndirdiyi ## ### 2025-ci il tarixli qərarın qəbulundan 30 günlük müddəti ötürməmiş, ##.##.2025-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Həmçinin, mübahisələndirdiyi qərarın icrasının dayandırılması tələbi ilə ərizə vermək səlahiyyətindədir. Ərizənin mahiyyəti: Məhkəmə kollegiyası ərizənin mahiyyəti üzrə aşağıdakıları qeyd edir. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş Idarəsi tərəfindən Vergi Məcəlləsinin 38.2-ci maddəsi əsasında ##.##.2024-cü il tarixli **************** saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqıında” qərarına əsasən dekabr 2021-oktyabr 2024-cü illər əhatə edən səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın nəticəsi ##.##.2025-cü il tarixli **************** saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **************** nömrəli ##.##.2025-cü il tarixli Qərarla iddiaçı barəsində 316 522.56 manat vergilərin azaldılması, 449.26 manat artıq hesablanması və 162 309.93 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ərizəçi bilavasitə sözügedən qərarla ona hesablanmış vergi borcunun tutulmasına yönələn hərəkətlərdən müdafiə olunmaq məqsədi güdür. Həmin vergi borcunun və onun tutulmasına yönələn hərəkətlərin (görülən tədbirlərin) əsasında ərizəçinin iddia icraatı qaydasında mübahisələndirdiyi qərar dayanır. Beləliklə, ərizəçinin “müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə” ərizəsi həmin qərarın icrasına yönəlmiş tədbirlərin dayandırılmasına yönəlmişdir. Məhkəmə kollegiyası ərizənin mahiyyəti üzrə araşdırmasını həyata keçirərkən aşağıdakı qanunvericilik normalarına diqqəti çəkir: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. Inzibati aktın icrasının dayandırılması 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli ** nömrəli Qərarı: 2.2. IPM-in 41-ci və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir.”; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ##.##.2015-ci il tarixli Qərarı: “... qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur. ... qanunverici müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsini və ya ləğv edilməsini işə mahiyyəti üzrə baxan məhkəmənin xidməti vəzifəsinə aid etmişdir. Habelə, qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir. Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.” Apellyasiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli ** nömrəli Qərarında sadalanmış hüquqi mövqe üzrə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Əvvəla diqqətə çatdırılır ki, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib bir prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırır ki, müvəqqəti xarakterli müdafiə ilə bağlı IPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına, eləcə də onların tətbiqi ilə bağlı Plenum qərarında verilmiş izahlara görə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır – ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. X9 qeyd edilmişdir ki, təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Göründüyü kimi ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. Təcililik şərti ödənilmirsə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə olan ehtiyac aradan qalxır. Bu zaman, həmçinin nəzərə almaq lazımdır ki, təcililiyin mövcudluğunun əsaslandırılması və ona dair sübutların təqdim olunması ilk növbədə ərizəçinin üzərinə düşür. Ərizəçi tərəfindən təqdim edilməli olan əsaslandırma və sübutlar məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Xidməti vəzifəsindən istifadə edərək məhkəmə kollegiyası apellyasiya araşdırması zamanı da ilk növbədə ilkin təcili tənzimləməni araşdırır: Ərizəçi tərəfindən təqdim edilmiş materiallardan görünür ki, ərizəçi əsas fəaliyyət olaraq ərzaq məhsullarının pərakəndə və topdan satışını həyata keçirən vergi ödəyicisidir. Apellyasiya baxışı zamanı ərizəçi məhkəməyə hazırda 2026-cı ilin mart ayı üzrə qüvvədə olan 25 nəfərlə bağlanmış əmək müqavilələrinə dair məlumatları, müəssisənin kreditor və debitor borcları ilə bağlı məlumatları, bank hesablarından çıxarışlar, ƏDV subuçot hesabından çıxarışları, 2021-2023-cü illəri əhatə edən mənfəət vergi bəyannamələri, həmçinin müvafiq öhdəlikləri üzrə malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaları təqdim etmişdir. Ərizəçinin apellyasiya baxışı zamanı təcili tənzimlənməli hala sübut olaraq təqdim etdiyi sənədlərə (qüvvədə olan alqı-satqı müqavilələri, icarə və kredit müqavilələri, əmək haqqı cədvəli, kreditor və debitor borclara dair məlumatlar, bank hesablarından çıxarışlar, 2021-2023-cü illəri əhatə edən mənfəət vergi bəyannamələri və elektron qaiməfakturaları və s.) kollegiya tərəfindən baxış keçirilmişdir: - Iş materialları ilə müəyyən olunur ki, iddiaçının bank hesablarına 560 651.53 manat dondurulmalı, 5 314.73 manat alınmalı sərəncamlar, ƏDV depozit hesabına isə 565 969.62 manat alınmalı sərəncamlar göndərilmişdir. - ##.##.2024-cü il tarixli *******-*********KXL nömrəli kredit limitinin açılmasına dair razılaşmadan görünür ki, “xxxx” ASC tərəfindən Ərizəçi MMC-yə illik 30% olmaqla 120 ay müddətinə 1 000 000.00 (bir milyon) AZN kredit limiti ayrılmışdır. - ##.##.2025-ci il tarixli 6150825-128601601 KX nömrəli müqaviləsindən görünür ki, “xxxx” ASC tərəfindən Ərizəçi MMC-yə faiz dərəcəsi 14,5% olmaqla 12 ay müddətinə 200 000.00 (iki yüz min) AZN kredit ayrılmışdır. - SUN FOOD SERVICES MMC (satıcı) ilə Ərizəçi MMC (alıcı) arasında bağlanan ##.##.2025-ci il tarixli EP*** nömrəli sənaye və qənnadı mallarının alqı-satqı müqaviləsindən görünür ki, SUN FOOD SERVICES MMC (satıcı) Ərizəçi MMC-nin (alıcı) sifarişi əsasında adı, növü, ölçüsü, miqdarı, qiyməti və ümumi dəyəri qaimə-fakturada və ya təhvil-təslim aktında göstərilən müxtəlif növ malları alıcının mülkiyyətinə verməyi, alıcı isə bu müqavilə əsasında malı qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - “xxxx” MMC (satıcı) ilə Ərizəçi MMC (alıcı) arasında bağlanan ##.##.2024-cü il tarixli **/**** nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin şərtlərinə uyğun olaraq dövri şəkildə verilən sifarişlərə əsasən tərəflərin əvvəlcədən öz aralarında yazılı surətdə razılaşdırılmış miqdarda, çeşiddə , keyfiyyətdə və qiymətdə olan məhsulları alıcıya satmağı, alıcı isə öz növbəsində həmin malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - “xxxx” QSC (satıcı) ilə Ərizəçi MMC (alıcı) arasında bağlanan ##.##.2020-ci il tarixli **/** nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya spirtli və spirtsiz içkilər satır, alıcı isə həmin malı qəbul edir və müqavilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. - “X3” ASC (satıcı) ilə Ərizəçi MMC (alıcı) arasında bağlanan ##.##.2022-ci il tarixli B-** nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya spirtli və spirtsiz içkilər satır, alıcı isə həmin malı qəbul edir və müqavilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. - “xxxx” ASC (satıcı) ilə Ərizəçi MMC (alıcı) arasında bağlanan ##.##.2023-cü il tarixli **/B nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya istehsal etdiyi müxtəlif çeşidli alkoqollu içkiləri satır, alıcı isə həmin malı qəbul edir və müqavilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. - “xxxx” MMC (satıcı) ilə Ərizəçi MMC (alıcı) arasında bağlanan ##.##.2026-cı il tarixli ***** nömrəli alqı-satqı müqaviləsindən görünür ki, alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə, adda qida və qeyri-qida məhsullarını vaxtaşırı satıcıdan sifariş etməyi, malları təhvil almağı və dəyərini müqavilədə nəzərdə tutulan qaydada ödəməyi, satıcı isə sifarişi təsdiqlədikdən sonra alıcını sifarişinə uyğun olaraq razılaşdırılmış malları alıcıya təhvil verməyi qəbul edir. - “xxxx” MMC (satıcı) ilə Ərizəçi MMC (alıcı) arasında bağlanan ##.##.2023-cü il tarixli təchizat müqaviləsindən görünür ki, satıcı malları alıcıya təchiz etməyi, alıcı isə həmin malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürürür. - “E.A YILDIZ INŞAAT GAYRIMENKUL OTOMOTIV IHRACAT ITHALAT PAZARLAMA SANAYI VE TICARET LIMITED ŞIRKETI”NIN Azərbaycan Respublikasındakı Filialı (satıcı) ilə Ərizəçi MMC (alıcı) arasında bağlanan ##.##.2024cü il tarixli **/**-* nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya müqaviləyə əlavədə göstərilən mal-material dəyərlilərini satır, alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. - “DINÇER & CARÇIOĞLU” BM (satıcı) ilə Ərizəçi MMC (alıcı) arasında bağlanan ##.##.2023-cü il tarixli *** nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya sifariş olunmuş qida məhsullarını satır, alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. - “xxxx” MMC (satıcı) ilə Ərizəçi MMC (alıcı) arasında bağlanan ##.##.2022-ci il tarixli **/*** nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya müxtəlif çeşiddə süd məhsulları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. - Ərizəçi MMC-nin kreditor borclarının siyahısından görünür ki, onun müxtəlif şəxslərə (təchizatçılara) olan borc məbləği 1,279,230.15 manat təşkil edir. - Iddiaçı tərəfindən təqdim edilmiş cədvəldən görünür ki, Ərizəçi MMC-nin 2026-cı ilin mart ayı üzrə kommunal xərcləri 1708.54 manat təşkil edir. - Ərizəçi MMC-nin debitor borclarının siyahısından görünür ki, 133512,98 manat təşkil edir. - Ərizəçi MMC-nin 2026-cı ilin mart ayı üçün əmək haqqının hesablama cədvəlindən müəyyən olunur ki, müəssisənin 25 işçisi vardır və onlara ödənilən aylıq əmək haqqı 32500,00 manat təşkil etmişdir. - Ərizəçi MMC ilə ##.##.2016-cı il tarixdə X6 arasında 1 obyekt üzrə, ##.##.2019cu il tarixdə X2 arasında 2 obyekt üzrə icarə müqavilələri bağlanmışdır. - 2025-ci il ərzində cəmiyyət tərəfindən 3116 ədəd elektron qaimə-faktura əsasında, ƏDV daxil 6 099 615.25 manat məbləğində mal, iş və xidmətlər əldə edilmiş və dəyəri bank və ƏDV depozit hesabı vasitəsi ilə ödənilmişdir. - 2025-ci il ərzində cəmiyyətin ƏDV depozit hesabına 400 960.96 manat mədaxil olmuş, 401 415.19 manat isə təchizatçılara məxarıc əməliyyatları aparılmışdır. - 2026-cı il yanvar-aprel ayları ərzində isə cəmiyyətin ƏDV depozit hesabına 40 962.82 manat mədaxil olmuş, 41 736.56 manat isə təchizatçılara məxaric əməliyyatları aparılmışdır. - Iddiaçının 2026-cı ilin mart ayı üzrə ƏDV bəyannaməsinin təhlili nəticəsində müəyyən olunmuşdur ki, cəmi 133.52 manat ƏDV əvəzləşdirilməsi həyata keçirilmişdir. Halbuki, 2025-ci il üzrə aylar üzrə orta hesabla 33 451.27 manat (401 415.19/12) ƏDV üzrə məxaric əməliyyatları icra olunmuşdur. - Müəyyən olunur ki, 2026-cı il ərzində 474 855.32 manat dəyərində (ƏDV-siz) malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura təqdim edilmiş, 914 419.54 manat (ƏDV-siz) dəyərində isə malların, işlərin və xidmətlərin əldə edilməsi barədə elektron qaimə-faktura təqdim edilmişdir. ƏDV depozit hesabı vasitəsi ilə 2026-cı il ərzində 41 736.56 məxaric əməliyyatlarının 36 315.29 manatı təchizatçılara ödənilmişdir. Bu o deməkdir ki, əldə olunmuş 914 419.54 manat dəyərində malların cəmi 201 751.62 manatı ödənilmiş, qalan hissə (713 000 manat) kreditor borc məbləğini artırmışdır. O da müəyyən olundu ki, ##.##.2026-ci il tarixinədək əvvəlki MXMT üzrə müvafiq məhkəmə qərarı qüvvədə olmuş və iddiaçı tərəfindən ƏDV depozit hesabı və bank hesabı üzrə əməliyyatlar aparılmışdır. ƏDV depozit hesabından çıxarışın təhlili nəticəsində müəyyən olunmuşdur ki, həmin tarixdən sonra mədaxil olan bütün məbləğlər “Avto ödəniş” qeyd ilə dövlət büdcəsinə silinir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, apellyasiya baxışı zamanı ərizəçi tərəfindən təqdim edilən sənədlərdən aydın olur ki, ərizəçi hazırda pərakəndə və topdan satış ticarət obyekti vasitəsilə fasiləsiz kommersiya fəaliyyəti həyata keçirir. Müəssisədə hazırda 25 nəfər işçi çalışır, aylıq əmək haqqı fondu 32500 manat təşkil edir, 3 ədəd icarəyə götürülmüş obyekt üzrə aylıq icarə ödənişi 5 500 manatdır. Bu göstəricilər cəmiyyətin fəaliyyətinin onlarla ailənin sosial rifahına birbaşa təsir göstərdiyini açıq şəkildə göstərir. Həmin əməliyyatlar qanunvericiliyin tələbinə uyğun olaraq tam şəkildə bank hesabları vasitəsilə köçürmələrlə icra edilmişdir. Bu hal onu göstərir ki, cəmiyyətin fəaliyyəti nağd deyil, tamamilə bank dövriyyəsinə bağlıdır, bank hesabları olmadan müəssisənin fəaliyyəti faktiki olaraq mümkün deyil. Cəmiyyətin cari maliyyə balansında debitor borcları - 133 985,97 manat; kreditor borcları - 1.000.000+200.000+1.279.230,15=2.479.230,15 manat təşkil edir. Bu struktur göstərir ki, cəmiyyətin kreditor öhdəlikləri debitor daxilolmalardan əhəmiyyətli dərəcədə yüksəkdir, maliyyə sabitliyi mütəmadi dövriyyə və vaxtında hesablaşma hesabına qorunur. Beləliklə, apellyasiya baxışı zamanı aparılan araşdırmalar nəticəsində bir daha aydın olmuşdur ki, ərizəçi 25 nəfər daimi işçi qüvvəsinə malik müəssisə olduğundan, ən əsası qüvvədə olan müqavilələr üzrə öhdəlikləri aydın müəyyən olunduğundan, həmçinin külli miqdarda kredit öhdəlikləri olduğundan hazırkı vəziyyətdə mübahisələndirilən qərar icra olunacağı təqdirdə bu hal vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin normal düzəninin pozulmasına, müvafiq öhdəliklər üzrə işlərin aparılmasında çətinliklər törədəcəyinə, əmək haqqı və digər məcburi ödənişlərin dayandırılması ilə nəticələnəcəyinə, eləcə də digər şəxslər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi halda ona maddi ziyan dəyəcəyinə, paralelində sonrakı fəaliyyəti üzrə yaranacaq vergi öhdəliklərinin icrasında çətinlik yaranma ehtimalına səbəb olacaqdır. Ərizəçi tərəfindən verilən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə üzrə apellyasiya baxışı zamanı yuxarıda göstərilən məlumatlara istinad edilməklə ilkin tənzimləmənin zəruriliyi və ziddiyyətli maraqların qiymətləndirilməsi ilə bağlı xüsusatlar göstərilmiş, ərizəçi qərarın icrasına yönəlmiş müvafiq tədbirlərin görülməsi, ən əsası bank hesablarının məxaric əməliyyatların dondurulması nəticəsində baş verə biləcək halların əhəmiyyətini və ictimai marağını qeyd etmişdir. Qeyd edilənlərlə yanaşı Kollegiya təcili tənzimlənməli olan hal ilə bağlı kassasiya instansiya məhkəməsinin qərarlarındakı mövqeləri nəzərə alaraq bildirir ki, Ali Məhkəmənin **(***)-***/**** nömrəli, ##.##.2025-ci tarixli qərardadının 31-ci bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, mübahisələndirmə haqqında iddialarda ortada bir inzibati akt mövcuddur və şəxs həmin inzibati aktdan müdafiə olunmaq məqsədi güdür. Şəxsin müdafiə olunmaq istədiyi inzibati akt ona təqdim olunduğu vaxtdan qanuni qüvvəyə mindiyindən inzibati orqan tərəfindən dərhal icra oluna bilər. Inzibati aktın bu keyfiyyəti özündə məhz təcili tənzimləmə zərurətini ehtiva edir, başqa sözlə inzibati aktın icrası təhlükəsinin real mövcud olması təcili tənzimlənmənin zəruri olduğunu ifadə edir və onun tətbiqini şərtləndirir. Ali Məhkəmənin Inzibati Kollügiyasının **(***)-***/**** saylı ##.##.2026-ci il tarixli qərarında qeyd edilmişdir:
33. Təminat tədbirləri prosessual institutunun mövcudluğu ona görə zəruridir ki, həm özünün təbiəti etibarilə, həm də müxtəlif praktiki çətinliklər səbəbindən iddialara baxılması ilə bağlı məhkəmə icraatının yekunlaşması uzun müddət tələb edə bilər. Bu halda, inzibati aktların qanuniliyini mübahisələndirmiş şəxslərin məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icra olunmasından törəyən neqativ nəticələrdən qorunmasına ehtiyac yaranır. Iddiaya baxılması yekunlaşanadək sürən uzun müddət ərzində hüquqazidd inzibati aktın qüvvədə qalması və hüquqi müstəvidə tətbiq olunaraq təsir göstərə bilmək imkanın mövcudluğunun davam etməsi, hətta sonradan inzibati aktın ləğv edilməsinə baxmayaraq, şəxslərə bərpası mümkünsüz olan və ya xeyli dərəcədə çətin olan zərərlər vurmaq ehtimalı yaradır.
34. Inzibati prosessual qanunvericilik müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə qiymət verilərkən əsasən iddiaçının (ərizəçinin) hüquqlarının müdafiəsi istiqamətində araşdırma aparılmalı olmasını təsbit etmişdir. Lakin bu o mənaya gəlmir ki, bu ərizələrə baxılarkən “tərəflərin hüquq bərabərliyi” və “mütənasiblik” prinsipləri nəzərə alınmamalıdır. Mütənasiblik prinsipinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasın. Başqa sözlə, ərizəçinin hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin görülməsi son nəticədə cavabdehin hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olmamalı, yekun məhkəmə aktı qəbul edildikdən sonra cavabdehin qəbul etdiyi inzibati aktın icrasını mümkünsüz etməməlidir (tərəflərin məhkəmə və qanun qarşısında bərabərliyi prinsipi).
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 400 nəfərdən artıq işçi qüvvəsinə malik tibb müəssisəsi olduğundan hazırkı vəziyyətdə yuxarıda qeyd olunan qərar icra olunacağı təqdirdə bu hal vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin normal düzəninin pozulmasına, tibbi ləvazimatın alınmasında çətinliklər törədəcəyinə, əmək haqqı və digər məcburi ödənişlərin dayandırılması ilə nəticələnəcəyinə, eləcə də digər şəxslər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyi halda ona maddi ziyan dəyəcəyinə səbəb olacaqdır. Ali Məhkəmənin Inzibati Kollegiyasının **(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarında da oxşar mövqe sərgilənmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hal-hazırkı mərhələdə ilkin təcili tənzimləmənin zəruri olmamasına yəni mövcud vəziyyət dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının mümkün olmamasına və ya xeyli dərəcədə çətinləşəcəyinə dair əsaslı dəlillərin ərizədə göstərilməməsinə dair mövqeyi ilə razılaşmayaraq diqqətə çatdırır ki, ərizəçi kifayət qədər dəlillər, sübutlar təqdim etmişdir, həmçinin hazırkı fəaliyyətdə olan bir müəssisənin bank hesablarına müxtəlif sərəncamlar qoyulması halında fəaliyyətinin iflic vəziyyətə salınması istər dövlət büdcəsi qarşısında, istərsə də, fiziki-hüquqi şəxslər qarşısında öhdəliklərinin icrası üçün real təhlükə yaradacaqdır. Yəni belə olduğu təqdirdə, iddiaçının hüquq və azadlıqlarının bərpa oluna bilməyəcək şəkildə pozula bilməsi ehtimalı yüksəkdir. Bundan əlavə birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, iddiaçı öz hüquqlarının qorunması üçün (vurulmuş zərərin tutulması və s.) məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası bu mövqe ilə də razılaşmayaraq diqqətə çatdırır ki, hazırki halda ilkin təcili tənzimlənmə sübuta yetirildiyindən mübahisələndirilən qərarın icrasının yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması real olaraq gələcək mübahisələrin qarşısını da almağa bir növ xidmət etmiş olacaqdır. Məhkəmə kollegiyası hazırkı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir. Iş materiallarına əsasən və formalaşmış məhkəmə təcrübəsi onu qeyd etməyə əsas verir ki, iddia böyük ehtimalla uğurludur. Əvvəla qeyd edilir ki, əsas iddia üzrə iddia tələbi təmin edilmiş, bununla da iddia tələbinin (mübahisələndirilən bütün növ vergi və digər borclara münasibətdə) böyük ehtimalla uğurluluğu aydın olur. Belə ki, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin Ərizəçi MMC barəsində qəbul etdiyi ##.##.2025-ci il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərlə bağlı diqqətə çatdırır ki, iş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan göründüyü kimi yoxlamanın müddəti ##.##.2024-##.##.2025-ci il göstərilmişdir. ##.##.2025-ci il tarixli KY ********* saylı qərara əsasən yoxlama müddətinin ##.##.2025-ci il tarixindən 51 gün artırılması müəyyən olunur. Göründüyü kimi yoxlama müddətini uzadılması qeydiyyata alınmadan 2 gün sonra reyestrdə qeydiyyata alınmışdır. Iş materiallarından görünür ki, cavabdehin ##.##.2025-ci il **************** saylı “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərara əsasən yoxlama müddəti 15 iş günü artırılmışdır. Lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” ##.##.2025-ci il tarixli KY ********* saylı çıxarışa əsasən yoxlama müddətinin ##.##.2025-ci il tarixindən 26 gün artırılması müəyyən olunur. Yoxlama müddətinin uzadılması qeydiyyata alınmadan 9 gün sonra reyestrdə qeydiyyata alınmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən müddət uzatma barədə qərarlar qəbul edilərkən bir çox hallarda Azərbaycan Respublikasının Prezidentinin 2011ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” əsasnamənin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual pozuntularla yanaşı həmçinin qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, svy aktına əsasən Nazirlər Kabinetinin ** saylı qərarına əsasən şərti rentabellik prinsipi əsasında 2022-ci il üzrə 71 830.95 manat mənfəət vergisi və 35 915.48 manat maliyyə sanksiyası, 2023-cü il üzrə 244 537.26 manat əlavə vergilər və 122 268.63 manat maliyyə sanksiyası olmaqla hesablanılmışdır. Mənfəət vergisinin hesablanmasına münasibətdə cavabdeh iddiaçının gəlirlərini qəbul etsə də, xərclərini nəzərə almamışdır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlər gəlirin əldə olunması ilə bağlı qəbul edilsə də, xərclərə münasibətdə heç bir əsas göstərilmədən qəbul edilməmişdir. Halbuki Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Bakı Inzibatı Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-*****/**** saylı qərardadı əsasında məhkəməyə təqdim edilmiş */** saylı ##.##.2026-ci il tarixli ekspert rəyində müəssisənin gəlir və xərclərini təsdiq edən rəsmi sənədlərin olması və 2021- 2023-cü illər üzrə zərərlə işləməsi təsdiq edilmişdir. Bundan əlavə ##.##.2025-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **************** saylı Protokolda qeyd edilmişdir ki, “X5 bu protokolda göstərilən götürülməsi hayata keçirilən sənədlər və əşyaları könüllü surətdə təqdim etmişdir”. Müəyyən olunur ki, müxtəlif tarixlərdə yazılmış məktublar ilə nağd pul vəsaitlərinin hərəkəti, bank hesablarin hərəkəti, debitor borclarin hərəkəti, əsas vəsaitlərin hərəkəti, satiş dövriyyəsi, obyektin icarə müqavilələri, ƏDV üzrə borc cədvəlləri, satiş müqavilələri, göndərilən bəyannamələr, balans hesabatları (2021-2024-cü illər üzrə) və s. sənədlər yoxlamaya təqdim edilmişdir. Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-*/*-H-*****-**/**** saylı məktubuna əsasən müəyyən olunur ki, online NKA üzrə 170 554 sayda çek üzrə 29 505 575.21 manat (ƏDV daxil) dəyərində satışlar həyata keçirilmişdir. Müəyyən olunur ki, 2021-ci il ərzində 599 878.31 manat (ƏDV-siz) 2022-ci il ərzində 412 915.52 manat (ƏDV-siz), 2023-cü il ərzində 692 534.78 manat (ƏDV-siz) dəyərində elektron qaimə fakturalara əsasında mallar təqdim edilmişdir. Müəyyən olunur ki, 2021-ci il ərzində 6 693 715.06 manat (ƏDV-siz), 2022-ci il ərzində 8 098 977.24 manat (ƏDV-siz), 2023-cü il ərzində 7 049 858.41 manat (ƏDV-siz) dəyərində elektron qaimə fakturalara əsasında mallar, iş və xidmətlər əldə edilmişdir. Elektron qaimə faktura və online NKA məlumatlarına istinadən hesab edilir ki, iddiaçının gəlir və xərclərini təsdiq edən sənədlər mövcuddur. Səyyar vergi yoxlaması aktında ##.##.2024 və ##.##.2025-ci il tarixli “Sənədlərin qismən təqdim edilməsi barədə aktlarda “mal material hərəkət cədvəli və yoxlama dövrünün əvvəlinə mal qalığı barədə məlumat”ın təqdim edilməməsi qeyd edilmişdir. Belə olan halda cavabdeh yoxlama ilə qeyd edilən şəkildə təyin etdiyi gəlir məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2001-ci il tarixli ** nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Yoxlayıcı orqan həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamışdır. Mövcud məhkəmə təcrübəsi əsasında da qeyd edilməlidir ki, müəssisənin gəlir və xərclərini təsdiq edən sənədlər(elektron qaimə fakturalar, yük gömrük bəyənnamələri, bank hesablarından çıxarış, dövriyyə cədvəlləri və s.) olduğu halda şərti rentabellik institununu tətbiq etməkdə cavabdeh haqlı olmamışdır. Iş materiallarından müəyyən edilir ki, müəssisə gəlir və xərclərinin uçotunu hesablama metodu ilə aparmış, malların, iş və xidmətlərin əldə edilməsinə dair elektron qaimə fakturaları cavabdeh yoxlayıcı orqanın elektron informasiya sistemində mövcud olmuş, eyni zamanda iddiaçı tərəfindən təkrarən yoxlamaya təqdim edilmişdir. Bundan əlavə cəmiyyətin pərakəndə satış dövriyyəsini təsdiq edən online NKA məlumatları Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində mövcud olmuşdur. Mənfəət vergisinin NK-nin ** saylı qərarına əsasən hesablanılmasına əsas kimi svy aktında qeyd edilmişdir ki, “tələbnamədə qeyd olunmuş mal material hərəkət cədvəli və yoxlama dövrünün əvvəlinə mal qalığı barədə məlumat əldə etmək mümkün olmamışdır”. Halbuki, yoxlama dövrünün əvvəlinə mal qalığı barədə məlumat vergi ödəyicisi tərəfindən təqdim edilən mənfəət vergisi bəyannamələrinin * saylı əlavəsinin 1.3.2-ci sətrində (mallar) qeyd edilmiş və bu məbləğ səyyar vergi yoxlaması aktı ilə təsdiq edilmişdir. Belə ki, - 2021-ci ilin əvvəlinə 380 395.77 manat mal qalığı olmuş, dövr ərzində 6 826 349.74 manat məbləğində mallar alınmış, 6 965 996.07 manat dəyərində mallar təqdim edilmiş, dövrün sonuna 240 749.44 manat mal qalığı qalmışdır. - 2022-ci ilin əvvəlinə 240 749.44 manat mal qalığı olmuş, dövr ərzində 8 203 240.40 manat məbləğində mallar alınmış, 8 085 755.66 manat dəyərində mallar təqdim edilmiş, dövrün sonuna 358 194.18 manat mal qalığı qalmışdır. - 2023-cü ilin əvvəlinə 358 194.18 manat mal qalığı olmuş, dövr ərzində 7146966.11 manat məbləğində mallar alınmış, 7 042 296.22 manat dəyərində mallar təqdim edilmiş, dövrün sonuna 462 864.07 manat mal qalığı qalmışdır. Buradan aydın olur ki, vergi orqanında bu məlumat rəsmi olaraq mövcud olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, müəssisə tərəfindən bütün mallar rəsmi olaraq elektron qaimə fakturalar əsasında alınmışdır, həmin elektron qaimə fakturalarda bütün malların çeşidlər üzrə adı və miqdarı əks etdirilmişdir. Eyni zamanda təqdim edilmiş mallar da elektron qaimə fakturalar və online NKA vasitəsi ilə satılmışdır ki, həm e-qaimə-fakturalarda, həm də online NKA məlumatlarında malların bir-bir adı, növü və məbləği əks etdirilmişdir. Beləliklə, vergi orqanında hansı maldan il üzrə nə qədər alınması və nə qədər satılması ilə bağlı rəsmi məlumat mövcud olmuşdur. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası iddianın böyük ehtimalla uğurlu olması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki: “39. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki mübahisə üzrə iddiaçının xərc sənədləri (elektron qaimə-faktura, yük-gömrük bəyannamələri və s.) mövcud olduğundan mənfəəti birbaşa müəyyən etmək mümkün olmuşdur və cavabdeh Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən şərti rentabellik normasını tətbiq etməkdə haqlı olmamışdır. ...
42. Beləliklə, yoxlamanın 2021-ci ilinə münasibətdə cavabdeh vergitutma obyektinin müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 67.1-ci maddəsində qeyd olunan əlaqəli məlumatlardan, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə etmədən, birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalardan istifadə etməklə vergi hesablamaqla yalnışlığa yol vermişdir.
43. Yoxlamanın 2022-ci ilinə münasibətdə isə Kollegiya bildirir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən hazırki mübahisə üzrə iddiaçının xərc sənədləri (elektron qaimə-faktura, yük-gömrük bəyannamələri və s.) mövcud olmasına baxmayaraq, cavabdeh həmin sənədlərin hansı səbəbdən xərc sənədləri kimi nəzərə alınmamasını əsaslandırmamışdır.” Oxşar iş üzrə Ali Məhkəmənin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qərarında qeyd edilmişdir ki: “20. Məhkəmə kollegiyası 2020-2021-ci illər üzrə hesablanmış mənfəət vergisi ilə bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin ##.##.2022-ci ilədək olan redaksiyası ilə bağlı formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-in 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Məhz, Vergi Məcəlləsinə # ###### 2021-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 67.17-ci maddə də bu halı təsdiq edir (bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr, bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir). Başqa sözlə, sözügedən dəyişikliyə qədər 67-ci maddədə sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən müddəaların ardıcıllıq gözlənilmədən tətbiqinə əsas verən norma mövcud deyildi. Odur ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, vergi orqanı tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Nazirlər Kabinetinin ## #### 2001-ci il tarixi ** saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə əlavə vergi məbləği hesablanması qanunsuzdur. ...
24. Qeyd edilməlidir ki, ilk növbədə, VM-in 67-ci maddəsində ardıcıllıqla bağlı tələb 2022-ci ildən qüvvədə olmasa da, vergi orqanı hər bir halda və bütün situasiyalarda 67-ci maddəni tətbiq etməyə haqlı deyil. 25. Ilk növbədə, iddiaçı özü aldığı mal, iş və xidmətlərin dəyərini vergi orqanından belə çox göstərib (6.313.024,11- iddiaçı; 6.247.87,21 manat vergi orqanı). Bundan əlavə, iddiaçı malların bir hissəsinin onda olduğunu bəyannamədə qeyd etməsinə baxmayaraq, vergi orqanı bunu nəzərə almadan dövriyyəni artırıb. Vergi orqanı iddiaçının mal qalığı olmadığını sübut edə bilmir. Belə ki, cavabdeh tərəfindən iddiaçının tikinti sahəsinə baxış keçirilməyib. Digər tərəfdən, iddiaçı 2022-ci ilin sonuna göstərdiyi 1.055.830,13 manat mal qalığını 2023- cü ilin əvvəlinə olan mal qalığı kimi də 2023-cü ilin bəyannaməsində əks etdirib və cavabdeh bunu qəbul edib, həmçinin bu mal qalığının bir hissəsi həm də 2024-cü ilə keçib. Vergi orqanı 2023-2024-cü illərdə apardığı kameral yoxlamalarla da bu məsələni təsdiq edib. Başqa sözlə, vergi orqanının iddiaçının 2022-ci il üzrə 1.055.830,13 manat mal qalığı ilə bağlı bəyanını qəbul etməməsi aydın deyil. Odur ki, iddiaçının dövriyyəsinin bəyan etdiyi 5.881.611,6 manatdan artıq olması iş materialları ilə təsdiqlənmədiyindən, cavabdeh vergi orqanının iddiaçıya münasibətdə 6.247.87,21 manat dövriyyəyə şərti rentabelliklə mənfəət vergisi hesablaması əsaslı olmamışdır.” Göründüyü kimi, oxşar iş üzrə Ali Məhkəmənin Inzibati Kollegiyasının qeyd edilən qərarında mal qalığının mövcud olmasına, yoxlama zamanı inventarizasiya keçirilməməsinə, həmçinin səyyar vergi yoxlaması aktı ilə mal qalığı məlumatlarının rəsmi olaraq təsdiq edilməsinə baxamayaraq şərti rentabellik tətbiq edilməklə vergilərin hesablanmasının qanunsuz olması qeyd edilmişdir. Bildirilir ki, prossessual qanunvericiliyin sadalanan normalarının tələblərinə görə müvəqqəti xarakterli müdafiə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olması və iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri institutu qanunvericilikdə tərəflərin istənilən məsələ ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsini deyil, gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədini daşımaqla, müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməməli olmasını təzahür etdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruriliyinə dair ərizəçi tərəfindən məhkəməyə sübut təqdim edildiyindən, həmçinin qanunvericiliyə və bunun əsasında formalaşmış məhkəmə təcrübəsinə əsasən iddianın uğurluluğu aydın olduğundan ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri institutu qanunvericilikdə tərəflərin istənilən məsələ ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsini deyil, gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədini daşımaqla, müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməməli olmasını təzahür etdirir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında vəsatət qaldıra bilər. Həmin Məcəllənin 44.4-cü maddəsinə əsasən müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ləğv edilməli, ərizə təmin edilməli, cavabdehin iddiaçı barəsində qəbul edilmiş **************** nömrəli, ##.##.2025-ci il tarixli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarının icrası əsas iddia üzrə yekun məhkəmə aktı çıxarılanadək dayandırılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda izah edir ki, mübahisələndirilən qərarın icrası dayandırıldığından həmin qərarla bağlı olaraq səyyar vergi yoxlaması ilə hesablanmış 316 522.56 manat əsas məbləğ, 162 309.93 manat maliyyə sanksiyası və əsas məbləğə münasibətdə hesablanmış faizlər həcmində bank hesabları və ƏDV depozit hesabı üzərindən alınmalı və dondurulmalı sərəncamlar götürülməlidir.
NƏTICƏVI HISSƏ:
Göstərilənlərə əsasən və IPM-in 40-44, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
QƏRARA ALDI: Ərizəçi Ərizəçi MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilsin. Iddiaçı Ərizəçi MMC-nin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı qərarın ləğv edilməsi” tələbinə dair işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisələndirilən “**************** nömrəli, ##.##.2025-ci il tarixli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarın icrasının dayandırılması öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli