Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-55/2026 11.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, ərizəçi Ərizəçi vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2n nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2016-cı il tarixində təyin olunmuş qərarının icrası təmin edilməsi” barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 qarşı iddia ilə birinci instansiya məhkəməsinə müraciət edərək “iddiaçıya ##.##.2016-cı il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” təyin edilmiş birinci dərəcəli müddətsiz əlilliyin elektron sistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək “İ qrup müddətsiz əlillik dərəcəsi təyin olunmuş Ərizəçi dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TibbiSosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli “Diaqnozun öz təsdiqini tapmaması” və onunla bağlı ##.##.2026-cı il tarixli *-**-*/*-*-***/**** saylı qərarlarının ləğv olunması və iddiaçı Ərizəçi ##.##.2016-cı il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” təyin edilmiş birinci dərəcəli müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək yə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən naməlum səbələrə görə, İ qrup müddətsiz əlillik dərəcəsi təyin olunmuş Ərizəçi dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2016-cı il tarixində təyin olunmuş qərarının icrası təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra ərizəçinin vəkili və nümayəndəsi apellyasiya baxışında müvəqqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə dəqiqləşmə təqdim edərək İ qrup müddətsiz əlillik dərəcəsi təyin olunmuş Ərizəçi dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli “Diaqnozun öz təsdiqini tapmaması” qərarının icrasının dayandırılması və Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən ##.##.2016-cı il tarixində təyin olunmuş İ qrup müddətsiz əlillik dərəcəsi barədə qərarının icrasının təmin edilməsi məqsədilə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nə qarşı iddia ərizəsi əsasında e-2-1 (*-*)-****/**** saylı inzibati mübahisələrə dair iş vardır. Hazırda Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən naməlum səbəblərə görə Ərizəçi pensiya ödənişi 2026-cı ilin fevral ayından dayandırılmışdır. Belə bir qanunsuz hal, gözdən əlil şəxsin sağlamlığına, təminatına, müalicəsinə və yaşamasına əhəmiyyətli dərəcədə mənfi təsir göstərmişdir. Qanunsuz hərəkətlərin edilməməsi üçün tərəfindən daxil olan müraciətə ərizələr ilə cavab verilsə də, buna qəsdən əhəmiyyət verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli *-**-*/*H-*****/**** saylı bildiriş-məktubu ilə Ərizəçi bildirilmişdir ki, Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Agentliyin məktubunda hansı “əsaslı sübutların” və hansı mötəbər mənbədən təqdim olunması barədə məlumat verilməmişdir. Bununla əlaqədar olaraq, ##.##.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunmuşdur, lakin onun müraciətinə cavab verilməmişdir. Gözdən İ qrup əlil Ərizəçi təyin olunmuş müddətsiz əlillik dərəcəsi uzun illər əvvəl, 2016-cı ilin yanvar ayından təyin olunduğundan, həmçinin həmin vaxt müalicə aldığı üçün Agentliyin əsaslandırılmamış məktubunu hansısa texniki səhvə görə göndərildiyini qəbul etmiş və göstərilən tarixdə çağırılan ünvana getməmişdir. Belə ki, Konstitusiyanın və "İnzibati İcraat haqqında" Qanunun "etimadın müdafiəsi" prinsipinə görə, dövlətin rəsmi komissiyasının 2016-cı ildə verdiyi müddətsiz qərara vətəndaşın etimadı qorunmalıdır. İnzibati orqan əvvəlki qərarın saxta və ya qanunsuz olduğunu sübut etmədən onu “şübhələrin ehtimal olunması” kimi formal mülahizələr ilə icrasını dayandıra və ya ləğv edə bilməz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliynin ##.##.2025-ci il tarixli *-**-*/*-H-*****/**** saylı bildiriş məktubundan sonra, bu ilin fevral ayından birinci qrup gözdən əlil Ərizəçi və ailəsinin maddi vəziyyəti əhəmiyyətli dərəcədə acınacaqlı vəziyyətə düşmüş, eyni zamanda başqa heç bir yerdən gəlirləri də yoxdur. Qeyd olunan vəziyyəti nəzərə alaraq məhkəmə tərəfindən müvafiq qərar qəbul etməklə təxirəsalınmaz preventiv tədbirlərin görülməsinə zərurət yaranmışdır. Cavabdehin ərizəyə dair etirazının dəlilləri: Cavabdeh ərizəyə etirazı onunla əsaslandırmışdır ki, “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının # ###### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl etməyərək ilk öncə inzibati orqana müraciət etməli olduğu halda müraciət etmədiyindən ərizənin mümkünsüz hesab olunmasını xahiş edirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əsas iddia üzrə iddiaçıya ##.##.2016-cı il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” təyin edilmiş birinci dərəcəli müddətsiz əlilliyin elektron sistemdə bərpa edilməsi tələb olunur, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə isə həmin qərarın icrasının təmin edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi bu tələblərin mahiyyət etibarilə eyni məzmunlu olduğunu və müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin əsas iddianın mahiyyəti üzrə həllinə yönəldiyini hesab edərək ərizəni təmin etməmişdir. Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI: Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətini müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizədə göstərilən hallarla əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbirinin hüquqi təyinatını əsas iddianın mahiyyəti üzrə həlli ilə eyniləşdirməklə düzgün nəticəyə gəlməmişdir. Şikayətçinin mövqeyinə görə, mübahisəli inzibati aktın icrasının əsas iddia üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması iddianın qabaqcadan təmin edilməsi deyil, uzun müddət mövcud olmuş hüquqi və faktiki vəziyyətin müvəqqəti qorunmasına xidmət edən prosessual təminatdır. Apellyasiya şikayətində həmçinin ərizəçiyə ##.##.2016-cı il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar birinci dərəcəli əlilliyin müddətsiz müəyyən edildiyi, ##.##.2025-ci il tarixli bildirişdə əvvəlki TSEK qərarının düzgünlüyünü şübhə altına alan konkret əsaslı sübutların nədən ibarət olduğunun göstərilmədiyi, sonradan isə ##.##.2025-ci il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edildiyi göstərilmişdir. Ərizəçi pensiya ödənişinin 2026-cı ilin fevral ayından dayandırıldığını, bunun onun və ailəsinin maddi təminatına, müalicə və yaşayış imkanlarına ciddi təsir etdiyini, başqa gəlir mənbələrinin olmadığını bildirərək ilkin təcili tənzimləməyə real ehtiyacın yarandığını qeyd etmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli qərarı: 1.1. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. 1.2. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfli araşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. 1.3. İddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. 1.4. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. 2.1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-) Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-) Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, ərizəçinin əlillik vəziyyəti ##.##.2016-cı il tarixli tibbi-sosial ekspertiza qiymətləndirilməsi ilə müəyyən edilmiş, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar birinci dərəcəli əlillik müddətsiz təyin olunmuşdur. Həmin qiymətləndirmə məlumatlarında ərizəçinin gözdən əlilliyi olan şəxs olduğu, kənar şəxsin qulluğuna ehtiyacının mövcudluğu və diaqnozları barədə məlumatlar əksini tapmışdır. Sonradan cavabdehin ##.##.2025-ci il tarixli bildirişi ilə ərizəçi ##.##.2025-ci il tarixində əyani müayinəyə dəvət edilmiş, onun müayinədə iştirak etməməsindən sonra mövcud sənədlər və digər məlumatlar əsasında “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilmiş, ##.##.2026-cı il tarixli *-**-*/*-*- ***/**** nömrəli qərarda da həmin nəticə rəsmiləşdirilmişdir. Ərizədə göstərilən və iş materialları ilə mübahisələndirilməyən məlumata görə, bunun ardınca ərizəçiyə verilən sosial ödəniş 2026-cı ilin fevral ayından dayandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi məsələsi həll edilərkən ilk növbədə təcililik şərtinə qiymət verilməlidir. İnzibati Prosessual Məcəllənin 43.1.1-ci maddəsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarında verilmiş izahların məzmununa görə, təcililik abstrakt ehtimallarla deyil, məhz ərizəçinin fərdi vəziyyətinə münasibətdə hüquqi və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, yarada biləcəyi real nəticələr və həmin nəticələrin sonradan aradan qaldırılmasının mümkünlüyü nəzərə alınmaqla qiymətləndirilməlidir. Hazırkı işdə təcililik yalnız ərizəçinin aylıq sosial ödənişdən məhrum olması faktı ilə məhdudlaşmır. Mübahisələndirilən qərar 2016-cı ildən etibarən müddətsiz müəyyən edilmiş birinci dərəcəli əlillik statusuna və həmin statusla bağlı formalaşmış hüquqi vəziyyətə birbaşa təsir göstərmişdir. Üstəlik, həmin qərarın nəticələri artıq icra olunmağa başlamış, ərizəçinin sosial ödənişi dayandırılmışdır. Buna görə də mövcud təhlükə gələcəkdə baş verməsi qeyri-müəyyən olan ehtimal deyil, ərizəçinin cari hüquqi və faktiki vəziyyətinə real təsir göstərən haldır. Kollegiya bu xüsusda nəzərə alır ki, əlillik statusunun hüquqi nəticələri yalnız pensiya və ya müavinət ödənişinin mövcudluğu ilə yekunlaşmır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda nəzərdə tutulan reabilitasiya, tibbi və sosial təminat mexanizmləri baxımından həmin status şəxsin gündəlik həyatına və zəruri xidmətlərdən istifadə imkanlarına təsir göstərə bilən kompleks hüquqi vəziyyət yaradır. İş materiallarında ##.##.2016-cı il tarixli qiymətləndirmə zamanı ərizəçinin kənar şəxsin qulluğuna ehtiyacının qeyd edilməsi də onun fərdi vəziyyətinin təcililik baxımından ayrıca nəzərə alınmasını tələb edir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, əsas iddia sonradan təmin ediləcəyi halda ödənilməmiş pul məbləğlərinin geriyə hesablanması hüquqi baxımdan mümkün olsa belə, mübahisənin davam etdiyi dövrdə yaşayış, müalicə, qulluq və reabilitasiya ehtiyaclarının vaxtında qarşılanmamasından yarana biləcək bütün nəticələrin sonradan yalnız pul ödənişi ilə tam aradan qaldırılması həmişə mümkün olmaya bilər. Məhz bu hal İPM-in 43.1.1-ci maddəsində nəzərdə tutulmuş əvvəlki vəziyyətin bərpasının xeyli dərəcədə çətinləşməsi meyarı baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, əlilliyin müddətsiz müəyyən edilməsi onun qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduqda təkrar qiymətləndirilməsini özü-özlüyündə istisna etmir. Lakin konkret halda təkrar qiymətləndirməyə cəlb edilmə üçün zəruri hüquqi və faktiki əsasların mövcud olubolmaması, aparılmış inzibati icraatın yetərliliyi və ##.##.2025-ci il tarixli qərarın hüquqa uyğunluğu əsas iddia üzrə tam və hərtərəfli araşdırılmalı olan məsələlərdir. Müvəqqəti xarakterli müdafiə icraatında həmin məsələlər barəsində yekun nəticəyə gəlinməsi bu icraatın təyinatına uyğun olmazdı. Beləliklə, uzun müddət mövcud olmuş müddətsiz əlillik statusunun (on il) və ona bağlı sosial təminatın mübahisələndirilən qərarla dəyişdirilməsi, həmin qərarın nəticələrinin artıq ərizəçinin cari təminatına təsir göstərməsi və əsas mübahisənin hələ mahiyyəti üzrə həll edilməməsi birlikdə qiymətləndirildikdə, kollegiya hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri görülmədiyi halda ərizəçinin hüquqlarının sonradan qorunmasının və əvvəlki vəziyyətin bərpasının xeyli dərəcədə çətinləşməsi təhlükəsi mövcuddur. Odur ki, hazırkı iş üzrə ilkin təcili tənzimləmə zərurəti mövcuddur. Təcililik şərtinin mövcudluğu müəyyən edildikdən sonra məhkəmə kollegiyası İPMin 43.1.2-ci maddəsi baxımından ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını ilkin araşdırmanın imkan verdiyi həddə qiymətləndirir. Ali Məhkəmə Plenumunun müvəqqəti xarakterli müdafiəyə dair izahlarının mahiyyətinə görə, bu mərhələdə məhkəmə əsas iddia üzrə aparılmalı olan tam araşdırmanı əvəz etməməli, işin həmin anında mövcud olan ilkin sübutlar və hüquqi vəziyyət əsasında əsaslandırılmış proqnoz formalaşdırmalıdır. Hazırkı işdə ilkin sübutlardan görünür ki, ərizəçinin birinci dərəcəli əlilliyi ##.##.2016cı il tarixindən rəsmi tibbi-sosial ekspertiza qiymətləndirilməsi ilə müddətsiz müəyyən edilmiş və həmin hüquqi vəziyyət uzun müddət qüvvədə olmuşdur. Digər tərəfdən, ##.##.2025-ci il tarixli yeni qərar ərizəçinin əyani müayinədə iştirak etmədiyi şəraitdə mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli hesab edilən digər məlumatların qiymətləndirilməsi əsasında qəbul edilmişdir. Bu iki hüquqi vəziyyət arasındakı ziddiyyətin həlli əvvəlki və sonrakı tibbi sənədlərin, funksional vəziyyətin, tətbiq edilmiş meyarların və inzibati icraatın əsaslarının mahiyyəti üzrə araşdırılmasını tələb edir. Kollegiya həmçinin nəzərə alır ki, ##.##.2025-ci il tarixli bildiriş-məktubunda Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad edilsə də, həmin məktubun mətnində məhz ərizəçinin 2016-cı il tarixli əlillik təyinatının düzgünlüyünü şübhə altına alan konkret faktların və ya sübutların nədən ibarət olduğu ayrıca göstərilməmişdir. Bu hal mübahisələndirilən qərarın qanunsuzluğu barədə indidən yekun nəticə çıxarmağa əsas verməsə də, əsas iddianın ilkin baxışda açıq-aşkar əsassız sayılmasına da imkan vermir. İş materiallarında olan xidməti məruzədən isə görünür ki, əlillik təyinatlarının yenidən qiymətləndirilməsi prosesi risk qrupları üzrə aparılan elektron monitorinq və nəzarət tədbirləri çərçivəsində başlanmış, çoxsaylı şəxslərin nəzarət qaydasında əyani müayinəyə cəlb olunması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, belə ümumi nəzarət mexanizminin mövcudluğu özlüyündə konkret şəxsin əvvəlki əlillik təyinatının əsassız olmasını təsdiq edən fərdiləşdirilmiş tibbi nəticə kimi qəbul edilə bilməz. Bu məsələ də əsas iddia üzrə ayrıca araşdırılmalıdır. Məhz bu səbəblərə görə kollegiya hesab edir ki, hazırkı mərhələdə ərizəçinin maddi tələbinin mövcudluğu ehtimalı üçün kifayət edən ilkin əsaslar vardır. Bu nəticə əsas iddianın mütləq təmin ediləcəyi mənasına gəlmir və mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu barədə qabaqcadan hüquqi mövqe ifadə etmir. Yalnız müvəqqəti müdafiə mərhələsində iddia tələbinin perspektivinin real və araşdırılmalı olduğunu göstərir. Belə olan halda məhkəmə kollegiyası ziddiyyətli fərdi və ictimai maraqların hərtərəfli və mütənasib qiymətləndirilməsini də zəruri hesab edir. Bir tərəfdən cavabdehin əlilliyin yalnız qanunvericilikdə nəzərdə tutulmuş tibbi və hüquqi əsaslar olduqda müəyyən edilməsinə, sosial ödənişlərin və dövlət resurslarının qanuni əsaslarla istifadə edilməsinə dair ictimai marağı, digər tərəfdən isə ərizəçinin uzun müddət mövcud olmuş hüquqi statusunun, cari sosial təminatının, sağlamlıq, qulluq və reabilitasiya ilə bağlı maraqlarının əsas iddia həll edilənədək qorunması zərurəti mövcuddur. Kollegiya qeyd edir ki, mübahisələndirilən ##.##.2025-ci il tarixli qərarın icrasının müvəqqəti dayandırılması əsas iddianı qabaqcadan həll etmir, ərizəçiyə yekun olaraq əlillik hüququ vermir və cavabdehin apardığı təkrar qiymətləndirmənin mahiyyəti üzrə qanunsuz olduğunu müəyyən etmir. Bu tədbir yalnız mübahisəyə yekun hüquqi qiymət verilənədək tərəflər arasında əvvəlki faktiki və hüquqi vəziyyətin mümkün qədər qorunmasına xidmət edir. Odur ki, cavabdehin və ictimai marağın məruz qaldığı məhdudiyyət müvəqqəti və geri dönən xarakter daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müvəqqəti müdafiə tələbinin əsas iddia ilə eyni məzmunlu olması barədə yanaşmasını da əsaslı hesab etmir. Bu zaman nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edənədək nə əsas iddia üzrə, nə də müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə üzrə tələb olunan hüquqi müdafiənin mahiyyətinin dəqiqləşdirilməsi istiqamətində ərizəçiyə lazımi hüquqi yardım göstərilmişdir. Halbuki İPM-in 13-cü maddəsi məhkəmənin üzərinə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində və müvafiq hüquqi müdafiə formasının müəyyən edilməsində proses iştirakçılarına yardım etmək vəzifəsi qoyur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərardadından sonra, artıq apellyasiya baxışı zamanı göstərilmiş hüquqi yardım nəticəsində ərizəçi müvəqqəti xarakterli müdafiə barədə tələbini dəqiqləşdirərək, ##.##.2025-ci il tarixli “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərarın icrasının dayandırılmasını xahiş etmişdir. Eyni zamanda, əsas iddia üzrə də sonradan təqdim edilmiş dəqiqləşmə ərizəsi ilə ##.##.2025-ci il tarixli qərarın və onunla bağlı ##.##.2026-cı il tarixli *-**-*/*-*-***/**** nömrəli qərarın ləğvi, habelə ##.##.2016-cı ildən müəyyən edilmiş birinci dərəcəli müddətsiz əlilliyin elektron sistemdə bərpa edilməsi tələb olunmuşdur. Kollegiya hesab edir ki, bu prosessual ardıcıllıq mühüm əhəmiyyət daşıyır. Belə ki, birinci instansiya məhkəməsi tələblərin zahiri ifadə formasını əsas götürərək onların eyni məzmunlu olması nəticəsinə gəlmiş, lakin həmin nəticəyə gəlməzdən əvvəl ərizəçinin əslində hansı hüquqi müdafiəni əldə etmək istədiyini İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq aydınlaşdırmamışdır. İPM-in 52-ci maddəsinə görə isə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyildir, bununla belə iddia tələbindən kənara çıxa bilməz. Bu norma məhkəmədən tələbin yalnız sözlə ifadə edilmiş formasına deyil, onun mahiyyətinə və ərizəçinin əldə etmək istədiyi hüquqi nəticəyə qiymət verilməsini tələb edir. Sonradan verilmiş dəqiqləşmə ərizələri də göstərir ki, əsas iddia ilə müvəqqəti müdafiə tədbirinin hüquqi məqsədləri eyni deyildir. Əsas iddia ilə ərizəçi mübahisəli inzibati qərarların ləğv edilməsinə və hüquqi vəziyyətinin yekun qaydada bərpasına, müvəqqəti müdafiə vasitəsilə isə həmin mübahisə həll edilənədək ##.##.2025-ci il tarixli qərarın icrasının müvəqqəti dayandırılmasına və əvvəlki hüquqi vəziyyətin qorunmasına nail olmaq istəyir. Müvəqqəti xarakterli müdafiə icraatının məqsədinin əsas iddia üzrə yekun qəraradək şəxsin subyektiv hüquqlarının qorunması olduğu da işdə tətbiq edilən hüquqi mövqedə ayrıca təsbit edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi yardım göstərmədən və tələblərin həqiqi mahiyyətini dəqiqləşdirmədən onların eyni olması barədə gəldiyi nəticə əsaslı sayıla bilməz. Apellyasiya baxışında tələblərin dəqiqləşdirilmiş məzmunu onların bir-birini əvəz edən deyil, fərqli hüquqi nəticəyə yönələn müdafiə vasitələri olduğunu aydın şəkildə ortaya qoyur. Mübahisəli qərarın icrasının müvəqqəti dayandırılması əsas iddianın qabaqcadan təmin edilməsi deyil, əsas iddia üzrə səmərəli məhkəmə müdafiəsinin mümkünlüyünü yekun qəraradək qoruyan prosessual tədbirdir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, əsas iddia sonradan təmin ediləcəyi halda ödənilməmiş sosial ödənişlərin geriyə hesablanması mümkün olsa belə, mübahisənin davam etdiyi dövrdə maddi təminatın olmamasından, tibbi və reabilitasiya imkanlarından vaxtında istifadə edilməməsindən və bunun ərizəçinin faktiki vəziyyətinə göstərə biləcəyi təsirdən doğan bütün nəticələrin pul ödənişi ilə tam kompensasiya edilə biləcəyi əvvəlcədən qəbul oluna bilməz. Bu hal müvəqqəti müdafiənin preventiv xarakterini və təcililik şərtini daha da gücləndirir. Ziddiyyətli maraqlar müqayisə edildikdə, mübahisələndirilən qərarın icrasının müvəqqəti dayandırılması nəticəsində cavabdeh üçün yaranan vəziyyət əsas iddia üzrə yekun qərardan sonra dəyişdirilə bilən və hüquqi baxımdan geri qaytarılması mümkün olan xarakter daşıdığı halda, tədbirin tətbiq edilməməsi ərizəçi üçün yaşayış, müalicə, qulluq və sağlamlıq ehtiyaclarının vaxtında qarşılanmaması ilə bağlı daha ağır və sonradan tam bərpası çətin nəticələr yarada bilər. Buna görə məhkəmə kollegiyası hazırkı mərhələdə ərizəçinin hüquqlarının müvəqqəti qorunmasına üstünlük verilməsini mütənasib hesab edir. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ilkin təcili tənzimləmənin zəruriliyi işin konkret və fərdi halları ilə əsaslandırılmış, İPM-in 43.1.1-ci maddəsində nəzərdə tutulan təcililik meyarı və 43.1.2-ci maddə baxımından maddi tələbin mövcudluğu ehtimalı ilkin araşdırma həddində müəyyən edilmişdir. Seçilmiş müdafiə tədbiri əsas iddia üzrə yekun nəticəni qabaqcadan müəyyən etmədən ərizəçinin mövcud hüquqi vəziyyətinin qorunmasına xidmət etdiyindən mübahisənin predmetinə uyğun, zəruri və məqsədə mütənasibdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbirinin müstəqil prosessual təyinatını və hazırkı işdə təcililiyi yaradan konkret halları lazımi qaydada nəzərə almamışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər birinci instansiya məhkəməsinin ərizənin əsas iddianı qabaqcadan həll etməsi barədə qənaətini təkzib edir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, ərizəçinin Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2016-cı il tarixli İ qrup müddətsiz əlillik dərəcəsinin müəyyən edilməsinə dair qərarının icrasının təmin olunması barədə tələbi ayrıca və müstəqil hüquqi nəticənin əldə edilməsinə yönəlmiş tələb kimi deyil, ərizənin ##.##.2025-ci il tarixli “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərarın icrasının dayandırılmasına dair birinci hissəsinin hüquqi nəticəsinin ifadə forması kimi qiymətləndirilməlidir. Belə ki, ##.##.2025-ci il tarixli qərarın icrasının əsas mübahisə həll edilənədək dayandırılması həmin qərarın qəbul edilməsinədək mövcud olmuş hüquqi vəziyyətin müvəqqəti olaraq qorunmasını nəzərdə tutur. Bu səbəbdən ərizənin birinci hissəsinin təmin edilməsi, mahiyyət etibarilə, ikinci hissədə ifadə olunan nəticənin ayrıca təminat tədbiri kimi deyil, birinci tələbin icrasından doğan hüquqi nəticə kimi meydana çıxmasına səbəb olur. Əks halda, qərarın icrası dayandırılsa belə, iddiaçının əvvəlki əlillik statusu və həmin statusdan irəli gələn hüquqlardan faktiki istifadə imkanı bərpa olunmazsa, müvəqqəti müdafiə tədbiri real nəticə doğurmaz və yalnız formal xarakter daşıyardı. Beləliklə, qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40, 41, 43, 58, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən Ərizəçi barədə qəbul edilmiş ##.##.2025-ci il tarixli “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərarın icrası dayandırılsın. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 həvalə edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-8)-55/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-55/2026
11.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver