Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-58/2026 11.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, ərizəçi Ərizəçi İbrahim qızının, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehn nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Ərizəçi İbrahim qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh qarşı “qərarın icrasının dayandırılması” barədə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı Ərizəçi Ərizəçi İbrahim qızı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ##.##.2026-ci il tarixdən onun 12 b/b xora xəstəliyi, mədənin 2/3 hissəsinin Bilrot II üsulu ilə rezeksiyası, dempinq sindromu orta ağır gedişli anadangəlmə diaqnozu ilə II qrup əlil olduğu üçün aldığı 429 manat məbləğində pensiyanın bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh, eyni zamanda “diaqnoz əlillik təyin etməməsi barədə qərarın ləğv edilməsi və əlillik dərəcəsinin həmin tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Ərizəçi İbrahim qızı eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək onun cavabdehə qarşı iddia tələbinə dair işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh tərəfindən qəbul edilmiş qiymətləndirmə nəticəsində Ərizəçi İbrahim qızı barəsində qəbul edilmiş qərarın icrasının dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarın icrasının dayandırılmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Ərizə onunla əsaslandırılmışdır ki, Hacıyevə Sevinc İbrahim qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tarixli qiymətləndirmə nəticəsində Hacıyevə Sevinc İbrahim qızı barəsində qəbul edilmiş qərarın icrasının dayandırılması və Hacıyevə Sevinc İbrahim qızı ödənilməli olan aylıq müavinətin bərpa edilməsi" barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin ərizəsinə əsasən məhkəmə qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə qiymətləndirmə nəticəsində Hacıyevə Sevinc İbrahim qızı barəsində qəbul edilmiş qərarın icrasının dayandırılması” kimi dəqiqləşdirmişdir. Ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, o, dəfələrlə müayinədən keçmiş və ona müddətsiz olaraq əlillik təyin edilmişdir. Müddətsiz əlillik təyin edildiyi vaxtdan onun vəziyyətində heç bir dəyişiklik və yaxşılaşma olmamışdır. Onun əsas gəliri qismində isə məhz bu müavinət çıxış edir və ailənin dolanışığı üçün vacibdir. Hazırki iddia tələbi üzrə qərar qanuni qüvvəyə minənə kimi ərizəçinin həmin müavinətdən məhrum olması onun və ailəsinin maddi vəziyyətinin pisləşməsinə səbəb olacaqdır. Bu səbəbdən, mübahisəyə münasibətdə ilkin tənzimləmə zəruridir və yuxarıda qeyd olunan tələb barədə vəzifə cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin ərizəyə dair etirazının dəlilləri: Cavabdeh ərizəyə etirazı onunla əsaslandırmışdır ki, iddiaçı Ərizəçi İbrahim qızı FİN: ******* Dəvət tarixi: ##.##.2026 Bildirişin nömrəsi: 3-17-4/2-M4576/2026 İştirak tarixi: ##.##.2026 Əlillik səbəbi: ümumi xəstəlikMüayinə tarixi (Təyinat tarixi): ##.##.2000 Əlillik dərəcəsi (OFP faizi) və müddəti: ikinci dərəcə müddətsiz Göndərişdə qeyd edilən diaqnoz: 12 barmağ bağırsağın xora xəstəliyi. Mədənin 2/3hissəsinin Bilrot II üsulu ilə rezeksiyası. Dempinq sindromu orta ağır gedişli.Şikayətləri: ümumi halsızlıq Sənəd sayı: 30 səhifə Həkim mütəxəssisin müayinəsi: Bilrot II üsulu ilə “mədənin 2/3 hissəsinin rezeksiyası” cərrahi əməliyyatı icra olunmuşdur. Təqdim edilmiş sənədlərdə yüngül anemiya (HB=9.2 q/l) qeyd olunmuşdur. Obyektiv olaraq boy=157 sm, çəki=82 kq, BKÜ=
33. Qanın ümumi analizinə göndərildi. Rzayeva Hədiyyə DTSERA-da aparılmış laborator və instrumental müayinələrin adları (nəticələrəlavədə): qanın ümumi analizi Əlavə müayinə üçün göndəriş: Əlavə müayinə nəticələrinin təqdim edilmə tarixi: Əlavə müayinə diaqnozu: Qərarın əsaslandırılması: Anamnestik məlumatlar, təqdim olunmuş sənədlər, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən aparılmış obyektiv (BKI=33) və laborator müayinə (HB=12,4q/l) nəticəsində əlillik təyinatına əsas verə biləcək ağırlaşmalar aşkar edilməmişdir. Bu hallara əsasın iddianın uğurluluq ehtimalı da azalır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Ərizəçi İbrahim qızı barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarın icrası dayandırılsın. (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əsas iddia üzrə icraatın başa çatmaması həmin tələbin uğurluluq ehtimalını azaltmır. Digər tərəfdən, hətta iddianın uğurluluq ehtimalının qeyri-müəyyən olduğu halda belə, müvəqqəti xarakterli müdafiə tədbiri ərizəçini ilk növbədə əsas iddia üzrə məhkəmə aktının qəbul edilməsinədək gözlənilən mümkün zərərlərdən qorunmasına xidmət edir. Əmək qabiliyyətsiz olan ərizəçiyə 1996-cı ildən etibarən 20 ildir ki, ödənilən məbləğin (aylıq ödənc və müavinət şəklində) cavabdeh tərəfindən dayandırılması onun və ailə üzvlərinin sosial vəziyyətinə, həmçinin əlil şəxs kimi hüquqlarının reallaşdırılmasına mənfi təsir göstərə bilər. Cavabdeh qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əlilliyinin ləğv edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq ərizəni təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinin qərardadı ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli qərarı: 1.1. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. 1.2. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfli araşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. 1.3. İddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. 1.4. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. 2.1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (İPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (İPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-) Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-) Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, ərizəçiyə əvvəlki tibbi-sosial ekspertiza qiymətləndirilməsi nəticəsində ikinci dərəcə əlillik müddətsiz müəyyən edilmiş və həmin hüquqi vəziyyət uzun müddət davam etmişdir. Həmçinin işdə olan sənədlərdən görünür ki, ##.##.2000-ci il tarixli qiymətləndirmədə ərizəçinin ikinci dərəcə əlilliyi müddətsiz müəyyən olunmuş, ##.##.2026-cı il tarixdə isə o, təkrar əyani müayinəyə cəlb edilmiş və cavabdehin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Həmçinin iş materiallarından ərizəçiyə ödənilən 429 manat məbləğində pensiya ödənişinin 2026-cı ilin aprel ayından dayandırıldığı görünür. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi məsələsi həll edilərkən ilk növbədə təcililik şərtinə qiymət verilməlidir. İnzibati Prosessual Məcəllənin 43.1.1-ci maddəsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarının, həmin Qərara # ####### 2025-ci il tarixli ** nömrəli Qərarla edilmiş dəyişikliklər nəzərə alınmaqla, məzmununa görə təcililik abstrakt ehtimallarla deyil, məhz ərizəçinin fərdi vəziyyətinə münasibətdə hüquqi və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, yarada biləcəyi real nəticələr və həmin nəticələrin ərizəçiyə təsiri əsasında qiymətləndirilməlidir. Hazırkı işdə təcililik yalnız ərizəçinin aylıq ödənişdən məhrum olması faktı ilə məhdudlaşmır. Mübahisələndirilən qərar uzun müddət ərzində müddətsiz əlilliyi olan şəxs kimi formalaşmış hüquqi vəziyyətə birbaşa təsir edir. Bu qərarın icrasının davam etməsi əsas iddia üzrə yekun məhkəmə aktı qəbul edilənədək ərizəçinin həm cari maddi təminatının azalmasına, həm də əlillik statusu ilə bağlı hüquq və təminatlardan istifadə imkanlarının məhdudlaşmasına səbəb ola biləcək nəticələr yaradır. Buna görə də mövcud təhlükə gələcəkdə baş verməsi qeyri-müəyyən olan ehtimal deyil, artıq hüquqi və faktiki nəticələr doğurmağa başlamış vəziyyətdir. Kollegiya bu xüsusda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun tənzimləmə məqsədini də nəzərə alır. Həmin Qanunda əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi kimi müəyyən edilmiş, dövlətin əlilliyi olan şəxsin maksimum müstəqilliyə, fiziki, əqli, sosial və peşəkar qabiliyyətlərə nail olmasına və bunları qoruyub saxlamasına şərait yaratması, reabilitasiyanın X3 əsasında təmin edilməsi nəzərdə tutulmuşdur. Qanun, həmçinin əlilliyi olan şəxslər üçün sosial təminat, tibbi təminat və reabilitasiya vasitələrindən istifadə ilə bağlı ayrıca təminatlar müəyyən edir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, əlilliyin müəyyən edilməsinə dair inzibati qərarın hüquqi nəticələri yalnız pensiya və ya müavinət ödənişinin mövcudluğu ilə yekunlaşmır. Belə qərar şəxsin reabilitasiya imkanlarının qiymətləndirilməsi, X3, tibbi və sosial təminatlardan, eləcə də qanunvericilikdə əlillik statusu ilə əlaqələndirilmiş digər hüquqlardan istifadə etməsinə təsir göstərə bilən hüquqi status məsələsidir. Buna görə də statusun mübahisə davam etdiyi müddətdə dəyişdirilməsinin nəticələri yalnız sonradan pul məbləğinin geriyə ödənilməsi ilə tam aradan qaldırıla bilən nəticələr kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, əlilliyin müddətsiz müəyyən edilməsi onun qanunvericilikdə nəzərdə tutulan hallarda təkrar qiymətləndirilməsini özüözlüyündə istisna etmir. İş materiallarından da cavabdehin təkrar qiymətləndirməni “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın müvafiq müddəalarına istinadla apardığı görünür. Lakin təkrar qiymətləndirməyə cəlb edilmə üçün qanuni əsasların mövcud olubolmaması, aparılmış tibbi qiymətləndirmənin yetərliliyi və ##.##.2026-cı il tarixli qərarın hüquqa uyğunluğu əsas iddia üzrə tam araşdırılmalı olan məsələlərdir və müvəqqəti xarakterli müdafiə icraatında həmin məsələlər barəsində yekun nəticəyə gəlinməsi yolverilməzdir. Lakin, bununla belə ididiaçının əliliyinin 25 il sonra dayandırılması işin mübahisəsiz halidir. Beləliklə, uzun müddət mövcud olmuş müddətsiz əlillik statusunun və ona bağlı sosial təminatın mübahisələndirilən qərarla dərhal dəyişdirilməsi, bunun nəticələrinin ərizəçinin gündəlik yaşayış təminatına və statusla bağlı digər hüquqlarına hazırda təsir göstərməsi nəzərə alındıqda, kollegiya hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri görülmədiyi halda əvvəlki vəziyyətin bərpasının xeyli dərəcədə çətinləşməsi təhlükəsi mövcuddur. Odur ki, hazırkı iş üzrə ilkin təcili tənzimləmə zərurəti mövcuddur. Təcililik şərtinin mövcudluğu müəyyən edildikdən sonra məhkəmə kollegiyası iddianın böyük ehtimalla uğurlu olub-olmamasını ilkin araşdırmanın imkan verdiyi həddə qiymətləndirir. Ali Məhkəmə Plenumunun izahlarına görə, bu mərhələdə məhkəmə əsas iddia üzrə aparılmalı olan tam və hərtərəfli araşdırmanı əvəz etməməli, işin həmin anında mövcud olan ilkin sübutlar və hüquqi vəziyyət əsasında əsaslandırılmış proqnoz formalaşdırmalıdır. Mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğuna verilən qiymət də yalnız “ilk baxışda” qiymətləndirmə xarakteri daşıyır. Hazırkı iş üzrə ilkin sübutlardan bir tərəfdən ərizəçiyə əvvəlki qiymətləndirmə ilə ikinci dərəcə əlilliyin müddətsiz müəyyən edildiyi, onun mədəsinin 2/3 hissəsinin Bilrot II üsulu ilə rezeksiyası və dempinq sindromu ilə bağlı uzunmüddətli tibbi tarixçəsinin olduğu, digər tərəfdən isə ##.##.2026-cı il tarixli əyani müayinə zamanı cavabdehin obyektiv və laborator göstəricilərə əsaslanaraq əlillik təyinatına əsas verən ağırlaşmaların aşkar edilmədiyi qənaətinə gəldiyi görünür. Bu məlumatların qarşılıqlı qiymətləndirilməsi tibbi sənədlərin, əvvəlki və hazırkı funksional vəziyyətin, tətbiq edilən meyarların və inzibati icraatın əsaslarının mahiyyəti üzrə araşdırılmasını tələb edir. Məhz buna görə kollegiya hesab edir ki, müvəqqəti xarakterli müdafiə icraatının məhdud araşdırma çərçivəsində əsas iddianın böyük ehtimalla uğurlu və ya uğursuz olmasını qəti şəkildə müəyyən etmək mümkün deyildir. Bu qənaət əsas iddianın perspektivi barədə əvvəlcədən mövqe ifadə etmir, yalnız hazırkı mərhələdə mövcud sübutların yekun hüquqi nəticə üçün yetərli olmamasını göstərir. Belə olan halda, Ali Məhkəmə Plenumunun 4.1-1-ci bəndində nəzərdə tutulan yanaşmaya uyğun olaraq, məhkəmə kollegiyası ziddiyyətli maraqların hərtərəfli və mütənasib qiymətləndirilməsini zəruri hesab edir. Burada bir tərəfdən cavabdehin əlilliyin yalnız qanunvericilikdə nəzərdə tutulmuş tibbi və hüquqi əsaslar olduqda müəyyən edilməsinə, sosial ödənişlərin və dövlət resurslarının qanuni əsaslarla istifadə edilməsinə dair ictimai marağı, digər tərəfdən isə ərizəçinin uzun müddət mövcud olmuş hüquqi statusunun, cari sosial təminatının, sağlamlıq və reabilitasiya ilə bağlı hüquqlarının əsas iddia həll edilənədək qorunması marağı mövcuddur. Kollegiya qeyd edir ki, mübahisələndirilən qərarın icrasının müvəqqəti dayandırılması əsas iddianı qabaqcadan həll etmir, ərizəçiyə yekun olaraq əlillik hüququ vermir və cavabdehin təkrar qiymətləndirməsinin mahiyyəti üzrə qanunsuz olduğunu müəyyən etmir. Bu tədbir yalnız mübahisəyə yekun hüquqi qiymət verilənədək tərəflər arasında əvvəlki faktiki və hüquqi vəziyyətin mümkün qədər qorunmasına xidmət edir. Odur ki, müvəqqəti müdafiə tədbirinin cavabdeh və ictimai maraq baxımından doğurduğu nəticələr yekun məhkəmə aktından asılı olaraq sonradan aradan qaldırıla bilən xarakter daşıyır. Əksinə, müvəqqəti müdafiə tədbiri görülmədiyi halda ərizəçi əsas iddia üzrə məhkəmə müdafiəsinin nəticəsini gözlədiyi bütün müddət ərzində sosial ödənişdən məhrum qalmaqla yanaşı, əlillik statusu ilə əlaqəli tibbi, sosial və reabilitasiya təminatlarından istifadə imkanlarının da məhdudlaşması riski ilə üzləşir. Şəxsin gündəlik yaşayış, müalicə və sağlamlıqla bağlı ehtiyacları isə təbiətinə görə təxirə salına bilən ehtiyaclar deyildir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, əsas iddia sonradan təmin ediləcəyi halda ödənilməmiş pensiya məbləğinin geriyə hesablanması mümkün olsa belə, mübahisənin davam etdiyi dövrdə maddi təminatın olmamasından, tibbi və reabilitasiya imkanlarının vaxtında istifadə edilməməsindən və bunun şəxsin faktiki vəziyyətinə göstərə biləcəyi təsirdən doğan nəticələrin hamısını pul ödənişi ilə tam kompensasiya etmək mümkün olmaya bilər. Məhz bu hal Ali Məhkəmə Plenumunun əvvəlki vəziyyətin bərpasının mümkün olmaması və ya əhəmiyyətli dərəcədə çətinləşməsi meyarı baxımından xüsusi əhəmiyyət daşıyır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 10 və 11-ci maddələrində reabilitasiyanın şəxsin müstəqilliyinin və funksional qabiliyyətlərinin qorunmasına yönəlməsi, X3 tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiya və sosial bacarıqların inkişafı məqsədi daşıması təsbit edilmişdir. Həmin Qanunun sosial və tibbi təminata dair müddəaları ilə birlikdə bu normalar göstərir ki, əlillik statusuna müdaxilənin nəticələri şəxs üçün kompleks xarakter daşıyır. Bu isə təcililiyin və ziddiyyətli maraqların qiymətləndirilməsində yalnız maliyyə nəticələrinin deyil, şəxsin sağlamlıq və sosial inteqrasiya ilə bağlı maraqlarının da nəzərə alınmasını tələb edir. Hazırkı işdə ərizəçinin uzun müddət ikinci dərəcə müddətsiz əlillik statusunda olması, mübahisələndirilən qərarın həmin statusu dəyişdirən hüquqi nəticələr yaratması, ödənişin artıq dayandırılması və əsas mübahisənin hələ mahiyyəti üzrə həll edilməməsi birlikdə qiymətləndirildikdə, ərizəçinin qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsi kifayət qədər konkret və realdır. Bu təhlükənin mövcudluğu yalnız ərizəçinin subyektiv narahatlığına deyil, iş materialları ilə təsdiq olunan faktiki vəziyyətə əsaslanır. Məhkəmə kollegiyası bu baxımdan birinci instansiya məhkəməsinin ərizəçinin sosial vəziyyətini nəzərə almasını əsaslı hesab edir. Bununla belə, təcililiyin mövcudluğu təkcə ərizəçinin gəlirinin azalması ilə deyil, onun uzunmüddətli əlillik statusuna və həmin statusla bağlı hüquqlar kompleksinə müdaxilənin ağırlığı, bu müdaxilənin artıq icra olunmağa başlaması və əsas iddia üzrə yekun qəraradək davam edəcəyi halda yarana biləcək nəticələrin sonradan tam aradan qaldırılmasının çətinliyi ilə əsaslandırılır. Ziddiyyətli maraqlar müqayisə edildikdə, qərarın icrasının müvəqqəti dayandırılması nəticəsində cavabdeh üçün yaranan vəziyyət əsas iddia üzrə yekun qərardan sonra dəyişdirilə bilən və hüquqi baxımdan bərpa olunan xarakter daşıdığı halda, tədbirin tətbiq edilməməsi ərizəçi üçün yaşayış və sağlamlıq ehtiyaclarının vaxtında qarşılanmaması ilə bağlı daha ağır və tam bərpa olunması çətin nəticələr yarada bilər. Buna görə məhkəmə kollegiyası hazırkı mərhələdə ərizəçinin hüquqlarının müvəqqəti qorunmasına üstünlük verilməsini mütənasib hesab edir. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ilkin təcili tənzimləmənin zəruriliyi işin konkret və fərdi halları ilə əsaslandırılmışdır. İddianın böyük ehtimalla uğurlu olub-olmaması ilkin araşdırma mərhələsində qəti müəyyən edilməsə də, ziddiyyətli fərdi və ictimai maraqların müqayisəsi mübahisələndirilən ##.##.2026-cı il tarixli qərarın icrasının əsas iddia üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmasını tələb edir. Seçilmiş müdafiə tədbiri mübahisənin predmetinə uyğun, müvəqqəti, zəruri və məqsədə mütənasibdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbirinin mahiyyətini və təyinatını düzgün nəzərə almış, ərizəçinin hüquqlarının əsas iddia həll edilənədək qorunması məqsədilə mübahisələndirilən qərarın icrasının dayandırılması barədə əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə bu mərhələdə təcililik şərtinin və maraqlar balansının ərizəçinin xeyrinə formalaşdığı barədə nəticəni təkzib etmir. Beləliklə, qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas mövcud olmamışdır. İşin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 40, 41, 58, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.