Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-43/2026 10.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması” iddiasına dair inzibati iş üzrə ərizəçi Ərizəçi tərəfindən verilmiş “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından ərizəç tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı Ərizəçi qeyd olunan mübahisə ilə bağlı eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək istifadəsində olan Abşeron rayonu, Masazır kəndində fərdi mənzil tikilməsi üçün ayrılan 0,08 ha. sahəsinin özgənikiləşdirilməsinin və həmin torpaq sahəsi üzərində qanunsuz tikinti işləri aparan şəxsə tikinti işlərinin aparılmasının (tikinti, quraşdırma, hasarlama və təmir) qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsində icraat Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə araşdırma aparılan zaman müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsinə dair Sumqayıt Inzibati Məhkəməsinin # #### 2025-ci il tarixli, 2-1(118)- ****/**** saylı qərarı ilə X1 mülkiyyət hüquqlarının qeydiyyata alınmış və həmin qərar icra olunaraq sözügedən şəxsin adına çıxarış verilmişdir. Torpaq sahəsi Abşeron Rayonu Masazır Bələdiyyəsinin ## #### 2006-cı il tarixli, * nömrəli qərarı ilə ərizəçiyə Abşeron rayon Masazır bələdiyyəsinin ehtiyat fondunun alqısatqı predmeti olan kənd təssərrüfatına yararlı torpaq sahəsindən alqı-satqı qaydasında fərdi ev tikmək məqsədi ilə 0,08 ha torpaq sahəsi X5 Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən hazırlanan sənədlər əsasında satılmışdır. Hal-hazırda həmin torpaq sahəsi onun istifadəsindədir. Arxiv sənədləri əsasında torpaq sahəsinin sənədləşməsinin qanunvericliyin tələblərinə uyğun olaraq həyata keçirilməsi müəyyən olunmuşdur. Həmin iş əhəmiyyətli dərəcədə ərizəçinin qanunla qorunan maraqlarına toxunduğuna görə həmin qərarın ləğv edilməsi və iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi üçün vəsatət təqdim edilmişdir. Lakin vəsatəti birinci instansiya məhkəmsi tərəfindən təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, *-l(*-*)-***/**** nömrəli qərardadı ilə Sumqayıt Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli, *-*(***)****/**** nömrəli qərardadı ləğv edilərək ərizəyə (vəsatətə) yenidən baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində iştirak edən iddiaçı tərəf dəfələrlə qeyd etmişdir ki, həmin torpaq sahəsi başqa bir şəxsə satılmışdır. Qonşulardan aldığı məlumata əsasən həmin torpaq sahəsi üzərəində tikinti işləri aparılır. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadında qeyd etmişdir ki, - hətta birinci instansiya məhkəməsinin mövqeyinə uyğun olaraq koordinatların vahid sənəd üzərində olunmadığı qəbul edilsə belə, bu hal özü-özlüyündə ərizəçinin hüquqi marağını inkar etməyə əsas vermir. Əksinə, belə vəziyyətdə məhkəmə həmin məlumatların torpaq sahəsinin eyniləşdirilməsi üçün yetərli olub-olmadığını, iddiaçının tələb etdiyi torpaq sahəsi ilə ərizəçinin sənədlərində göstərilən torpaq sahəsi arasında ərazi, sərhəd və yerləşmə baxımından üst-üstə düşmə olub-olmadığını araşdırmalı idi. Kollegiya hesab edir ki, hazırkı iş üzrə həlledici məsələlərdən biri də məhz budur. Çünki ərizəçinin üçüncü şəxs qismində icraata cəlb olunub-olunmaması məsələsi onun hüququnun artıq tam və qəti şəkildə sübuta yetirilib-yetirilməməsindən deyil, qəbul edilmiş və ya qəbul ediləcək məhkəmə aktının onun hüquq və qanunla qorunan maraqlarına toxunma ehtimalının olub-olmamasından asılıdır. Əgər iş materiallarında ərizəçi tərəfindən təqdim edilmiş bələdiyyə qərarı, alqı-satqı aktı, aidiyyəti torpaq orqanının rəyi, plan materialları, sxematik çıxarış və faktiki koordinat göstəriciləri mövcuddursa, məhkəmə bu materialları yalnız formal çatışmazlıqlara istinad etməklə baxa bilməzdi. Məhkəmənin vəzifəsi həmin sənədlərin iddiaçının tələb etdiyi torpaq sahəsi ilə eyni sahəyə, ona bitişik sahəyə, yoxsa tamamilə başqa sahəyə aid olduğunu araşdırmaq idi. Başqa sözlə, ərizəçinin təqdim etdiyi sənədlərdə torpaq sahəsinin eyniləşdirilməsinə imkan verən məlumatların mövcud olduğu halda, birinci instansiya məhkəməsi “koordinatlar yoxdur” nəticəsi ilə kifayətlənməməli, əksinə, həmin texniki məlumatların iddiaçının sənədlərində göstərilən torpaq sahəsinin koordinatları, planı və yerləşməsi ilə müqayisəli təhlilini aparmalı idi. Yalnız belə araşdırmadan sonra torpaq sahələrinin üstüstə düşüb-düşmədiyi, dolayısı ilə də işə mahiyyəti üzrə baxılıb həll edilənədək müvəqqəti xarakterli müdafiə tədbiri olaraq ərizəçinin istifadəsində olan torpaq sahəsi üzərində qanunsuz tikinti işləri aparan şəxsə tikinti işlərinin aparılmasının (tikinti, quraşdırma, hasarlama və təmir) qadağan olunmasıı barədə qərardad qəbul edilməlidir. Cavabdeh ərizəyə qarşı yazılı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə mümkün sayılmamışdır. (hakim Könül Həbibova) Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, ərizəçi tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə qoşma şəklində əlavə olunmamış sənədlərdə ilkin təcili tənzimləməyə dair konkret sübut mövcud deyildir, iş materialına əlavə olunmuş və məhkəmə sorğularına cavab olaraq təqdim edilmiş məktublar isə əsas iddia üzrə araşdırma predmetidir və hazırki vəziyyətdə iddianın uğurlu olacağına dair böyük ehtimalın olması müəyyən deyildir. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilərək müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayətini ərizə ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, mübahisəli 0,08 ha torpaq sahəsi Masazır Bələdiyyəsinin ## #### 2006-cı il tarixli, ** nömrəli qərarı, alqı-satqı aktı, aidiyyəti torpaq orqanının rəyi və plan materialları əsasında ona satılmış və faktiki istifadəsinə verilmişdir. Buna baxmayaraq, həmin torpaq sahəsinə dair X1 iddiası təmin edilmiş, məhkəmə qərarı icra olunaraq onun adına dövlət reyestrindən çıxarış verilmişdir. Şikayətdə göstərilmişdir ki, X1 işi üzrə üçüncü şəxs qismində cəlb olunması barədə ərizənin təmin edilməməsinə dair qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə ləğv edilmiş və məsələ yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Həmin icraat davam etdiyi halda, qonşulardan alınmış məlumata və təqdim edilmiş fotoşəkillərə görə torpaq sahəsində Şükürov Toğrul adlı şəxs tərəfindən tikinti və hasarlama işləri aparılır, eləcə də sahənin yenidən özgəninkiləşdirilməsi təhlükəsi vardır. Ərizəçinin qənaətinə görə, müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilmədiyi təqdirdə torpaq sahəsinin faktiki və hüquqi vəziyyəti dəyişəcək, onun hüquqlarının gələcəkdə bərpası və mümkün məhkəmə qərarının icrası əhəmiyyətli dərəcədə çətinləşəcəkdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, torpaq sahəsinin özgəninkiləşdirilməsinin, habelə həmin sahədə tikinti, quraşdırma, hasarlama və təmir işlərinin aparılmasının qadağan olunmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq ərizəçi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə ərizəçinin və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 7 ” oktyabr 2025-ci il tarixli,** №li qərarında aşağıdakılar qeyd edilmişdir.
1. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. aşağıdakı məzmunda 4.1-1–4.1-4-cü bəndlər əlavə edilsin: “4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara 2 əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir.”; 1.2. 4.2-ci bəndə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin: “Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir.”; (-).
2. Hüquqi müəyyənliyi və məhkəmə aktlarının sabitliyini təmin etmək üçün qanunvericiliyin tətbiqinə dair verilmiş yeni izahlar bu Qərarın qəbul edildiyi tarixdən sonra məhkəmələrə verilən yeni ərizələrə, habelə bu Qərarın qəbul edildiyi tarixədək verilmiş, lakin icraatı yekunlaşdırılmamış ərizələrə münasibətdə tətbiq edilməlidir. Icraatda olan apellyasiya və kassasiya şikayətlərinə münasibətdə isə yalnız yeni izahlara istinadla məhkəmə aktları ləğv olunmamalı, yaxud dəyişdirilməməlidir. Yeni izahlara istinadla məhkəmə aktının qanuniliyinə qiymət verilməsi bu Qərarın qəbul edildiyi tarixdən sonra verilmiş apellyasiya və kassasiya şikayətlərinə münasibətdə tətbiq edilməlidir
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 40-cı maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Lakin həmin tədbirin tətbiqi birbaşa xarakter daşımır. Müvəqqəti xarakterli müdafiə tədbiri mahiyyət etibarilə istisna xarakterli prosessual müdafiə vasitəsidir və yalnız o hallarda tətbiq edilə bilər ki, ərizəçi mövcud vəziyyətin dəyişməsi nəticəsində onun hüquqlarının sonradan qorunmasının, bərpasının və ya məhkəmə qərarının effektiv icrasının mümkün olmayacağını, yaxud xeyli dərəcədə çətinləşəcəyini konkret, inandırıcı və sübutlarla təsdiq olunmuş şəkildə əsaslandırsın. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” # ####### 2023-cü il tarixli, ** nömrəli Qərarına # ####### 2025-ci il tarixli, ** nömrəli Qərarla edilmiş dəyişikliklərdən də irəli gəlir. Həmin izahlara görə, istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda mövcudluğu müəyyən olunmalıdır: birincisi, ilkin təcili tənzimləmənin zəruri olması, ikincisi isə iddianın böyük ehtimalla uğurlu olması. Plenum açıq şəkildə qeyd etmişdir ki, təcililik şərti ilkin şərtdir və məhkəmə yalnız bu şərtin mövcudluğu qənaətinə gəldiyi halda digər məsələlərə keçə bilər. Eyni zamanda izahlarda göstərilmişdir ki, əgər ərizədə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmamışdırsa, belə ərizə yardım etmə vəzifəsinə riayət olunmaqla mümkün sayılmamalıdır. Iş materiallarından görünür ki, mübahisəli hesab edilən torpaq sahəsi ilə bağlı Sumqayıt Inzibati Məhkəməsinin # #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı icra edilmiş, 0,0765 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ X1 adına dövlət reyestrində qeydiyyata alınmış və ona müvafiq çıxarış verilmişdir. Buna görə də müvəqqəti xarakterli müdafiə barədə ərizənin təqdim edildiyi vaxt həmin torpaq sahəsi dövlət reyestrinin məlumatlarına əsasən X1 mülkiyyətində olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin tətbiqini tələb etdiyi tədbirlər torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış mülkiyyət hüququnun həyata keçirilməsinin məhdudlaşdırılmasına yönəlmişdir. Torpaq sahəsinin özgəninkiləşdirilməsinə və həmin sahədə tikinti, quraşdırma, hasarlama və təmir işlərinin aparılmasına qadağa qoyulması reyestrdə hüquq sahibi kimi qeydə alınmış şəxsin istifadə və sərəncamvermə səlahiyyətlərinə birbaşa təsir göstərir. IPM-in 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. IPM-in 40.3-cü maddəsinin məzmununu nəzərə alaraq kollegiya qeyd edir ki, dövlət qeydiyyatına alınmış mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıran müvəqqəti tədbir konkret şəxsi, qadağanın predmetini və hüdudlarını aydın müəyyən edən, habelə belə müdaxilənin zəruriliyini təsdiq edən dəqiq faktiki və hüquqi əsaslara söykənməlidir. Hazırkı işdə isə həmin şərtlərin mövcudluğu müəyyən edilmir. Kollegiya nəzərə alır ki, həmin normanın tətbiqi üçün tədbirin kimə münasibətdə, hansı hərəkətlər üzrə və hansı hüdudlarda tətbiq ediləcəyi aydın müəyyən olunmalı, üçüncü şəxsin hüquqlarına müdaxilənin zəruriliyi isə konkret faktiki və hüquqi əsaslarla təsdiqlənməlidir. Hazırkı işdə ərizənin nəticə hissəsi bu tələblərə cavab vermir. Belə ki, torpaq sahəsinin özgəninkiləşdirilməsinin X1, yoxsa başqa şəxsə qadağan edilməsinin tələb olunduğu ərizədən aydın müəyyən edilmir. Eyni zamanda, tikinti və digər işlərin aparılmasına dair qadağanın konkret ünvanı, onun hansı şəxsə yönəldiyi və hansı ərazi hüdudlarında tətbiq edilməli olduğu dəqiq göstərilməmişdir. Bundan başqa, ərizədə 0,08 ha kimi göstərilən torpaq sahəsinin X1 adına dövlət qeydiyyatına alınmış 0,0765 ha torpaq sahəsi ilə tam eyni olması və ya onunla hansı həcmdə üst-üstə düşməsi də hazırkı mərhələdə müəyyən edilməmişdir. Torpaq sahələrinin sərhədləri və qarşılıqlı yerləşməsi dəqiqləşdirilmədən, qadağanın tətbiq olunacağı konkret ərazinin məhkəmə aktında göstərilməsi mümkün deyildir. Kollegiya qeyd edir ki, məhkəmə aktı aydın, konkret və icra oluna bilən olmalıdır. Qadağanın ünvanlandığı şəxs, predmeti və ərazi hüdudları müəyyən edilmədiyi halda isə qəbul ediləcək qərardadın icrası zamanı yeni mübahisələrin yaranması və tədbirin mübahisə predmetindən kənar əraziyə və ya şəxslərə tətbiq edilməsi riski meydana çıxır. Bu səbəbdən məzmunu və tətbiq dairəsi qeyri-müəyyən olan tələb əsasında hüquqi nəticə doğuran müvəqqəti qadağanın müəyyən edilməsi mümkün hesab edilə bilməz. Ərizəçi apellyasiya şikayətində torpaq sahəsində tikinti işlərinin Şükürov Toğrul adlı şəxs tərəfindən aparıldığı bildirilsə də, iş materiallarında həmin şəxsin şəxsiyyətini, mübahisəli torpaq sahəsi ilə hüquqi və ya faktiki əlaqəsini, tikinti işlərini hansı əsasla həyata keçirdiyini, habelə onun X1 ilə münasibətini təsdiq edən məlumatlar mövcud deyildir. Şükürov Toğrulun torpaq sahəsinin mülkiyyətçisi, istifadəçisi və ya başqa hüquqi statusa malik şəxs olub-olmadığı müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, təqdim olunmuş fotoşəkillər də bu istiqamətdə mötəbər nəticəyə gəlməyə imkan vermir. Belə ki, həmin fotoşəkillərin çəkildiyi tarix və yer, onların məhz mübahisəli torpaq sahəsinə aid olub-olmaması, eləcə də təsvir olunan işlərin kim tərəfindən aparılması barədə təsdiqləyici məlumat təqdim edilməmişdir. Bu halda kimliyi, hüquqi statusu və mübahisə predmeti ilə əlaqəsi müəyyən edilməyən şəxsin üzərinə məhkəmə qərardadı ilə müəyyən hərəkətlərdən çəkinmək vəzifəsinin qoyulması əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası ilkin təcili tənzimləmənin zəruriliyi məsələsini qiymətləndirərək qeyd edir ki, ərizəçi mövcud vəziyyətin yaxın zamanda dəyişəcəyini və həmin dəyişiklik nəticəsində onun hüquqlarının qorunmasının və ya bərpasının mümkünsüz olacağını, yaxud xeyli dərəcədə çətinləşəcəyini göstərən konkret və obyektiv sübutlar da təqdim etməmişdir. Iş materiallarında torpaq sahəsinin özgəninkiləşdirilməsi məqsədilə hər hansı əqdin bağlanması, satış elanının verilməsi, notariat orqanına və ya dövlət reyestri orqanına müraciət edilməsi, yaxud özgəninkiləşdirməyə hazırlıq xarakteri daşıyan digər hərəkətlərin həyata keçirilməsi barədə məlumat yoxdur. Torpaq sahəsinin gələcəkdə başqa şəxsə verilə biləcəyi barədə ümumi ehtimal isə özlüyündə mövcud vəziyyətin təxirəsalınmaz müdaxilə tələb edən şəkildə dəyişəcəyini təsdiq etmir. Tikinti işlərinin davam etməsinə dair dəlillər də əsasən qonşulardan əldə edildiyi bildirilən məlumatlara və mənbəyi müəyyən olunmayan fotoşəkillərə əsaslanır. Həmin məlumatlar tikintinin faktiki olaraq davam etdiyini, işlərin məhz mübahisəli ərazidə aparıldığını, bu işlərin xarakterini və əvvəlki vəziyyətin bərpasına hansı təsiri göstərəcəyini müəyyən etməyə kifayət etmir. Kollegiya, həmçinin nəzərə alır ki, ərizəçinin qarşısını almağa çalışdığı əsas hüquqi vəziyyət, yəni torpaq sahəsi üzərində X1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və ona çıxarışın verilməsi müvəqqəti xarakterli müdafiə barədə ərizənin təqdim edilməsindən əvvəl artıq yaranmışdır. Ərizəçi mövcud qeydiyyatdan sonra baş verməsi real və qaçılmaz olan hansı konkret hadisənin onun hüquqlarının bərpasını mümkünsüz edəcəyini və ya əhəmiyyətli dərəcədə çətinləşdirəcəyini əsaslandırmamışdır. Yalnız mövcud dövlət qeydiyyatı ilə razılaşmamaq, torpaq sahəsinin gələcəkdə özgəninkiləşdirilə və ya həmin sahədə tikinti işləri aparıla biləcəyini ehtimal etmək ilkin təcili tənzimləmə zərurətinin mövcudluğunu təsdiq etmir. Təcililik şərtinin müəyyən edilməsi üçün təhlükənin nəzəri ehtimalı deyil, onun real, konkret və yaxın olması, habelə nəticələrinin sonradan aradan qaldırılmasının mümkün olmayacağı və ya ciddi şəkildə çətinləşəcəyi göstərilməlidir. Iş materiallarından həmçinin görünür ki, Ərizəçi X1 iddiası üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasına dair ərizəsinin təmin edilməməsi haqqında Sumqayıt Inzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli qərardadı Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə ləğv edilmiş və məsələ yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Hazırda həmin məsələ üzrə icraat Sumqayıt Inzibati Məhkəməsində davam edir. Kollegiya nəzərə alır ki, həmin icraat çərçivəsində X1 adına aparılmış dövlət qeydiyyatının Ərizəçi hüquq və qanunla qorunan maraqlarına təsiri, tərəflərin istinad etdikləri torpaq sahələrinin tam və ya qismən üst-üstə düşüb-düşməməsi, eləcə də ərizəçinin həmin işə üçüncü şəxs qismində cəlb olunması üçün əsasların mövcudluğu araşdırılmalıdır. Bu məsələlər üzrə yekun hüquqi nəticə hazırkı müvəqqəti xarakterli müdafiə icraatında deyil, həmin ayrıca icraat çərçivəsində verilməlidir. Məhkəmə kollegiyası vurğulayır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ərizəçinin mübahisəli torpaq sahəsi üzərində hüququnu və ya tərəflərin istinad etdikləri torpaq sahələrinin eyniliyini təsdiq edən yekun məhkəmə aktı deyildir. Həmin qərardadla yalnız təqdim olunmuş sənədlərin, torpaq sahələrinin sərhədlərinin və qarşılıqlı yerləşməsinin əlavə araşdırılmasının zəruriliyi müəyyən edilmişdir. Odur ki, sözügedən qərardadın mövcudluğu ərizəçinin əsas iddiasının böyük ehtimalla uğurlu olmasını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Əksinə, torpaq sahələrinin dəqiq sərhədləri, ərizəçinin təqdim etdiyi sənədlərin mübahisəli sahəyə aidiyyəti, həmin sənədlərlə dövlət reyestrində qeydə alınmış hüquq arasındakı münasibət və mövcud qeydiyyat aradan qaldırılmadan eyni sahə üzrə başqa hüququn qeydiyyata alınmasının mümkünlüyü ilə bağlı həlledici məsələlər açıq qalır. Eyni zamanda məhkəmə kollegiyasının qənaətinə görə, ilkin məhkəmə araşdırması mərhələsində müəyyən edilmiş hallar ərizəçinin maddi tələbinin mövcudluğu və əsas iddianın böyük ehtimalla uğurlu olması barədə əsaslandırılmış ilkin nəticəyə gəlmək üçün kifayət deyildir. Digər tərəfdən, ərizəçi onun xeyrinə yekun məhkəmə aktı qəbul ediləcəyi təqdirdə hüquqlarının bərpasının və dövlət reyestrində müvafiq dəyişikliklərin aparılmasının hüquqi və ya faktiki baxımdan mümkünsüz olacağını əsaslandırmamışdır. Hazırda davam edən məhkəmə icraatları çərçivəsində mübahisəli dövlət qeydiyyatının hüquqi əsasları, torpaq sahələrinin eyniliyi və ərizəçinin təqdim etdiyi sənədlərin həmin sahəyə aidiyyəti araşdırıla bilər. Torpaq sahəsinin yaxın zamanda özgəninkiləşdiriləcəyini və ya həmin sahədə aparılan işlər nəticəsində əvvəlki vəziyyətin bərpasının mümkünsüz, yaxud əhəmiyyətli dərəcədə çətin olacağını təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, müvəqqəti tədbirin tətbiq olunmamasının gələcək məhkəmə müdafiəsini səmərəsiz edəcəyi qənaətinə gəlmək üçün əsas müəyyən edilmir. Kollegiya onu da qeyd edir ki, yalnız ehtimal xarakterli məlumatlara əsaslanmaqla torpaq sahəsinin özgəninkiləşdirilməsinə, istifadəsinə və həmin sahədə hər hansı işin aparılmasına ümumi qadağa qoyulması dövlət reyestrində mülkiyyətçi kimi qeydə alınmış şəxsin hüquqlarına əhəmiyyətli müdaxilə təşkil edərdi. Müvəqqəti xarakterli müdafiə institutunun məqsədi başqa şəxsin mövcud hüquqlarını əvvəlcədən və qeyri-müəyyən həcmdə məhdudlaşdırmaq deyil, sübuta yetirilmiş real və təxirəsalınmaz təhlükəni mütənasib vasitə ilə aradan qaldırmaqdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə ərizəçinin maraqlarının qorunması dövlət reyestrində mülkiyyətçi kimi qeydə alınmış şəxsin hüquqlarını ünvanı, predmeti və tətbiq hüdudları dəqiq müəyyən edilməyən ümumi qadağa ilə məhdudlaşdırmağa əsas vermir. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ərizəçiyə prosessual yardım göstərərək ilkin təcili tənzimləmənin zəruriliyini təsdiq edən əlavə sübutların təqdim edilməsini təklif etmişdir. Buna baxmayaraq, torpaq sahəsinin yaxın zamanda özgəninkiləşdiriləcəyini, tikinti işlərinin konkret şəxs tərəfindən məhz mübahisəli ərazidə aparıldığını və ya mövcud vəziyyətin dəyişməsinin ərizəçinin hüquqlarının sonradan qorunmasını mümkünsüz edəcəyini təsdiq edən mötəbər sübutlar təqdim olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə ilkin təcili tənzimləmənin zəruriliyi əsaslandırılmamış, əsas iddianın böyük ehtimalla uğurlu olmasını təsdiq edən kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən edilməmiş (çünki həmin məsələ hazırda araşdırma mərhələsindədir), həmçinin tələb ünvanlandığı şəxs, predmeti və tətbiq hüdudları baxımından qeyri-müəyyən qalmışdır. Buna görə də hazırki mərhələdə ilkin təcili tənzimləmənin zəruriliyi müəyyən edilməməklə yanaşı, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün IPM-in 40 və 43-cü maddələrində nəzərdə tutulmuş şərtlərin məcmu halda mövcud olduğu qənaətinə gəlmək mümkün deyildir. Işin sadalanan hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəni mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.