Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-32/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Ərizəçi Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hərbi xidmətə cəlb edilməsinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xdmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş Idarəsinə qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş Idarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun barəsində qəbul etdiyi ##.##.2025-cı il tarixli qərarın və SHXÇDX-nin Sumqayıt şəhər Baş Idarəsinin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinin üzərinə “C” kateqoriyası üzrə şəhadətləndirilməsi, SHXÇDX-nin Sumqayıt şəhər Baş Idarəsinin üzərinə isə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq haqqında qərar qəbul edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əsas iddia üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək onun hərbi xidmətə cəlb edilməsinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xdmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş Idarəsinə qadağan edilməsi” barədə müvəqqəti xarakterli müdafiə haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş Idarəsinə qarşı "Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Aqil Əşrəf oğlunun haqqında qəbul etdiyi ##.##.2025-cı il tarixli qərarın və SHXÇDX-nin Sumqayıt şəhər Baş Idarəsinin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" publik hüquqi şəxsinin üzərinə "C" kateqoriyası üzrə şəhadətləndirilməsi, SHXÇDX-nin Sumqayıt şəhər Baş Idarəsinin üzərinə isə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq haqqında qərar qəbul edilməsi öhdəliyinin qoyulması" tələbi barədə iddia ərizəsi ilə müraciət edilmişdir. Iddiaçı Ərizəçi ll dərəcə skolioz xəstəsidir. Hazırda 26 yaşı var. Uşaqlıqdan etibarən həmin xəstəlikdən əziyyət çəkir və daimi olaraq müalicə alır. Daha əvvəllər ardıcıl 2 dəfə iddiaçı hərbi xidmətə çağrılmış, müvafiq tibbi müayinələrdən keçmiş və nəticədə SHXÇDX tərəfindən o, dinc dövründə hərbi xidmətə yarasız hesab edilərək möhlət hüququ verilmişdir. Lakin cənab Prezidentin Fərmanından sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) tərəfindən iddiaçı müayinə cəlb edilmiş, əsassız yerə onun xəstəliyi ll dərəcə deyil, l dərəcə skolioz xəstəliyi kimi qiymətləndirilərək barəsində hərbi xidmətə yararlı qərarı verilmişdir. Tibbi müayinənin nəticələrindən şəxs müvafiq Apellyasiya Şurasına müraciət etmiş ilkin rəy dəyişdirilmədən saxlanılmışdır. Lakin iddiaçıya bu barədə hər hansı bir rəsmi məlumat verilməmişdir. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hal-hazırda xüsusi səlahiyyətə malik Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Agentliyininin müayinəsi nəticəsində ərizəçidə olan xəstəliklər onun hərbi xidmətə yararlı olmasına dəlalət edir. Belə olan halda cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə hər hansı qadağanedici hərəkətlərin həvalə edilməsi yolverilməzdir. Göründüyü kimi qanunvericilik müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə o halda yol verir ki, bunun üçün kifayət qədər əsaslar olsun və ilkin təcili tənzimləmə zərurəti olsun. Məhkəmə hesab edir ki, hazırkı şərtlərdə müvəqqəti xarakterli tədbirin görülməsi üçün zərurət mövcud deyildir. Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin istinad etdiyi hər iki əsas ümumiyyətlə qəbul edilməz və əsassızdır. Ərizənin təmin edilməsinin inzibati orqanın diskresion səlahiyyətlərin müdaxilə kimi qiymətləndirilməsi və SHXÇDX üzərinə qadağanedici hərəkətlərin qoyulmasının yolverilməzliyi barədə məhkəmənin gəldiyi nəticənin əsassız olmasına dair ilk növbədə qeyd edilməlidir ki, inzibati orqanın diskresion səlahiyyətləri maraqlı şəxslərin, fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarını məhdudlaşdıra bilməz. Şəxs inzibati orqandan səlahiyyətlərini düzgün həyata keçirilməsini tələb edə bilər. Əgər inzibati orqanın qəbul etdiyi bütün qərarları onlarin diskresion səlahiyyətlərinə istinad edərək mübahisələndirilməsini və hər hansısa qadağa qoyulmasını yolverilməz hesab etsək, o zaman, inzibati məhkəmələrin də varlığına ehtiyac qalmazdı. Məhkəmələr fiziki və hüquqi şəxslərin ərizələrinə baxarkən inzibati orqanların diskresion səlahiyyətləri adı ilə qəbul etdiyi qərarların vətəndaşların hüquq və azadlıqlarına, onların maraqlarına hansı formada uyğun olması və ya zidd olmasına qiymət verməlidir. Hazırki mübahisə üzrə qeyd edilir ki, ərizəçi Ərizəçi 2-ci dərəcə skolioz xəstəsi olması və son bir ayda ərzində onun sağlamlığında pisləşmələrin, xəstəliyinin-skoliozun dərəcəsinin artması (təqdim edilmiş epikrizlərdən də görünür ki, 1 ay fərqlə 1 dərəcədən çox pisləşmə var) mötəbər sənədlərlə öz təsdiqini tapır. Dövlətin də əsas məqsədi xəstə şəxsləri hərbi xidmətə cəlb etmək deyil, insan və vətəndaş hüquqlarını təmin etmək, onların sağlamlığının qayğısına qalmaqdır. Adı mülki həyatda, fiziki işlə məşğul olmayan şəxsin səhhətində hər ay pisləşmə mövcud olduğu halda hərbi xidmətdə, ağır fiziki iş şəraitində şəxsin səhhətində sağalmayan, geri dönüşü mümkün olmayan pisləşmələrin mövcud olması qaçılmazdır və bunu təxmin etmək, ön görmək üçün həkim və ya mütəxəssis olmağa ehtiyac yoxdur. Sadə məntiqlə də hərbi qulluqçuların fiziki hazırlığının əsas planda olması, ağır döyüş növbətçiliyinə və döyüş tapşırıqlarına cəlb edilməli və hazıqlıqlı olmalı olması başa düşmək mümkündür. Sual yaranır ki, şəxsin hərbi xidmətə çağrılmasının dayandırılmaması və inzibati orqana qadağan edilməməsi durumunda onun səhhətində yaranmış və geriyə dönüşü olmayan, əmək qabiliyyətin itirilməsinə qədər gətirib çıxara biləcək pisləşmələr yaşandığı halda ona dəymiş ziyanı kompensasiya etmək mümkün olacaqmı və ya bu halın yaranması dövlətin marağındadırırmı? Dövlətin adından qərar qəbul edən məkhəmələr təbii ki, dövlətin məqsədlərini nəzərə almalıdır. Ərizəçinin DTSREA tərəfindən qiymətləndirməyə əsasın şəxsin hərbi xidmətə yararlı olması barədə məhkəmənin gəldiyi nəticə isə, ümumiyyətlə, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiq edilməsi institutun mahiyyətindən kənara çıxmaqdır. Belə ki,əsas iddia tələbi DTSREA tərəfindən aparılmış müayinələrin düzgün aparılmamasından ibarətdir ki, bu hal da əsas iddia qaydasında müvafiq ekspertizalar təyin edilməklə müəyyən edilə bilər. Inzibati orqan aydın məsələdir ki, özünü haqlı hesab edəcək, səhv tibbi rəy verməsini qəbul etməyəcəkdir. Əsas iddianın da təmin olunma prespektivini nümayiş etdirmək məqsədilə şəxsin hərbi bileti və epiqrizlər, rentgen görüntüləri də məhkəməyə təqdim edilib ki, həmin sənədlərdən də görünür ki, eyni xəstəlikdən (skolioz) şəxs əvvəlki ardıcıl 2 hərbi çağırış zamanı müayinələrdən hərbi xidmətə yararsız olaraq şəhadətləndirilib, hazırda da həmin xəstəliyi davam edir, əksinə əvvəlki dövrlərlə müqayisədə kəskinləşib. “ müxtəlif dövlət tibb müəssisə- Travmatologiya instutu və Respublika Diaqnostika Mərkəzi tərəfindən də şəxsə eyni diaqnoz təyin edilib. Üstəlik hrəbi həkim komissiyası da şəxsin xəstəliyini 2-ci dərəcə skolioz kimi dəyərləndirib. Necə olur ki, bu qədər tibb müəssisəi, həkim komissiyası şəxsi 2-ci dərəcə ilə şəhadətləndirir və onlar səhvdir, bir tək DTSREA haqlıdır?! Prosessual pozuntulara gəldikdə isə qeyd edilir ki, ərizədə cavabdeh olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini göstərildiyi halda məhkəmə heç bir qərardad olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini üçüncü şəxs kimi, Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Agentliyini isə cavabdeh kimi cəlb etmişdir. Halbuki, ərizənin mahiyyəti DTSREA-a hər hansı hərəkətin qadağan edilməsi deyil, şəxsin hərbi xidmətə cəlb edilməsinin dayandırılmasıdır. Şəxsi də hərbi xidmətə cəlb edən SHXÇDX-dir. Ona görə də cavabdeh qismində DTSREA deyil Səfərbərlik xidməti iştirak etməlidir. Bu hissədə də birinci instansiya məkhəməsi pozuntuya yol vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Ərizəçi və ərizəçinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə üçüncü şəxsin və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli 14 №li Qərarı 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə birbirindən fərqlənir. 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. 4.7. Bir sıra hallarda ilkin araşdırmanın gedişində obyektiv səbəblərdən bəzi mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi məsələsi üzrə həmin an tam əminliklə qənaətə gəlmək mümkün olmaya bilər. Məsələn, iddiaçının hüquqi müdafiə marağının mövcud olub-olmadığını, iddia müddətinin ötürülüb-ötürülmədiyini və ya subyektiv hüquqa malik olub-olmadığını müəyyən etmək həmin mərhələdə qeyri-mümkün ola və qeyd edilən halların aydınlaşdırılması üçün əlavə araşdırmanın aparılması tələb oluna bilər. 4.8. Belə halların mövcudluğu müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarın şəxslərə yekun hüquqlar vermədiyi, hüquqa edilmiş müdaxilənin həcmi və ağırlığı, eləcə də görüləcək təminat tədbirlərinin prinsip olaraq inzibati orqanların qanunsuz müdaxiləsindən qorunmağa yönəldiyi nəzərə alınmaqla ərizəçinin xeyrinə şərh olunmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının və nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Işin müəyyən edilmiş hallarından görünür ki, ərizəçi “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun barəsində qəbul etdiyi ##.##.2025-cı il tarixli qərarın və SHXÇDX-nin Sumqayıt şəhər Baş Idarəsinin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinin üzərinə “C” kateqoriyası üzrə şəhadətləndirilməsi, SHXÇDX-nin Sumqayıt şəhər Baş Idarəsinin üzərinə isə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq haqqında qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, hazırda həmin tələb üzrə inzibati iş məhkəmənin icraatındadır. Bundan sonra ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsas iddia üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək onun hərbi xidmətə cəlb edilməsinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xdmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş Idarəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə müvafiq ərizə təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki iş üzrə mübahisəli hal ondan ibarətdir ki, ərizəçi ll dərəcəli skolioz xəstəliyindən əziyyət çəkdiyini və bu əsasla iki dəfə hərbi xidmətə çağırılmaqdan möhlət hüququna malik olduğunu bildirir və hazırda növbəti 2026-cı ilin iyul ayınını 1-də başlanacaq çağırışa cəlb edilməsinin cavabdehə qadağan edilməsini xahiş edir. Cavabdeh onun səhhətini “C” bəndi ilə, yəni “hərbi xidmətə sülh dövründə yararsız, mühairbə dövründə yararlı” kimi qiymətləndirməsinə baxmayaraq, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “A-3” bəndi ilə qiymətləndirərək hərbi ixdmətə yararlı hesab etmişdir. Iddiaçının təqdim etdiyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutu tərəfindən ##.##.2026-cı il tarixdə aparılmış rentgenoqrammanın nəticələrindən görünür ki, iddiaçıda Th- 4-10 fəqərələr səviyyəsində sağa Cobb bucağı 15 dərəcə olan və Th11-L5 fəqərələr səviyyəsində sola Cobb bucağı 12 olan ll dərəcəli S-vari skolioz müəyyən edilmişdir. Həmin diaqnoz Respublika Diaqnostika Mərkəzi tərəfidən ##.##.2026-cı il tarixdə də təsdiq edilmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutu tərəfindən ##.##.2026-cı il tarixdə aparılmış rentgenoqrammanın nəticələrindən görünür ki, iddiaçıda Th-4-10 fəqərələr səviyyəsində sağa Cobb bucağı 16 dərəcə olan və Th11-L5 fəqərələr səviyyəsində sola Cobb bucağı 13.5 olan ll dərəcəli S-vari skolioz müəyyən edilmişdir. “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 59-cu bəndində qeyd olunan “C” qrafasında aşağıdakı xəstəlik nəzərdə tutulmuşdur – 1) fəqərələrin rotasiyası ilə müşayiət olunan onurğanın təsbit olunmuş qazanılmış əyriliklərin (ll mərhələ skolioz (11-25 dərəcə arasında), fəqərə cisminin ön səthinin hündürlüyünün 2 dəfə və daha çox azalması, 3 və daha çox fəqərənin pazabənzər deformasiyası ilə müşayiət olunan osteoxondrik kifoz və s.) Skoliozun mərhələsi rentgenoqramlar üzrə rentgenoloq tərəfindən skolioz bucaqlarının V.D.Çaklinin müəyyən etfiyi üsulla ölçülməsi əsasında təyin edilir. Deformasiyanın ölçüsündən asılı olaraq skoliozların 4 mərhələsi ayırd edilir : İ mərhələ gövdənin azacıq asimmetriyası, tinli çıxıntıları birləşdirən xəttin bir qədər əyilməsi, uzanmış vəziyyətdə əyriliyin düzəlməməsi, əyrilik qövsünün qabarıq tərəfində kiçik əzələ yastığının olması, fəqərələrin torsiyaya (fırlanmaya) meyilli olması və əyilmə bucağının 10 dərəcə və ondan kiçik olması ilə xarakterizə olunur. II mərhələ gövdənin daha ifadə olunmuş asimmetriyası, onun bir qədər yana əyilməsi, əyrilik qövsünün qabarıq tərəfində əzələ yastığının aydın təyin edilməsi, fəqərələrin torsiyası və kiçik pazabənzər deformasiyası, əyilmə bucağının 11–25 dərəcə arasında olması ilə xarakterizə olunur. Göstərilən Əsasnamənin 2.15-ci bəndinə görə ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkimmütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2025-ci il tarixli ** №-li Qərarında aşağıdakılar qeyd edilmişdir.
1. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. aşağıdakı məzmunda 4.1-1–4.1-4-cü bəndlər əlavə edilsin: “4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara 2 əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir.”; 1.2. 4.2-ci bəndə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin: “Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir.”; (-).
2. Hüquqi müəyyənliyi və məhkəmə aktlarının sabitliyini təmin etmək üçün qanunvericiliyin tətbiqinə dair verilmiş yeni izahlar bu Qərarın qəbul edildiyi tarixdən sonra məhkəmələrə verilən yeni ərizələrə, habelə bu Qərarın qəbul edildiyi tarixədək verilmiş, lakin icraatı yekunlaşdırılmamış ərizələrə münasibətdə tətbiq edilməlidir. Icraatda olan apellyasiya və kassasiya şikayətlərinə münasibətdə isə yalnız yeni izahlara istinadla məhkəmə aktları ləğv olunmamalı, yaxud dəyişdirilməməlidir. Yeni izahlara istinadla məhkəmə aktının qanuniliyinə qiymət verilməsi bu Qərarın qəbul edildiyi tarixdən sonra verilmiş apellyasiya və kassasiya şikayətlərinə münasibətdə tətbiq edilməlidir. Bu baxımdan, ərizəçi barəsində qəbul edilmiş inzibati aktın icra edilməsi nəticəsində mövcud faktiki və hüquqi vəziyyətin qısa müddət ərzində dəyişəcəyi, həmin dəyişiklik baş verdiyi təqdirdə isə ərizəçinin sağlamlıq vəziyyəti, hüquqi statusu və iddia predmeti olan hüquqlarının sonradan qorunmasının, bərpa edilməsinin və ya əvvəlki vəziyyətə qaytarılmasının faktiki olaraq mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi real və yüksək ehtimallı təhlükənin mövcudluğu nəzərə alınmaqla, habelə inzibati mübahisə üzrə mübahisə üzrə iş həll olunmamışdan əvvəl inzibati aktın icrasının davam etdirilməsinin ərizəçi üçün ağır və geri dönməz hüquqi nəticələr doğuracağı aydın şəkildə göründüyündən, bütün bu hallar öz məcmusunda müvəqqəti xarakterli müdafiə tədbirlərinə dair müraciətin təcililik meyarı baxımından qiymətləndirilməsini, həmin tədbirin tətbiqinin zəruriliyinin müəyyən edilməsini və bu barədə əsaslandırılmış məhkəmə mövqeyinin formalaşdırılmasını tələb edir. Bir sözlə, bu faktlar onu göstərir ki, müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilmədiyi halda, mövcud vəziyyətin dəyişməsi real və qaçılmazdır. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə təcililik şərti mövcuddur və ilkin tənzimləmə zəruridir. Kollegiya onu da qeyd edir ki, plenumun izahına əsasən, təcililik müəyyən edildikdən sonra məhkəmə iddianın böyük ehtimalla uğurlu olub-olmamasını qiymətləndirməlidir. Yuxarıda da qeyd edildiyi kimi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni verməkdə iddiaçının hüquqi marağı onun əsas iddiası üzrə məhkəmə qərarı qəbul olunana qədər subyektiv hüquqlarının və qanuni maraqlarının real, təxirəsalınmaz və bəzən də bərpa olunması mümkün olmayan pozuntulardan qorunması ilə ifadə olunur. Qeyd edilməlidir ki, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi prinsip etibarilə iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfli araşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə qiymət verilməlidir. Iddia icraatından fərqli olaraq, müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə müvəqqəti təsir edir. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. Qanunvericiliyin tələblərinə əsasən, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Bu zaman nəzərə alınmalıdır ki, iddianın uğurluluq ehtimalı ilə bağlı tələb, təkcə inzibati aktın icrasının dayandırılması ilə bağlı deyil, həm də müdafiə xarakterli digər tədbirlərin tətbiqində də qüvvədədir. Belə ki, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi irəli sürülmüş məzmunda iddia tələbinin uğurluluq ehtimalını da şərtləndirir (IPM-in 43.1.2-ci maddəsi). Inzibati Prosessual Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. IPM-nin müddəalarına əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. (40.1) Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli 14 №li Qərarının 2.2-ci bəndində qeyd edilmişdir ki, IPM-in 41-ci və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. Həmçinin, həmin Qərarın 11.3-cü bəndində qeyd edilmişdir ki, həm özünün təbiəti etibarilə, həm də müxtəlif praktik çətinliklər səbəbindən mübahisələndirmə haqqında iddialara baxılması ilə bağlı məhkəmə icraatı uzun sürə bilir. Bu halda, inzibati aktların qanuniliyini mübahisələndirmiş şəxslərin məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icra olunmasından törəyən neqativ nəticələrdən qorunmalarına ehtiyac yaranır. Belə ki, IPM-in 41.1ci maddəsində təsbit olunduğu kimi inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Məhz bu ehtiyacı təmin etmək üçün qanunverici inzibati aktın icrasının dayandırılması institutunu müəyyən etmişdir. Həmin Qərarın 11.4 və 11.5-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddiaya baxılması yekunlaşanadək hüquqa zidd inzibati aktın qüvvədə qalması və hüquqi müstəvidə tətbiq olunaraq təsir göstərə bilmək imkanının mövcudluğunun davam etməsi, hətta sonradan inzibati aktın ləğv edilməsinə baxmayaraq, şəxslərə bərpası mümkünsüz olan və ya xeyli dərəcədə çətin olan zərər vurmaq ehtimalı yaradır. Qanunsuz əlverişsiz inzibati aktlar bu və ya digər formada insan hüquqları və azadlıqları ilə bağlı olur, icra olunması zamanı onlara müəyyən məhdudiyyət gətirir. Bu səbəbdən də inzibati aktın icrasının dayandırılması institutu hüquqların müdafiəsində olduqca əhəmiyyətli təminat vasitəsi və prosessual imkan kimi çıxış edir. Onun tətbiqi nəticəsində qanunsuzluğu güman olunan əlverişsiz inzibati aktların icrası təxirə salınmış olur. Bununla da mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu ilə bağlı əsaslı şübhələrin mövcudluğu halında həmin aktın icrası dayandırılmaqla bərpası mümkün ola bilməyəcək və ya xeyli dərəcədə çətin olacaq zərərin vurulmasının qarşısı alınmış olur. Kollegiya tərəfindən araşdırılmış tibbi sənədlər və iş materialları ilə müəyyən edilir ki, ərizəçi Ərizəçi uzun müddətdir skolioz xəstəliyindən əziyyət çəkir, bu səbəbdən mütəmadi olaraq tibbi müayinələrdən keçmiş və müalicə almışdır. Iş materiallarında olan tibbi sənədlərdən görünür ki, ərizəçidə II dərəcəli skolioz diaqnozu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə qərarı ilə təsdiq edilmiş Xəstəliklər Cədvəlinin 59-cu maddəsinin “c” bəndinə əsasən, fəqərələrin rotasiyası ilə müşayiət olunan, 11-25 dərəcə arasında olan II mərhələ skolioz onurğanın təsbit olunmuş qazanılmış əyriliyi hesab edilir və funksiyaların cüzi dərəcədə pozulması ilə xarakterizə olunur. Həmin norma üzrə belə şəxslər İ qrafa üzrə “C1” yararlılıq kateqoriyasına aid edilir. Buna görə də ərizəçinin tibbi vəziyyəti qeyd olunan normativ aktın tələbləri baxımından qiymətləndirildikdə, onun xəstəliyinin Xəstəliklər Cədvəlinin 59-cu maddəsinin “c” bəndinin dispozisiyasına uyğun gəldiyi və hərbi-həkim komissiyası tərəfindən bu halın nəzərə alınmasının zəruri olduğu nəticəsinə gəlinir. Beləliklə, iş materiallarında olan tibbi sənədlərlə ərizəçidə II dərəcəli skoliozun mövcudluğu təsdiq olunduğundan və həmin xəstəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”si ilə təsdiq edilmiş Xəstəliklər Cədvəlinin 59-cu maddəsinin “c” bəndinin əhatə dairəsinə düşdüyü müəyyən edildiyindən, ərizəçinin hərbi xidmətə münasibətdə “C1” yararlılıq kateqoriyası üzrə qiymətləndirilməsi, yəni hərbi xidmətə məhdud yararlı hesab olunması üçün hüquqi əsasların mövcud olduğu qənaətinə gəlinir. Bu baxımdan, hərbi-həkim komissiyası tərəfindən ərizəçinin sağlamlıq vəziyyətinin qeyd olunan normanın tələblərinə uyğun qiymətləndirilməməsi işin faktiki hallarına və tibbi sənədlərlə təsdiq edilmiş məlumatlara uyğun hesab edilə bilməz. Eyni zamanda kollegiya xüsusilə vurğulayır ki, mübahisələndirilən inzibati aktın icrasının davam etdirilməsi, yəni ərizəçinin hərbi xidmətə çağırılması və faktiki olaraq hərbi xidmətə cəlb edilməsi mövcud olduğu halda, bu hal ərizəçinin sağlamlıq vəziyyəti baxımından sonradan aradan qaldırılması mümkün olmayan və ya olduqca çətin olan ağır hüquqi və faktiki nəticələr doğura bilər. Belə nəticələr baş verdiyi təqdirdə, məhkəmə tərəfindən sonradan iddianın təmin edilməsi ərizəçinin pozulmuş hüquqlarının əvvəlki vəziyyətinə qaytarılmasını faktiki olaraq mümkünsüz edəcək və ya xeyli dərəcədə çətinləşdirəcəkdir. Bütün qeyd olunan hallar birgə qiymətləndirildikdə, kollegiya belə qənaətə gəlir ki, hazırkı iş üzrə mövcud vəziyyətin dəyişməsi real və yüksək ehtimallıdır və bu dəyişiklik baş verdiyi halda ərizəçinin hüquqlarının effektiv şəkildə qorunması mümkün olmayacaqdır. Bu səbəbdən də məhkəmə ilkin təcili tənzimləmənin tətbiqini zəruri hesab edir və müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsini ərizəçinin hüquqlarının təmin olunması baxımından adekvat və mütənasib hesab edir Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən çıxış edərək hesab edir ki, ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlillər əsasslı olduğundan apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməlidir..
Nəticəvi hissə Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 40, 41 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əsas iddia tələbi üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək onun hərbi xidmətə cəlb edilməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xdmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş Idarəsinə qadağan edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.