Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-61/2026 21.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Zaur Ikram oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Əsədli Ilahə Yusif qızının katibliyi, ərizəçi Ərizəçi, vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı “## ###### 2018-ci il tarixdən təyin edilmiş müddətsiz birinci dərəcəli gözdən əlilliyin ləğvi haqqında qərarın icrasının dayandırılması, əlilliyin ləğv edildiyi tarixdən müddətsiz ikinci dərəcəli əlilliyin bərpasına dair” müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)- ***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “## ###### 2018-ci il tarixdən təyin edilmiş müddətsiz birinci dərəcəli gözdən əlilliyin ləğvi barədə qərarın ləğv edilməsi, təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin bərpası haqqında öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı müvəqqəti xarakterli müdafiə haqqında ərizə ilə məhkəməyə müraciət edərək “## ###### 2018-ci il tarixdən təyin edilmiş müddətsiz birinci dərəcəli gözdən əlilliyin ləğvi haqqında qərarın icrasının dayandırılması, əlilliyin ləğv edildiyi tarixdən müddətsiz ikinci dərəcəli əlilliyin bərpası” barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra ərizəçinin vəkili və nümayəndəsi apellyasiya baxışında müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə dəqiqləşmə təqdim edərək cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarın icrasının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi ona münasibətdə ## ###### 2018-ci il tarixdən təyin edilmiş müddətsiz ümumi əsaslarla birinci dərəcəli gözdən əlilliyinin ləğvi barədə qərar qəbul etmişdir. Lakin həmin qərar indiyə kimi ərizəçiyə təqdim edilməmiş, hüquqları izah edilməmişdir. Ərizəçi bu məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Sumqayıt Filialından öyrənmişdir. Belə ki, o, 1350 manat pensiya alırdı. Həmin pensiya məbləğindən məhrum olmuşdur. Iddiaçı uzun müddət ərzində həmin pensiya ödənişini legitim gözlənti əsasında almış, onun sosial və maddi vəziyyəti məhz həmin ödəniş nəzərə alınmaqla formalaşmışdır. Iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçının himayəsində ailəsi var, arvadı işləmir, ailənin kredit öhdəliyi mövcuddur, iddiaçının isə aşağı məbləğdə cəmi 869 manat əliliyə görə pensiya alması təsdiq edilir. Bu şəraitdə pensiya ödənişinin tam dayandırılması iddiaçının və ailə üzvlərinin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə, gələcəkdə hüquqlarının bərpasını çətinləşdirə biləcək nəticələrin yaranmasına səbəb ola bilər. Eyni zamanda, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi mübahisənin mahiyyəti üzrə həlli demək deyildir. Cavabdeh inzibati orqan ərizəyə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 5 (beş) nəfərin ünvanına ##.##.2026-cı il tarixində və 15 (on beş) nəfərin ünvanına isə ##.##.2026-cı il tarixində əyani müayinəyə çağırılmaları haqqında sifarişli-xəbərnaməli məktublar göndərilmişdir. Agentliyin Tibbi Sosial Ekspert Komissiyası həmin vətəndaşların 20 (iyirmi) nəfəri əyani müayinəyə gəlmədiyindən tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış, ümumilikdə 20 (iyirmi) nəfər barəsində aşağıdakıları müəyyən etmişdir: 1. Ad, Soyad, Ata adı: Ərizəçi, FIN: *******, Dəvət tarixi: ##.##.2026, Bildirişin nömrəsi: 3-17-4/2-H-8116/2026, Iştirak tarixi: iştirak etməyib, Əlillik səbəbi: Ümumi xəstəlik (gözdən əlilliyi olan şəxs), Müayinə tarixi (təyinat tarixi): ##.##.2018, Əlillik dərəcəsi (OFP faizi) və müddəti: Birinci dərəcə müddətsiz əlillik Göndərişdə qeyd edilən diaqnoz: H35.3 Arxa qütbün və ləkənin degenerasiyası, OU-tor gişanın mərkəzi distrofiyası.Mürəkkəb hipermetropik astiqmatizm H3.0D və H1.0D. VISOD=0.02 k/etmir(yüzdə iki),VISOS=0.03 k/etmir(yüzdə üç). - Şikayətləri: - - Sənəd sayı: - - Həkim mütəxəssisin müayinəsi: - - DTSERA-da aparılmış laborator və Instrumental müayinələrin adları (nəticələr əlavədə). - - Əlavə müayinə üçün göndəriş:- - Əlavə müayinə nəticələrinin təqdim edilmə tarixi:- - Əlavə müayinə diaqnozu:- - Qərarın əsaslandırılması: Mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmə nəticəsində xəstəlik əlilliyin təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Qərar: ##.##.2018-cı il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilsin. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim Rahim Həsənov) Qərardaddan narazı qalan ərizəçi ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətini ərizə ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, o 1350 manat pensiya alırdı. Həmin pensiya məbləğindən məhrum olmuşdur. Iddiaçı uzun müddət ərzində həmin pensiya ödənişini legitim gözlənti əsasında almış, onun sosial və maddi vəziyyəti məhz həmin ödəniş nəzərə alınmaqla formalaşmışdır. Iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçının himayəsində ailəsi var, arvadı işləmir, ailənin kredit öhdəliyi mövcuddur, iddiaçının isə aşağı məbləğdə cəmi 869 manat əliliyə görə pensiya alması təsdiq edilir. Bu şəraitdə pensiya ödənişinin tam dayandırılması iddiaçının və ailə üzvlərinin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə, gələcəkdə hüquqlarının bərpasını çətinləşdirə biləcək nəticələrin yaranmasına səbəb ola bilər. b) Cavabdeh inzibati orqan apellyasiya şikayətinə etiraz ünvanlayaraq onu ərizəyə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi, onun vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli qərarı: 1.1. Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. 1.2. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfli araşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. 1.3. Iddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. 1.4. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 7 ” oktyabr 2025-ci il tarixli,** №li qərarında aşağıdakılar qeyd edilmişdir.
1. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. aşağıdakı məzmunda 4.1-1–4.1-4-cü bəndlər əlavə edilsin: “4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara 2 əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir.”; 1.2. 4.2-ci bəndə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin: “Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir.”; (-).
2. Hüquqi müəyyənliyi və məhkəmə aktlarının sabitliyini təmin etmək üçün qanunvericiliyin tətbiqinə dair verilmiş yeni izahlar bu Qərarın qəbul edildiyi tarixdən sonra məhkəmələrə verilən yeni ərizələrə, habelə bu Qərarın qəbul edildiyi tarixədək verilmiş, lakin icraatı yekunlaşdırılmamış ərizələrə münasibətdə tətbiq edilməlidir. Icraatda olan apellyasiya və kassasiya şikayətlərinə münasibətdə isə yalnız yeni izahlara istinadla məhkəmə aktları ləğv olunmamalı, yaxud dəyişdirilməməlidir. Yeni izahlara istinadla məhkəmə aktının qanuniliyinə qiymət verilməsi bu Qərarın qəbul edildiyi tarixdən sonra verilmiş apellyasiya və kassasiya şikayətlərinə münasibətdə tətbiq edilməlidir.
Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-) Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-) Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, ərizəçinin əlillik vəziyyəti ilk dəfə ##.##.2014-cü il tarixli tibbi-sosial ekspertiza qiymətləndirilməsi ilə müəyyən edilmiş, ona bir il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur. Daha sonra ##.##.2015-ci il tarixdə “xroniki hepotoxolistit tez-tez kəskinləşmə ağrı ilə” diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra isə ərizəçiyə ##.##.2018-ci il tarixdə “H35.3 Arxa qütbün və ləkənin degenerasiyası, OU-tor gişanın mərkəzi distrofiyası. Mürəkkəb hipermetropik astiqmatizm H3.0D və H1.0D. VISOD=0.02 K/etmir(yüzdə iki), VISOS=0.03 k/etmir(yüzdə üç) diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Sonradan cavabdehin ##.##.2026-cı il tarixli bildirişi ilə ərizəçi əyani müayinəyə dəvət edilmiş, onun müayinədə iştirak etməməsindən sonra mövcud sənədlər və digər məlumatlar əsasında “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilmiş, ##.##.2026-cı il tarixli *-**-*/*-*- ****/**** nömrəli qərarda da həmin nəticə rəsmiləşdirilmişdir. Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “## ###### 2018-ci il tarixdən təyin edilmiş müddətsiz birinci dərəcəli gözdən əlilliyin ləğvi barədə qərarın ləğv edilməsi, təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin bərpası haqqında öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı müvəqqəti xarakterli müdafiə haqqında ərizə ilə məhkəməyə müraciət edərək “## ###### 2018-ci il tarixdən təyin edilmiş müddətsiz birinci dərəcəli gözdən əlilliyin ləğvi haqqında qərarın icrasının dayandırılması, əlilliyin ləğv edildiyi tarixdən müddətsiz ikinci dərəcəli əlilliyin bərpası” barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyasında icraat zamanı məhkəmə kollegiyası tərəfindən IPM-nin 13-cü maddəsinin tələbi nəzərə alınmaqla ərizəçiyə hüquqi yardım edilmiş, bundan sonra ərizəçinin vəkili və nümayəndəsi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə dəqiqləşmə təqdim edərək cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarın icrasının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi məsələsi həll edilərkən ilk növbədə təcililik şərtinə qiymət verilməlidir. Inzibati Prosessual Məcəllənin 43.1.1-ci maddəsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarında verilmiş izahların məzmununa görə, təcililik abstrakt ehtimallarla deyil, məhz ərizəçinin fərdi vəziyyətinə münasibətdə hüquqi və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, yarada biləcəyi real nəticələr və həmin nəticələrin sonradan aradan qaldırılmasının mümkünlüyü nəzərə alınmaqla qiymətləndirilməlidir. Hazırkı işdə təcililik yalnız ərizəçinin aylıq sosial ödənişdən məhrum olması faktı ilə məhdudlaşmır. Mübahisələndirilən qərar 2018-ci ildən etibarən müddətsiz müəyyən edilmiş birinci dərəcəli əlillik statusuna və həmin statusla bağlı formalaşmış hüquqi vəziyyətə birbaşa təsir göstərmişdir. Üstəlik, həmin qərarın nəticələri artıq icra olunmağa başlamış, ərizəçinin sosial ödənişi dayandırılmışdır. Buna görə də mövcud təhlükə gələcəkdə baş verməsi qeyri-müəyyən olan ehtimal deyil, ərizəçinin cari hüquqi və faktiki vəziyyətinə real təsir göstərən haldır. Kollegiya bu xüsusda nəzərə alır ki, əlillik statusunun hüquqi nəticələri yalnız pensiya və ya müavinət ödənişinin mövcudluğu ilə yekunlaşmır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda nəzərdə tutulan reabilitasiya, tibbi və sosial təminat mexanizmləri baxımından həmin status şəxsin gündəlik həyatına və zəruri xidmətlərdən istifadə imkanlarına təsir göstərə bilən kompleks hüquqi vəziyyət yaradır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, əsas iddia sonradan təmin ediləcəyi halda ödənilməmiş pul məbləğlərinin geriyə hesablanması hüquqi baxımdan mümkün olsa belə, mübahisənin davam etdiyi dövrdə yaşayış, müalicə, qulluq və reabilitasiya ehtiyaclarının vaxtında qarşılanmamasından yarana biləcək bütün nəticələrin sonradan yalnız pul ödənişi ilə tam aradan qaldırılması həmişə mümkün olmaya bilər. Məhz bu hal IPM-in 43.1.1-ci maddəsində nəzərdə tutulmuş əvvəlki vəziyyətin bərpasının xeyli dərəcədə çətinləşməsi meyarı baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, əlilliyin müddətsiz müəyyən edilməsi onun qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduqda təkrar qiymətləndirilməsini özü-özlüyündə istisna etmir. Lakin konkret halda təkrar qiymətləndirməyə cəlb edilmə üçün zəruri hüquqi və faktiki əsasların mövcud olubolmaması, aparılmış inzibati icraatın yetərliliyi və ##.##.2026-cı il tarixli qərarın hüquqa uyğunluğu əsas iddia üzrə tam və hərtərəfli araşdırılmalı olan məsələlərdir. Müvəqqəti xarakterli müdafiə icraatında həmin məsələlər barəsində yekun nəticəyə gəlinməsi bu icraatın təyinatına uyğun olmazdı. Beləliklə, uzun müddət mövcud olmuş müddətsiz əlillik statusunun və ona bağlı sosial təminatın mübahisələndirilən qərarla dəyişdirilməsi, həmin qərarın nəticələrinin artıq ərizəçinin cari təminatına təsir göstərməsi və əsas mübahisənin hələ mahiyyəti üzrə həll edilməməsi birlikdə qiymətləndirildikdə, kollegiya hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri görülmədiyi halda ərizəçinin hüquqlarının sonradan qorunmasının və əvvəlki vəziyyətin bərpasının xeyli dərəcədə çətinləşməsi təhlükəsi mövcuddur. Odur ki, hazırkı iş üzrə ilkin təcili tənzimləmə zərurəti mövcuddur. Təcililik şərtinin mövcudluğu müəyyən edildikdən sonra məhkəmə kollegiyası IPMin 43.1.2-ci maddəsi baxımından ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını ilkin araşdırmanın imkan verdiyi həddə qiymətləndirir. Ali Məhkəmə Plenumunun müvəqqəti xarakterli müdafiəyə dair izahlarının mahiyyətinə görə, bu mərhələdə məhkəmə əsas iddia üzrə aparılmalı olan tam araşdırmanı əvəz etməməli, işin həmin anında mövcud olan ilkin sübutlar və hüquqi vəziyyət əsasında əsaslandırılmış proqnoz formalaşdırmalıdır. Hazırkı işdə ilkin sübutlardan görünür ki, ərizəçinin birinci dərəcəli əlilliyi ##.##.2018-ci il tarixindən rəsmi tibbi-sosial ekspertiza qiymətləndirilməsi ilə müddətsiz müəyyən edilmiş və həmin hüquqi vəziyyət uzun müddət qüvvədə olmuşdur. Digər tərəfdən, ##.##.2026-cı il tarixli yeni qərar ərizəçinin əyani müayinədə iştirak etmədiyi şəraitdə mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli hesab edilən digər məlumatların qiymətləndirilməsi əsasında qəbul edilmişdir. Bu iki hüquqi vəziyyət arasındakı ziddiyyətin həlli əvvəlki və sonrakı tibbi sənədlərin, funksional vəziyyətin, tətbiq edilmiş meyarların və inzibati icraatın əsaslarının mahiyyəti üzrə araşdırılmasını tələb edir. Kollegiya həmçinin nəzərə alır ki, mübahisələndirilən qərarda Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad edilsə də, həmin qərarın mətnində məhz ərizəçinin 2018-ci il tarixli əlillik təyinatının düzgünlüyünü şübhə altına alan konkret faktların və ya sübutların nədən ibarət olduğu ayrıca göstərilməmişdir. Bu hal mübahisələndirilən qərarın qanunsuzluğu barədə indidən yekun nəticə çıxarmağa əsas verməsə də, əsas iddianın ilkin baxışda açıq-aşkar əsassız sayılmasına da imkan vermir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə yazılı məruzə təqdim edilmiş və mübahisələndirilən qərarın qəbul edilməsinə əsas qismində ərizəçinin aktiv sürücülük vəsiqəsinin mövcudluğu irəli sürülmüşdür. Sözügedən yazılı məruzədən isə görünür ki, risk qrupuna aid edilən əlilliyi olan şəxslərin (gözdən əlillik səbəbi üzrə) məlumatlarının Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEIS) “Təhlil” altsistemi üzərindən və sorğular əsasında əldə edilmiş məlumatlar ilə üzləşdirmə aparılaraq elektron monitorinq həyata keçirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, belə ümumi nəzarət mexanizminin mövcudluğu özlüyündə konkret şəxsin əvvəlki əlillik təyinatının əsassız olmasını təsdiq edən fərdiləşdirilmiş tibbi nəticə kimi qəbul edilə bilməz. Bu məsələ də əsas iddia üzrə ayrıca araşdırılmalıdır. Məhz bu səbəblərə görə kollegiya hesab edir ki, hazırkı mərhələdə ərizəçinin maddi tələbinin mövcudluğu ehtimalı üçün kifayət edən ilkin əsaslar vardır. Bu nəticə əsas iddianın mütləq təmin ediləcəyi mənasına gəlmir və mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu barədə qabaqcadan hüquqi mövqe ifadə etmir. Yalnız müvəqqəti müdafiə mərhələsində iddia tələbinin perspektivinin real və araşdırılmalı olduğunu göstərir. Belə olan halda məhkəmə kollegiyası ziddiyyətli fərdi və ictimai maraqların hərtərəfli və mütənasib qiymətləndirilməsini də zəruri hesab edir. Bir tərəfdən cavabdehin əlilliyin yalnız qanunvericilikdə nəzərdə tutulmuş tibbi və hüquqi əsaslar olduqda müəyyən edilməsinə, sosial ödənişlərin və dövlət resurslarının qanuni əsaslarla istifadə edilməsinə dair ictimai marağı, digər tərəfdən isə ərizəçinin uzun müddət mövcud olmuş hüquqi statusunun, cari sosial təminatının, sağlamlıq, qulluq və reabilitasiya ilə bağlı maraqlarının əsas iddia həll edilənədək qorunması zərurəti mövcuddur. Kollegiya qeyd edir ki, mübahisələndirilən ##.##.2026-cı il tarixli qərarın icrasının müvəqqəti dayandırılması əsas iddianı qabaqcadan həll etmir, ərizəçiyə yekun olaraq əlillik hüququ vermir və cavabdehin apardığı təkrar qiymətləndirmənin mahiyyəti üzrə qanunsuz olduğunu müəyyən etmir. Bu tədbir yalnız mübahisəyə yekun hüquqi qiymət verilənədək tərəflər arasında əvvəlki faktiki və hüquqi vəziyyətin mümkün qədər qorunmasına xidmət edir. Odur ki, cavabdehin və ictimai marağın məruz qaldığı məhdudiyyət müvəqqəti və geri dönən xarakter daşıyır. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, əsas iddia sonradan təmin ediləcəyi halda ödənilməmiş sosial ödənişlərin geriyə hesablanması mümkün olsa belə, mübahisənin davam etdiyi dövrdə maddi təminatın olmamasından, tibbi və reabilitasiya imkanlarından vaxtında istifadə edilməməsindən və bunun ərizəçinin faktiki vəziyyətinə göstərə biləcəyi təsirdən doğan bütün nəticələrin pul ödənişi ilə tam kompensasiya edilə biləcəyi əvvəlcədən qəbul oluna bilməz. Bu hal müvəqqəti müdafiənin preventiv xarakterini və təcililik şərtini daha da gücləndirir. Ziddiyyətli maraqlar müqayisə edildikdə, mübahisələndirilən qərarın icrasının müvəqqəti dayandırılması nəticəsində cavabdeh üçün yaranan vəziyyət əsas iddia üzrə yekun qərardan sonra dəyişdirilə bilən və hüquqi baxımdan geri qaytarılması mümkün olan xarakter daşıdığı halda, tədbirin tətbiq edilməməsi ərizəçi üçün yaşayış, müalicə, qulluq və sağlamlıq ehtiyaclarının vaxtında qarşılanmaması ilə bağlı daha ağır və sonradan tam bərpası çətin nəticələr yarada bilər. Buna görə məhkəmə kollegiyası hazırkı mərhələdə ərizəçinin hüquqlarının müvəqqəti qorunmasına üstünlük verilməsini mütənasib hesab edir. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ilkin təcili tənzimləmənin zəruriliyi işin konkret və fərdi halları ilə əsaslandırılmış, IPM-in 43.1.1-ci maddəsində nəzərdə tutulan təcililik meyarı və 43.1.2-ci maddə baxımından maddi tələbin mövcudluğu ehtimalı ilkin araşdırma həddində müəyyən edilmişdir. Seçilmiş müdafiə tədbiri əsas iddia üzrə yekun nəticəni qabaqcadan müəyyən etmədən ərizəçinin mövcud hüquqi vəziyyətinin qorunmasına xidmət etdiyindən mübahisənin predmetinə uyğun, zəruri və məqsədə mütənasibdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbirinin müstəqil prosessual təyinatını və hazırkı işdə təcililiyi yaradan konkret halları lazımi qaydada nəzərə almamışdır. Kollegiya əlavə olaraq qeyd edir ki, oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərarında da öz əksini tapmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisələndirilən qərar hazırki iş üzrə ərizəçi də daxil olmaqla 20 nəfər barəsində qəbul edilmişdir. Buna görə də qərarın icrası ərizəçiyə aid olan hissədə dayandırılmalıdır. Beləliklə, qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin * saylı Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, *- **-*/*-*-****/**** nömrəli qərarın icrası Ərizəçi aid hissədə dayandırılsın. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh1 həvalə edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.