Məhkəmə qərarları › İş №15(3-8)-50/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-50/2026

23.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-50/2026 23.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi Ərizəçi Ərizəçi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Ərizəçi Azərbaycan Respublikası Cavabdeh qarşı qərarın icrasınını dayandırılması barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Işin halları Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ötürülmüş müddətin bərpa edilməsi, məhkəmə icraatı yekunlaşanadək hərbi xidmətə çağırış icraatı müvəqqəti xarakterli müdafiə tədbiri qismində təcili olaraq dayandırılması, SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin Çağırış Komissiyasının barəsində çıxardığı 2026-cı il # ##### tarixli qanunsuz qərarın ləğv edilməsi, barəsində mövcud olan lll dərəcəli varikosele xəstəliyinə uyğun olaraq dinc dövrdə hərbi xidmətə yararsız kateqoriyasının müəyyən edilməsi, səhhətinin və patologiyanın dərəcəsinin tam obyektiv qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizasının təyin edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin Çağırış Komissiyası tərəfindən barəsində 2026-cı il # ##### tarixdə hərbi xəstəliklər cədvəlinin “42-ç” bəndi üzrə qanunsuz formada hərbi xidmətə yararlılıq qərarı çıxarılmışdır. Sözügedən inzibati akt onun hüquqlarını və qanunla qorunan mənafelərini pozur, tamamilə əsassızdır və ləğv edilməlidir. Belə ki, onda mövcud olan III dərəcəli varikosel xəstəliyi (patologiyası) rəsmi tibbi müayinə (Doppler USM) rəyləri ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi hərbi-tibbi ekspertiza haqqında Əsasnamənin və xəstəliklər cədvəlinin tələblərinə görə, III dərəcəli varikosel patologiyası şəxsin dinc dövrdə hərbi xidmətə qeyriyararlı hesab edilməsi üçün birbaşa hüquqi əsasdır. Lakin Xaçmaz rayon şöbəsi tərəfindən onun təqdim etdiyi tibbi sənədlər nəzərə alınmamış, obyektiv kliniki müayinə aparılmadan barəsində qanunsuz qərar qəbul edilmişdir. 2026-cı il ## #### tarixindən etibarən Türkiyə Respublikasında olmuş və ölkəyə ən son rəsmi qayıdış tarixi 2026-cı il ## #### tarixindədir. Bu səbəbdən qərar çıxarılan tarixdə və şikayət müddətində ölkə xaricində olduğundan çağırışa dair qərardan vaxtında xəbər tutmaq imkanı olmamış, bu hal onun prosessual təqsiri olmadan müddətin buraxılmasına səbəb olmuşdur. Ərizəçi Ərizəçi qeyd olunan mübahisə ilə bağlı, eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək Azərbaycan Respublikası Cavabdeh barəsində qəbul etdiyi hərbi xidmətə çağrılmasına dair qərarın icrasının dayandırılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçidə mövcud olan III dərəcəli varikosele xəstəliyi (patologiyası) rəsmi tibbi müayinə rəyləri ilə tam təsdiq olunur və bu xəstəlik qanunvericiliyə əsasən “dinc dövrdə hərbi xidmətə yararsız” kateqoriyasına uyğundur. Lakin hazırda məhkəmə icraatı davam etdiyi müddətdə cavabdeh orqan tərəfindən çağırış icraatının dayandınlmaması və onun təcili olaraq hərbi xidmətə aparılması təhlükəsi mövcuddur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər 2026-cı il # ##### tarixli SMS bildirişdən görünür ki, ərizəçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində tarixdə aparılmış yekun tibbi müayinənizin nəticələrinə uyğun olaraq, Xaçmaz rayon (şəhər) çağırış komissiyası tərəfindən 2026-ci il # ##### tarixdə barəsində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.1-ci maddəsinə əsasən “hərbi xidmətə yararlıdır”qərarı verilmişdir. Ərizəçi Fərrux oğlu 2026-cı ilin aprel çağırışında müddətli həqiqi hərbi xidmətə göndəriləcəkdir. Müdafiə Nazirliyinin Baş X4 X5 2026-cı il ## #### tarixli, MQ:************ nömrəli nəticəsindən görünür ki, Skrotumun dəri qalınlığı normaldır. Hər iki testis skrotumda müşahidə edilir. Sağ və sol testis ölçüləri normal olaraq ölçülmüşdür. Hər iki testisin exostrukturası normal olub homogen görünüşlüdür. Solid ya da kistik törəmə aşkar edilməmişdir. Hər iki epididim ölçüləri və exostrukturası normal olub solda