Məhkəmə qərarları › İş №15(3-8)-29/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-29/2026

04.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-29/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi “müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə” dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin **(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçinin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı Ərizəçi cavabdehə qarşı “Quba rayonu, Amsar kəndində yerləşən 0,46 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması, buna dair plan-ölçü sənədinin hazırlanması, torpaq sahəsinin texniki pasportu və çıxarışının tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək mübahisəli torpaq sahəsində hər hansı tikinti, qazıntı və ya digər müdaxilə işlərinin aparılması müvəqqəti Mehriban adlı şəxsə və digər üçüncü şəxslərə qadağan edilməsi, həmin əraziyə üçüncü şəxslərin və kənd heyvanlarının daxil olmasının qarşısının alınması üçün müvafiq tədbirlər görüllməsi, mövcud vəziyyətin dəyişdirilməsinin (hasarın sökülməsi, ərazinin açıq saxlanılması və s.) qarşısının alınması, mübahisə mahiyyəti üzrə həll edilənədək hazırkı faktiki vəziyyətin qorunmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin **(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim Aynur Axundova). Qərardadla razılaşmayan ərizəçinin nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak etmiş ərizəçi Ərizəçi apellyasiya şikayətinin mümkün hesab ediməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. .... Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. ..... Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. ..... Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. ..... Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin nümayəndəsi və vəkili tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin **(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Kollegiya şikayətin mümkünlüyü məsələsi ilə bağlı qeyd edir ki, hazırki iş üzrə ##.##.2026-ci il tarixdə məhkəmə aktı qəbul edilmiş, ##.##.2026-cı il tarixdə həmin məhkəmə aktı elektron kabinet vasitəsilə ərizəçinin nümayəndəsi və vəkilinə göndərilmişdir. Həmçinin, elektron məhkəmə informasiya sistemində əks olunmuş məlumatdan görünür ki, ərizəçinin nümayəndəsi və vəkilinə məxsus şəxsi elektron kabinet ##.##.2024-cü il tarixdən mövcud olmuş, məhkəmə qəradadı elektron kabinetə yerləşdirilməklə, ərizəçinin nümayəndəsi və vəkilinə çatdırılması təmin edilmişdir. Göründüyü kimi ərizəçinin nümayəndəsi və vəkili tarixdən elektron kabinet vasitəsilə müvafiq məhkəmə qərardadı barədə məlumatlı olması halı işin mübahisəsiz halıdır. Ərizəçinin nümayəndəsi və vəkili tərəfindən isə iş üzrə qəbul edilmiş məhkəmə aktından apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Nəticə etibarilə ərizəçi tərəf müvafiq məhkəmə qərardadını elektron kabinet vasitəsilə təhvil aldığı vaxtdan, qanunla müəyyən edilmiş qaydada 10 gün müddətində (##.##.2026-cı il tarixədək) şikayət verməli olduğu halda, apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olduğundan, məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Bundan əlavə, kollegiya qeyd edir ki, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəbdən ötürüldüyü halda ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizənin (müddətin ötürülməsinə səbəb olan üzrlü hallar barədə məlumat və həmin məlumata dair sübutlar əlavə edilməklə) məhkəməyə təqdim etmək hüququnun olması izah edilsə də, ərizəçi tərəfindən qərardaddan apellyasiya şikayəti vermək üçün buraxılmış prossesual müddətin bərpa edilməsi barədə ərizə məhkəməyə daxil olmamışdır. Belə olan halda, kollegiya hesab edir ki, indiki halda ərizəçinin nümayəndəsi və vəkilinin adına aktiv elektron kabinet mövcud olduğundan, prosessual qanunvericiliyin tələbinə əsasən qanunla müəyyən edilmiş prosessual müddətin axımı məhz məhkəmə qərarının elektron kabinetə yerləşdirdiyi ##.##.2026-cı il il tarixdən hesablanır. Bundan əlavə, məhkəmə araşdırması zamanı ərizəçi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin onun təqsiri olmadan (obyektiv səbəbdlərdən) ötürülməsi halı, habelə apellyasiya şikayəti vermək imkanının məhdudlaşdırılmasına səbəb olan obyektiv halın mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, kollegiya ərizəçi tərəfin istinad etdiyi hallarla bağlı qeyd edir ki, ərizəçinin vəkili müvafiq apellyasiya şikayətinin ##.##.2026-cı il tarixdə verildiyini, elektron məhkəmə sistemində yaranmış texniki nasazlıq səbəbindən ##.##.2026-cı il tarixdə göndərildiyini bildirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, ərizəçinin vəkili həmin hallara istinad etsə də, ərizəçi və ya onun vəkili tərəfindən həmin hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir (ona məxsus olan elektron kabinetdə qeydə alınmış texniki əməliyyatlar bağlı çıxarış məlumatları, ##.##.2026-cı il tarixdə göndərilməsi, texniki nasazlıq səbəbindən elektron kabinetdə “qeydiyyata alındı” statusunda olması və s.). Həmçinin, məhkəmə araşdırması zamanı da qeyd edilən dövrdə elektron məhkəmə informasiya sistemində hər hansı texniki nasazlığın olması barədə məlumat mövcud olmamış,habelə digər məlumatlar əsasında da ərizəçinin istinad etdiyi halın müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, inziki halda ərizəçinin istinad etdiyi halın mövcudluğu müəyyən edilmədiyindən, həmin hal qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas qismində çıxış etməmişdir. Bununla bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə prosessual hüquq və vəzifələrin müəyyən müddət çərçivəsində icra edilə bilməsinin imperativ norma kimi nəzərdə tutulması qəbul edilmiş məhkəmə aktlarının qeyri-müəyyən zaman kəsiyində mübahisələndirilə bilməsinin qarşısının alınmasına, bununla da ədalət mühakiməsinin həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə əməl olunmasına, yekun məhkəmə aktlarının sabitliyinə, davamlılığına xələl gətirilməsinə, habelə həmin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alınmasının yol verilməməsinə yönəlmişdir. Bu baxımından kollegiya qeyd edir ki, indiki halda iş üzrə məhkəmə aktından verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin nümayəndəsi və vəkili tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin **(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından verilmiş apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22, 24 85, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Sumqayıt İnzibati Məhkəməsinin **(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçinin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar