Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-39/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizəsi üzrə (Açar sözlər: inzibati aktın icrasının dayandırılması, müvəqqəti xarakterli müdafiə tədbiri) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi ilə, Ərizəçi Ərizəçi “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsinə dair iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin **(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, 3-21-2-3/2- ******/**** saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Inzibati Məhkəməsində baxılan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı ## ##### 2026-cı il tarixli, *-**-*-*/*-******/**** saylı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək cavabdeh tərəfindən hesaba qoyulmuş ## ##### 2026-cı il tarixli, ***********A nömrəli, ## ##### 2026-cı il tarixli, ***********A nömrəli, ## ##### 2026-cı il tarixli, ***********A nömrəli, ## ##### 2026-cı il tarixli, ***********D nömrəli, ## ##### 2026-cı il tarixli, ******** nömrəli sərəncamların icrasının dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, o, sahibkar kimi market fəaliyyəti ilə məşğul olur. Tabeliyində onlarla işçi vardır. Cavabdehin barəsində tərtib etdiyi sərəncamlar onun sahibkarlıq fəaliyyətini iflic vəziyyətə salmışdır. Bundan başqa, cavabdeh tərəfindən tərtib olunmuş ## ##### 2026-cı il tarixli, *-**-*-*/*- ******/**** saylı qərarı da qanunsuz hesab edir. Qanunsuz qərar əsasında sahibkarın fəaliyyətinin çıxılmaz vəziyyətə salınması ədalət baxımından da yolverilməzdir. Sumqayıt Inzibati Məhkəməsinin **(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş (Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən təsdiq olunmuş) ## ##### 2026-cı il tarixli, *-**-*-*/*-******/**** saylı qərarın icrasının dayandırılması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından hazırkı mərhələdə iddianın aqibəti və gələcəkdə hansı məhkəmə qərarının qəbul olunacağı, mübahisənin həllinin bu və ya digər tərəfin xeyrinə olacağı bəlli deyildir. Bu nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə də hasil olmur. Bu səbəbdən IPM-in 41.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan hal, yəni iddianın uğurluluq ehtimalı aydın görünmür. Iddianın uğurluluq ehtimalının qeyri-müəyyən olduğu hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin əsaslığını ziddiyyətli maraqlar baxımdan qiymətləndirilməsinə keçməlidir. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, inzibati məhkəmə icraatının iştirakçılarının mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. Bu baxımdan, təqdim edilən müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə iddia ilə təqib edilən və müvəqqəti xarakterli müdafiə icraatında hüquqların təmin edilməsinə yönəlmiş tədbirlərin görülməsi məqsədinə xidmət edən ərizə qismində mümkündür. Ərizə əsaslı hesab edilir. Belə ki, ərizəçinin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ilkin təcili tənzimləmənin zəruri olduğu kifayət qədər sübutlar təqdim edilmişdir. Təqdim edilmiş sənədlər əsasında müəyyən edilir ki, qərarın icrası ilə əlaqədar cavabdeh tərəfindən hesaba qoyulmuş sərəncamlar ərizəçinin sahibkarlıq fəaliyyətinə kifayət qədər çətinlik yaratmaqdadır. Əlavə olaraq, məhkəməyə “xxxx” ASC (borc verən) ilə bağlanmış 3 müqavilə təqdim olunmuşdur. Hər üç müqavilənin şərtlərinin məzmunundan görünür ki, əsas iddia üzrə iddia tələbi təmin və rədd olunmasından asılı olmayaraq, ərizəçinin sahibkar kimi fəaliyyətini davam etdirə bilməsi üçün, məhkəmə prosesi dövrü ərzində qərarın icrasının dayandırılması zəruridir. Hazırki ərrzə üzrə işə baxarkən həmçinin nəzərə alır ki, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” ## ##### 2007-ci il tarixli, *** saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, “Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətdə dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, maarifləndirmə və müxtəlif növ xidmətlərin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, iqtisadiyyatın inkişafında özəl sektorun rolu əhəmiyyətli dərəcədə artmış, iqtisadi fəaliyyət sahələrində sahibkarlıq üçün münbit şərait yaranmış, qanunvericilik qaydaları liberallaşmış, maliyyə-kredit təminatı yaxşılaşmış, sahibkarların vergi yükü, onların fəaliyyətinə qanunsuz müdaxilələrin sayı azalmış, hüquqlarının müdafiəsi sistemi təkmilləşmiş, iş adamlarının beynəlxalq əlaqələri genişlənmiş və digər nailiyyətlər əldə edilmişdir. ...” Qərardadla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmiş, qanunsuz və əsassız qərardad qəbul etmişdir. Belə ki, uçot-baza məlumatlarına əsasən ərizəçinin ##.##.2020-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı ##.##.2020-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “içki və tütün məmulatları da daxil olmaqla əsasən ərzaq məhsulları olan geniş çeşidli əmtəələrin pərakəndə ticarəti”ndan ibarət olduğu müəyyən edilmişdir. ##.##.2026-cı il tarixli, *-**-*-*/*-******/**** saylı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarla ərizəçiyə 2026-ci ilin yanvar ayının əlavə dəyər vergisi üzrə 431 028,99 manat əlavə vergi məbləği hesablanmışdır. Belə ki, 2024-cü il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin * nömrəli əlavəsinə əsasən dövrün əvvəlinə mal qalığı 1 281 033,32 manat təşkil etmiş, ##.##.2025-##.##.2026 tarixlərə qədər elektron qaimə-faktura üzrə 2 635 521,00 manat, yükgömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları 0, 00 manat mal alışı olmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı sənədli mal qalığının 508 152,75 manat olduğu müəyyən edilmişdir. Vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura və kassa üzrə satış dövriyyəsinin məbləği 1 591 678,27 manat təşkil etdiyindən 2026-cı ilin yanvar ayı üzrə 434 374,84 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmalar yaranmışdır. Nəticədə yaranmış kənarlaşmaların aradan qaldırılması məqsədilə *-**-*-*/*-******/**** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub ərizəçiyə göndərilmiş, çatışmazlıqlar aradan qaldırılmadığı üçün ##.##.2026-cı il tarixli, 3-21-2-3/2-892679 /**** saylı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qəbul olunaraq ərizəçiyə göndərilmişdir. Məhkəmə bildirir ki, işin hallarından hazırkı mərhələdə iddianın aqibəti və gələcəkdə hansı məhkəmə qərarının qəbul olunacağı, mübahisənin həllinin bu və ya digər tərəfin xeyrinə olacağı bəlli deyildir. Bu nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə də hasil olmur. Bu səbəbdən IPM-in 41.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan hal, yəni iddianın uğurluluq ehtimalı aydın görünmür. Iddianın uğurluluq ehtimalının qeyri-müəyyən olduğu hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin əsaslığını ziddiyyətli maraqlar baxımından qiymətləndirilməsinə keçməlidir. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, inzibati məhkəmə icraatının iştirakçılarının mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real yanaşmalıdır. Təqdim edilmiş sənədlər əsasında müəyyən edilir ki, qərarın icrası ilə əlaqədar cavabdeh tərəfindən hesaba qoyulmuş sərəncamlar ərizəçinin sahibkarlıq fəaliyyətinə kifayət qədər çətinlik yaratmaqdadır. Inzibati aktın icrasının dayandırılması növündə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılması zamanı iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparılmalı, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Məhkəmə hazırkı qərardadında ilkin təcili tənzimləmənin zəruriliyi halını müəyyən etdiyini qeyd etmişdir. Məhkəmənin qərardadını əsaslandırarkən qeyd etdiyi məsələlər işin faktiki hallarına uyğun gəlmir və əsassızdır. Həmçinin, ərizəçi məhkəməyə təqdim etdiyi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədə müvafiq əsaslandırma aparmamış, yalnızca işin ümumi mahiyyətinə dair ehtimallara əsaslanmışdır. Məhkəmənin cavabdehi məhkəmə iclası və yeri barədə xəbərdar etməməsi barədə: Ərizə üzrə maraqlı şəxs - Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin məhkəmə iclası, məhkəmə yeri və vaxtı barəsində məlumatı olmamış və bildiriş göndərilməmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(*-*)-****/**** saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi ilə əvəz edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi cavabdeh (maraqlı şəxs) qismində cəlb edildikdən dərhal sonra ##.##.2026-cı il tarixli **(*-*)-**/**** nömrəli qərardad qəbul edərək müvəqqəti xarakterli müdafiə tədbirinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Vergi ödəyicisi ilə vergi orqanın arasında məhkəmə mübahisəsi başladığı andan hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbirlər vergi orqanı tərəfindən, tələbin icraya yönəldilməsi barədə qərarlar üzrə icraat icra məmurları tərəfindən, əmlakın siyahıya alınması barədə icraaat isə məhkəmə orqanları tərəfindən dayandırılır. Iddiaçı həm iddia ərizəsində həm də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizədə yalnız vergi orqanının hesablamaları barədə qeydləri göstərmiş, ərizədə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan həmçinin tələbini əsaslandıracaq müvafiq təsdiqləyici sənədləri əlavə etməmişdir. Göründüyü kimi ərizəçi yalnız vergi orqanının hesablamalarına dair subyektiv mülahizələrini göstərmiş, lakin təcililiyi və bərpası mümkün olmayan zərəri təsdiq edən heç bir auditi və ya maliyyə sənədini təqdim etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə ərizəçi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. Inzibati aktın icrasının dayandırılması 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. 41.4. Inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. 41.5. Inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2015-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. Işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçı barəsində kameral vergi yoxlaması həyata keçirərək, 2024-cü il gəlir vergi bəyannaməsi üzrə gömrük bəyannamələri, elektron qaimə məlumatları təqdim edilmiş mal qalığı məlumatlarında uyğunsuzluq olduğunun, 434374,84 manat məbləğində malların əskin gəlməsi halının müəyyən edildiyini, müəyyən edərək, bu əsasla kənarlaşma aşkar etmiş, iddiaçı barəsində 431028,99 manat əlavə gəlir vergisi məbləğini hesablamış, bu barədə ## ##### 2026-cı il tarixli qərar qəbul etmişdir. Həmin qərar iddiaçı tərəfindən əsas inzibati iş üzrə mübahisələndirilərək, onun ləğv edilməsinə dair iddia tələbi irəli sürülmüşdür, hazırda həmin tələb üzrə inzibati iş məhkəmənin icraatındadır. Indiki halda iddiaçı məhz həmin inzibati aktın icrasının dayandırılması növündə təminat tədbirinin görülməsini istəyir, onun zəruriliyini onunla əsaslandırmışdır ki, cavabdehin həmin hərəkətləri onun sahibkarlıq fəaliyyətini iflic vəziyyətə salmış, sahibkarlıq fəaliyyətini davam etdirmək üçün başqa şəxslərlə alqı-satqı müqavilələri üzrə öhdəliklərini icra etməlidi, kredit borclarını ödəməlidir, sözügedən qərarın onun sahibkarlıq fəaliyyətinin davam etdirə bilməsinə təsiri olduğundan,fəaliyyətində çətinliklə qarşılaşmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə müvafiq ərizə təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ərizənin mümkünlüyü ilə bağlı qeyd edir ki, indiki halda işin faktiki və hüquqi hallarına məhz ərizənin əsaslılığı mərhələsində dəyərləndirmə aparılmalı olduğundan, ərizənin mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya ərizənin əsaslılığı ilə bağlı qeyd edir ki, “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli 14 №li Qərarının 2-ci bəndində “IPM-in 41-ci və 42ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır” hüquqi mövqe qeyd edilmişdir. Həmin Qərarın 4.1-1-ci bəndinə əsasən istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. Həmin Qərarın 4.1-2-ci bəndinə əsasən təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. Həmin Qərarın 4.1-3-cü bəndinə əsasən ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Həmin Qərarın 4.1-4-cü bəndinə əsasən hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. Həmçinin, qeyd edilməlidir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır. Göründüyü kimi, qeyd edilən institutun mövcudluğu ilk növbədə iddiaçı tərəfindən müvafiq inzibati aktı mübahisələndirdiyi halda, həmin mübahisələndirdiyi inzibati aktın icrası ilə bağlı onun fəaliyyətinə müdaxiləyə, habelə onun üçün müəyyən neqativ nəticələrə səbəb ola bilən təsirlərdən müvəqqəti olaraq məhkəmə icraatının yekunlaşdığı dövrədək müdafiə olunmaq imkanın tanınmasına, bununla da hüquqların və qanunla qorunan mənafelərin bərpası mümkün olmayan və ya xeyri dərəcədə çətin olan zərərlərdən qorunmasına imkan yaradır. Həmçinin, Inzibati Prosessual Məcəllənin 7-ci fəslindəki müddəaların ümumi təhlili onu deməyə əsas verir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılarkən məhkəmələr tərəfindən nəzərə alınmalı və qiymətləndirilməli olan bəzi hallar vardır ki, bunlar işin faktiki və hüquqi hallarının araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olub-olmamasının müəyyən edilməsi, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olub-olmayacağının və ya xeyli dərəcədə çətinləşib-çətinləşmədiyinin müəyyən edilməsi, ilkin təcili tənzimləmənin zəruri olub-olmaması ilə bağlıdır. Kollegiya ərizənin əsaslılığı ilə bağlı qeyd edir ki, qanunvericiliyin tələbi və formalaşdırılmış vahd məhkəmə təcrübəsinin tələbləri baxımından hazırki inzibati iş üzrə ərizənin əsaslılığının müəyyən edilməsi üçün iki şərtin birgə olması- ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması halının mövcud olub-olmaması istiqamətinə dəyərləndirmə aparılmalıdır. Kollegiya hesab edir ki, ilkin şərt olaraq təcili tənzimlənmənin zəruri olması şərtinin ödənilibödənilməməsi yoxlanılmalı, həmin əsasın aşkar edilməməsi halı ilkin dəyərləndirmə mərhələsində ərizənin əsassız olmasını deməyə əsas verməklə, digər şərt üzrə əlavə yoxlanılma aparılması zərurətini aradan qaldırır. Kollegiya ilkin şərtin olub-olmaması hissəsində aparılmış dəyərləndirmə ilə bağlı onu qeyd edir ki, ərizəçi sözügedən təminat tədbirinin görülmədiyi halda onun hüquqlarının qorunmasının mümkün olmaması və ya çətin olması halına dair heç bir sübut təqdim etməmişdir. Halbuki, həmin hissədə ərizənin əsaslılığının müəyyən edilməsi üçün ilkin sübutları təqdim etmək öhdəliyi (sübutetmə öhdəliyi) bilavasitə məhz ərizəçinin üzərinə düşür. Buna baxmayaraq, ərizəçi tərəfindən ilkin tənzimlənmənin zəruruiliyi “ümumi sözlər” şəklində (sahibkarlıq fəaliyyətinin iflic olması, başqa şəxslər qarşısında icra etməli olduğu öhdəliklərinin olması, həmin öhdəliklərin icra edilməməsinin sahibkarlıq fəaliyyətinin dayanmasına gətirib çıxartması və s.) əsaslandırmış, həmin hala dair hər hansı sübut təqdim etməmiş, habelə məhkəmə araşdırması zamanı da həmin halların (maliyyə çətinliyinin real olması və bu çətinliyin onun hüquqlarının bərpasının mümkün etməyəcək şəkildə təsirinin olması və ya sahibkarlıq fəaliyyətinə təsir edə biləcək və s. mənfi nəticələrin olması) müəyyən edilməsi mümkün olmamışdır. Kollegiya ərizəçinin sübut qismində təqdim etdiyi müqavilələrlə bağlı qeyd edir ki, həmin müqavilələr mahiyyət etibarilə ərizəçinin müqavilə üzrə öhdəlik hüquq münasibətlərinin iştirakçısı olduğunu müəyyən edir, həmin öhdəliklərin mövcudluğu isə ərizəçinin öz iradəvi davranışı nəticəsində ortaya çıxmışdır. Indiki halda isə ərizəçi tərəfindən həmin öhdəliklərin icra edilməməsinin qeyri-mümkünlüyü, bu halın onun sahibkarlıq fəaliyyətinə mənfi təsir etməsi, habelə icra etməmənin məhz cavabdehin onun barəsində inzibati aktın qəbul edilməsi ilə bağlı hərəkətlərinin nəticəsində yaranması (sahibkarlıq fəaliyyətinə mənfi təsirin və bu halın cavabdehin hərəkətləri ilə səbəb əlaqəsinin mövcudluğu) halına dair heç bir sübut təqdim etməmişdir. Halbuki bu hissədə sübutetmə öhdəliyi məhz ərizəçinin üzərinə düşmüşdür. Bu baxımından kollegiya hesab edir ki, ərizənin əsaslılığı baxımından ilkin sübutlar əsasında ərizəçinin təminat tədbirinin görülməsinin zəruriliyinə dair istinad etdiyi halları müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə desək, hazırki iş üzrə işin faktiki və hüquqi halları baxımından ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması əsasları müəyyən edilməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, hazırki iş üzrə ərizəçiyə münasibətdə təcililik şərtinin ödənilməsi halı müəyyən edilməmişdir. Halbuki, təcililik şərtinin ödənilməsinin ərizənin əsaslılığı baxımından ilkin dəyərləndirmə mərhələsində müəyyən edilməsi zəruri olmuşdur. Bu hal isə özlüyündə hazırki iş üzrə müvafiq təminat tədbirinin tətbiq edilməsi əsasının mövcud olmadığını deməyə əsas verir. Bundan əlavə, kollegiya ərizənin əsaslılığı baxımından iddianın uğurluluq ehtimalının olubolmaması hissəsində də dəyərləndirmə apararaq, onu qeyd etməyi zəruri hesab edir ki, indiki halda mübahisə predmeti olan qərarın qəbul edilməsinə əsas olan hal məhz iddiaçının gəlir bəyannaməsində dövriyyədə olan mallara dair bəyan edilən məlumatlarla, onlara dair mövcud olan elektron-qaimə faktura və digər məlumatlar arasında uyğunsuzluq halının mövcud olması təşkil etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, hazırki mərhələdə cavabdeh tərəfindən qərarın qəbul edilməsinə əsas olmuş məlumatlara dair ilkin sübutlar təqdim edilsə də, iddiaçı tərəfindən həmin hallara dair ilkin sübutlar təqdim edilmədiyindən, işdə mövcud olan ilkin sübutlar əsasında iddianın uğurluluq ehtimalının olub-olmaması istiqamətində dəyərləndirmə aparılmaqla, sözügedən məlumatların müqayisəli təhlilinin aparılması və iddianın uğurluluq ehtimalının aşkar şəkildə müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda kollegiya hesab edir ki, indiki halda ilkin sübutlar əsasında hazırki icraat çərçivəsində bu cür dəyərləndirmə aparılmaqla iddianının uğurluluq ehtimalının mövcudluğunu müəyyən etmək imkanı mövcud olmadığından, həmin şərtin də ödənilməsinin əsasları müəyyən edilməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, hazırki ərizənin əsaslılığının yoxlanılmasına dair qanunvericilik normasının və məhkəmə təcrübəsinin tələbləri baxımından müəyyən edilmiş şərtlər üzrə (təcililik elementi, ilkin tənzimlənmənin zəruriliyi, iddianın uğurluluq ehtimalı) dəyərləndirmə aparıldıqda ərizəçi barəsində müvafiq müvəqqəti müdafiə tədbirinin görülməsinin əsasları müəyyən edilmədiyindən, ərizə əsassız olmaqla, təmin edilməməlidir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki və hüquqi halları baxımından ərizənin əsaslılığı iddianın uğurluluq ehtimalının və ilkin tənzimlənmənin zəruriliyi baxımından düzgün dəyərləndirmə aparılmamış, həmin hallara ilkin sübutlar əsasında düzgün hüquqi qiymət verməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin **(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi təmin edilməsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №15(3-8)-39/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-39/2026
30.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver