Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-20/2026 30.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, Ərizəçilər ərizəçi1, ərizəçi2 müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizələrinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Işin halları Iddiaçılar ərizəçi1 və ərizəçi2 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,0158 ha torpaq sahəsi üzərində (* saylı Abşeron Ərazi Idarəsi tərəfindən özbaşına ümumi yol kimi ayrılmış və üzərində mülkiyyət hüququna xitam verilmiş 0.004 ha (40 kv.m) torpaq sahəsi də daxil olmaqla) ərizəçi1 və ərizəçi2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarış və plan və ölçü sənədinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Novxanı kəndində yerləşən 0,0082 ha valideyinlərdən miras qalan 3-cü şəxs Maraqlı şəxs tərəfindən vicdansızca zəbt olunmuş torpaq sahəsinə ərizəçi1 Oktay qızı və ərizəçi2 mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın DövləKadastrı və Reyestri Publik Hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, F-*** nömrəli əmrinə əsasən, “xxxx” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “xxxx” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə Maraqlı şəxs oğlunun üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Qərarla razılaşmayan iddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Ərizəçilər müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə apellyasiya instansiya məhkəməsinə müraciət edərək, mübahisəli torpaq sahəsində üçünü şəxs tərəfindən aparılan tikinti işlərinin dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişlər. Orada ərizəçi1 ərinin valideynləri tərəfindən tikilmiş qədimi su quyusunu torpaqla doldurmuş, ərazini tikinti işləri üçün hazırlatmışdır. Bu isə məhkəmə gedişatında yolverilməz addımdır, çünki mövcud vəziyyət dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunması (təmin və ya bərpa edilməsi) mümkün olmayacaqdır, bu məsələ xeyli dərəcədə çətinləşəcəkdir. Qeyd olunanlara əsasən inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək mübahisəli 0,0082 ha torpaq sahəsində tikinti işlərinin aparılması və su quyusunun ləğv edilməsinin Maraqlı şəxs qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs izahat verərək, izahatında müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi və izah etdi ki, hazırda onun tərəfindən hər hansı tikinti işləri aparılmır. Sadəcə öz evinin həyətyanı sahəsi daşlar örtülür. Su quyusunun ləğv edilməsindən ümumiyyətlə söhbət gedə bilməz, belə bir niyyəti yoxdur və müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə hər hansı zərurət mövcud deyildir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə ərizəçilər və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə ərizəçilərin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarı: 1.1. Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfliaraşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. 1.3. Iddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. 1.4. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə birbirindən fərqlənir. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. Inzibati aktın icrasının dayandırılması (-). 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. (-). Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır. Göründüyü kimi, qeyd edilən institutun mövcudluğu ilk növbədə iddiaçı tərəfindən onun üçün müəyyən neqativ nəticələrə səbəb ola bilən təsirlərdən müvəqqəti olaraq məhkəmə icraatının yekunlaşdığı dövrədək müdafiə olunmaq imkanın tanınmasına, bununla da hüquqların və qanunla qorunan mənafelərin bərpası mümkün olmayan və ya xeyri dərəcədə çətin olan zərərlərdən qorunmasına imkan yaradır. Həmçinin, Inzibati Prosessual Məcəllənin 7-ci fəslindəki müddəaların ümumi təhlili onu deməyə əsas verir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılarkən məhkəmələr tərəfindən nəzərə alınmalı və qiymətləndirilməli olan bəzi hallar vardır ki, bunlar işin faktiki və hüquqi hallarının araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olubolmamasının müəyyən edilməsi, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olub-olmayacağının və ya xeyli dərəcədə çətinləşib-çətinləşmədiyinin müəyyən edilməsi, ilkin təcili tənzimləmənin zəruri olub-olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti tədbirin tətbiq edilməməsi nəticəsində sonradan iddia təmin ediləcəyi təqdirdə əvvəlki vəziyyətin bərpasının mümkünsüz olacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi barədə iş materiallarında hər hansı sübut mövcud deyildir. Ərizəçilər isə belə bir zərurətin mövcudluğunu, ümumiyyətlə həmin torpaq sahəsində hər hansı tikini işlərinin aparılmasını sübut edə bilməmiş, iddianın təmin olunacağı təqdirdə belə müvəqqəti tədbirin tətbiq edilməməsinin onun hüquqlarının müdafiəsini qeyri-mümkün edəcəyini əsaslandıra bilməmişdir. Bundan başqa məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli əsas iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bununla da iddianın uğurluluq ehtimalı aradan qalxmışdır. Bu da müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizənin təmin edilməməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizəçilər tərəfindən verilmiş “müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə” ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 40, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 40, 41, 58, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçilər ərizəçi1, ərizəçi2 müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizələri rədd edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №15(3-8)-20/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-20/2026
30.04.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver