Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-36/2026 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, Ərizəçi Ərizəçi cavabdehlər cavabdeh1 və Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi X1rşı "inzibati aktın icrasının dayandırılması və hərbi xidmətə çağırışa möhlət verilməsi" tələbinə dair müvəqqəti xarakterli müdafiə barədə ərizəsinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadından ərizəç tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək inzibati aktın icrasının dayandırılması və hərbi xidmətə çağırışa möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi Ərizəçi cavabdehlər cavabdeh1 və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X1rşı müvəqqəti xarakterli müdafiə barədə ərizə ilə məhkəməyə müraciət edərək inzibati aktın (TSERA-nın ##.##.2026-cı il tarixli tibbi aktı) icrasının dayandırılması və hərbi xidmətə çağırışa möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsində icraat Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ##.##.2005-ci il təvəlldülü Ərizəçi ünvan 1 ünvanda yaşayır. 16 yaşı tamam olan zaman Səfərbərlik və Hərbi Xidmətə Şağırış üzrə Dövlət Xidmətini Abşeron rayon şöbəsi tərəfindən hərbi uçota alınmış, 18 yaşı tamam olan kimi qeyd Dövlət Xidmətin Abşeron rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Bunula bağl hərbi xidmət çəkməyə yararlı olmağını müəyyən etmək üçün tibbi müayinədən keçmişdir. ƏƏSMN-nin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra TSERA) tərəfindən tibbi rəy (tibbi akt) verilmişdir ki, görmə qabiliyyətində ciddi pozuntu vardır və bu səbəbdən hərbi xidmətə yararsızdır. Bundan sonra o, Zərifə Əliyeva adına Göz Klinikasında astiqmatizm diaqnozu ilə uçota durmuşdur. Növbəti çağırışlarda o, yenidən tibbi müəyinələrdən keçmiş və TSERA hər dəfə eyni tibbi rəy vermişdir ki, o hərbi xidmətə yararsızdır. Həmin rəylər əsasında iki il ərizndə hərbi xidmətə çağırışdan azad olunmuşdur. 2026-cı ilin mart ayının 19-un da ərizəçi yenidən tibbi ekspertizadan keçmiş, lakin bu dəfə TSERA rəy vermişdir ki, guya o hərbi xidmət keçməyə yaralıdır, gözündə olan xəstəlik aradan qalxıb, görmə qabiliyyəti qəflətən bərpa olunub. Halbuki bu xəstlik anadangəlmədir və müalicə olunmur. TSERA ## #### 2026-ci ildə verilmiş tibbi aktı əsas götürən Dövlət Xidmətin Abşeron rayon şöbəsi ərizəçiyə dərhal bildiriş göndərilmiş, ## ##### 2026-cı il tarixdə hərbi xidmətə göndəriləcək. TSERA tərəfindən ərizəçi barəsində verilmiş tibb aktı tamamilə qanunsuz və əsassızdır, həmin rəy ilk verilmiş tibbi rəylərə tamamilə ziddir. Ona görə ərizəçi tibbi rəyi məhkəmədə mübahisləndirmək niyyətindədir. Lakin, TSERA eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini Abşeron rayon şöbəsi onun barəsində olan həmin tibbi rəyi ərizəçiyə verməkdən imtina edir, eyni zamanda həmin rəy elektron informasiya sisteminə də yüklənməyib, yəni ərizəçinin hüququları o cümlədən inzibati aktı məhkəmədə mübahisələndirmək hüququ kobud surətdə pozulur. Bunula yanaşı Dövlət Xidmətini Abşeron rayon şöbəsi ona macal vermək istəmir, dərhal hərbi xidmətə göndərməyə çalışır ki, tibbi aktı mübahisləndirməyə imkan tapa bilməsin. Ona görə ərizəçi müvəqqəti xarakterli tədbirin tətbiq edilməsi haqqında məhkəməyə mürcaiət edərək onun hərbi xidmətə çağırışının məhkəməyə verəcəyi iddia ərizəsinə baxılana qədər müvvəqəti təxirə salınması haqqında Dövlət Xidmətini Abşeron rayon şöbəsinin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Ərizəçi bildirir ki, pozulmuş hüquqlarnının müdafiəsi üçün o, vəkil ilə müqavilə bağlamış, order almış və vəkilə tapşırıq vermişdir ki, Tibbi Sisial Ekspertiza və Reabilitasiya Agentliyi onun barəsində verdyi ## #### 2026-ci il tarixli tibbi aktı həmin agetlikdən və Abşıron şöbəsindən tələb etsin və həmin aktın ləğv edilməsi haqqında tez bir zamanda inzibati məhkəməyə iddia ərizəsi versin. Beləki müvvəqəti xarakterli tədbir tətbiq edilmədiyi halda, ərizəçi icbari qaydada hərbi xidmətə göndəriləcək və bu baş verdiyi halda öz hüquqlarını məhkəmədə müdafiə etmək imkanından tam məhrum olunacaq. Cavabdeh ərizəyə qarşı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. (hakim Qəşəm Məmmədli) Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilərək müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi apellyasiya şikayətini ərizə ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq da qeyd etmişdir ki, işin faktiki hallarından müəyyən olunur ki, 18.11. 2005-ci il tavəlldülü Ərizəçi ünvan 1 ünvanda qeydiyytadadır. Yaşı 16 tamam olan kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini Abşeron rayon şöbəsi tərəfindən hərbi uçota götürülmüşdür. Ərizəçinin 18 yaşım tamam olan kimi SHXÇÜDX -nin Abşeron rayon şöbəsi tərəfindən dərhal həqiqi hərbi xidmətə çağırılmış və hərbi xidmət çəkməyə yararlı olması vəziyyətini müəyyən etmək üçün o, tibbi müayinədən keçmək TSERA-nə göndərilmişdir. TSERA-yi təəfindən tibbi rəy (tibbi qərar) verilmişdir (görmə qabiliyyətində ciddi pozuntusu olduğu üçün ( astıqmatızm xəstəliyi ) ərizəçi hərbi xidmətə yararsızır). Veirlmiş tibbi rəyə əsasən ərizəçi hərbi çağırışdan azad edilmişdir. Hərbi xidmətə növbəti çağırışlar dövründə Ərizəçi tibbi müayinədən keçmək üçün hər dəfə TSERA-nə göndərilmişdir və Agentlik hər dəfə rəy eyni diaqnoza üzrə tibbi rəy vermişdir ərizəçi hərbi xidmət çəkməyə yararsızdır. Beləliklə, ərizəçi TSERA-də ümimi hesabla 8 dəfə tibbi yoxlamadan keçirmişdir və hər dəfə eyni rəy vermişdir o hərbi xidmət çəkməyə yararlı deyil və 8 dəfə hərbi çağırışdan azad edilmişdir. Növbəti 2026-cı ilin mart ayında çağırış elan edildikdən sonra, SHXÇÜDX -nin Abşeron rayon şöbəsi ərizəçiyə yenidən çağırışa cəlb etmiş və tibbi müayinədən keçmək üçün onu TSERA-nə göndərilmişdir. Lakin, bu dəfə TSERA-yi rəy vermişdir ki ərəzəçi hərbi xidmət keçmək üçün yaralıdır. Göğründüyü kimi TSERA ardıcıl olarq dəfələrlə ərizəçinin hərbi xidmət çəkməyə yarasız olması haqqında eyni tibbi rəy vermişdir, lakin 2026-ci ilin mart ayında, yəni sonuncü müayinədən keçən zaman tibbi rəy vermişdir ki ərizəçi hərbi xirdmək keçməyə “yararlıdır” ( bu barədə ərizəçiyə şifahi məlumatı SHXÇÜDX -nin Abşeron rayon şöbəsi vermişdir). Göründüyü kimi TSERA-nin tibbi komissiyası, eyni diaqnoza əsaslanaraq, ərizəçinin hərbi xidmətə yarasız olması barədə hər dəfə eyni tibbi rəyi vermişdir, lakin 2026-ci il matr ayında keçirdikləri yoxlama zamana mövqeyində 90 dərəcədə “metamorfoza” edərək tamami əksinə olan tibbi rəy vermişlər. Bundan yalnız belə nəticə çıxarılmalıdır ki TSERA-nın hakimləri ərizəçinin səhhəti barədə dəfələr bilə-bilə yalan rəy vermişlər və buna görə məsuliyyət daşmalıdırlar. TSERA-nin verdiyi sonunçu tibbi rəyi ( qərarı ) əsas götyürən SHXÇÜDX -nin Abşeron rayon şöbəsi ərizəçiyə dərhal bildiriş göndərilmiş və ona şikayət etməyə macal vermədən ## ##### 2026-cı il tarixdə o hərbi xidmətə göndərilmişdir. Yəni vicdan əzabı çəkmədən gözdən əlil olan bir şəxsi qanunsuz olaraq hərbi xidmətə göndərmişlər (təki çağırış üzrə plan doldurulsun). Hesab edir ki, TSERA-nin Ərizəçi barəsində verilmiş sonuncu tibb rəy ( qərar ) tamamilə əsassızdır. Ərizəçinin hərbi xidmətə yarasız olmasını TSERA-nin müvafiq rəyləri əsasında dəfələr təstiq etmişdir. Ərizəçinin gözdən əlil olması həm də onun qeydiyyatda olduğu Zərifə Əliyeva adına Göz Klinikasının tibbi sənədləri ilədə təstiq edilmişdir. “Astqmatizm” xəstəliyi tibbi elmdə tərifi belə ifadə edilir - buynuz qişa və ya büllurun qeyri-sferik (reqbi topu kimi oval) forması səbəbindən işıq şüalarının torlu qişada tək nöqtədə fokuslanmaması, nəticədə həm yaxın, həm də uzaq məsafənin bulanıq görünməsi ilə xarakterizə olunan refraksiya (görmə) pozuntusudur. Bu vəziyyət əşyaların təhrif olunmasına, baş ağrılarına və göz yorğunluğuna səbəb olur. Xəstəlik yaranma səbəbi anadan gəlmədir. Sadə dildə deyilsə, bu xəstəliyin daşıyıcıları bir obyekti - iki və ya üç şəklində görürlər. Belə bir xəstəyə odlu salah təhkim etməyin özü məsuliyyətsizlikdir. TSERA-nin sonunçu tibbi rəyi ilə razılşmayan ərizəçi məhkəmədə iddia qaldırmaq üçün həmin rəyin surətinin TSERA-dən və SHXÇÜDX -nin Abşeron rayon şöbəsindən tələb etmişdir . Abşeron rayon şöbəsi tibbi rəyin məxfi sənəd və hərbi sirr olduğunun bildirərək , rəyi ərizəçiyə verməkdən imtina etmişdir. TSERA isə 17.04. 2026 -cı il tarixli *-**-*/*-*****/**** saylı məktubla cavab vermişdir (məktub hakimə təqdim edilmişdir). Cavab məktubunda qeyd edilmişdir ki “Sizə (ərizəçiyə ) dair daxil olmuş 18.03. 2026- cı il tarixli göndərişdə “ Astiqmatizm” diaqnozu əsasında C (dinc dövrdə hərbi xidmətə yararsız , maharibə dövründə məhdud yararlı) kateqoriyası qeyd edilmişdir. Agentlikdə həyta keçirilmiş yekun tibbi müayinə gedişində aparılmış “obyektiv" və instrumental müayinələrin nəticələrinə əsasən “O - mürəkkəb miopik Astiqmatizm, OS - sadə miopik Astiqmatizm, Ambiopiya, OU-akkomodasiyanın spazmı “ diaqnozu təyin edildiyi üçün göndərişdə göstərilən yararsızlıq kateqoriyasının fərqli kateqiriya üzrə təstiqlənmçəsi haqqında qərar verilmişdir və Şəhadətləndirilıməsi üçün Xidmətə göndərilmişdiri’. Həmin rəyə münasibət bildirərək birinci növbədə qeyd edilməlidir ki rəydə yarasızlıq faktı tam inkar edilməmiş, sadəcə üzrə başqa kateqiriya üzrə müəyyən edildiyi dildirilir. Ikinci növbədə, meydana sual çıxır eyni instrumental metodla aparılmış tibbi müayinələrin nəticələri nə üçün kəskin fərli, bir-birinə əks olmuşdur. Həmin məktubda vurğulanmışıdır rəy “obyektiv” aparılmış müayinələrin nəticələrinə dair verilmişdir. Bundan belə nəticə hasil olunur ki əvvəl aparılmış 8 müayinin rəyləri qeyri - obyektiv olmuşdur. Bu hal isə əksinə sonuncu rəyin qeyro-obyektiv olımasında dəlalət edir : cünki müxtəlif həkim komissisyası tərəfindən verilmiş 8 ədəd tibbi rəylərin hamısının qeyri-obyektiv olması mümkün deyil. Göstərilənlər belə nəticə çıxarmağa əsas verir ki , TSERA-nin 2026-cı il mart ayında tarixdə verdiyi tibbi rəy ( qərar) qanunsuz və əsassızdır və həmin rəyin məhkəmə qaydasında ləğv edilməsinə boyuk ehtimal vardır. Belə olan halda ərizəçinin müvəqqəti xarakterli müdafiə xarakterli tədbirlərin tədbiq edilməsinə dair ərizəsinin təmin edilməsi üçün kifayət qədər əsaslar mövcüd olmuşdur. Lakin, işə baxan məhkəmə ( hakim Q. Məmmədi) ərizəçinin pozulmuş hüquqlarının müdafiəsinə etinasız yanaşmışdır. Hakim, Ali Məhkəmənin AR Ali Məhkəməni Plenumun ## ####### 2023-cü il tarixli qeyd qərarina istinad edərək, bildirmişdir ki inzibati aktın icrasının dayandırlması üçün üçün son zərurət olmasına və veriləcək iddianın təmin edilməsi böyül ehtimalın olmasına dair tərəfindən kifayət qədər sübutların təqdim edilməmişdir. Yəni, hakim Ali Məhkəmənin Məhkəməni Plenumun ## ####### 2023-cü il tarixli qərarın üzərində manipulyasiyalar etməklə əsaslı ərizənin təmin edilməməsi üçün əsassız bəhanələr gətirmişdir. Bildiririr ki, o MXMT haqqında ərizə ilə məhkəməyə ona görə müraciət etmişik ki məhkəməyə iddia ərizəsi vermək üçün sübutlar toplayaq , cavabdeh inzibati orqana müraciət edək , imtina alaq və sair , bunun üçün isə vaxt tələb olunur. Lakin, işin bu hallarını məhkəmə nəzərə almaq istəməmişdir. Bildiririk ki, məhkmələr inzibati orqanlara qarşı ərizələrə baxarkən dövlət orqanalarının mənafeyini vətəndaşın mənafeyindən üstün tutmamalı, hər iki sübyektlərin maraqlarını tarazlaşdırılmış şəkildə nəzərə almalı və təmin etməlidir. Lakin, hakim Q.Məmmədli dövlət orqanlarını mənafeyin vətəndaşın mənafeyində aşkar surətdə üstün tutaraq, qanunsuz qərar verməklə ərizəçinin hüquqlarını pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq ərizəçi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə ərizəçinin və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 7 ” oktyabr 2025-ci il tarixli,** №li qərarında aşağıdakılar qeyd edilmişdir.
1. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. aşağıdakı məzmunda 4.1-1–4.1-4-cü bəndlər əlavə edilsin: “4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara 2 əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir.”; 1.2. 4.2-ci bəndə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin: “Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir.”; (-).
2. Hüquqi müəyyənliyi və məhkəmə aktlarının sabitliyini təmin etmək üçün qanunvericiliyin tətbiqinə dair verilmiş yeni izahlar bu Qərarın qəbul edildiyi tarixdən sonra məhkəmələrə verilən yeni ərizələrə, habelə bu Qərarın qəbul edildiyi tarixədək verilmiş, lakin icraatı yekunlaşdırılmamış ərizələrə münasibətdə tətbiq edilməlidir. Icraatda olan apellyasiya və kassasiya şikayətlərinə münasibətdə isə yalnız yeni izahlara istinadla məhkəmə aktları ləğv olunmamalı, yaxud dəyişdirilməməlidir. Yeni izahlara istinadla məhkəmə aktının qanuniliyinə qiymət verilməsi bu Qərarın qəbul edildiyi tarixdən sonra verilmiş apellyasiya və kassasiya şikayətlərinə münasibətdə tətbiq edilməlidir
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə mümkün sayılmamalıdır. Kollegiya ilk öncə qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri inzibati mübahisə üzrə əsas iddia tələbinin təmin edilməsi və ya gələcəkdə təmin olunması üçün zəruri hallarda tətbiq olunan istisna prosessual mexanizmdir. Bu institutun tətbiqinin məqsədi iddiaçının (ərizəçinin) əsas hüquq və vəzifələrinin həyata keçirilməsinə bərpa olunması çətin və ya mümkünsüz nəticələr doğuracaq zərərin qarşısının alınmasıdır. Lakin bu mexanizm yalnız o halda tətbiq oluna bilər ki, ərizəçinin iddia etdiyi hüquqi maraq real, aktual və mövcud vəziyyətlə birbaşa bağlı olsun, həmçinin müvəqqəti tədbirin tətbiqi ictimai maraqlar və qanunla qorunan digər şəxslərin hüquqları ilə ziddiyyət təşkil etməsin. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı işin faktiki hallarının tam müəyyən edilməsi məqsədilə cavabdeh1 müvafiq sorğu məktubu ilə müraciət etmişdir. Həmin sorğuya verilmiş cavab məktubundan görünür ki, Ərizəçi ## ##### 2026-cı il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təhvil verilmiş, # #### 2026-cı il tarixdə isə müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi vəzifəlilərin ehtiyatına keçirilmişdir. Kollegiya qeyd edir ki, ərizəçinin hazırkı müraciətlə əldə etmək istədiyi hüquqi nəticə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin ## #### 2026-cı il tarixli tibbi aktının icrasının müvəqqəti dayandırılmasından və həmin akt əsasında onun müddətli həqiqi hərbi xidmətə çağırılmasının qarşısının alınmasından ibarət olmuşdur. Başqa sözlə, müvəqqəti xarakterli müdafiə barədə ərizə ərizəçinin hərbi xidmətə göndərilməsinədək mövcud vəziyyətin qorunmasına və onun hüquqi vəziyyətində baş verə biləcək dəyişikliyin müvəqqəti olaraq qarşısının alınmasına yönəlmişdir. Lakin apellyasiya icraatı zamanı müəyyən edilmiş sonrakı faktiki hallardan görünür ki, ərizəçinin müvəqqəti müdafiə vasitəsi ilə qarşısını almaq istədiyi hadisə artıq baş vermiş, o, ## ##### 2026-cı il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Bununla yanaşı, sonradan yaranmış yeni faktiki vəziyyətə əsasən ərizəçi # #### 2026-cı il tarixdə müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və hərbi vəzifəlilərin ehtiyatına keçirilmişdir. Beləliklə, ərizəçinin hərbi xidmətə göndərilməsi ilə bağlı yaranmış faktiki vəziyyət nəinki artıq həyata keçmiş, həm də onun ehtiyata buraxılması ilə həmin münasibət başa çatmışdır. Məhkəmə kollegiyası bildirir ki, hüquqi maraq məhkəmə müdafiəsinə müraciətin əsas prosessual şərtlərindən biridir. Hüquqi maraq dedikdə şəxsin yalnız inzibati orqanın qərarı ilə razılaşmaması və ya həmin qərarın qanuniliyinin ümumi qaydada yoxlanılmasını istəməsi deyil, məhz irəli sürdüyü tələb vasitəsilə öz hüquqi vəziyyətində real, konkret və əlverişli nəticə əldə etmək imkanının mövcudluğu başa düşülür. Şəxsin məhkəməyə müraciəti onun mövcud hüququnun və ya qanunla qorunan marağının müdafiəsinə xidmət etməli, seçilmiş hüquqi müdafiə vasitəsi isə həmin məqsədə çatmaq üçün yararlı olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli Qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Göründüyü kimi hüquqi marağın mövcudluğu şəxsin konkret halda məhkəmə müdafiəsinə real ehtiyacının olub-olmaması, habelə irəli sürdüyü tələbin təmin ediləcəyi təqdirdə onun nail olmaq istədiyi hüquqi nəticənin əldə edilməsinin mümkünlüyü ilə müəyyən olunur. Başqa sözlə, seçilmiş hüquqi müdafiə vasitəsi şəxsin hüquqi vəziyyətinə təsir göstərməli, onun üçün konkret və əlverişli nəticə doğurmağa yararlı olmalıdır. Bu baxımdan hüquqi maraq yalnız nəzəri və ya abstrakt xarakter daşımamalı, real, mövcud və aktual olmalı, məhkəmə müdafiəsinə ehtiyac isə işə baxıldığı və məhkəmə aktının qəbul edildiyi anda da davam etməlidir. Kollegiya xüsusilə vurğulayır ki, hüquqi maraq yalnız ərizənin məhkəməyə təqdim edildiyi anda mövcud olmaqla kifayətlənməməli, məhkəmə icraatının bütün mərhələlərində, o cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilən vaxtda da davam etməlidir. Icraatın gedişində faktiki vəziyyətin dəyişməsi nəticəsində tələb olunan məhkəmə müdafiəsinin şəxsin hüquqi vəziyyətinə təsir etmək imkanının aradan qalxması hüquqi marağın itirilməsi ilə nəticələnir. Belə vəziyyətdə qəbul ediləcək məhkəmə aktı ərizəçinin hüquqi vəziyyətində hər hansı real dəyişiklik yaratmayacaq və artıq başa çatmış faktiki hala münasibət bildirməkdən ibarət olacaqdır. Müvəqqəti xarakterli müdafiə tədbirinin təyinatı da hüquqi marağın məhz aktual və davam edən olmasını tələb edir. Bu prosessual institutun məqsədi əsas mübahisəyə mahiyyəti üzrə baxılanadək mövcud vəziyyəti qorumaq, ərizəçinin hüquqlarının həyata keçirilməsini mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə biləcək real təhlükənin qarşısını almaqdır. Müvəqqəti müdafiə artıq baş vermiş faktiki halın nəticələrini aradan qaldırmaq, başa çatmış hüquq münasibətini bərpa etmək və ya inzibati aktın qanuniliyinə ayrıca qaydada qiymət vermək vasitəsi deyildir. Hazırkı halda ərizəçinin hərbi xidmətə çağırışa möhlət verilməsi barədə tələbi onun artıq hərbi xidmətə göndərilməsi və sonradan həmin xidmətdən ehtiyata buraxılması səbəbindən hüquqi və faktiki aktuallığını itirmişdir. Ərizəçinin hazırda müddətli həqiqi hərbi xidmətdə olmadığı nəzərə alındıqda, onun hərbi xidmətə göndərilməsinin qarşısının alınmasına yönəlmiş tədbirin tətbiqi mümkün hüquqi nəticə doğura bilməz. Belə tədbir nə baş vermiş çağırışı aradan qaldıra, nə də artıq başa çatmış hərbi xidmət münasibətinə təsir göstərə bilər. Eyni hüquqi qiymətləndirmə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi Reabilitasiya Agentliyinin ## #### 2026-cı il tarixli tibbi aktının icrasının müvəqqəti dayandırılması tələbinə də aiddir. Ərizəçi həmin aktın icrasının dayandırılmasını onun hərbi xidmətə göndərilməsinin qarşısının alınması məqsədilə tələb etmişdir. Lakin ərizəçinin artıq hərbi xidmətə göndərilməsi və sonradan ehtiyata buraxılması şəraitində həmin tibbi aktın icrasının müvəqqəti dayandırılması ilkin müraciətdə qarşıya qoyulmuş məqsədə xidmət etmir və ərizəçinin hazırkı hüquqi vəziyyətində hər hansı real dəyişiklik yaratmır. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün ərizəçinin hüquqlarına davam edən müdaxilənin və ya yaxın gələcəkdə baş verməsi real olan təhlükənin mövcudluğu tələb olunur. Hazırkı işdə isə ərizəçinin müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılması nəzərə alındıqda, onun hüquqlarının təcili qaydada qorunmasını zəruri edən davam edən müdaxilə və ya yeni təhlükə müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı müvəqqəti xarakterli müdafiə icraatı üzrə ərizəçinin aktual hüquqi marağı və məhkəmə müdafiəsinə real ehtiyacı qalmadığından, ərizə mümkün sayıla bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək ərizə mümkün sayılmamalı, apellyasiya şikayəti qismən təmin edilməlidir.
NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadı ləğv edilsin. Ərizə mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.