Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-56/2026 11.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçı Ərizəçi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X2, Cavabdeh Azərbaycan Respublikası cavabdeh3 nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI:
1. “Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə X5 Sistemindən çıxarış”dan görünür ki: - iddiaçı göz xəstəliyi ilə bağlı 2025-ci və 2026-cı illərdə ardıcıl tibbi şəhadətləndirmələrdən keçmişdir. ##.##.2025-ci il tarixdə yerli çağırış komissiyası iddiaçını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 34-cü maddənin “C” kateqoriyası üzrə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab etmişdir. ##.##.2025-ci il tarixdə MN HHK-nın oftalmoloq həkimi, ##.##.2025-ci il tarixdə isə MN HHK sədri də iddiaçı barədə “C” kateqoriyasını müəyyən etmişdir. Daha sonra ##.##.2025-ci il tarixdə DTSERA tərəfindən aparılmış yekun tibbi qiymətləndirmədə iddiaçı “Ç” kateqoriyası üzrə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. Bu müayinə zamanı DTSERA geri dönüş edərək iddiaçının ixtisaslaşdırılmış xəstəxanada VEP müayinəsinin aparılmasının tövsiyə edildiyini göstərmişdir. - Bundan sonra ##.##.2025-ci il tarixdə MN HHK-nın sədri tərəfindən də iddiaçı barəsində “Ç” kateqoriyası üzrə rəy verilmişdir. Yerli çağırış komissiyasının ##.##.2026-cı il tarixli yekun qərarı ilə iddiaçı “C” kateqoriyası üzrə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. - Daha sonra ##.##.2026-cı il tarixdə MN HHK-nın sədri iddiaçının həqiqi hərbi xidmətə müvəqqəti yararsız olması barədə “Ç” kateqoriyasını müəyyən etmişdir. DTSERA-nın ##.##.2026-cı il tarixli yekun qərarında “Ç” kateqoriyası təsdiqlənməmiş və “yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqlənmir” nəticəsinə gəlinmişdir. Bununla yanaşı, həmin qərarın H53 kodlu görmə pozğunluğuna dair geri dönüş qeydində iddiaçının ixtisaslaşdırılmış klinikada VEP müayinəsindən keçirilməsi üçün 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız təyin edildiyi, lakin təyin olunmuş müayinəyə SHXÇDX tərəfindən göndərilmədiyi və məhz bu səbəbdən qiymətləndirmənin aparıla bilmədiyi göstərilmişdir. - Bundan sonra iddiaçı cavabdeh cavabdeh3 ##.##.2026-cı il tarixli yekun qərarı ilə “A” kateqoriyası üzrə müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir.
2. Bu qərarla razılaşmayan iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2026-cı il tarixli qərarının qanunsuz hesab edilməsi, 3 il müddətinə dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi haqqında qərarının qəbul edilməsini xahiş etmişdir.
3. Eyni zamanda, iddiaçı məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə təqdim edərək iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək onun həqiqi hərbi xidmətə çağırılmasının cavabdeh Azərbaycan Respublikası cavabdeh3 qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat
4. Ərizə onunla əsaslandırılmışdır ki, Iddiaçı ##.##.1997-ci il təvəllüdlüdür və hazırda cavabdeh3 hərbi qeydiyyatdadır. Bildirmişdir ki, 2022-ci ildən etibarən göz xəstəliklərindən əziyyət çəkir. Belə ki, bir gözünün görmə qabiliyyəti 60 faiz, digər gözünün görmə qabiliyyəti isə 99 faiz itirilmişdir. Iddiaçının bildirdiyinə görə, 2022-ci ildə cavabdeh3 hərbi-həkim komissiyası tərəfindən keçirilmiş tibbi müayinə nəticəsində o, müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilmişdir. 2025-ci ildə keçirilmiş növbəti tibbi müayinə zamanı da mövcud xəstəliyi təsdiq edilmişdir. 2026-cı ildə keçirilmiş tibbi müayinə zamanı SHXŞDX-nin Xaçmaz rayon şöbəsi tərəfindən iddiaçı müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilsə də, yekun tibbi rəy xxxx tərəfindən verilmiş və iddiaçı hərbi xidmətə yararlı hesab edilmişdir. Bununla bağlı ##.##.2026-cı il tarixli yekun qərar qəbul edilmiş və həmin qərar “my.gov.az” elektron sistemi vasitəsilə iddiaçıya göndərilmişdir. Hesab edir ki, qəbul edilmiş qərar obyektiv və hərtərəfli tibbi araşdırmaya əsaslanmamış, onun mövcud tibbi sənədləri və əvvəlki tibbi müayinələrin nəticələri ilə ziddiyyət təşkil etmişdir. Bu səbəbdən, həmin qərarın onun hüquq və qanunla qorunan mənafelərini pozduğunu bildirmişdir. Qanunvericiliyin tələblərinə əsasən onun hüquqi vəziyyətinə təsir edən inzibati akt qəbul edildiyi halda, həmin akt “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq rəsmiləşdirilməli və ona təqdim edilməli idi. Lakin, onun bildirdiyinə görə, cavabdeh və üçüncü şəxs tərəfindən inzibati akt ona təqdim edilməmiş, bununla da həmin aktdan məhkəmə qaydasında şikayət vermək və öz hüquq və qanuni mənafelərini məhkəmədə müdafiə etmək imkanları məhdudlaşdırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim Qəşəm Məmmədli).
6. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, hal-hazırda xüsusi səlahiyyətə malik Dövlət Tibbi-Sosial Ekspertiza Reabilitasiya Agentliyininin müayinəsi nəticəsində iddiaçıda olan xəstəliklər onun hərbi xidmətə yararlı olmasına dəlalət edir. Belə olan halda, cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə hər hansı qadağanedici hərəkətlərin həvalə edilməsi yolverilməzdir. Göründüyü kimi qanunvericilik müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə o halda yol verir ki, bunun üçün kifayət qədər əsaslar olsun və ilkin təcili tənzimləmə zərurəti olsun. Məhkəmə hesab edir ki, hazırkı şərtlərdə müvəqqəti xarakterli tədbirin görülməsi üçün zərurət mövcud deyil.
7. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri
7. Iddiaçı apellyasiya şikayətini ərizə ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 34-cü maddəsinin b yarımbəndinə əsasən bir gözün görmə itiliyinin 0,09 və aşağı olması və ya korluğu olduqda, digər gözün görmə itiliyinin 0,4 və yuxarı olması; bir gözün göz alması olmadıqda, digər gözün görmə itiliyinin 0,4 və yuxarı olması; bir gözün görmə itiliyi 0,3 olduqda, digər gözün görmə itiliyinin 0,3-dən 0,1-dək olan çağırışçılar hərbi xidmətə yararsız sayılır.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
8. Hazırkı ərizəyə apellyasiya icraatı qaydasında baxılarkən Iddiaçı birinci instansiya məhkəməsində əsas tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh3 də birgə cavabdeh qismində məhkəmə icraatına cəlb edilməsi, onun hərbi xidmətə yararlı sayılması barədə cavabdehlər tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi, “C” (dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı) kateqoriyasına dair qərarın qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. cavabdeh2 publik hüquqi şəxsinin fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ## #### 2026-cı il tarixli, *** nömrəli Fərmanı əsasında yenidən təşkil edilmə (birləşmə) nəticəsində xitam verildiyindən funksiyaları yenidən təşkil olunma nəticəsində yaradılmış “xxxx” publik hüquqi şəxsinə verilmişdir. Bu səbəbdən, hazırki iş üzrə cavabdeh məhkəmə kollegiyası tərəfindən prosessual hüquqi varisi “xxxx” publik hüquqi şəxsi ilə əvəz edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh xxxxnin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, yerli çağırış komissiyası tərəfindən iddiaçı tibbi müayinədən keçirildikdən sonra onun barəsində əvvəlcə hərbi xidmətə yararsızlıqla bağlı rəylər qəbul edilmiş, sonrakı mərhələdə isə Agentliyin yekun tibbi qiymətləndirilməsi və MHHK sədrinin qərarı əsasında o, “A” kateqoriyası üzrə müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Cavabdehin nümayəndəsi hazırda ilkin təcili tənzimləmə zərurəti yaradan halın mövcud olmadığını qeyd edərək apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası cavabdeh3 nümayəndəsi iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ:
13. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2015-ci il tarixli qərarı: Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.
14. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli qərarı 1.1. Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. 1.2. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfliaraşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. 1.3. Iddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. 1.4. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir.
15. Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli Qərarı: 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədərki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. 12.6. Müvəqqəti xarakterli digər təminat tədbirini tətbiq edə bilmək üçün məhkəmə həmçinin özünün apardığı ilkin məhkəmə araşdırmasının nəticələrinə əsasən ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etməlidir. Bunun üçün isə məhkəmə inzibati aktın icrasının dayandırılması növündə tədbirin tətbiqində olduğu kimi əsas iddianın uğurluluğu məsələsinə qiymət verməlidir. Əsas iddianın uğurluluq ehtimalının yoxlanılmasına artıq qaldırılmış, yaxud qaldırılmalı olan iddianın mümkünlük şərtlərinin mövcudluğunun, eləcə də həmin an işin faktiki və hüquqi halları baxımından ilkin əsaslılığının yoxlanılması aiddir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 8.1. “Xəstəliklər cədvəli”ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İ qrafa — ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar; II qrafa — çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular; əsgərlərin, matrosların Rların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan əsgərlər, matroslar, Rlar. III qrafa — zabitlər, Rlər, Rlar və könüllü (kontrakt üzrə) hərbi xidmət keçən hərbi qulluqçular; hərbi xidmətə, hərbi toplanışa çağırılan hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlər; zabitlərin, Rlərin, Rların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan zabitlər, Rlər, Rlar. 8.3. “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A” — hərbi xidmətə yararlıdır; “B” — sıradankənar hərbi xidmətə yararlıdır; “C” — dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç” — hərbi xidmətə müvəqqəti yararsızdır; “D” — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır;
17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI
18. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
19. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
20. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək ərizə təmin edilməlidir.
21. Ilk növbədə, qeyd edilməlidir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi əsas iddia üzrə məhkəmə müdafiəsinin əvəzlənməsinə və ya əsas mübahisənin mahiyyəti üzrə həllinə xidmət etmir. Bu institutun məqsədi əsas iddia üzrə yekun məhkəmə aktı qəbul edilənədək mövcud hüquqi vəziyyətin qorunmasını və həmin aktın gələcəkdə səmərəli icrasını təmin etməkdən ibarətdir. Bu baxımdan, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi məsələsi həll edilərkən, ilk növbədə, belə tədbirlə qorunması tələb olunan hüquq və ya qanuni marağın əsas iddia çərçivəsində məhkəmə müdafiəsinə yararlı olub-olmadığı müəyyən edilməlidir.
22. Hazırkı iş üzrə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri olaraq tələbi iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək onun həqiqi hərbi xidmətə çağırılmasının cavabdeh Azərbaycan Respublikası cavabdeh3 qadağan edilməsi barədədir.
23. Birinci instansiya məhkəməsi ilkin təcili tənzimləmə zərurətinin mövcud olmadığını hesab edərək ərizəni rədd etmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi iddiaçının yararlılıq vəziyyəti müxtəlif dövlərlərdə “C”, “Ç” və “A” kateqoriyaları üzrə fərqli qiymətləndirilmiş, sonuncu dəfə iddiaçı barəsində yekun qərar cavabdeh cavabdeh3 ##.##.2026-cı il tarixli “A” kateqoriyası üzrə müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilməsi barədə olan qərardır. Iddiaçı bundan sonra ##.##.2026-cı ildə MN HHK-da yenidən müayinə edilərək barəsində “Ç” kateqoriyası üzrə həqiqi hərbi xidmətə müvəqqəti yararsızlıq rəyi verilsə də, bu rəy üzrə TSERA tərəfindən yekun rəy verilməmiş, bu baxımdan, SHXÇDX tərəfindən hərbi xidmətə yararlılığın müvafiq kateqoriyası üzrə yekun rəy verilərək inzibati icraat yekunlaşdırılmamışdır.
25. Odur ki, iddiaçı barəsində hazırda yekun qərar SHXÇDX-nin Xaçmaz rayon şöbəsinin hərbi xidmətə yararlı hesab edilməsinə dair ##.##.2026-cı il tarixli qərarı olduğundan iddiaçının əsas iddia tələbi üzrə hüquqi marağı bu qərarın ləğvi və dinc dövrdə yararsız hesab edilməsinə dair qərarın qəbuludur. Bu tələb çərçivəsində MXMT üzrə marağı da iş üzrə icraat yekunlaşanadək hərbi xidmətə aparılmasının qadağan edilməsidir.
26. Ərizənin mahiyyəti üzrə isə kollegiya qeyd edir ki, Ali Məhkəmə Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli Qərarının yuxarıda istinad olunan müddəalarının məzmunundan göründüyü kimi inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan digər müvəqqəti xarakterli təminat tədbirlərinin tətbiqi zamanı maddi tələbin mövcud olması ehtimalı müəyyən edilməli, bu ehtimal isə əsas iddianın uğurluluğuna ilkin qiymət verilməklə aydınlaşdırılmalıdır.
27. Bu qiymətləndirmə yekun məhkəmə araşdırmasını əvəz etməməklə, iş üzrə mövcud ilkin sübutların əsas iddianın irəli sürülmüş tələblər baxımından əsaslı olduğunu göstəribgöstərməməsinin müəyyən edilməsinə yönəlir.
28. Kollegiya iddianın uğurluluq ehtimalı ilə bağlı ilkin sübutlara hüquqi qiymət verərək hesab edir ki, əsas iddianın uğurluluq ehtimalı yüksəkdir.
29. Əsas iddianın uğurluluq ehtimalına münasibətdə işin hallarından müəyyən edilir ki, iddiaçıya müvafiq tibb müəssisəsi tərəfindən əsas xəstəlik olaraq XBT 10 H53 kodlu “görmə pozğunluğu” və yanaşı xəstəlik olaraq E04.2 “qeyri-toksik çox düyünnlü ur” xəstəlikləri qoyulmuşdur. Iddiaçı həmin göz xəstəlikləri ilə bağlı ixtisaslaşdırılmış tibb müəssisələrində dəfələrlə müayinələrdən keçmişdir.
30. Iş materiallarında olan Dünyagöz Azərbaycan MMC tərəfindən iddiaçı barəsində verilmiş ##.##.2026-cı il tarixli oftalmoloji müayinə sənədində sağ göz üzrə düzəldilməmiş görmə itiliyi 0,7, korreksiya ilə isə 1,0 göstərilmişdir. Sol gözdə görmə həm düzəldilməmiş, həm də korreksiya olunmuş vəziyyətdə “E.H.” – əl hərəkəti səviyyəsində qeyd edilmişdir. Eyni müayinə sənədi ilə iddiaçıya strabismus, anopsik ambliopiya və hipermetropiya diaqnozları da qoyulmuşdur.
31. Bu rəyin mühüm xüsusiyyəti ondan ibarətdir ki, sol gözün görmə funksiyasının kəskin zəifləməsi yalnız korreksiyasız vəziyyətdə deyil, optik korreksiyadan sonra da aradan qalxmır. Rəydə sol gözə münasibətdə ambliopiya diaqnozu göstərilmişdir.
32. Həmçinin, iddiaçı məhkəmə kollegiyasının sorğusu əsasında X4 adına Milli Oftalmologiya Mərkəzində də əyani müayinə edilmişdir. Müayinə nəticəsində Mərkəz tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının sağlamlıq vəziyyətinin müayinə edilməsinə dair ##.##.2026-cı il tarixli aktdan görünür ki, sağ gözün görmə itiliyi Vis OD 1,0, sol gözün görmə itiliyi Vis OS 0,02 kimi müəyyən edilmişdir. Həmin rəydə gözün ön şöbəsinin, buynuz qişanın, büllurun, şüşəvari cismin və göz dibinin əsasən normal olduğu, OD üzrə VEP-in normal, OS üzrə isə P100 latentliyinin normal, amplitudasının cüzi azalmış olduğu qeyd edilmişdir.
33. Beləliklə, iki müxtəlif ixtisaslaşdırılmış tibb müəssisəsinin müayinələri əsas məqamda eyni nəticəni göstərir: sağ gözdə görmə funksiyası yaxşı saxlanılmış, sol gözdə isə kəskin görmə zəifliyi mövcuddur. Milli Oftalmologiya Mərkəzi sol gözün görmə itiliyini rəqəmlə 0,02, Dünyagöz Azərbaycan MMC isə “əl hərəkəti” səviyyəsində ifadə etmişdir. Hər iki müayinə sol gözün görmə funksiyasının əhəmiyyətli dərəcədə azaldığını təsdiqləyir.
34. Ən əsası, göz xəstəlikləri üzrə ixtisaslaşmış tibb müəssisəsi (X4 adına Milli Oftalmologiya Mərkəzi) ##.##.2026-cı il tarixli əyani müayinə nəticəsində iddiaçının sağ gözündə görmə itiliyini Vis OD 1,0, sol gözün görmə itiliyini isə Vis OS 0,02 olaraq müəyyən etmişdir.
35. Bu tibbi göstəricilər “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” nin 34-cü maddəsinin “b” bəndi baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin normaya görə bir gözün görmə itiliyinin 0,09 və aşağı olması və ya korluğu olduqda, digər gözün görmə itiliyinin 0,4 və yuxarı olması halında İ qrafa üzrə “C” kateqoriyası nəzərdə tutulur.
36. Hazırkı halda Milli Oftalmologiya Mərkəzi tərəfindən müəyyən edilmiş OD 1,0 / OS 0,02 göstəriciləri rəqəmsal baxımdan həmin normada göstərilən meyarlara uyğun gəlir. Dünyagöz Azərbaycan MMC-nin müayinəsində də sağ gözün korreksiya ilə 1,0-a çatdığı, sol gözün görməsinin isə korreksiya ilə belə yalnız “əl hərəkəti” səviyyəsində qaldığı göstərilmişdir.
37. Iş üzrə bu tibbi məlumatlar “Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə X5 Sistemindən çıxarışdakı əvvəlki rəsmi qiymətləndirmələrlə də eyni istiqamətdədir.
38. Belə ki, X5 Sistemindən çıxarışdan göründüyü kimi iddiaçı göz xəstəliyi ilə bağlı həm ##.##.2025-ci il, həm də ##.##.2026-cı il tarixlərdə yerli çağırış komissiyası tərəfindən Xəstəliklər cədvəlinin 34-cü maddəsinin “C” kateqoriyası ilə dinc dövrdə hərbi xidmətə yararsız olaraq qiymətləndirilmişdir. Bundan əlavə, ##.##.2026-cı il tarixli “A” kateqoriyası barədə yekun qərardan sonra MN HHK-nın ##.##.2026-cı il tarixli sonrakı rəyində də iddiaçının yenidən “Ç” kateqoriyası üzrə sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir.
39. Qeyd edilən hallar əsas mübahisənin mahiyyəti üzrə yekun nəticəni qabaqcadan müəyyən etmir. Bununla belə, müvəqqəti xarakterli müdafiə mərhələsində tələb olunan ilkin qiymətləndirmə baxımından iddiaçının görmə itiliyi göstəricilərinin Əsasnamənin 34-cü maddəsinin “C” kateqoriyasına uyğunluğuna dair ciddi və konkret əsasların mövcud olduğunu göstərir.
40. Buna görə kollegiya hesab edir ki, hazırkı mərhələdə əsas iddianın uğurluluğu ehtimalı yüksək qiymətləndirilməlidir.
41. Bu nəticə iddiaçının hərbi xidmətə yararlılıq kateqoriyasının əsas iş üzrə qəti şəkildə müəyyən edilməsi anlamına gəlmir; həmin məsələ əsas iddia icraatında bütün tibbi sübutlar tam və hərtərəfli araşdırıldıqdan sonra həll edilməlidir.
42. Digər tərəfdən, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün yalnız əsas iddianın uğurluluq ehtimalının mövcudluğu kifayət etmir; həmçinin ilkin təcili tənzimləməni zəruri edən və mövcud vəziyyətin dəyişməsi nəticəsində iddiaçının hüquqlarının qorunmasının və ya sonradan bərpasının mümkün olmayacağı, yaxud xeyli dərəcədə çətinləşəcəyi hal müəyyən edilməlidir.
43. Hazırkı işdə ilkin təcili tənzimləmə ilə qorunmalı hüquqi maraq da mövcuddur. Doğrudur, MN HHK sədrinin ##.##.2026-cı il tarixli sonrakı rəyində iddiaçı “Ç” kateqoriyası üzrə müvəqqəti yararsız hesab edilmişdir. Lakin həmin qiymətləndirmə müvəqqəti xarakter daşıyır və ##.##.2026-cı il tarixli “A” kateqoriyası üzrə yekun qərarın qanuniliyi ilə bağlı əsas mübahisəni aradan qaldırmır. Əsas iş yekunlaşanadək müvəqqəti yararsızlıq müddətinin başa çatması və iddiaçının yenidən hərbi xidmətə çağırılması ehtimalı mövcuddur.
44. Iddiaçının əsas mübahisə həll edilmədən hərbi xidmətə çağırılması və xidmətə göndərilməsi baş verdiyi halda, sonradan əsas iddianın təmin edilməsi onun əvvəlki hüquqi və faktiki vəziyyətinin səmərəli şəkildə bərpasını xeyli dərəcədə çətinləşdirə bilər. Bu baxımdan, mövcud vəziyyətin əsas iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək qorunması müvəqqəti xarakterli müdafiə institutunun məqsədinə uyğundur.
45. Tərəflərin maraqları müqayisə edildikdə də müvəqqəti olaraq iddiaçının hərbi xidmətə çağırılmamasının dövlət və ictimai maraqlara vurduğu təsir, onun sağlamlıq vəziyyətinin hərbi xidmətə uyğunluğu barədə ciddi və həll edilməmiş tibbi mübahisə olduğu halda xidmətə cəlb edilməsinin doğura biləcəyi nəticələrlə müqayisədə daha məhduddur.
46. Beləliklə, məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş ilkin sübutları nəzərə alaraq, qaldırılan iddianın böyük ehtimalla uğurlu olduğunu, eyni zamanda ilkin təcili tənzimləmə zərurətinin olmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəni rədd edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Bu baxımdan, apellyasiya şikayəti təmin edilməli, məhkəmənin qərardadı ləğv edilərək, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Əsas iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Azərbaycan Respublikası cavabdeh3 ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılması və onun üzərinə mübahisə yekunlaşanadək iddiaçının hərbi xidmətə çağırılmaması vəzifəsi qoyulsun. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.