epididmin başı və quyruq hissəsində - 4.5-5.5mırt ölçülərdə epididm baş kisəsində bir neçə olmaqla kistik dəyişikliklər müşahidə edildi. Hər iki testis və epididimin vaskulyar perfiıziyası normaldır. Hər iki pleksus pampiniformis venalarının çapları geniş olub sağda - 2.6 mm, 2.8 mm, solda - 4.7, 6.4 mm ölçüldü, Valsalva manevrası zamanı sağda Grade İ. solda davamlı reflüks axın izlənilmişdir. Sağda Grade - Solda Grade III varikoseli kimi qiymətləndirilir. Solda xaya qişaları arasında maye artışı müşahidə edilmişdir. “Mygov”dan sərhəd keçidləri ilə bağlı çıxarışdan görünür ki, ərizəçi 2026-cı il ## #### tarixdən 2026-cı il ## #### tarixədək Türkiyədə olmuşdur. MHHK sədrinin yekun qərarından görünür ki, xəstəlik cədvəlində maddə 13D – Endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları: - d) zəf qidalanma,II dərəcəli alimentar piylənmə; 72Ç – Orqanların və sistemlərin anadangəlmə inkişaf anomaliyaları: - ç) funksiyalarln pozulması olmayan obyektiv əlamətlər olduqda; 42Ç – Aortanın, magistral və periferik arteriyaların və venaların, limfa damarlarının xəstəlikləri və zədələnmələrinin nəticələri: - ç) qan dövranının və funksiyalarının pozulması ilə müşayiət olunmayan obyektiv əlamətlər olduqda qeyd edilmişdir. Rəyə əsasən ərizəçi barədə 2026-cı il tarixdə yararlılıq kateqoriyası müddətli həqiqi hərbi xidmətə yararlı, məhdudiyyət dərəcəsi 3-cü dərəcə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi tərəfindən hazırkı işlə bağlı müvəqqəti xarakterli müdafiə tədbirinin təmin edilməsi üçün təqdim edilmiş sübutlar kifayət deyildir. Işin hazırkı mərhələsində iddianın aqibəti və gələcəkdə hansı məhkəmə qərarının qəbul olunacağı, işin həllinin bu və ya digər tərəfin xeyrinə olacağı iş materialında olan sənədlərə əsasən bəlli deyildir. Bu nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə də hasil olmur. Bu səbəbdən IPM-in 41.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan hal, yəni iddianın uğurluluq ehtimalı aydın görünmür.. Iddianın uğurluluq ehtimalının qeyri-müəyyən olduğu hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin əsaslılığını ziddiyyətli maraqlar baxımdan qiymətləndirilməsinə keçməlidir. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə, inzibati məhkəmə icraatının iştirakçılarının mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalıdır. Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və iş üzrə müstəqil məhkəmə-tibb ekspertizasını keçirilib yekun qərar elan olunana qədər hərbi xidmətə çağırış icraatının rəsmən dondurulmasını (müvəqqəti müdafiə tədbirinin təmin edilməsini) xahiş edir. Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə işin faktiki tərəflərini, vətəndaşın sağlamlıq və insan hüquqlarını, habelə məruz qaldığı bərpaolunmaz tibbi zərər təhlükəsini görməzdən gələrək müvəqqəti müdafiə tədbiri barədə vəsatəti əsassız rədd etmişdir. Işə təqdim olunmuş rəsmi tibbi sənədlərlə xaya venalarında reflüks (kəskin venoz çatışmazlığı) və sperma göstəricisinin kəskin həddə (6 mln/ml) düşdüyü sübut olunmuşdur. Hərbi Xəstəliklər Cədvəlinin 42-ci maddəsinin "b" bəndinə əsasən reproduktiv funksiya pozuntusu olan şəxslər hərbi xidmətə yararsız sayıldığı halde, cavabdeh DTSERA çağırışçıdan ümumiyyətlə spermoqramma analizi götürmədən, ağır inzibati prosedur pozuntusuna yol verərək "yararlıdır" rəyi çıxarmışdır. Hazırda bu tibbi qanunsuzluqla bağlı Azərbaycan Respublikasının Prezident Administrasiyasına olunmuş şikayət əsasında DTSERA-da xüsusi və aktiv araşdırma icraatı aparılır və iş müvafiq komissiya rəhbəri tərəfindən araşdırılır. Məhkəmə ekspertizasının və ali dövlət organının araşdırmasının davam etdiyi bir vaxtda çağırışın dondurulmaması dövlət orqanlarının fəaliyyətində ziddiyyət yaradır. Məhkəmə iclasında cavabdeh nümayəndəsinin vətəndaşa "A-3 yararlılığı verildiyini və onun orduda ağır işlərdən uzaq olacağını" bildirməsi, cavabdehin xəstəliyin kəskinliyini bildiyini və bunu ört-basdır etməyə çalışdığını göstərən dolayısı etirafdır, çünki qanunvericilikdə orduda "fiziki işdən azad xidmət" anlayışı yoxdur. Müalicəsi yalnız cərrahi əməliyyat olan bu kəskin xəstəliklə çağırışçının hərbi xidmətə aparılması onun gələcəkdə övlad sahibi olmaq hüququnu tamamilə sıfırlayaraq bərpaolunmaz zərərə yol açacaqdır. Çağırışçının xaricdə olması və maddi imkansızlıq səbəbindən ölkəyə ## #### 2026-cı il tarixində qayıdaraq dərhal məhkəməyə müraciət etməsi IPM 24.2-ci maddəsi daxilində tam üzrlü səbəbdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Ərizəçi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə qarşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli 14 №li Qərarı 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə birbirindən fərqlənir. 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. 4.7. Bir sıra hallarda ilkin araşdırmanın gedişində obyektiv səbəblərdən bəzi mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi məsələsi üzrə həmin an tam əminliklə qənaətə gəlmək mümkün olmaya bilər. Məsələn, iddiaçının hüquqi müdafiə marağının mövcud olub-olmadığını, iddia müddətinin ötürülüb-ötürülmədiyini və ya subyektiv hüquqa malik olub-olmadığını müəyyən etmək həmin mərhələdə qeyri-mümkün ola və qeyd edilən halların aydınlaşdırılması üçün əlavə araşdırmanın aparılması tələb oluna bilər. 4.8. Belə halların mövcudluğu müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarın şəxslərə yekun hüquqlar vermədiyi, hüquqa edilmiş müdaxilənin həcmi və ağırlığı, eləcə də görüləcək təminat tədbirlərinin prinsip olaraq inzibati orqanların qanunsuz müdaxiləsindən qorunmağa yönəldiyi nəzərə alınmaqla ərizəçinin xeyrinə şərh olunmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Işin müəyyən edilmiş hallarından görünür ki, ərizəçi hərbi xidmətə yararsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, hazırda həmin tələb üzrə inzibati iş məhkəmənin icraatındadır. Bundan sonra ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hərbi xidmətə yararlı hesab edilməsi barədə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə müvafiq ərizə təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 2.1-ci bəndinə əsasən ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. Zabit hərbi rütbəsi verilməklə ehtiyata götürülmüş vətəndaşlar hərbi xidmətə çağırılarkən şəhadətləndirilmənin təşkili rayon, şəhər (rayon bölgüsü olmayan) hərbi komissarına həvalə olunur. -ilkin hərbi qeydiyyata alınarkən şəhadətləndirilməyə qədər vətəndaşlara hər il tibbi baxışlar, müayinələr (müşahidələr), habelə müalicə-sağlamlıq tədbirləri keçirilir və profilaktik peyvəndlər edilir (2.2-ci bənd) - Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunur. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi, qeydiyyat və hesabat aparılması, bu iş üzərində nəzarətin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. (2.3-ci bənd) - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər ( 2.4-cü bənd). - Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. Dövlət tibb müəssisələrinin rəhbərləri ilə razılaşdırılmış həkim-mütəxəssislərin və orta tibb işçilərinin fərdi tərkibini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla təsdiq edir ( 2.5-ci bənd). - Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: a) hərbi xidmətə yararlıdır; b) sıradankənar hərbi xidmətə yararlıdır; c) sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; ç) hərbi xidmətə müvəqqəti yararsızdır; d) həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə müvafiq olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Həkimmütəxəssisin rəyinin rəsmiləşdirilməsi qaydası Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir (2.6-cı maddə); - Ilkin hərbi qeydiyyata alınma üzrə komissiya sədrinin qərarı ilə ilkin hərbi qeydiyyata alınarkən, vətəndaşların hərbi-uçot ixtisasları üzrə hazırlanmasını həyata keçirən ictimai təşkilatlarda təhsil almağa, habelə onların nəqliyyat vasitələrini idarə etməyə yararlılığı müəyyən edilir ( 2.7-ci bənd). - Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların nəzarət qaydasında şəhadətləndirilməsi onların Mərkəzi Çağırış Komissiyasına təqdim edilmiş şəxsi işlərin və tibbi sənədlərin öyrənilməsi əsasında qiyabi keçirilir. Mərkəzi Çağırış Komissiyasının əsaslandırılmış qərarı ilə nəzarət qaydasında şəhadətləndirilmə əyani keçirilir. Tibbi baxış və nəzarət qaydasında şəhadətləndirilmə Mərkəzi Çağırış Komissiyasının qərarı ilə cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq və zərurət olduqda, digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən həyata keçirilir. Xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxış və ya nəzarət qaydasında şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətində onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişə biləcək faktlar aşkar edildikdə, Mərkəzi Çağırış Komissiyası rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının müvafiq qərarını ləğv edir, bu barədə vətəndaşa və qərarı ləğv edilmiş komissiyaya məlumat verir.Nəzarət qaydasında şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir (2.11-ci bənd). “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur (8.3-cü bəndi); Ərizəçinin sağlamlıq vəziyəti qiymətləndirilərək göstərilən cədvəlin 26-cı maddəsinin “d” bəndinə uyğunlaşdırılmışdır (periferik sinir sisteminin kəskin xəstəliklıərindən, xroniki xəstəliklərinin kəskinləşməsindən, habelə onların cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar) və Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Ç” – müvəqqəti yararsız, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “0” (yəni, heç bir kateqoriya təsdiqlənmir) kimi qiymətləndirilmişdir. Inzibati Prosessual Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: -mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; -ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. IPM-nin müddəalarına əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. (40.1) Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli 14 №li Qərarının 2.2-ci bəndində qeyd edilmişdir ki, IPM-in 41-ci və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. Həmçinin, həmin Qərarın 11.3-cü bəndində qeyd edilmişdir ki, həm özünün təbiəti etibarilə, həm də müxtəlif praktik çətinliklər səbəbindən mübahisələndirmə haqqında iddialara baxılması ilə bağlı məhkəmə icraatı uzun sürə bilir. Bu halda, inzibati aktların qanuniliyini mübahisələndirmiş şəxslərin məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icra olunmasından törəyən neqativ nəticələrdən qorunmalarına ehtiyac yaranır. Belə ki, IPM-in 41.1ci maddəsində təsbit olunduğu kimi inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Məhz bu ehtiyacı təmin etmək üçün qanunverici inzibati aktın icrasının dayandırılması institutunu müəyyən etmişdir. Həmin Qərarın 11.4 və 11.5-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddiaya baxılması yekunlaşanadək hüquqa zidd inzibati aktın qüvvədə qalması və hüquqi müstəvidə tətbiq olunaraq təsir göstərə bilmək imkanının mövcudluğunun davam etməsi, hətta sonradan inzibati aktın ləğv edilməsinə baxmayaraq, şəxslərə bərpası mümkünsüz olan və ya xeyli dərəcədə çətin olan zərər vurmaq ehtimalı yaradır. Qanunsuz əlverişsiz inzibati aktlar bu və ya digər formada insan hüquqları və azadlıqları ilə bağlı olur, icra olunması zamanı onlara müəyyən məhdudiyyət gətirir. Bu səbəbdən də inzibati aktın icrasının dayandırılması institutu hüquqların müdafiəsində olduqca əhəmiyyətli təminat vasitəsi və prosessual imkan kimi çıxış edir. Onun tətbiqi nəticəsində qanunsuzluğu güman olunan əlverişsiz inzibati aktların icrası təxirə salınmış olur. Bununla da mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu ilə bağlı əsaslı şübhələrin mövcudluğu halında həmin aktın icrası dayandırılmaqla bərpası mümkün ola bilməyəcək və ya xeyli dərəcədə çətin olacaq zərərin vurulmasının qarşısı alınmış olur. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır Qərarın 12.3-cü bəndinə görə ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4-cü bəndinə görə belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Qərarın 12.5-cü bəndinə görə hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Göründüyü kimi, qeyd edilən institutun mövcudluğu ilk növbədə iddiaçı tərəfindən müvafiq inzibati aktı mübahisələndirdiyi halda, həmin mübahisələndirdiyi inzibati aktın icrası ilə bağlı onun fəaliyyətinə müdaxiləyə, habelə onun üçün müəyyən neqativ nəticələrə səbəb ola bilən təsirlərdən müvəqqəti olaraq məhkəmə icraatının yekunlaşdığı dövrədək müdafiə olunmaq imkanın tanınmasına, bununla da hüquqların və qanunla qorunan mənafelərin bərpası mümkün olmayan və ya xeyri dərəcədə çətin olan zərərlərdən qorunmasına imkan yaradır. Həmçinin, Inzibati Prosessual Məcəllənin 7-ci fəslindəki müddəaların ümumi təhlili onu deməyə əsas verir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxılarkən məhkəmələr tərəfindən nəzərə alınmalı və qiymətləndirilməli olan bəzi hallar vardır ki, bunlar işin faktiki və hüquqi hallarının araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olubolmamasının müəyyən edilməsi, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olub-olmayacağının və ya xeyli dərəcədə çətinləşib-çətinləşmədiyinin müəyyən edilməsi, ilkin təcili tənzimləmənin zəruri olub-olmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əsas inzibati iş üzrə işin halları baxımından iddianın uğurluluq ehtimalı ilə bağlı hissədə birinci instansiya məhkəməsi tərəfindən ərizənin əsaslılığı və cavabdehin istinad etdiyi hallar düzgün dəyərləndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, indiki halda mübahisələndirilən qərarla bağlı tərəflər arasında məhkəmə mübahisəsi davam etdiyindən, habelə mübahisənin aqibətini və gələcəkdə hansı qərarın, yəni işin bu və ya digər tərəfin xeyrinə həll olunacağını müəyyənləşdirmək qeyrimümkün hesab olunur. Ərizəçinin ərizəsində hərbi xidmətə göndərilməsinin dayandırılması tələbi əsas iş üzrə iddianın qabaqlaması anlamına gəlir. Təqdim edilmiş sübutlar ərizədə göstərilən risklərin real, təxirəsalınmaz və gerigönməz olduğunu təsdiq etmir. Ərizəçinin hərbi xidmətə getdiyi halda hüquqlarının pozulacağı aydın deyildir. Kollegiya qeyd edir ki, ərizəçi onda hərbi xidmətə yararsız hesab edilməsi üçün əsas verə biləcək mötəbər tibbi rəy (sübut) təqdim edilməmişdir. Onun sağda l dərəcəli, solda Grade lll dərəcəli varikosele xəstəliyinin olması barədə təqdim etdiyi tibb sənəd yalnız ultrasəs müayinəsinin nəticələrini təsdiq edən rəydir, lakin bu rəy həmin xəstəliyin tam mövcudluğunu təsdiq edən tibbi rəy hesab edilə bilməz. Hazırda iddianın uğurluluq ehtimalımım qiymətləndirilməsi üçün ən azı müvafiq tibb sahəsi üzrə ixtisaslaşdırılmış həkimin rəyi təqdim olunması zəruri olmuşdur. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermiş şəxs iddiasının uğurlu olduğuna ilk öncə özü əmin olmalı və pozulması ehtimal edilən hüququnun müdafiəsi üçün, ilkin təcili tənzimləmənin həyata keçirilməsi məqsədilə məhkəmədən müvafiq tədbirin tətbiq edilməsini xahiş etməlidir. Işə baxan məhkəmə də ilkin araşdırma zamanı ərizəçi ilə eyni qənaətdə olarsa, yəni məhkəmə də iddianın uğurlu olacağı qənaətinə gələrsə, onda ərizəçinin ərizəsi təmin oluna bilər. Bu zaman nəzərdən qaçırmaq olmaz ki, müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq edərkən məhkəmə hər iki tərəfin mənafeyini nəzərə almalı, belə tədbirin tətbiqi zərurətinə abstrakt olaraq deyil, real olaraq yanaşmalı, ərizəçinin irəli sürdüyü (və ya sürəcəyi) maddi tələbinin uğurluluq ehtimalını yoxlamalı və onda belə ehtimalın mövcudluğu barədə ilkin əminliyə dair əsaslı qənaət formalaşmalıdır. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək və hazırda ərizəçinin aktiv çağırışçı olmasının təsdiq olunmadığını, bununla da müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin olunması üçün zərurətin mövcud olmadığını nəzərə alaraq hesab edir ki, müvəqqəti xarakterli təmin tədbiri barədə ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən çıxış edərək hesab edir ki, ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 40, 41 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar