Məhkəmə qərarları › İş №15(3-6)-96/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-96/2026

17.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-96/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçilər Create İndustry Məhdud Məsuliyyətli Cəmiyyətinin və Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə qarşı işi üzrə (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət tərkibdə, Ərizəçilər (iddiaçılar) Create İndustry Məhdud Məsuliyyətli Cəmiyyətinin və Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin “Etibarsız təchizatçıların reyestrinə daxil edilmə barədə” ##.##.2026-cı il tarixli AİBNDA/Q-51/2026 nömrəli Qərarına əsasən Hüquqi ünvanı AZ5000, ünvan 2 olan Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) və hüquqi ünvanı AZ1078, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 14, mənzil 49 olan “Create İndustry” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) 12 ay (on iki) ay müddətinə etibarsız təchizatçıların reyestrinə daxil edilmiş və həmin müddət ərzində onun dövlət satınalmalarında iştirakına yol verilməməsi qərara alınmışdır. İddiaçı Create İndustry Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına X12rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Create İndustry” MMC-nin və Maraqlı şəxs QSC-nin etibarsız təchizatçıların reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin ##.##.2026cı il tarixli AİBNDA/Q-51/2026 nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına X12rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Create İndustry” MMC-nin və Maraqlı şəxs QSC-nin etibarsız təchizatçıların reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin ##.##.2026- cı il tarixli AİBNDA/Q-51/2026 nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli Qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan *-*(*-*)-****/**** nömrəli inzibati iş həmin məhkəmənin icraatında olan *-*(*-*)-****/**** nömrəli (iddiaçı “Create İndustry” MMCnin cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına X12rşı “qərarın ləğv edilməsi” tələbinə dair) inzibati işlə birləşdirilmişdir. Birinci instansiya məhkəməsində icraat Ərizəçilər “Create İndustry” Məhdud Məsuliyyətli Cəmiyyəti və Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyəti eyni zamanda hazırkı müvəqqəti xarakterli müdafiəyə dair ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən "CREATE İNDUSTRY" MMC barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, AİBNDA/Q-51/202 nömrəli qərarın icrasının iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması barədə müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda cavabdehin ##.##.2026-cı il tarixli, AİBNDA/Q-51/2026 nömrəli qərarının ləğv edilməsi barədə iddia Bakı İnzibati Məhkəməsinin icraatındadır. Qeyd olunan qərarla "CREATE İNDUSTRY" MMC 12 (on iki) ay müddətinə etibarsız təchizatçı larin reyestrinə daxil edilmiş və həmin müddət ərzində dövlət satınalmalarında iştirakına yol verilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən, iddianın təmin edilməsi məqsədilə məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edə bilər. 1. İddianın ilkin baxışda əsaslı olması. İddia ərizəsində ətraflı göstərildiyi kimi, cavabdeh tərəfindən qəbul edilmiş qərar formal xarakter daşıyır və "CREATE İNDUSTRY" MMC ilə digər təchizatçı arasında hər hansı sövdələşmənin mövcudluğunu təsdiq edən faktiki hallar və sübutlar ümumiyyətlə araşdırılmamışdır. Cavabdeh tərəfindən yalnız sənədin notariat orqanından təsdiq edilməsi faktına istinad edilmiş, lakin bu halın: satınalma prosesinə təsiri, rəqabətin pozulması, tender nəticəsinə müdaxilə ilə bağlı heç bir hüquqi və faktiki əsaslandırma aparılmamışdır. Belə yanaşma ilə eyni şəhərdə yerləşən notariat orqanında müxtəlif təsərrüfat subyektlərinin sənədlərinin təsdiq edilməsi belə əsassız olaraq “sövdələşmə” kimi qiymətləndirilə bilər ki, bu da hüquqi baxımdan qəbuledilməz və absurd nəticələrə gətirib çıxarır. Bundan əlavə, nəzərə alınmalıdır ki, məhkəmə təminat tədbiri tətbiq edərkən iddianın mahiyyəti üzrə tam həcmdə həllini deyil, iddianın ilkin baxışda hüquqi cəhətdən əsaslı görünməsini qiymətləndirir. Hazırkı işdə isə belə əsaslılıq açıq şəkildə mövcuddur. Belə ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar “Dövlət satınalmaları haqqında” Qanunun 35.1.10-cu maddəsində nəzərdə tutulan sövdələşmə tərkibinin zəruri elementləri müəyyən edilmədən qəbul olunmuşdur. Qərarda nə tender təkliflərinin əvvəlcədən razılaşdırılması, nə qiymətlərin koordinasiyası, nə tender nəticəsinə təsir etməyə yönəlmiş ortaq iradə, nə də rəqabəti pozan davranış üzrə hər hansı birbaşa və mötəbər sübut göstərilmişdir. Əksinə, cavabdeh yalnız texniki xarakterli bir fakta - sənədin notariat orqanından təsdiq edilməsinə istinad etmiş, lakin həmin hal ilə iddia edilən sövdələşmə arasında hüquqi və faktiki səbəbli əlaqəni əsaslandıra bilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.1 -ci maddəsinə görə isə mübahisələndirilən inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək yükü məhz cavabdehin üzərinə düşür. Sübutetmə yükü yerinə yetirilmədən, ehtimallara və formal mülahizələrə əsasən qəbul edilmiş inzibati aktın işin mahiyyəti üzrə qüvvədə saxlanılması ehtimalı aşağı, iddianın təmin edilməsi ehtimalı isə yüksəkdir. Bu baxımdan iddia ərizəsində göstərilən hallar iddianın yüksək uğur ehtimalına malik olduğunu göstərir. 2. İddiaçının real bazar iştirakçısı olması və bərpası mümkün olmayan zərərin mövcudluğu. İş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən keçirilmiş satınalma üzrə ##.##.2024-cü il tarixli iclas protokolundan da açıq şəkildə görünür ki, iddiaçı müntəzəm olaraq dövlət satınalmalarında iştirak edən real bazar iştirakçısıdır. Belə ki, qeyd olunan satınalma prosedurunda iddiaçı digər təsərrüfat subyektləri ilə yanaşı iştirak etmiş, müvafiq qaydada qiymət təklifi təqdim etmiş və rəqabətli mühitdə fəaliyyət göstərmişdir. Bu hal onu təsdiq edir ki, iddiaçı: formal və ya epizodik deyil, davamlı iqtisadi fəaliyyət həyata keçirən subyektdir, dövlət satınalmaları bazarında aktiv iştirak edir, və real olaraq müqavilə bağlamaq və öhdəlikləri icra etmək imkanına malikdir. Belə olan halda, iddiaçının etibarsız təchizatçıların reyestrinə daxil edilməsi onun bazardan tam kənarlaşmasına və iqtisadi fəaliyyətinin faktiki dayandırılmasına səbəb olur ki, bu da öz xarakterinə görə real və bərpası mümkün olmayan zərər təşkil edir. 3. İqtisadi və sosial nəticələr (zəncirvari zərər). İddiaçıların əsas fəaliyyət istiqaməti məhz dövlət satınalmalarında iştirak və müqavilələrin icrası ilə bağlı olduğundan, onun digər sabit maliyyə mənbələri və alternativ gəlir imkanları mövcud deyildir. Bu səbəbdən iddiaçılar əmək haqqı ödənişlərini, icarə haqlarını, vergi və digər icbari ödənişləri ödəmək imkanını itirir. Hazırda iddiaçılar nəinki gəlirdən məhrum olur, eyni zamanda real müflisləşmə (iflas) təhlükəsi ilə üzləşir. Bundan əlavə: əmək haqqının gecikməsi işçilərin sosial vəziyyətinə birbaşa təsir edir, əmək müqavilələrinin pozulması riski yaranır, iddiaçılar gələcəkdə X7 Xidməti tərəfindən inzibati məsuliyyətə cəlb oluna bilər. Bu zərərin kompensasiyası və sonradan bərpası mümkün deyil, və məhkəmə qərarı ilə aradan qaldırıla bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ### 2026-cı-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ilə (hakim Aydın Babayev) müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin olunmuş, *-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin “Etibarsız təchizatçıların reyestrinə daxil edilmə barədə” ##.##.2026-cı il tarixli AİBNDA/Q-51/2026 nömrəli qərarının icrasının dayandırılması qərara alınmışdır. Cavabdeh şəxs birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ## ### 2026cı il tarixli qərardadının ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabvdeh apellyasiya şikayətini etirazın məzmununa uyğun əsaslandırmış, həmçinin qeyd etmişdir ki, əsas tələb üzrə işin hazırki mərhələsində iddianın uğurluluq ehtimalının tam aydın olmaması ilə yanaşı, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimlənmənin zəruri olması iddiaçı tərəfindən ərizədə əsaslandırılmamışdır. Habelə, məhkəmə qərardadı faktiki hallara deyil, sadəcə ehtimallara əsaslanmaqla qəbul edilmiş, konkret nəticəyə və ya maddi itki məsələsinə dair hər hansı hal əsaslandırılmamışdır. Beləliklə, məhkəmə qərardadı əsaslandırılmamış, iddiaçıların subyektiv mülahizələrini qəti fakt kimi qəbul etmişdir; iddianın təmin olunmaması halında yaranacaq maddi itkinin həcmi və qaçılmazlığı əsaslandırılmamışdır; Təmin tədbiri görülərkən tərəflərin maraqları arasında balans qorunmamış, cavabdehin qanunvericiliklə ona həvalə edilmiş səlahiyyətlərinin icrasına maneəçilik törətmiş və qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, ərizəçilər “Create İndustry” Məhdud Məsuliyyətli Cəmiyyəti və Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyəti eyni zamanda hazırkı müvəqqəti xarakterli müdafiəyə dair ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən "CREATE İNDUSTRY" MMC barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, AİBNDA/Q-51/202 nömrəli qərarın icrasının iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmasına yönəlmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə hazırki işin fərdi hallarını nəzərə alaraq təcili tənzimləmə zərurətinin olması ilə bağlı müəyyən edir ki, ərizəçilər Create İndustry Məhdud Məsuliyyətli Cəmiyyətinin və Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinin hazırki icraat çərçivəsində müəyyən edilmiş əsas fəaliyyət istiqamətləri məhz dövlət satınalmalarında iştirak və müqavilələrin icrası ilə bağlı olduğundan, onların digər sabit maliyyə mənbələri və alternativ gəlir imkanları müəyyən edilməmişdir. Belə ki, Dövlət satınalmalarının vahid internet portalından çıxarışdan aşkar görünür ki, iddiaçılar müntəzəm olaraq dövlət satınalmalarında iştirak edən real bazar iştirakçılarıdırlar (iddiaçılar bir çox dövlət satınalması üzrə dəfələrlə qalib olmuşdurlar). Bu hal onu təsdiq edir ki, iddiaçılar davamlı iqtisadi fəaliyyət həyata keçirən subyektlərdir, dövlət satınalmaları bazarında aktiv iştirak edirlər. Odur ki, iddiaçıların etibarsız təchizatçıların reyestrinə daxil edilməsi onların bazardan tam kənarlaşmasına və iqtisadi fəaliyyətlərinin faktiki dayandırılmasına səbəb olacaqdır. Belə olan təqdirdə, müvafiq vəziyyət ərizəçilərə münasibətdə real və bərpası mümkün olmayan zərərin yaranması ilə nəticələnə bilər. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçının fərdi vəziyyəti və müvəqqəti xarakterli müdafiə tədbiri ərizəçinin ilk növbədə əsas iddia üzrə məhkəmə aktının qəbul edilməsinədək gözlənilən mümkün zərərlərdən qorunmasına xidmət etdiyindən ərizə təmin edilməlidir. Əsas tələb üzrə qərar qəbul edilənədək (qəbul ediləcək qərarın qanuni qüvvəyə mindiyi günədək) mübahisələndirilən qərarın icrası dayandırılmalıdır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, əsas tələb üzrə işin hazırki mərhələsində iddianın uğurluluq ehtimalının tam aydın olmaması ilə yanaşı, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimlənmənin zəruri olması iddiaçı tərəfindən ərizədə əsaslandırılmamışdır. Habelə, məhkəmə qərardadı faktiki hallara deyil, sadəcə ehtimallara əsaslanmaqla qəbul edilmiş, konkret nəticəyə və ya maddi itki məsələsinə dair hər hansı hal əsaslandırılmamışdır. Beləliklə, məhkəmə qərardadı əsaslandırılmamış, iddiaçıların subyektiv mülahizələrini qəti fakt kimi qəbul etmişdir; iddianın təmin olunmaması halında yaranacaq maddi itkinin həcmi və qaçılmazlığı əsaslandırılmamışdır; Təmin tədbiri görülərkən tərəflərin maraqları arasında balans qorunmamış, cavabdehin qanunvericiliklə ona həvalə edilmiş səlahiyyətlərinin icrasına maneəçilik törətmiş və qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarının aşağıdakı bəndlərinə nəzər salaq; 4.1-1. İstər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. İlkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. İctimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir.”; 4.2. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir. Göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsas mümkünlük şərtlərindən biri də ilkin təcili tənzimləmənin zəruriliyinin olmasıdır. Məhkəmə tərkibi ilkin təcili tənzimləmənin zəruri olmasına aid hissədə konkret işin fərdi hallarına istinad etməklə qeyd edir ki, iş materiallarında olan müsabiqə elanlarına dair çıxarışlardan görünür ki, “Create İndustry” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyəti inzibati orqanlar və publik hüquqi şəxslər tərəfindən keçirilən bir sıra müsabiqələrdə iştirak etmiş və 2024-2025-ci illərdə qalib olmuşlar (i/v 96- 100). Eyni zamanda ərizəsi “Create İndustry” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2026-cı il tarixli ərizə ilə təqdim edilən sənədlərdən müəyyən olunur ki, həmin Cəmiyyət bir sıra dövlət və özəl təşkilatlar tərəfindən keçirilən tenderlərdə qalib gəlmiş və onlar arasında təchizatla bağlı müvafiq müqavilələr bağlanmışdır. Qeyd olunan sənədlərdən müəyyən edilir ki, ərizəçilər Create İndustry Məhdud Məsuliyyətli Cəmiyyətinin və Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinin hazırki icraat çərçivəsində müəyyən edilmiş əsas fəaliyyət istiqamətləri məhz dövlət satınalmalarında iştirak və müqavilələrin icrası ilə bağlıdır. Onların digər sabit maliyyə mənbələri və alternativ gəlir imkanları müəyyən edilməmişdir. İddiaçılar müntəzəm olaraq dövlət satınalmalarında iştirak edən real bazar iştirakçılarıdır. Odur ki, iddiaçıların etibarsız təchizatçıların reyestrinə daxil edilməsi onların bazardan tam kənarlaşmasına və iqtisadi fəaliyyətlərinin faktiki dayandırılmasına səbəb olacaqdır. Belə olan təqdirdə, müvafiq vəziyyət ərizəçilərə münasibətdə real və bərpası mümkün olmayan zərərin yaranması ilə nəticələnə bilər. Odur ki, məhkəmə tərkibi hesab edir ki, iddiaçıların fərdi vəziyyəti və müvəqqəti xarakterli müdafiə tədbiri ərizəçilərin ilk növbədə əsas iddia üzrə məhkəmə aktının qəbul edilməsinədək gözlənilən mümkün zərərlərdən qorunmasına xidmət edir. Digər tərəfdən nəzərə alınmalıdır ki, mübahisələndirilən inzibati aktın öz-özlüyündə icra keyfiyyətinə malik olması müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsi əsaslarından biri kimi çıxış edir. Həmçinin, məhkəmə tərkibi iddia tələbinin uğurluluq ehtimalına münasibətdə aşağıdakıları qeyd edir. Ərizəçilər tərəfindən mübahisələndirilən ##.##.2026-cı il tarixli, AİBNDA/Q-51/202 nömrəli qərardan görünür ki, həmin qərar qəbul edilərkən hüquqi əsas olaraq “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunun 35.1.10-cu maddəsi əsas götürülmüşdür. Həmçinin, həmin qərardan görünür ki, Minatəmizləmə Agentliyi tərəfindən geyim formalarının satın alınması məqsədilə açıq tender metodu ilə keçirilmiş ****** nömrəli satınalmada “Müqavilənin icrası zamanı istifadə olunacaq əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması” barədə tələblərə cavab olaraq Maraqlı şəxs QSC tərəfindən təqdim edilmiş arayışların notarial qaydada təsdiqi üçün satınalmada iştirak edən digər təchizatçı “xxxx” MMC-nin direktoru X4 tərəfindən * saylı notariat ofisinə müraciət olunduğunun satınalan təşkilatın ##.##.2026-cı il tarixli **-*/*-***/**** nömrəli məktubuna əlavə edilmiş sənədlərlə, həmçinin portaldan əldə olunmuş məlumatlar əsasında öz təsdiqini tapdığı, həmçinin ##.##.2026-cı il tarixində Dövlət Agentliyində keçirilmiş görüşlər zamanı Maraqlı şəxs QSC-nin direktoru X1 tərəfindən təchizatçıya aid sənədlərin “xxxx” MMC-nin direktoru X4 tərəfindən notariusda təsdiq olunması məqsədilə müraciət edilməsi üçün ondan xahiş etdiyinin etiraf olunduğu, habelə “xxxx” MMC-nin direktoru X4 tərəfindən Maraqlı şəxs QSC-yə aid sənədlərin notariusda təsdiq olunması üçün onun tərəfindən müraciət edildiyinin etiraf olunduğu, təchizatçılar tərəfindən dövlət satınalmalarında iştirak zamanı qanunvericiliyin tələblərinin pozulduğu, qeyd olunan səbəblərin Maraqlı şəxs QSC-nin və “xxxx” MMC-nin fəaliyyətinin riskli hesab olunmasına əsas verdiyi nəzərə alınaraq sözügedən təchizatçının etibarsız təchizatçıların reyestrinə daxil edilməsi məqsədəmüvafiq hesab edilir. Göründüyü kimi, “Müqavilənin icrası zamanı istifadə olunacaq əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması” barədə tələblərə cavab olaraq Maraqlı şəxs QSC tərəfindən təqdim edilmiş arayışların notarial qaydada təsdiqi üçün satınalmada iştirak edən digər təchizatçı “xxxx” MMC-nin direktoru X4 tərəfindən * saylı notariat ofisinə müraciət olunması” hər iki şirkət arasında sövdələşmə kimi qiymətləndirilmişdir. “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun aşağıdakı normalarına nəzər salaq: 35.1. Satınalma komissiyası təkliflərin qüvvədə olma müddətində aşağıdakı hallarda təchizatçıların satınalmadan kənarlaşdırılması haqqında əsaslandırılmış qərar qəbul edir: ... 35.1.10. satınalmanın keçirilməsi zamanı bir neçə təchizatçı arasında həmin satınalma ilə bağlı hər hansı sövdələşmə həyata keçirildikdə (o cümlədən qiymətin qaldırılmasına yönələn sövdələşmə həyata keçirildikdə); Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən ##.##.2026-cı il tarixli Qərarı qəbul edərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.1.10-cu maddəsinə istinad etsə də, iş materiallarında iddiaçılar arasında satınalma prosesinə, qiymət təkliflərinə və ya rəqabət mühitinə mənfi təsir göstərən real, maddi və antiinhisar qanunvericiliyini pozan hər hansı birbaşa sövdələşmənin (kartel sazişinin və s.) mövcudluğu mötəbər sübutlarla təsdiq edilməmişdir. Yalnız bir təchizatçının rəhbərinin digər təchizatçıya aid sırf texniki arayışların notarial qaydada təsdiqi üçün müraciət etməsi və ya bu xidməti xahiş əsasında yerinə yetirməsi faktı, satınalma qanunvericiliyinin predmeti olan "qanunsuz sövdələşmə" dispozisiyasının reallaşdığını birmənalı şəkildə sübut etmir. İPM-in 14.1-ci maddəsinə uyğun olaraq, inzibati aktın qəbul edilməsi üçün qanuni şərtlərin varlığını sübut etmək yükünün cavabdehin üzərinə düşdüyünü nəzərə alsaq, əsas iddia üzrə mübahisələndirilən aktın gələcəkdə ləğv edilməsi ehtimalı (uğurluluq şansı) kifayət qədər yüksək görünür. Eyni zamanda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi göstərir ki, 12 ay müddətinə dövlət satınalmalarından kənarlaşdırma və etibarsız təchizatçıların reyestrinə daxil edilmə faktı iddiaçıların iqtisadi fəaliyyətini tamamilə iflic edir. Mahiyyəti üzrə məhkəmə araşdırması yekunlaşanadək iddiaçıların reyestrdə saxlanılması onlara münasibətdə iflas (müflisləşmə), işçi qüvvəsinin itirilməsi və bərpası mümkün olmayan ağır maddi zərərlərlə nəticələnəcəkdir. İctimai maraqlar baxımından isə əsas iddia üzrə yekun məhkəmə aktı qəbul edilənədək qərarın icrasının dayandırılması dövlətin iqtisadi maraqlarına və ya satınalma subyektlərinə hər hansı təhlükə törətmir. Qeyd olunanlara əsasən ilkin təcili tənzimlənmənin zəruri olduğu qənaətinə gələn məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həm təcililik, həm də iddianın ilkin baxışda əsaslılığı meyarlarını düzgün qiymətləndirmiş və bununla da, müvəqqəti xarakterli müdafiə tədbirinin tədbiqi barədə ərizənin təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 16.3, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar