Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-46/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, ərizəçi Ərizəçi iştirakı ilə, Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi” iddiasına dair inzibati iş üzrə ərizəçi (iddiaçı) Ərizəçi tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinə qarşı verilmiş “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən barəsində verilmiş, tibbi reallığa əks etdirməyən və müayinəsiz çıxarılmış A-3 (Hərbi xidmətə yararlıdır) qərarının tamamilə ləğv edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, çağırış dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsi tərəfindən göndərildiyi müayinə zamanı Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hüquq pozuntusuna yol verilmişdir. Onun rəsmi tibbi sənədlərində və hərbi çağırış aktında “Sağ diz oynağının daxili meniskinin III dərəcəli horizontal yırtığı” Sol diz oynağının daxili meniskinin II dərəcəli yırtığı və “2-ci dərəcəli piylənmə” diaqnozları tam təsdiqini tapmışdır. III dərəcəli yırtıq diz oynağının fəaliyyətini tamamilə məhdudlaşdırır və onu fiziki olaraq hərbi xidmətə yararsız edir. Tibbi reallıq və xəstəliyinin ağırlığı obyektiv dövlət komissiyaları tərəfindən rəsmən qəbul edildiyi üçün ona 2022-ci ildən bəri (ardıcıl çağırışlarda) bu xəstəliyə görə qanuni möhlət hüququ verilmişdir. Xəstəlik xroniki xarakter daşıdığı və sağalmadığı halda, barəsində əks qərar çıxarılması tamamilə əsassızdır. Lakin cari çağırışda DTSERA-nın həkim-ekspertləri heç bir yeni rəsmi MRT müayinəsi aparmadan, xəstəliyinin dinamikasını yoxlamadan barəsində A3 (hərbi xidmətə yararlıdır) qərarı çıxarmışdır. Ağır dərəcəli zədəsi olan, yeriməkdə çətinlik çəkən və 2022-ci ildən bəri rəsmən möhlət alan bir vətəndaşı müayinə etmədən sağlam elan etmək təkcə hərbi-tibbi ekspertiza qaydalarının deyil, həm də konstitusion hüququnun birbaşa pozulmasıdır. Bu qərar orduda şikəst qalmağına yönəlmiş rəsmi bir qanunsuzluqdur. Iddiaçı Ərizəçi oğlu (bundan sonra - “ərizəçi”) qeyd olunan mübahisə ilə bağlı, eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin barəsində qəbul etdiyi hərbi xidmətə çağrılmasına dair qərarın müvəqqəti olaraq dayandırılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun hərbi xidmətə çağırılması barəsində qərar qəbul edilərkən mövcud sağlamlıq vəziyyəti və tibbi diaqnozların düzgün qiymətləndirilməmişdir. Rəsmi tibbi müayinə nəticələrində dəfələrlə “sağ dizdə - 3-cü dərəcəli horizontal yırtıq, sol dizdə 2-ci dərəcəli yırtıq və dizdə maye toplanması, həmçinin 2-ci dərəcəli pilənmə” diaqnozları mövcuddur. Ərizəçi daha sonra ərizə ilə məhkəmə yə müraciət edərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinin iş üzrə birgə cavabdeh kimi prosesə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 2026-cı il ## #### tarixli, e-*-*(*-*)-****/**** saylı qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinin cavabdeh qismində prosesə cəlb edilməsinə dair ərizəsi təmin edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. (hakim Könül Həbibova). Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və əsas iş üzrə yekun məhkəmə qərarı qüvvəyə minənədək barəsindəki çağırış qərarının icrası müvəqqəti olaraq dayandırılmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Inzibati Məhkəməsinin icraatında olan əsas iddia işi üzrə (DTSERA rəyinin ləğvi) məhkəmə prosesi hazırda davam edir. Sonuncu məhkəmə iclasında cavabdeh DTSERA-nın nümayəndəsi iştirak etməmişdir. ##.##.2026-cı il (sabah) hərbi xidmətə çağırış tarixidir. Əsas iş üzrə məhkəmə araşdırmasının getdiyi bir vaxtda xidmətə aparılmağı məhkəmə icraatını əhəmiyyətsiz edəcək və bərpası qeyri-mümkün fəsadlar yaradacaqdır. Iş üzrə yekun məhkəmə qətnaməsi çıxanadək çağırışın təxirə salınması mütləqdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. Inzibati aktın icrasının dayandırılması 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. 41.4. Inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. 41.5. Inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun: 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”: 2.14. Çağırışaqədər yaş həddində olanlar və çağırışçılar bu Əsasnamənin 2.10-cu bəndində qeyd olunan tibbi müayinə nəticələrinə əsasən ilkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə diaqnozun dəqiqləşdirilməsi məqsədilə tibb müəssisələrinə əlavə ambulator və ya stasionar tibbi müayinələrin keçirilməsinə, hərbi xidmətə müvəqqəti yararsız hesab edildiyinə görə isə dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilirlər. Aparılmış tibbi müayinənin nəticələri barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onların sağlamlıq vəziyyətinin müayinə aktı tərtib edilir, tibb müəssisələri tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və ya Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin elektron informasiya sistemlərindən VEIS-yə ötürülür və vətəndaşa təqdim edilir. 2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. 2.18. Barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin II-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 2.22. Ilkin hərbi qeydiyyata alınarkən və ya hərbi xidmətə çağırılarkən hərbi xidmətə müvəqqəti yararsız sayılmış vətəndaş tibbi müayinədən (müalicədən) imtina etdikdə və ya yayındıqda, 3 aydan sonra təkrar şəhadətləndirilməlidir. Əgər təkrar şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətinin pisləşməsi əlamətləri aşkar edilməzsə, yaxud onun hərbi xidmətə çağırılmasına mane ola biləcək xəsarətin və ya xəstəliyin aşkar əlamətləri olmazsa, o, hərbi xidmətə yararlı, yaxud müvafiq təyinat göstəricisi ilə hərbi xidmətə yararlı hesab edilir. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli 14 №li Qərarının 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 7.1. IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 7.2. Müəyyən hərəkətləri etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması zamanı o, ərizəçinin lehinə konkret aktiv hərəkətlər etməyə məcbur edilir. Konkret hərəkətlər etməkdən çəkinmək vəzifəsi müəyyən edilərkən cavabdehin mövcud vəziyyətə hər hansı qərar qəbul etmək və ya faktiki xarakterli hərəkətlər etmək vasitəsilə müdaxilə etməmək öhdəliyi təsbit olunur. Müəyyən hərəkətlərə dözmək dedikdə isə cavabdehin hətta qanunsuz hesab etdiyi halda belə, mövcud faktiki və ya hüquqi vəziyyətə dözməli olduğu başa düşülür. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı “ona münasibətdə qəbul edilmiş müddətli həqiqi hərbi xidmətə yaralılığı barədə qərarının (rəyin) ləğv edilməsi” barədə iddia tələbi irəli sürülmüşdür, hazırda inzibati iş məhkəmənin icraatındadır. Indiki halda ərizəçinin hüquqi marağı əsas inzibati işə mahiyyəti üzrə baxılanadək müddətli həqiqi hərbi xidmətə çağrılmasının cavabdehə qadağan edilməsi növündə təminat tədbirinin görülməsinə nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın uğurluluq ehtimalı müəyyən edilmədiyindən ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ərizənin əsaslılığı ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbi və formalaşdırılmış vahd məhkəmə təcrübəsinin tələbləri baxımından hazırki inzibati iş üzrə ərizənin əsaslılığının müəyyən edilməsi üçün iki şərtin - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması birgə olması halının mövcud olub-olmaması istiqamətində dəyərləndirmə aparılmalı, həmin şərtlərdən birinin mövcudluğunun müəyyən edilməməsi ilkin dəyərləndirmə mərhələsində ərizənin əsaslılığının müəyyən edilməməsinə imkan verir. Iş materiallarından görsənir ki, ərizəçi barədə xəstəliklər cədvəlinin 58-ci maddəsinin “ç” bəndi kateqoriya A-3 məhdudiyyət dərəcəsi isə üçüncü dərəcə olaraq müəyyən edilmişdir. Indiki halda ərizəçi onun barəsində qəbul edilmiş yekun rəylə bağlı qərarı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmişdir. Ərizəçi hazırda həmin inzibati iş üzrə tələbə mahiyyəti üzrə baxılıb, yekun qərar qanuni qüvvəyə minənədək, hərbi xidmətə çağrılmamasını istəyir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2025-ci il tarixli ** nömrəli Qərarına əsasən, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün ilkin və əsas şərt təcililik elementinin mövcudluğudur. Təcililik dedikdə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi real təhlükənin mövcudluğu başa düşülür. Iş materiallarına əlavə olunmuş çağırış vərəqəsindən görünür ki, Ərizəçi Quba rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinin rəisi tərəfindən hərbi xidmətə yola düşmək üçün çağırılmışdır. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qəbul edilmiş qərarın icrası, ilk növbədə, iddiaçının hüquqi vəziyyətinə birbaşa təsir göstərir. Belə ki, həmin qərarın icra edilməsi nəticəsində iddiaçı hərbi xidmətə cəlb olunacaq və bu hal onun şəxsi azadlığı, əmək və ailə münasibətləri, habelə digər hüquq və qanuni mənafelərinin həyata keçirilməsinə bilavasitə təsir edəcəkdir. Bu baxımdan, ərizəçi barəsində qəbul edilmiş inzibati aktın icrası nəticəsində mövcud faktiki və hüquqi vəziyyətin qısa müddət ərzində dəyişəcəyi, həmin dəyişiklik baş verdiyi təqdirdə isə iddiaçının əvvəlki hüquqi vəziyyətinin sonradan bərpa edilməsinin və ya mübahisələndirilən inzibati aktın nəticələrinin aradan qaldırılmasının faktiki olaraq mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi real və yüksək ehtimallı təhlükənin mövcudluğu nəzərə alınmalıdır. Habelə, inzibati mübahisə üzrə iş mahiyyəti üzrə həll edilməmişdən əvvəl inzibati aktın icrasının davam etdirilməsi və iddiaçının hərbi xidmətə göndərilməsi onun üçün ağır və geri dönməz hüquqi nəticələr doğura biləcəyindən, bütün bu hallar öz məcmusunda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair müraciətin təcililik meyarına cavab verdiyini və həmin tədbirin tətbiqinin zəruri olduğunu göstərir. Iş materiallarından görsənir ki, ərizəçi barədə xəstəliklər cədvəlinin 58-ci maddəsinin “ç” bəndi kateqoriya A-3 məhdudiyyət dərəcəsi isə üçüncü dərəcə olaraq müəyyən edilmişdir.bu isə odeməkdir ki, iddiaçı iddiaçı həqiqi hərbi xidmətə müəyyən məhdudiyyətlər ilə yaralı hesab edilmişdir. Kollegiya hesab edir ki, bu hal ərizənin təcililik şərtinidə sual altına alır. Kollegiya qeyd edir ki, plenumun izahına əsasən, təcililik müəyyən edildikdən sonra məhkəmə iddianın böyük ehtimalla uğurlu olub-olmamasını qiymətləndirməlidir. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb görünməməsi məsələsini həll etməlidir.” 0# ####### 2023-cü il tarixli ** nömrəli Plenum qərarına görə ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Plenum qərarının qeyd edilən bəndlərinin məzmunundan göründüyü kimi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəyə baxılarkən məhkəmə ərizəçi tərəfindən təqdim olunan ilkin sübutlar əsasında mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının müdafiəsinin mümkünsüz və ya xeyli dərəcədə çətin olacağı ehtimalının yüksək olub-olmadığını, həmin təhlükənin konkret işin faktiki halları ilə əlaqələndirilməklə əsaslandırılıb əsaslandırılmadığını qiymətləndirməlidir. Iddiaçının mövcud tələbinə dair iddiası hazırda Sumqayıt Inzibati Məhkəməsinin icraatındadır. Iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Nəticə etibarilə iddianın uğurluluq ehtimalı məhz əsas inzibati iş üzrə şəxsin səhhətinin onun hərbi xidmətə aparılmasına imkan verib-verməməsinin yoxlanılmasının nəticəsində müəyyən edilməsi mümkün olacaqdır. Hazırki mərhələdə isə iddiaçının sağlamlıq vəziyyətinin hərbi xidmətə yararlı olub-olmamasına imkan verməsini müəyyən etmək mümkün olmadığından, iddianın uğurluluq ehtimalının müəyyən edilməsi mümkün olmamışdır. Başqa sözlə desək, hazırkı halda mübahisənin mahiyyəti üzrə araşdırılması sübutların hərtərəfli tədqiq edilməsini, onlara hüquqi qiymət verilməsini və həmin qərarın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunun ortaya çıxarılmasını zəruri edir. Göründüyü kimi, işin hazırkı mərhələsində iddianın aqibəti və gələcəkdə hansı məhkəmə qərarının qəbul olunacağı, işin həllinin bu və ya digər tərəfin xeyrinə olacağı aydın deyil. Eyni zamanda kollegiya qeyd edir ki, iş materiallarına əsasən sağ dizdə menisk yırtığı və əməliyyyat göstərişi qeyd edilsədə, sənədlərdə funksiyanın ciddi pozulması qeyd edilmədiyindən inzibati orqanın 58-ci maddəsinin “ç” bəndi kateqoriya A-3 məhdudiyyət dərəcəsi isə üçüncü dərəcə olaraq müəyyən etməsi iddianın uğurluluq ehtimalını azaldır. Bu baxımından kollegiya hesab edir ki, hazırki ərizənin əsaslılığının yoxlanılmasına dair qanunvericilik normasının və məhkəmə təcrübəsinin tələbləri baxımından müəyyən edilmiş şərtlər üzrə dəyərləndirmə aparıldıqda ərizəçi barəsində müvafiq müvəqqəti müdafiə tədbirlərinin görülməsinin qanunla müəyyən edilmiş əsasları müəyyən edilmədiyindən, ərizə əsassız olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında apellyasiya şikayətinin dəlilləri təkzib təkzib etdiyindən, şikayət əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən çıxış edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. IPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 40, 41, 58, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-8)-46/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-46/2026
14.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver