Məhkəmə qərarları › İş №15(3-6)-93/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-93/2026

18.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-93/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), İbrahimli İbrahim Adil oğlundan və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Yusubov İbrahim Mahmud oğlunun cavabdehlər Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə qarşı hərbi xidmətə yararlı hesab edilməyi barədə qərarların ləğv edilməsi və s. tələbinə iddiasına dair inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadından ərizəçi və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inizbati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Yusubov İbrahim Mahmud oğlu cavabdehlər xxxx” publik hüquqi şəxsinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərbi xidmətə yararlı hesab edilməyi barədə cavabdeh cavabdeh2 publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli qərarının və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin ##.##.2026-cı il tarixli qərarlarının ləğv edilməsi, cavabdeh DTSERA-nın üzərinə sağlamlıq vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməsi barədə, digər cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin üzərinə onun dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməyi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir, 2- *(*-*)-****/**** saylı iş). İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 yaşı tamam olduğu vaxtdan etibarən hərbi qeydiyyatda olmaqla mütəmadi şəkildə tibbi müayinələrdən keçmişdir. Keçirilmiş bütün müayinələr nəticəsində sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız hesab olunmuş və ona möhlət hüququ verilmişdir. Bel nahiyəsində disk yırtığı (qrija), yastıayaqlılıq, Boy: 190 sm, çəki: 130 kq olmaqla III dərəcə piylənmə, bir gözününün görməməsi kimi xəstəlkləri mövcuddur. İndiyədək keçirilmiş müayinələrdə “Bel nahiyəsində disk yırtığı (qrija)” əsas gətirilməklə, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız hesab olunmuşdur. Digər xəstəlikləri möhlət hüququnun yaranması ilə bağlı ciddi müayinə edilməmişdir. Sonuncu tibbi müayinə zamanı Səfərbərlik tərəfindən yararsız hesab edilsə də, cavabdeh tərəfindən tibbi vəziyyəti obyektiv qiymətləndirilməmiş, mövcud xəstəliklər nəzərə alınmadan əsassız olaraq hərbi xidmətə yararlı hesab edilmişdir. Bu əsassız qərar nəticəsində cavabdeh qurum - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ona çağırış vərəqəsi təqdim edilmişdir. Çağırış vərəqəsində ## ##### 2026 tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon şöbəsində olmağı tapşırılmışdır. Yuxarıda qeyd etdiyi ki, iddiaçının əvvəllər “sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız hesab olunmağına” əsas kimi Bel nahiyəsində disk yırtığı (qrija) qeyd edilsə də, digər xəstəlikləri də mövcuddur. Həmin xəstəlikləri də cavabdeh tərəfindən nəzərə alınmamışdır. Piylənmə elə xəstəlikdir ki, onun gizlədilməsi və ya yalançı diaqnoz qoyulması mümkünsüzdür. Qanunvericiliyə əsasən II dərəcə piylənmə xəstəliyi olan şəxs ya xidmətə yararsız hesab edilməli, ya da 6 aylıq möhlət hüququ almaqla nəzarətə götürülməlidir. Hər iki halda şəxsin hərbi xidmətə cəlb edilməsi yolverilməz hesab edilir. Bundan başqa o, ailə başçısıdır, həyat yoldaşı 4 aylıq hamilədir. Azyaşlı övladı var. Ailənin yeganə gəlir mənbəyi odur və yoldaşım heç yerdə işləmir. Dövlətin bu vəziyyətə düşən ailələrə maddi yardım etməyi qanunvericiliklə nəzərdə tutulmayıb. Bu hallar da hərbi xidmətə cəlb edilməyinin qeyri-mütənasib və əsassız olduğunu göstərir. Eyni zamanda, ərizəçi (iddiaçı) “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə ilə məhkəməyə müraciət edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılması və həmin İdarənin üzərinə mübahisə yekunlaşanadək onun hərbi xidmətə çağrılmamağı öhdəliyinin qoyulması barədə qərarad qəbul edilməsini xahiş etmişdir (ərizə dəqiqləşdirilmişdir). Ərizənin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni məzmunludur. Cavabdeh orqan qeyd olunan ərizəyə dair hər hansı bir münasibət bildirməmişdir. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə qismən təmin edilmiş, Yusubov İbrahim Mahmud oğlunun Azərbaycan Respublikası vətəndaşlarının növbəti müddətli həqiqi hərbi xidmətə çağırış müddətinədək (aprel 2026-cı il tarixdən sonrakı ilk çağırış müddətinədək) hərbi xidmətə çağırılmaması öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin üzərinə qoyulmuş, ərizə qalan hissədə təmin edilməmişdir. Ərizəçi apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin təmin tam olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xəstəliklərinin sayı şikayət ərizəsində sadalanmışdır. Həmin xəstəliklərin müalicə olunması qeyri-mümkündür. Belə ki, 3-cü dərəcə piylənmə xəstəliyinin müəyyən edilməsi üçün ərizəçinin boyu və çəkisinin öyrənilməsi kifayətdir. Bu parametrlərlə açıq aydın şəkildə yazılmış qrafiklə onun 3 cü dərəcə piylənmədən əziyyət çəkməyi müəyyən edilə bilər. 3 cü dərəcə piylənmə isə qanunvericiliyə əsasən 6 aylıq möhlət verilməsi üçün əsasdır. Ən azı bu xəstəliyinə görə qanunvericiliklə ona 6 aylıq möhlət verilməli idi. İndiyədək keçirilmiş müayinələrdə “Bel nahiyəsində disk yırtığı (qrija)” əsas gətirilməklə, sağlamlıq vəziyyətimə görə hərbi xidmətə yararsız hesab olunmuşdur. Digər xəstəlikləri möhlət hüququnun yaranması ilə bağlı ciddi müayinə edilməmişdir. Sonuncu tibbi müayinə zamanı Səfərbərlik tərəfindən yararsız hesab edilsə də, cavabdeh tərəfindən tibbi vəziyyəti obyektiv qiymətləndirilməmiş, mövcud xəstəliklər nəzərə alınmadan əsassız olaraq hərbi xidmətə yararlı hesab edilmişdir. Azərbaycan Respublikasında hərbi xidmət dövlətin təhlükəsizliyinin təmin olunmasında və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında əsas rol oynayır. Hər bir gənc vətəndaş 18 yaşı tamam olduqda hərbi xidmətə çağırış komissiyasında tibbi müayinədən keçir və sağlamlıq vəziyyəti ciddi şəkildə yoxlanılır. Ən azından qanunvericiliklə belə qayda müəyyən edilib. Hazırki halında isə ərizəçinin xidmətə göndərilməyi geri dönməz nəticələr yarada bilər. Həmçinin onun sağlamlığı üçün ciddi risk mövcuddur. Eyni zamanda cavabdeh orqan da apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli, iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış güman yaratmalıdır. Hazırki qərardadın qəbul edilməsi məhkəmələr tərəfindən vətəndaşların müddətli həqiqi xidmətdən yayınmalarına zəmin yaradır və dövlət başçısının bu sahədə müvafiq tapşırıqlarının vaxtında icrasına maneə törədir. Məhkəmə kollegiyası aşağıdakı sxem üzrə Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin yoxlanılmasını zəruri hesab edir: Ərizəçinin maddi tələbinin mövcud Hazırda iddiaçı Yusubov İbrahim Mahmud olması ehtimalının müəyyən edilməsi oğlu cavabdehlər xxxx” publik hüquqi şəxsinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə qarşı “hərbi xidmətə yararlı hesab edilməyi barədə cavabdeh cavabdeh2 publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli qərarının və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin ##.##.2026-cı il tarixli qərarlarının ləğv edilməsi, cavabdeh DTSERA-nın üzərinə sağlamlıq vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməsi barədə, digər cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin üzərinə onun dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməyi” tələbinə dair iş Bakı İnzibati Məhkəməsinin icraatında baxılmaqdadır. Müddətin gözlənilməsi (ötürülüb- müddət ötürülməmişdir ötürülməməsi) Ərizənin əsaslı olmasının müəyyən edilməsi: 1.iddia qaldırmaq səlahiyyətinin olması ərizəçi iddia qaldırmaq səlahiyyətindədir 2.cavabdeh tərəfin düzgün müəyyən xxxx” publik hüquqi şəxsi və Azərbaycan edilməsi Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi kifayət qədər əsaslandırma mövcuddur və 3.kifayət qədər əsaslandırmanın olması mövcud vəziyyətin dəyişəcəyi təqdirdə (mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının bərpa edilməsinin onun hüquqlarının təmin və ya bərpa mümkün olmaması və bu səbəbdən ilkin təcili edilməsinin mümkün olmaması və bu tənzimləmənin həyata keçirilməsinin qismən səbəbdən ilkin təcili tənzimləmənin zəruriliyi müəyyən edilir. həyata keçirilməsinin zəruriliyi (işin konkret halları ilə) II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1-ci maddəsinə əsasən inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2-ci maddəsinə görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. İş materiallarından görünür ki, iddiaçı hərbi xidmətə çağırış ilə əlaqədar olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən şəhadətləndirilmiş və ##.##.2025-ci il tarixli qərarla dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İşdə olan Yerli Çağırış Komissiyasının Qərarına əsasən onda olan xəstəliklər aşağıdakı kimi qiymətləndirilmişdir: Periferik sinir sistemi xəstəlikləri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008- ci il 29 fevral tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin (bundan sonra Əsasnamə) 26cu maddəsinin 1 Qrafasının, c bəndinin (funskiyaların cuzi dərəcədə pozulması ilə) c kateqoriyası üzrə (dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı) kimi qiymətləndirilmişdir. İşdə olan Mərkəzi Hərbi Həkim Komsiyyasının ##.##.2025-ci il tarixli rəyinə əsasən onda olan xəstəliklər aşağıdakı kimi qiymətləndirilmişdir: Onurğanın xəstəlikləri və onların nəticələri – (anadangəlmə deformasiyalar və inkiaf qüsurlarından başqa) – Əsasnamənin 59-cu maddəsinin c bəndi (funksiyaların cuzi dərəcədə pozulması ilə. c kateqoriyası üzrə (dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı) kimi qiymətləndirilmişdir. İşdə olan DTSERA-nın ##.##.2025-ci il tarixli yekun rəyinə əsasən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiq edilərək 6 ay müddətində hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. İşdə olan MHHK-nın ##.##.2025-ci il tarixli yekun rəyinə əsasən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. İddiaçı növbəti dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi tərəfindən şəhadətləndirilmiş və ##.##.2026-ci il tarixli qərarla sağlamlıq vəziyyətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. İşdə olan Yerli Çağırış Komissiyasının Qərarına əsasən onda olan xəstəliklər aşağıdakı kimi qiymətləndirilmişdir: Periferik sinir sistemi xəstəlikləri – d) periferik sinir sistemini kəskin xəstəlikllərindən, xroniki xəstəliklərinin kəskinləşməsindən, habelə onların cəraahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar. Əsasnamənin 26-cı maddəsinin D bəndi, Ç – sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız. Digər xəstəliyi Piylənmə - Endokrin sistemin digər xəstəlikləri – Əsasnamənin 13cü maddəsinin Ç bəndi, qidalanma və maddələr mübadiəli pozulmaları. Ç) kəskin xəstəlikdən və ya xroniki xəstəliklərin kəskinləşməsindən, yaxud cərrahi müalicədən sonrakı hal, müvafiq fhnksiaonl pozulmalar. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız. MHHK-nın ##.##.2026-cı il tarixli qərarı ilə Yerli Çağırış Komissiyasının Qərarı ilə eyni diaqnozlar qoyulmuş və eyni kateqoriya üzrə təsdiq edilmişdir. DSTERA-nın ##.##.2026cı il tarixli qərarı ilə, Üçüncü dərəcəli piylənmə E66, 13-cü maddənin, d bəndinə əsasən A- 3 kateqoriyaya uyğun qiymətləndirilərək müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmiş, digər xəstəlik üzrə isə (Periferik sinir sistemi xəstəlikləri) heç bir kateqoriya üzrə heç bir maddə tədbiq edilməməsi qeyd edilmişdir. DSTERA-nn sonuncu qiymətləndirməsindən sonra MHHK sədrinin ##.##.2026-cı il tarixli yekun qərarına əsasən A kateqoriyası üzrə qiymətləndirilərək müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmiş və iddiaçıya ##.##.2026-cı il tarixdə hərbi xidmətə çağırış vərəqəsi verilmişdir. İddiaçı hazırda yekun məhkəmə aktının qəbul olunmasına qədər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılması və həmin İdarənin üzərinə mübahisə yekunlaşanadək onun hərbi xidmətə çağrılmamağını tələb edir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, hazırda onda olan xəstəliklərin müalicəsi qeyrimümkün olduğundan ərizəçinin xidmətə göndərilməyi geri dönməz nəticələr yarada bilər. Həmçinin onun sağlamlığı üçün ciddi risk mövcuddur. Belə ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun #.##.2023-cü il tarixli, 14 № li qərarında qeyd edilən hüquqi mövqedən müəyyən edilir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün 2 şərt eyni anda mövcud olmalıdır: ilkin təcili tənzimləmə zəruri olmalı və iddia böyük ehtimalla uğurlu olmalıdır. İlkin təcili tənzimləmənin zəruri olması ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının hazırkı vəziyyətdə hərbi xidmətə göndərilməsi sağlamlıq vəziyyətinin ağırlaşmasına, ağır fəsadların yaranmasına səbəb ola bilər ki, göstərilən səbəbdən ərizənin tam təmini əsası müəyyən edilməsə də, müvəqqəti müddət üzrə hərbi xidmətə aparılmasının qadağan edilməsi zəruridir. Eyni zamanda iddiaçı 2025-ci il tarixdə şəhadətləndirilərkən istər yerli çağırış komissiyasında, istər MHHK-da, istərsə də, DTSREA-da Periferik sinir sistemi xəstəlikləri diaqnozu öz təsdiqini tapmış və iddiaçı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab eidlmişdir. İddiaçının sonuncu şəhadətnləndirilməsi zamanı da, həmin xəstəlik onda yenə də aşkar olunmuş, lakin bu dəfə DTSERA əvvəlki qərarına zidd olaraq iddiaçının vəziyyətinin həqiqi hərbi xidmətə yararlı hesab etmişdir. Bundan başqa, iddiaçının sonuncu müayinəsi zamanı həmçinin onda III dərəcə alimetar piylənmə də müşahidə edilmişdir ki, yuxarıda qeyd olunan Əsasnamənin tələblərinə əsasən iddiaçıya hərbi xidmətə möhlət verilməsi üçün əsas kimi göstərilmişdir. Bununla yanaşı, iddia tələbinin böyük ehtimalla uğurlu olub-olmaması ilə bağlı kollegiya onu qeyd edir ki, şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi ixtisaslaşmış tibbi biliyə malik şəxslərin iştirakı ilə qiymətləndirilməli olan məsələ olduğundan işə mahiyyəti üzrə baxıldığı müddət ərzində buna dair tibbi biliyə malik şəxslərdən şəxsin yararlılıq kateqoriyasına dair tibbi-sağlamlıq vəziyyəti barədə məlumatlar əldə edilməsi üçün ekspertiza və mütəxəssis rəyləri alınmalı, gərək olacağı təqdirdə tibbi biliyə malik şəxslərin iştirakı icraata cəlb edilməlidir. Qeyd olunan halın araşdırılması məqsədilə müvafiq sorğu verilmiş və Bakı İnzibati Məhkəməsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, məhkəmənin icraatında olan iddiaçı Yusubov İbrahim Mahmud oğlunun cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Nəsimi rayon İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair *-*(*-*)-****/**** saylı inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzindən mütəxəssis rəyinin alınması barədə ##.##.2026-cı il tarixdə qərardad qəbul edilmişdir. Kollegiya qeyd edir ki, Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Mərkəzindən mütəxəssis rəyinin alınması ilə ilkin olaraq iddianın uğurluluq ehtimalının müəyyən edilməsi mümkün olması istisna deyil. Hazırki, vəziyyətdə iddianın uğurluq ehtimalının qeyri-müəyyən olunduğuna görə məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin əsaslılığını ziddiyyətli maraqlar baxımdan qiymətləndirilməsinə keçməlidir. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, inzibati məhkəmə icraatının iştirakçılarının mənafeyini və mövcud olan ictimai maraqları nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçıda mövcud xəstəlik ən azından müvəqqəti xidmətə çağrılmama üçün əsas yaratdığından müvəqqəti xarakterli müdafiə tədbirinin qismən əsaslı sayılması və iddiaçının növbəti hərbi xidmətə çağırış müddətinədək hərbi xidmətə çağrılmasının qadağan edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayətləri təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 40.2, 55.4 və 55.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar