Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-91/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), yazılı məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun təhlükəsizliyinin təmin olunmasına dair qərar qəbul edilməsi öhdəliyinin Ədliyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun təhlükəsizliyinin təmin olunması barədə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, hal hazırda Penitensiar Xidmətin Umbakı həbsxanasında saxlanılır. Müəssisəyə köçürülən gündən hüquq və azadlıqları məhdudlaşdırıldığından bütün müraciətləri yaradılmış elektron kabineti vasitəsilə nümayəndələri tərəfindən həyata keçirilir. Təhlükəsizliyinin təmin olunması barədə qərarın Ədliyyə Nazirliyinə həvalə edilməsinə dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Lakin digər şəxslər tərəfindən həyat və sağlamlığına qarşı təhlükə riski olduğundan müvəqqəti xarakterli müdafiənin tətbiqinin əsasları yaranmışdır. Belə ki, belə şəxslərin həyatına qəsd edəcəyi və ya etdirəcəyi təqdirdə Ədliyyə Nazirliyinin belə qərar qəbul etməsi əhəmiyyətsiz və gec ola bilər. ##.##.2025-ci il tarixindən həmin müəssisəyə köçürülmüş, belə həyat və sağlamlığına qarşı sui-qəsd cəhdi olunmuş və dərhal preventiv tədbirlərə əl atmışdır. Hansı ki belə saxlanılan şəxslərlə birlikdə saxlanılmağına qanunvericilik icazə vermir və belə hərəkətlərə müəssisə rəhbərliyi vəzifə səlahiyyətlərinə qəsdən zidd şüurlu surətdə yol vermişlər. Hal hazırda təhlükəsizliyi təmin edilməmiş və belə qərar qəbul edilməmişdir. Belə hallar mövcud olduğu üçün hər hansı şəxslə qalmaqdan imtina etmişdir. Lakin buna səbəb digər məhkumlarla birlikdə saxlanılmanın mümkün olmaması deyil, təhlükəsizliyin təmin edilməsidir. Cavabdeh ərizəyə yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə mümkün sayılmamışdır. Ərizəçi apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyası aşağıdakı sxem üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin yoxlanılmasını zəruri hesab edir: Ərizəçinin maddi tələbinin mövcud İddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı olması ehtimalının müəyyən edilməsi “onun təhlükəsizliyinin təmin olunmasına dair qərar qəbul edilməsi öhdəliyinin Ədliyyə Nazirliyinə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edimişdir. Müddətin gözlənilməsi (ötürülüb- müddət ötürülməmişdir ötürülməməsi) Ərizənin əsaslı olmasının müəyyən edilməsi: 1.iddia qaldırmaq səlahiyyətinin olması ərizəçi iddia qaldırmaq səlahiyyətindədir 2.cavabdehlər tərəfin düzgün müəyyən Cavabdeh düzgün müəyyən edilməyib edilməsi kifayət qədər əsaslandırma mövcud deyil və 3.kifayət qədər əsaslandırmanın mövcud vəziyyətin dəyişəcəyi təqdirdə olması (mövcud vəziyyətin dəyişəcəyi ərizəçinin hüquqlarının bərpa edilməsinin təqdirdə onun hüquqlarının təmin və ya mümkün olmaması və bu səbəbdən ilkin təcili bərpa edilməsinin mümkün olmaması tənzimləmənin həyata keçirilməsinin zəruriliyi və bu səbəbdən ilkin təcili müəyyən edilmir. tənzimləmənin həyata keçirilməsinin zəruriliyi (işin konkret halları ilə) II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1-ci maddəsinə əsasən inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2-ci maddəsinə görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Sadalanan normaların tələblərindən göründüyü kimi müvəqqəti xarakterli müdafiə tədbiri inzibati aktın mübahisələndirilməsinə dair iddia olduqda bilavasitə onun icrasının dayandırılmasına, digər iddia növlərinə münasibətdə isə irəli sürülmüş iddia tələbinin mahiyyətindən asılı olaraq iddiaçının hüquqlarının qorunması məqsədilə iddianın təmininə yönəlmiş tədbir kimi qəbul edilir. Qeyd edilməlidir ki, iddia ərizəsində olduğu kimi müvəqqəti xarakterli müdafiə barədə ərizənin də hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Ərizənin mümkünlüyünün yoxlanılması onun əsaslılığının yoxlanılmasından öncə gəlir. İş materiallarından göründüyü kimi Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı təhlükəsizliyinin təmin olunması tələbinə dair iddiası mümkün sayılmamışdır. Kollegiya qeyd edir ki, müvəqqəti xarakterli müdafiə barədə ərizəyə əsas tələb mümkün hesab edildiyi təqdirdə baxıla bilər. Əsas tələbin mümkünsüzlüyü eyni zamanda müvəqqəti xarakterli müdafiəyə dair ərizənin də mümkünsüzlüyünə səbəb olur. Ona görə də hesab olunur ki, birinci instansiya məhkəməsi iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegyiası, ərizəçinin apellyasiya şikayətinin – birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Qeyd olunanlara əsasən və İPM-in 40.2, 55.4 və 55.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-6)-91/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-91/2026
11.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver