Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-42/2026 13.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizəsi üzrə (Açar sözlər: qərarın icrasının dayandırılması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi Nümayəndə, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Ərizəçi “iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun müddətli həqiqi hərbi xidmətə çağrılmasının və ya hər hansı tibbi müayinələrə göndərilməsinin cavabdehə qadağan edilməsi” növündə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizəsinə dair iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin ona münasibətdə qəbul edilmiş sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsızlığı barədə qərarının (rəyin) ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək ərizəçinin müddətli həqiqi hərbi xidmətə çağrılmasının və ya hər hansı tibbi müayinələrə göndərilməsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsi tərəfindən ərizəçi sağlamlıq vəziyyətinin müayinə edilməsi, tələb olunan müvafiq rəylərin alınması üçün onu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutu və Milli Oftalmologiya Mərkəzi və X4 Institutuna tibbi müayinəyə göndərilmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutunun 2021-ci il ## ####### tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında ərizəçiyə “anadangəlmə yastıpəncəlik, sağ pəncənin ikinci, sol pəncənin üçüncü dərəcəli yastıpəncəliyi, hər iki pəncənin valqus durumu, funksiyanın cüzi pozulması” diaqnozu, Milli Oftalmologiya Mərkəzinin 2025-ci il ## ##### tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında ərizəçiyə “oftalmohipertenziya, yüksək gözdaxili təzyiq-qlaukoma” diaqnozu, Elmi- X8 2026-cı il # ###### tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında isə ərizəçiyə “ürəyin xroniki-revmatik xəstəliyi” diqanozu təyin edilmişdir.Aparılan tibbi müayinələrin nəticəsi olaraq ərizəçidə anadangəlmə yastıpəncəlik, ürəyin xroniki-revmatik xəstəliyi, yüksək qan təzyiqi, oftalmohipertenziya, yüksək gözdaxili təzyiqqlaukoma xəstəlikləri aşkar edilərək təsdiqlənmişdir. Yüksək gözdaxili təzyiqdən əziyyət çəkən ərizəçi Milli Oftalmologiya Mərkəzində qeydiyyatdadır, adına xəstəlik tarixçəsi açılmışdır. Ərizəçinin ayağının biri ikinci dərəcəli, digəri isə üçüncü dərəcəli yastı pəncədir. Səhhətində olan bu problemlə bağlı ərizəçi 2021-2024-cü illərdə dəfələrlə müayinə olunaraq hərbi xidmətə yollanmaq istəsə də, qeyd olunan bu problemlər anadangəlmə olduğundan və aradan qaldırılması qeyri-mümkün olduğuna görə hərbi xidmətə cəlb edilməmiş, “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı” kimi qeydiyyata alınaraq ehtiyyata keçirilmişdir. Iddiaçı 2025-ci il ## ##### tarixli yerli çağırış komissiyasının qərarına əsasən “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”, 2025-ci il ## ##### tarixli Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssislərinin rəyinə əsasən sağlamlıq vəziyyətinə görə “həqiqi hərbi xidmətə müvəqqəti yararsız”, 2025-ci il ## ##### tarixli Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssislərinin rəyinə əsasən “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”, 2025-ci il ## ##### tarixli Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssislərinin rəyinə əsasən “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”, 2025-ci il ## #### tarixli Mərkəzi Hərbi Həkim Komissiyasının sədrinin yekun rəyinə əsasən sağlamlıq vəziyyətinə görə “həqiqi hərbi xidmətə müvəqqəti yararsız” kimi qiymətləndirilsə də, sonuncu dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2025-ci il ## #### tarixli yekun rəyi ilə əvvəllər verilmiş rəylərinin daha yüngül qiymətləndirilməsi, fərqli kateqoriya üzrə təsdiq edilməsi qeyd olunaraq yekunda “həqiqi hərbi xidmətə müvəqqəti yararsız” olduğu qərara alınmışdır. Əvvəllər də dəfələrlə müayinə olunmuş və həqiqi hərbi xidmətə yararsız olduğu təsdiqlənmiş, sonradan səhhətində heç bir müsbət dəyişiklik olmamasına, əvvəlki diaqnozlardan əlavə başqa xəstəlik və patalogiyaların aşkarlanmasına və ağırlaşmaların olmasına baxmayaraq, Komissiya rəyində ərizəçini “həqiqi hərbi xidmətə müvəqqəti yararsız” kimi qeyd etmişdir. Ərizəçi hesab edir ki, Komissiyanın qərarı tamamilə əsassızdır və Komissiya tərəfindən səhlənkarlıq edilərək, həqiqi hərbi xidmətə yararsız olduğu halda onun səhhəti real qiymətləndirməmişdir. Hazırda ərizəçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının 2025-ci il ## #### tarixli hərbi xidmətə müvəqqəti yararsız hesab edilməsi barədə qərarının (rəyinin) ləğv edilməsi ilə bağlı məhkəmə mübahisəsi olduğundan və iddianın uğurluluq ehtimalı yüksək olduğundan, müvəqqəti xarakterli müdafiə tədbiri görülməzsə, ərizəçinin hüquqlarının və qanuni mənafelərinin qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləməyə zərurət yaranmışdır. Sumqayıt Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi tərəfindən hazırkı işlə bağlı müvəqqəti xarakterli müdafiə tədbirinin təmin edilməsi üçün təqdim edilmiş sübutlar kifayət deyildir. Işin hazırkı mərhələsində iddianın aqibəti və gələcəkdə hansı məhkəmə qərarının qəbul olunacağı, işin həllinin bu və ya digər tərəfin xeyrinə olacağı bəlli deyildir. Bu nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə də hasil olmur. Bu səbəbdən IPM-in 41.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan hal, yəni iddianın uğurluluq ehtimalı aydın görünmür. Iddianın uğurluluq ehtimalının qeyri-müəyyən olduğu hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin əsaslılığını ziddiyyətli maraqlar baxımdan qiymətləndirilməsinə keçməlidir. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, inzibati məhkəmə icraatının iştirakçılarının mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. Qərardadla razılaşmayan ərizəçi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Ərizəçinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2025-ci ilin aprel ayı üzrə çağırışçı - 1998-ci il ## ######## təvəllüdlü ona dair “Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarış”da - Yerli çağırış komissiyasının 2025-ci il ## ##### tarixli qərarına əsasən, yararlılıq kateqoriyası “C” - dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olaraq müəyyən edilmişdir. - Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssislərinin 2025-ci il ## ##### tarixli rəyinə əsasən, yararlılıq kateqoriyası “Ç” - sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız olaraq müəyyən edilmişdir. - Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssislərinin 2025-ci il ## ##### tarixli rəyinə əsasən, yararlılıq kateqoriyası “C” - dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olaraq müəyyən edilmişdir. - Mərkəzi Hərbi Həkim Komissiyasının sədrinin 2025-ci il ## ##### tarixli rəyinə əsasən, yararlılıq kateqoriyası “C” - dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olaraq müəyyən edilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2025-ci il ## #### tarixli yekun rəyinə əsasən, DTSERA-nın təyin etdiyi yararlılıq kateqoriyası “Ç”, SHXÇDX-nın təyin etdiyi yararlılıq kateqoriyası “C” kateqoriyası olaraq müəyyən edilmişdir. - 2025-ci ilin iyul ayı üzrə çağırışçı - 1998-ci il ## ######## təvəllüdlü ərizəçiyə dair “Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarış”dan aşağıdakılar müəyyən olunur: Mərkəzi Hərbi Həkim Komissiyasının sədrinin 2025-ci il ## #### tarixli rəyinə əsasən, yararlılıq kateqoriyası “Ç” - sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız olaraq müəyyən edilmişdir; Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2025-ci il ## #### tarixli yekun rəyinə əsasən, DTSERA-nın təyin etdiyi yararlılıq kateqoriyası “Ç”, SHXÇDX-nın təyin etdiyi yararlılıq kateqoriyası “C” kateqoriyası olaraq müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi- Həkim Komissiyasının 2025-ci il ## ###### tarixli, **** nömrəli məktubundan görünür ki, Elmi- Tədqiqat Travmatologiya və Ortopediya Institutundan müayinə nəticəsində təqdim olunmuş 2021-ci il ## ####### tarixli, **** nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda qeyd olunan diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarının xəstəliklər cədvəlinin 68c maddəsinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” rəyinə uyğundur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsi tərəfindən ərizəçi sağlamlıq vəziyyətinin müayinə edilməsi, tələb olunan müvafiq rəylərin alınması üçün onu Elmi- Tədqiqat Travmatologiya və Ortopediya Institutu və Milli Oftalmologiya Mərkəzi və Elmi-X7 tibbi müayinəyə göndərilmişdir. Elmi- Tədqiqat Travmatologiya və Ortopediya Institutunun 2021-ci il ## ####### tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında ərizəçiyə “anadangəlmə yastıpəncəlik, sağ pəncənin ikinci, sol pəncənin üçüncü dərəcəli yastıpəncəliyi, hər iki pəncənin valqus durumu, funksiyanın cüzi pozulması” diaqnozu, Milli Oftalmologiya Mərkəzinin 2025-ci il ## ##### tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında ərizəçiyə “oftalmohipertenziya, yüksək gözdaxili təzyiq-qlaukoma” diaqnozu, Elmi- X8 2026-cı il # ###### tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında isə ərizəçiyə “ürəyin xroniki-revmatik xəstəliyi” diqanozu təyin edilmişdir. Aparılan tibbi müayinələrin nəticəsi olaraq ərizəçidə anadangəlmə yastıpəncəlik, ürəyin xroniki-revmatik xəstəliyi, yüksək qan təzyiqi, oftalmohipertenziya, yüksək gözdaxili təzyiq-qlaukoma xəstəlikləri aşkar edilərək təsdiqlənmişdir. Yüksək gözdaxili təzyiqdən əziyyət çəkən ərizəçi Milli Oftalmologiya Mərkəzində qeydiyyatdadır, adına xəstəlik tarixçəsi açılmışdır. Onun ayağının biri ikinci dərəcəli, digəri isə üçüncü dərəcəli yastı pəncədir. Səhhətində olan bu problemlərlə bağlı ərizəçi 2021-2024-cü illərdə dəfələrlə müayinə olunaraq hərbi xidmətə yollanmaq istəsə də, qeyd olunan bu problemlər anadangəlmə olduğundan və aradan qaldırılması qeyri-mümkün olduğuna görə hərbi xidmətə cəlb edilməmiş, “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı” kimi qeydiyyata alınaraq ehtiyyata keçirilmişdir. 2025-ci il ## ##### tarixli yerli çağırış komissiyasının qərarına əsasən “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”, 2025-ci il ## ##### tarixli Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssislərinin rəyinə əsasən sağlamlıq vəziyyətinə görə “həqiqi hərbi xidmətə müvəqqəti yararsız”, 2025-ci il ## ##### tarixli Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssislərinin rəyinə əsasən “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”, 2025-ci il ## ##### tarixli Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssislərinin rəyinə əsasən “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”, 2025-ci il ## #### tarixli Mərkəzi Hərbi Həkim Komissiyasının sədrinin yekun rəyinə əsasən sağlamlıq vəziyyətinə görə “həqiqi hərbi xidmətə müvəqqəti yararsız” kimi qiymətləndirilsə də, sonuncu dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2025-ci il ## #### tarixli yekun rəyi ilə əvvəllər verilmiş rəylərinin daha yüngül qiymətləndirilməsi, fərqli kateqoriya üzrə təsdiq edilməsi qeyd olunaraq yekunda “həqiqi hərbi xidmətə müvəqqəti yararsız” olduğu qərara alınmışdır. Əvvəllər də dəfələrlə müayinə olunmuş və həqiqi hərbi xidmətə yararsız olduğu təsdiqlənmiş, sonradan səhhətində heç bir müsbət dəyişiklik olmamasına, əvvəlki diaqnozlardan əlavə başqa xəstəlik və patalogiyaların aşkarlanmasına və ağırlaşmaların olmasına baxmayaraq, Komissiya rəyində ərizəçini “həqiqi hərbi xidmətə müvəqqəti yararsız” kimi qeyd etmişdir. Bundan başqa məhkəmə qərardadın“təqdim edilmiş ilkin sübutlar, məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər” hissəsində xüsusi olaraq bildirmişdir ki, inzibati tənbeh vermə haqqında 2026-cı il ## #### tarixli, MN seriyalı, ******* nömrəli qərardan görünür ki, onun barəsində 300 manat məbləğində cərimə edilmişdir. Halbuki inzibati işin materiallarında belə bir qərar olmamış, nə iddiaçıtərəfdən, nədəki cavabdeh tərəfdən məkəməyə belə bir qərar təqdimolunmamış, məhkəmə isə iclas zamanı belə bir sənəd elan etməmiş, eyni zmanda elektron məhkəmə sistemində də qeyd olunan qərar öz əksini tapmamışdır. Həmin sənədin məhkəməyə hansı yolla təqdim olunması müəmmalıdır və tərəf olaraq onlarda əsaslı şübhələr doğurur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. Inzibati aktın icrasının dayandırılması 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. 41.4. Inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. 41.5. Inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun: 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”: 2.14. Çağırışaqədər yaş həddində olanlar və çağırışçılar bu Əsasnamənin 2.10-cu bəndində qeyd olunan tibbi müayinə nəticələrinə əsasən ilkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə diaqnozun dəqiqləşdirilməsi məqsədilə tibb müəssisələrinə əlavə ambulator və ya stasionar tibbi müayinələrin keçirilməsinə, hərbi xidmətə müvəqqəti yararsız hesab edildiyinə görə isə dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilirlər. Aparılmış tibbi müayinənin nəticələri barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onların sağlamlıq vəziyyətinin müayinə aktı tərtib edilir, tibb müəssisələri tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və ya Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin elektron informasiya sistemlərindən VEIS-yə ötürülür və vətəndaşa təqdim edilir. 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. 2.18. Barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 2.22. Ilkin hərbi qeydiyyata alınarkən və ya hərbi xidmətə çağırılarkən hərbi xidmətə müvəqqəti yararsız sayılmış vətəndaş tibbi müayinədən (müalicədən) imtina etdikdə və ya yayındıqda, 3 aydan sonra təkrar şəhadətləndirilməlidir. Əgər təkrar şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətinin pisləşməsi əlamətləri aşkar edilməzsə, yaxud onun hərbi xidmətə çağırılmasına mane ola biləcək xəsarətin və ya xəstəliyin aşkar əlamətləri olmazsa, o, hərbi xidmətə yararlı, yaxud müvafiq təyinat göstəricisi ilə hərbi xidmətə yararlı hesab edilir. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli 14 №li Qərarının 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPMin 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 7.1. IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 7.2. Müəyyən hərəkətləri etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması zamanı o, ərizəçinin lehinə konkret aktiv hərəkətlər etməyə məcbur edilir. Konkret hərəkətlər etməkdən çəkinmək vəzifəsi müəyyən edilərkən cavabdehin mövcud vəziyyətə hər hansı qərar qəbul etmək və ya faktiki xarakterli hərəkətlər etmək vasitəsilə müdaxilə etməmək öhdəliyi təsbit olunur. Müəyyən hərəkətlərə dözmək dedikdə isə cavabdehin hətta qanunsuz hesab etdiyi halda belə, mövcud faktiki və ya hüquqi vəziyyətə dözməli olduğu başa düşülür. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı “ona münasibətdə qəbul edilmiş sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsızlığı barədə qərarının (rəyin) ləğv edilməsi” barədə iddia tələbi irəli sürülmüşdür, hazırda inzibati iş məhkəmənin icraatındadır. Indiki halda ərizəçinin hüquqi marağı əsas inzibati işə mahiyyəti üzrə baxılanadək müddətli həqiqi hərbi xidmətə çağrılmasının və ya hər hansı tibbi müayinələrə göndərilməsinin cavabdehə qadağan edilməsi növündə təminat tədbirinin görülməsinə nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ərizənin mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş ürə ərizənin mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmiş,ərizəçinin hüquqi marağına uyğun olaraq, işin faktiki və hüquqi hallarına ərizənin əsaslılığı baxımından dəyərləndirmə aparılması zəruridir. Kollegiya ərizənin əsaslılığı ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbi və formalaşdırılmış vahd məhkəmə təcrübəsinin tələbləri baxımından hazırki inzibati iş üzrə ərizənin əsaslılığının müəyyən edilməsi üçün iki şərtin - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması birgə olması halının mövcud olub-olmaması istiqamətində dəyərləndirmə aparılmalı, həmin şərtlərdən birinin mövcudluğunun müəyyən edilməməsi ilkin dəyərləndirmə mərhələsində ərizənin əsaslılığının müəyyən edilməməsinə imkan verir. Kollegiya ilkin şərtin ödənilib-ödənilməməsi üzrə aparılmış dəyərləndirmə ilə bağlı onu qeyd edir ki, Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müddətli hərbi xidmətə cəlb olunma ilə bağlı ərizəçinin hərbi xidmətə yararlılığının yoxlanılması həyata keçirilmiş, ona dair MHHK-nın yekun rəyi “C kateqoriyası (dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı)” kimi müəyyən edilmiş, daha sonra ərizəçinin sağlamlıq vəziyyəti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfəindən yoxlanılmış, onun barəsində yekun rəy “Ç kateqoriyası (müvəqqəti hərbi xidmətə yararsız)” kimi müəyyən edilmişdir. Indiki halda ərizəçi onun barəsində qəbul edilmiş yekun rəylə bağlı qərarı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmişdir. Ərizəçi hazırda həmin inzibati iş üzrə tələbə mahiyyəti üzrə baxılıb, yekun qərar qanuni qüvvəyə minənədək, hərbi xidmətə çağrılmamamasını və tibbi müayinələrə cəlb edilməməsini istəyir, tələbin əsası kimi sağlamlıq vəziyyətinin hərbi xidmətə çağırılmasına imkan vermədiyini, buna dair kifayət qədər tibbi müyainələrdən keçməsi, bu barədə tibbi sənədlərinin olması, dəfələrlə müayinələrdən keçməsi, həmin müayinə nəticələrinə cavabdeh tərəfindən məhəl qoyulmaması, müyainədən keçdiyi halda, təkarərən müayinəyə cəlb edilməsinin qanunsuz olması hallara istinad etmişdir. Indiki halda isə ərizəçinin hərbi xidmətə çağırılmaması, bu barədə çağırış vərəqəsinin göndərilməməsi halı işin mübahisəsiz halı kimi çıxış edir (tərəflər bu halı qəbul edir). Göründüyü kimi ərizəçinin hazırki mərhələdə hərbi xidmətə çağırılması halı mövcud olmamış, ona hərbi xidmətə çağırılmasına dair hər hansı çağırış vərəqəsi göndərilməmiş, əksinə sağlamlıq vəziyyətinin hərbi xidmətə yararlığı baxımından qiymətləndirilməsinin nəticəsində yekun olaraq “müvəqqəti hərbi xidmətə yararsız” kimi qiymətləndirilmişdir. Ərizəçi “hərbi xidmətə cəlb edilməsinin qadağan edilməsi” növündə təminat tədbirinin görülmədiyi halda hazırki mərhələdə onun hüquqlarının qorunmasının mümkün olmaması və ya çətin olması halına dair heç bir sübut təqdim etməmiş, ilkin tənzimlənmənin zəruruiliyi əsas inzibati iş üzrə iddianın əsaslılığı baxımından araşdırılmalı olan hallarla (sağlamlıq vəziyyətinin hərbi xidmətə yararlı olmaması, tibbi sənədlərinin olması, tibbi müyainələrən keçərərk, yoxlanılmaıs və s.) əsaslandırılmış, hansı ki həmin hallar hazırki icraat çərçivəsində ərizənin əsaslılığı baxımından ilkin təcili tənzimlənmənin zəruriliyinin əsası kimi çıxış etməmiş, əsas inzibati iş üzrə araşdırma predmeti olmuşdur. Başqa sözlə desək, hazırki iş üzrə hərbi xidmətə cəlb edilməsinin qadağan edilməsi” növündə təminat tədbirinin tətbiqinə münasibətdə işin faktiki və hüquqi halları baxımından ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən (hərbi xidmətə çağırış halı mövcud olmadığından) ilkin təcili tənzimləmənin zəruri olması əsasları müəyyən edilməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, hazırki iş üzrə “hərbi xidmətə cəlb edilməsinin qadağan edilməsii” növündə təminat tədbirinin tətbiqinə münaisbətdə ərizəçiyə münasibətdə təcililik şərtinin ödənilməsi halı müəyyən edilməmişdir. Halbuki, təcililik şərtinin ödənilməsinin ərizənin əsaslılığı baxımından ilkin dəyərləndirmə mərhələsində müəyyən edilməsi zəruri olmuşdur, bu şərtin ödənilməməsi halı isə ərizənin əsaslılığını təkzib etdiyindən bu mərhələdə digər şərtlə (iddianın böyük ehtimalla uğurlu olub-olmaması) bağlı əlavə dəyərləndirmə aparılması zərurəti mövcud olmamışdır. Bu hal isə özlüyündə hazırki iş üzrə “hərbi xidmətə cəlb edilmənin qadağan edilməsi” növündə təminat tədbirinin tətbiq edilməsi əsasının mövcud olmadığını deməyə əsas verir. Bundan əlavə, kollegiya ərizənin ”tibbi müayinələrə göndərilməmə növündə təminat tədbirinin görülməsi” hissəsi ilə bağlı qeyd edir ki, şəxsin barəsində “müvəqqəti hərbi xidmətə yararsız” kateqoriyası müəyyən edildiyi halda yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən ambulator və ya stasionar müalicəyə cəlb edilməli, bundan imtina etdiyi halda isə 3 aydan sonra yenidən şəhadətləndirilməlidir (Əsasnamənin 2.14 və 2.22-ci bəndi). Hətta şəxsin tibbi müyiinəyə üzrlü səbəb olmadan gəlməməsi halı Inzibati Xətalar Məcəlləsinin 606-cı maddəsində inzibati xəta tərkibi kimi müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, işin müəyyən edilmiş halları əsasında ərizəçinin barəsində cavabdeh inzibati orqan tərəfindən sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə dair yekun rəy olaraq “müvəqqəti hərbi xidmətə yararsız” qərarı qəbul edildiyindən, yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə əsasən bu səbədbdən ərizəçi tibbi müayinələrə cəlb edilmiş, lakin ərizəçi tibbi müayinələrə gəlməməsi səbəbindən, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir (ərizəçi tərəfindən həmin protokol mübahisələndirilməmişdir). Indiki halda isə ərzəçi məhz həmin tibbi müayinələrə cəlb edilməsinin qadağan edilməsi növündə təminat tədbirinin görülməsini istəyir, əsas kimi artıq dəfələrlər sağlamlıq vəziyyətinin qiymətləndiirlməsi, tibbi müayinələrdən dəfələrlər keçməsi, bu barədə kifayət qədər tibbi sənədlərinin olması kimi hallara istinad etmişdir. Bununla bağlı, kollegiya qeyd edir ki, tibbi müayinələrin həyata keçirilməsi məhz onun sağlamlıq vəziyyətinin hərbi xidmətə yararlılıq baxımından qiymətləndirilməsinə xidmət etdiyindən, indiki halda isə ərizəçi sonrakı tibbi müyainələrdən keçmədiyindən, onun nəticəsinin nədən ibarət olması aydın olmadığından, həmin müayinələrin keçirilməsi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkün olmaması və ya çətin olması halının müəyyən edilməsi aşkar deyildir. Başqa sözlə desək, belə bir müayinələrin keçirildiyi halda (nəticəsi bəlli olmadığından) ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimlənmə zərurətinin mövcudluğu müəyyən edilməmişdir. Bu hal isə özlüyündə həmin təminat tədbirinin tətbiqi ilə bağlı təcililik şərinin ödənilmədiyini deməyə əsas verir. Bu baxımından kollegiya hesab edir ki, hazırki iş üzrə “tibbi müayinələrə göndərilməmə” növündə təminat tədbirinin tətbiq edilməsinin ilkin dəyərləndirmə mərhələsində əsasının mövcuduğu müəyyən edilməmişdir, habelə bu şərtin ödənilməməsi halı isə ərizənin əsaslılığını təkzib etdiyindən bu mərhələdə digər şərtlə (iddianın böyük ehtimalla uğurlu olub-olmaması) bağlı əlavə dəyərləndirmə aparılması zərurəti mövcud olmamışdır. Bundan əlavə, kollegiya onu qeyd edir ki, ərizəçi tərəfindən də hər iki təminat tədbirinin tətbiqinə münasibətdə işin müəyyən edilmiş həmin hallarını (təcilili şərtinin ödənilməməsi, ilkin təcili tənzimetməmin zəruriliyinin olmaması və s.) təkzib edən heç bir sübut təqdim edilməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları hazırki təminat tədbirlərinin görürlməsi üçün qanunla tələb olunan əsasın mövcudluğunu müəyyən etməyə imkan verməmişdir. Bu baxımından kollegiya hesab edir ki, hazırki ərizənin əsaslılığının yoxlanılmasına dair qanunvericilik normasının və məhkəmə təcrübəsinin tələbləri baxımından müəyyən edilmiş şərtlər üzrə (təcililik elementi, ilkin tənzimlənmənin zəruriliyi və s.) dəyərləndirmə aparıldıqda ərizəçi barəsində müvafiq müvəqqəti müdafiə tədbirlərinin görülməsinin qanunla müəyyən edilmiş əsasları müəyyən edilmədiyindən, ərizə əsassız olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında apellyasiya şikayətinin dəlilləri təkzib təkzib etdiyindən, şikayət əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, kollegiya onu qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə ərizənin əsaslılığına oxşar işlər üzrə formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbləri baxımından ətraflı dəyərləndimə aparılmaqla, qeyd edildiyindən, həmin halların təkrarən qeyd edilməsi zərurərti mövcud olmamışdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən çıxış edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №15(3-8)-42/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-42/2026
13.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver