Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-52/2026 03.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, Iddiaçı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsinin cavabdeh Cavabdeh qarşı “cavabdehin borcuna görə ona məxsus olan nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması” tələbinə dair inzibati iş üzrə ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: IŞIN HALLARI: Iddiaçı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 2026-cı il ## #### tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 13.934.68 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10.000 manat məbləğində siyahıya alınmış 1 ədəd “Lada Prior” markalı **B**** nömrəli və 6.000 manat məbləğində siyahıya alınmış 1 ədəd “Renault” markalı **-HN-*** nömrəli avtomobillərin Əmlak Məsələləri Dövlət Xidməti vasitəsi ilə satılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Ərizəçi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsi (bundan sonra – “ərizəçi”) müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmənin yekun qərarı qanuni qüvvəyə minənədək cavabdeh Cavabdeh (bundan sonra – “cavabdeh”) 2026-cı il ## #### tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 13.934.68 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10.000 manat məbləğində siyahıya alınmış 1 ədəd “Lada Prior” markalı **B**** nömrəli və 6.000 manat məbləğində siyahıya alınmış 1 ədəd “Renault” markalı **-HN-*** nömrəli avtomobillərin üzərinə həbs qoyulması və həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, üzərinə sərəncam verilməsinin və qeydiyyat hərəkətlərinin aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI. Birinci instansiya məhkəməsində icraat: Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Qərar əsasında cavabdehin 2026-cı il ## #### tarixə yaranan 13.934.68 manat borcuna görə 16.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 2026-cı il ## #### tarixli, *********** saylı protokol tərtib edilmişdir. Nəticə etibarilə, iddiaçı inzibati orqan cavabdehin 2026-cı il ## #### tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 13.934.68 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10.000 manat məbləğində siyahıya alınmış 1 ədəd “Lada Prior” markalı **B**** nömrəli və 6.000 manat məbləğində siyahıya alınmış 1 ədəd “Renault” markalı **HN*** nömrəli avtomobilin Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Hazırda məhkəmənizin icraatında cavabdehə məxsus siyahıya alınmış əmlakın satılmasına dair inzibati işə baxılır. Mübahisənin predmeti olan əmlak üzərində tərəflər arasında hüquqi mübahisə mövcud olduğundan, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək həmin əmlakın özgəninkiləşdirilməsi, satılması, bağışlanması, dəyişdirilməsi, ipoteka ilə yükləndirilməsi, istismara yararsız hala salınması və yaxud həmin əmlak üzərindən digər əqdlər bağlanması və ya digər üsullarla üçüncü şəxslərin mülkiyyətinə keçirilməsi ehtimalı mövcuddur. Belə bir hal baş verdiyi təqdirdə, gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrası əhəmiyyətli dərəcədə çətinləşə və iddiaçının hüquq və qanunla qorunan mənafelərinə ciddi zərər vura bilər. Nəticə etibarilə, hazırkı iş üzrə mübahisə predmeti olan əmlakın özgəninkiləşdirilməsi ehtimalı mövcud olduğundan, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi zəruri və mütənasib hesab edilir. Cavabdehin ərizəyə dair etirazının dəlilləri: Ərizəyə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə mümkün sayılmamışdır. (hakim Könül Həbibova) Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsinin tələbi əsas iddia tələbi üzrə mübahisələndirilən qərarın icrasının dayandırmasından ibarətdir. Ərizəçi tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə sübutlar təqdim edilməmişdir. Əsas iş üzrə elektron məhkəmə informasiya sistemində olan sənədlərdə isə ilkin təcili tənzimləməyə dair sübut mövcud deyildir, iş materialına əlavə olunmuş sənədlər əsas iddia üzrə araşdırma predmetidir. Nəticə etibari ilə məhkəmə hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə mümkün hesab edilməməlidir. Ərizəçi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, çüvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı ərizəçi * saylı Ərazi Vergilər Baş Idarəsi Sumqayıt Inzibati Məhkəməsinin qərardadı ilə razı deyildir. Məhkəmə ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı ərizəsini mümkün saymayaraq aşağıda göstərilən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, əsas iddia tələbi olan “əmlakın siyahıya alınması” ilə bağlı ərizə uzun müddətdir ki, Sumqayıt Inzibati Məhkəməsində *-*(*-*)-****/**** nömrəli iş üzrə icraatdadır və bu xarakterli mübahisələrin uzun müddət icraatda qalması siyahıya alınmış əmlakın taleyinə dair müvəqqəti xarakterli müdafiə barədə ərizənin veriləməsinə zərurət yaradır. Məhkəmənin ərizəni mümkün saymaması ilə bağlı qərardadın ilkin əsaslandırması ondan ibarətdir ki, ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, mübahisənin predmeti olan əmlak üzərində tərəflər arasında hüquqi mübahisə mövcud olduğundan, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək həmin əmlakın özgəninkiləşdirilməsi, satılması, bağışlanması, dəyişdirilməsi, ipoteka ilə yükləndirilməsi, istismara yararsız hala salınması (amortizasiyaya məruz qalması) və yaxud həmin əmlak üzərindən digər əqdlər bağlanması və ya digər üsullarla üçüncü şəxslərin mülkiyyətinə keçirilməsi ehtimalı mövcuddur. Vergi ödəyicisi qəsdən və bilərəkdən onun barəsində inzibati orqanının görəcəyi təminat tədbirini yarasız hala salaraq səmərəsiz edə bilər. Belə bir hal baş verdiyi təqdirdə, gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin yəni əmlakın siyahıya alınması ilə bağlı təmin qərarının icrası əhəmiyyətli dərəcədə çətinləşə və iddiaçının hüquq və qanunla qorunan mənafelərinə ciddi zərər vura bilər. Nəticə etibarilə, hazırkı iş üzrə mübahisə predmeti olan əmlakın özgəninkiləşdirilməsi ehtimalı mövcud olduğundan, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi zəruri və mütənasib hesab edilir. Məhkəmənin ərizəni təmin etməməklə bağlı digər arqumenti ondan ibarətdir ki, siyahıya alınmış əmlak üzərində vergi ödəyicisinin sahiblik və istifadə hüququnu saxlamaqda qanunvericinin məqsədi, həmin əmlakın siyahıya alınması üzrə icra prosedurları başlanılanadək, şəxsə əmlakdan sahibkarlıq fəaliyyəti üçün istifadə imkanları və vergi borcunun ödənilməsinə zəmin yaratmaqdan ibarətdir. Qeyd edir ki, ərizəçi tərəfindən verilmiş MXMT ərizəsinin tələbi cavabdehin sahibkarlıq fəaliyyətinə mane olacaq məhdudiyyətləri əhatə etmir. Ərizənin tələbi ondan ibarətdir ki, qanunla qadağan olunmayan və istifadə edilməsi istisna edilməyən digər vasitələrlə siyahıya alınması nəzərdə tutulan əmlakı “borcun ödənilməsi üçün təminat predmeti” statusundan çıxarması mümkün olmasın. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsi, borclarına dair göndərilmiş bildiriş və xəbərdarlığı onun bugünə olan borcunun mövcudluğunu təsdiq edir. Bu kifayət edir ki, inzibati orqan Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi ödəyicisi barədə təminat tədbirlərini görsün. Yəni məhkəmə bu hüququ inzibati orqanın əlindən alaraq borclu vergi ödəyicisi barədə görüləcək tədbiri səmərəsiz edir. Məhkəmə öz qərardadında göstərir ki, siyahıya alınmış əmlakın özgəninkiləşdirilməsinə münasibətdə isə qeyd edilməlidir ki, bununla bağlı tərtib edilmiş aktla cavabdehə Cinayət Məcəlləsinin 303-cü maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilir. - 303.1. Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi, habelə üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının, o cümlədən ödəniş əməliyyatlarının bank və ya digər ödəniş xidməti təchizatçısının nümayəndəsi tərəfindən həyata keçirilməsi- bu maddənin dispozisiyasında nəzərdə tutulan vasitələrdən başqa üsulla siyahıya alınmış əmlakın üzərində hər hansı fəaliyyət məsuliyyətə səbəb olmur, yəni cavabdehin sadəcə bu maddə ilə xəbərdarlıq edilməsi onu digər üsullarla eyni məqsədə nail olmasına mane olmur. Lakin MXMT ərizəsinin tələbində orqanın əmlak üzərində qadağan olunmasını tələb etdiyi fəaliyyətlər qanunla qadağan edilmir və cavabdehin bu boşluqdan istifadə etməsi ehtimalı mövcuddur, necə ki, bu məhdudiyyətlər olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması və beləcə borcunu ödəməsi də bir ehtimaldır. Tələb borcun ödənilməsinin təmininə yönəlib, şəxsin mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması məqsədi daşımır. Borcun mövcudluğunun mübahisəsizliyi və əmlakın siyahıya alınmasının qanuniliyi hazırda icraatda olan iddianın uğurlu olmasına dəlalət edir. Eyni zamanda, məhkəmənin “mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçiyə münasibətdə qurumun maddi vəziyyətinin xeyli dəyişəcəyi səbəbindən ilkin tənzimlənmə zəruridir. Vergi orqanının mübahisəli qərarının icrasına yönələn digər hərəkətlər ərizəçinin vəsaitinin onun hesabından silinməsi ilə nəticələnə, yaxud onun hesabına pul vəsaitinin daxil olmasına mane ola bilər ki, mübahisənin onun xeyrinə olacağı təqdirdə ərizəçinin hüquqlarının qorunması mümkün olmaya və xeyli dərəcədə çətinləşə bilər” dəlilinə münasibətdə isə bildiririk ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadın qəbul edilməsini zəruri edən faktiki və hüquqi hallar əsaslandırılmamış və məhkəmə inzibati aktın icrasının dayandırılması nəticəsinə gələrkən Azərbaycan Respublikası IPM-nin 43.1-ci maddəsində göstərilən əsasların mövcud olmamasını nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Inzibati Prosessual Məcəllənin 11-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Inzibati məhkəmə prosesində bərabərliyin təmin edilməsi tərəflərdən hər birinə öz mövqeyini tam ifadə etmək üçün hakim tərəfindən bərabər imkanların yaradılmasında ifadə olunur. Bu xüsusilə vəsatətlərin, izah və şərhlərin, şikayətlərin verilməsində, sübutların təqdim edilməsində və s. özünü biruzə verir. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi habelə, hər bir inzibati işə eyni qaydada, eyni prosessual formada, prosesdə iştirak edən şəxslər üçün eyni təminatlarla baxılmasını təmin edir. Bununla da işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz və məhkəmə mübahisəli məsələyə dair qərardad qəbul edərkən qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə ərizəçi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdehin vəkili məhkəməyə elektron kabinet vasitəsilə ırizə təqdim edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə ərizəçinin nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. TƏTBIQ EDILƏN HÜQUQ. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 7 ” oktyabr 2025-ci il tarixli,** №-li qərarında aşağıdakılar qeyd edilmişdir.
1. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. aşağıdakı məzmunda 4.1-1–4.1-4-cü bəndlər əlavə edilsin: “4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara 2 əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir.”; 1.2. 4.2-ci bəndə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin: “Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir.”; (-).
2. Hüquqi müəyyənliyi və məhkəmə aktlarının sabitliyini təmin etmək üçün qanunvericiliyin tətbiqinə dair verilmiş yeni izahlar bu Qərarın qəbul edildiyi tarixdən sonra məhkəmələrə verilən yeni ərizələrə, habelə bu Qərarın qəbul edildiyi tarixədək verilmiş, lakin icraatı yekunlaşdırılmamış ərizələrə münasibətdə tətbiq edilməlidir. Icraatda olan apellyasiya və kassasiya şikayətlərinə münasibətdə isə yalnız yeni izahlara istinadla məhkəmə aktları ləğv olunmamalı, yaxud dəyişdirilməməlidir. Yeni izahlara istinadla məhkəmə aktının qanuniliyinə qiymət verilməsi bu Qərarın qəbul edildiyi tarixdən sonra verilmiş apellyasiya və kassasiya şikayətlərinə münasibətdə tətbiq edilməlidir
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası iş materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, ərizəçi tərəfindən əsas iddia üzrə cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması, onların özgəninkiləşdirilməsinin, üzərində sərəncam verilməsinin və qeydiyyat hərəkətlərinin aparılmasının qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi xahiş edilmişdir. Ərizəçi bunu gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasının çətinləşə biləcəyi ehtimalı ilə əsaslandırmışdır. Müvəqqəti xarakterli müdafiə ilə bağlı IPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına görə, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətin hasil olduğu, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olduğu, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi-hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edildiyi hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq etməyə haqlıdır. Qeyd olunmalıdır ki, bu zaman müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizədə həmin tədbirin tətbiqinin aydın şəkildə əsaslandırılması vəzifəsi həm də ərizəçinin üzərinə düşür. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** saylı Qərarında qeyd olunmuşdur ki, “6.4... müvəqqəti xarakterli müdafiə tədbirləri təcili tənzimləmə ehtiyacı ilə bağlı zərurətdən doğur. Ona görə də, məhkəmələr belə ərizələrə bir qayda olaraq dərhal deyil, təxirə salınmadan baxmaq vəzifəsi daşıyırlar. Məhkəmələr həmçinin nəzərə almalıdırlar ki, həmin ərizələrə təxirə salınmadan baxılmalı olduğuna dair tələb, mümkün olan ən qısa müddətlərdə baxılmanı nəzərdə tutur. ... 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. 12.4. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 12.5. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 12.6. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hüquqi yanaşmaları düzgün tətbiq etmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ərizəçi tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini zəruri edən konkret hallar və həmin halları təsdiq edən sübutlar təqdim edilməmişdir. Ərizədə cavabdehin əmlakı özgəninkiləşdirə biləcəyi barədə yalnız ehtimal xarakterli mülahizələr göstərilmiş, lakin belə təhlükənin real və yaxın olduğunu təsdiq edən hər hansı sübut mövcud olmamışdır. Əksinə, iş materiallarından görünür ki, cavabdehin əmlakı artıq Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən siyahıya alınmış, bu barədə protokol tərtib edilmiş və cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməasinin Inzibati Kollegiyasının 2023-cü il ## ####### tarixli, **(***)-**/**** saylı qərarında qeyd olunmuşdur ki, “... 25. Vergi Məcəlləsinin 89.2-ci maddəsinə görə əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 26. Nəzərə almaq lazımdır ki, siyahıya alınmış əmlak üzərində vergi ödəyicisinin sahiblik və istifadə hüququnu saxlamaqda qanunvericinin məqsədi, həmin əmlakın siyahıya alınması üzrə icra prosedurları başlanılanadək, şəxsə əmlakdan sahibkarlıq fəaliyyəti üçün istifadə imkanları və vergi borcunun ödənilməsinə zəmin yaratmaqdan ibarətdir. Bu baxımdan qanunverici siyahıya alınmış əmlaka münasibətdə şəxsin sahiblik və istifadə hüququnu müəyyən müddət qoruma altına alır. Hazırki ərizə üzrə tələbin təmin olunması şəxsi qanunvericinin ona tanıdığı həmin hüquqlardan və imkanlardan məhrum etmiş olardı. 27. Siyahıya alınmış əmlakın özgəninkiləşdirilməsinə münasibətdə isə qeyd edilməlidir ki, bununla bağlı tərtib edilmiş aktla cavabdehə Cinayət Məcəlləsinin 303-cü maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilir. Şəxsin qanunun bu tələbinə əməl etməyəcəyi və əmlakı qanunsuz olaraq özgəninkiləşdirəcəyinə dair ərizəçinin ehtimalları üzərindən məhkəmə vergi ödəyicisini qanunla qorunan konkret hüquqlardan məhrum edə bilməz. Bu zaman vergi ödəyicisinə münasibətdə hüququn hamılıqla qəbul olunmuş bona fides prinsipinin tələbləri də nəzərə alınmalıdır. 28. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə ərizəçinin hüquqi müdafiə marağı mövcud deyildir. Belə ki, ərizəçi hüquqi marağına və çatmaq istədiyi məqsədə VM-in 89-cu maddəsinə əsasən həyata keçirdiyi siyahıya alma tədbiri vasitəsilə artıq nail olmuşdur. 29. Apellyasiya instansiyası məhkəməsi ərizənin mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. ...” Eyni mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2023-cü il ## #### tarixli, **(***)-**/**** saylı qərarında da qeyd olunmuşdur. Kollegiya nəzərə alır ki, Vergi Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulmuş əmlakın siyahıya alınması institutu özü vergi ödəyicisinin həmin əmlak üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasına yönəlmiş təminat tədbiridir. Bu səbəbdən, yalnız ehtimallara əsaslanmaqla əlavə məhdudiyyətlərin tətbiq edilməsi üçün qanunvericiliyin tələb etdiyi təcililik meyarının mövcudluğu müəyyən edilməlidir. Hazırkı işdə isə belə meyarın mövcudluğu sübuta yetirilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının oxşar hüquqi münasibətlər üzrə formalaşdırdığı hüquqi mövqedə də göründüyü kimi, vergi ödəyicisinin əmlakı artıq Vergi Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq siyahıya alındıqda, vergi orqanının hüquqi marağı həmin tədbirlə təmin edilmiş hesab olunur. Yalnız cavabdehin gələcəkdə qanunu poza biləcəyi ehtimalına əsaslanaraq onun qanunla qorunan hüquqlarının əlavə məhdudlaşdırılması yolverilməzdir. Birinci instansiya məhkəməsi də bu hüquqi mövqeyə istinad etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olmasını təsdiq etmir. Şikayətdə göstərilən arqumentlər iş materialları ilə təsdiq olunmur, həmçinin IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş şərtlərin mövcudluğunu sübut edən yeni hallar və ya yeni sübutlar təqdim edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizənin mümkün sayılmaması barədə qərardad birinci instansiya məhkəməsi tərəfindən yuxarıda istinad olunan normalarda təsbit edilmiş tələblərə və şərtlərə uyğun olaraq qəbul edilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 40, 41, 43, 80, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.