Məhkəmə qərarları › İş №15(3-6)-99/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-99/2026

19.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-99/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X3 (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və X5 ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi ilə ərizəçi Ərizəçi cavabdeh Bakı Şəhəri Xətai Rayon Polis Idarəsinin X1rşı irəli sürdüyü iddiaya mahiyyəti üzrə baxılıb həll edilənədək "avtomobilin saxlanca verilməsi" barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Iddiaçı Ərizəçi cavabdeh Bakı Şəhəri Xətai Rayon Polis Idarəsinin X1rşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ban nömrəsi SALLAAAM6DA680773, buraxılış ili 2013-cü ili olan "X2 4" minik markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Iddiaçı sonradan Bakı Inzibati Məhkəməsinə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə təqdim edərək, iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qurtaranadək avtomobilin ona qapalı saxlanc üçün verilməsi barədə qərardad qəbul olunmasın xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi mümkün hesab edilməmişdir. Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə mümkün sayılmamışdır. Ərizəçi apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, apellyasiyanın mümkün sayılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 81.2. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Sadalanan normalardan görünür ki, birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti qərardadın elan olunduğu gündən 10 gün müddətində verilir. Müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı halda, həmin şəxs məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər. Ərizəyə prosessual müddətin buraxılmasında həmin şəxsin təqsirinin olmamasını təsdiq edən sübutlar əlavə edilməlidir. Iş materiallarından görünür ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ərizəçinin elektron kabinetinə ##.##.2026-cı ildə yerləşdirilmişdir. Qərardaddan apellyasiya şikayəti həmin gündən başlayaraq 10 gün müddətində, yəni ##.##.2026-cı ildən gec olmayaraq verilə bilər. Lakin apellyasiya şikayətinin məhkəməyə göndərildiyi poçt zərfinin üzərində olan yazıdan görünür ki, həmin məktub poçt müəssisəsinə ##.##.2026-cı ildə verilmiş, bununla da prosessual müddət buraxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubu ilə bu hallar ərizəçinin diqqətinə çatdırılmış, eyni zamanda, ərizəçiyə izah edilmişdir ki, əgər apellyasiya şikayəti poçt müəssisəsinə ##.##.2026-cı ildə, yaxud həmin tarixdən əvvəl təqdim edilmişdirsə, o, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilər, göstərilən prosessual müddət onun təqsiri olmadan buraxılmışdırsa, o, Bakı Apellyasiya Məhkəməsinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər və ərizəyə prosessual müddətin buraxılmasında təqsirinin olmamasını təsdiq edən sübutları əlavə etməlidir. Lakin ərizəçi məhkəmənin məktubuna cavab verməmiş və məhkəməyə müddətin bərpası barədə ərizə verməmişdir. Eyni zamanda, ərizəçi hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də kollegiya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, ərizəçinin apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və həmin apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar