Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-62/2026 24.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Ərizəçinin nümayəndəsi (oğlu) X1 iştirakı ilə, Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “çıxarış və plan-ölçü sənədinin ləğvi” tələbinə dair iş üzrə ərizəçi Ərizəçi tərəfindən verilmiş “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizə ilə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 (Nazlı) Muqbil qızının və onun ailə üzvlərinin adına verilmiş ##.##.2026-cı il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışın, plan və ölçü sənədinin Quba rayon Notariat Kontorunda ##.##.2006-cı il tarixdə bağlanmış 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ona satılmış, Quba rayonu Vladimirovka kəndində yerləşən 0,90 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 (Nazlı) Muqbil qızı və onun ailə üzvlərinin adına verilmiş ##.##.2026-cı il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,90 ha torpaq sahəsinin üzərinə həbs qoyulması və həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli * nömrəli qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 və digər ailə üzvlərinə “Torpağa mülkiyyət hüququna dair” JN-226 kod; ******** saylı Dövlət Aktına əsasən Quba rayonu, Vladimirovka kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,60 ha torpaq sahəsi verilmişdir. Ərizəçi ilə mülkiyyətçilər arasında Quba rayon dövlət notariat kontorunda ##.##.2006-cı il tarixli 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanaraq torpaq sahəsinin 0,90 ha hissəsi ona satılmışdır. Torpaq sahəsini satın aldığı gündən bu günə kimi onun faktiki olaraq sahibliyində və istifadəsindədir, həmin torpaq sahəsində bağ sahəsi salmışdır. Ərizəçi satın aldığı torpaq sahəsinə çıxarış almaq üçün sənədlərini cavabdeh orqana təqdim etmiş, lakin sonuncu tərəfindən imtina məktubu ilə cavab verilmiş, Quba rayon dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2006-cı il tarixli 4- Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə olunmuş 0,90 ha torpaq sahəsinə dövlət reyestrindən satıcı tərəfin adına çıxarış verildiyi əsas gətirilərək, ona çıxarış verilməsindən imtina edilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, ərizəçi ilə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi olduğu halda, ona satılmış torpaq sahəsinə satıcı inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 və ailə üzvlərinin adına ##.##.2026-cı il tarixli, ********** qeydiyyat, ************ reyestr nömrəli çıxarış verilmişdir. Daha sonra ərizəçi yenidən cavabdehə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 və onun ailə üzvlərinin adına verilmiş ##.##.2026-cı il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış və plan-ölçü sənədinin Quba rayon dövlət notariat kontorunda bağlanmış ##.##.2006-cı il tarixli, 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ona satılmış Quba rayonu Vladimirovka kəndində yerləşən 0,90 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsini xahiş etmişdir. Ərizəçiyə ##.##.2026-cı il tarixdə cavabdeh tərəfindən cavab verilərək Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,90 ha torpaq sahəsinə dair inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 (Nazilə) Muqbil qızının və ailə üzvlərinin mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən ************ reyestr nöməli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə göstərişin yalnız məhkəmə qərarı ilə mümkün olduğu bildirilmişdir. Ərizəçi hazırda iddia ərizəsi ilə çıxarış və plan-ölçü sənədinin ona satılmış torpaq sahəsinə aid hissədə ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Işə satılan torpaq sahəsinə çıxarış almış şəxslər həmin torpaq sahəsini başqalarına sata və ya hər hansı başqa qaydada özgəninkiləşdirə bilərlər. Bu isə onun pozulmuş hüquqlarının bərpasını daha çətinləşdirə bilər. Ona görə də Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 və onun ailə üzvlərinin adına verilmiş ##.##.2026-cı il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,90 ha torpaq sahəsinin üzərinə həbs qoyulması və həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulmasını məqsədəuyğun hesab edir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdehin ərizəyə dair etirazının dəlilləri Ərizəyə dair etiraz təqdim olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Könül Həbibova) ##.##.2026-cı il tarixli **(*-*)- ***/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Belə ki, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə qərardadın qəbulu üçün ərizəçinin hüquqlarının qorunması baxımından ona münasibətdə mövcud vəziyyətin dəyişməsinə yönəlmiş müdaxilə və ya belə müdaxilə təhlükəsi nəinki mövcud, eyni zamanda həm də real olmalıdır. Müdaxilə təhlükəsinin yalnız ehtimal olunması (xüsusilə də ərizəçi tərəfindən) təcili tənzimləmənin zəruri olması anlamına gəlmir və müdafiə tədbirinin tətbiqi üçün yetərli sayıla bilməz. Belə yanaşma IPM-in 43-cü maddəsinin tələblərindən və müvəqqəti xarakterli müdafiə institutunun mahiyyətindən irəli gəlir. Hazırkı işə münasibətdə iddiaçının mülkiyyətinə birbaşa hər hansı real müdaxilənin və ya belə müdaxilə təhlükəsinin mövcudluğu iş üzrə materiallardan görünmür. Iddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilərək, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı halda ərizənin təmin edilməsi üçün iki əsas səbəb vardır. Birincisi iddia tələbi əsaslıdır. Belə ki, onda həmin vaxt Quba rayon Dövlət Notariat Kontorunda notarius vəzifəsində işləyən Mehriban Quliyevanın təsdiq etdiyi torpaq sahəsinin satılması barədə alqı-satqı müqaviləsi var. Hansı ki, həmin müqavilədə tərəflərin imzası var. Həmin müqavilə əsasında torpaq sahəsini 2006-cı ildən istifadə edir. Ağaclar əkmişdir. Torpaq sahəsi ona satılmasaydı, həmin torpaq sahəsini niyə istifadə edirdi? Niyə ağaclar əkirdi? Göründüyü kimi, iddia tələbinin uğurluluq ehtimalı çoxdur. Məhkəmə ərizəni rədd edərkən bu hala qiymət verməmişdir. Ikinci hal isə alqı-satqı əsasında aldığı torpaq sahəsinin özgəninkiləşdirilməsi üçün istənilən zaman real təhlükə vardır. Belə ki, torpaq sahəsini ona satan şəxslər torpaq sahəsini satdığı və istifadə etmədikləri halda onun xəbəri olmadan, bilə-bilə ki, torpaq sahəsini satıblar ona dövlət reyestrindən çıxarış alıblarsa torpaq sahəsinin geri qaytarılmasının çətinləşdirilməsi üçün onu istənilən zaman özgəninkiləşdirə bilərlər. Başqa cür real təhlükə necə ola bilər? Torpaq sahəsinin alqı-satqısı an məsələsidir. Istəsələr özləri olmadan belə etibarnamə ilə bu işi görə bilərlər. Həmçinin, torpaq sahəsi onlarda olmadığı və torpaq sahəsini satdıqları halda ona dövlət reyestrindən çıxarış alan şəxslərdən istənilən təhlükəni gözləmək olar. Məhkəmə tərəfindən ərizənin təmin edilməsi ona görə vacibdir ki, o, eyni zamanda iddia ərizəsilə məhkəməyə müraciət etmişdir və iddianın uğurluluq ehtimalı da çoxdur. Məhkəmə tərəfindən ərizə təmin edilməzsə, torpaq sahəsini ona satan şəxslər torpaq sahəsini geri qaytarılmasını çətinləşdirmək üçün onu başqa şəxslərin adına özgəninkiləşdirəcəkdir. Bu isə onun hüquqlarının kobud surətdə pozulmasına, mülkiyyət hüququnu əldə etməyinin çətinləşməsinə, əlavə xərclərə düşməyinə səbəb olacaqdır. Əgər onun iddiası uğurlu olmazsa, bu zaman həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulması nəticəsində üçüncü şəxslər pozulan hüquqlarına görə dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Bu səbəbdən işin ədalətli, qanuni və hərtərəfli həlli üçün torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulması məqsədə müvafiqdir. b) Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi (oğlu) X1 izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası IPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli **(*-*)- **/**** nömrəli qərardadı ilə ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən Quba rayonu Vladimirovka kəndində yerləşən mübahisəli 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylı mülkiyyətçiləri inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 (2/4 hissə), inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2l Ismayıl oğlu (1/4 hissə) və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 (1/4 hissə) üçüncü şəxs qismində işə cəlb edilmişlər. TƏTBIQ EDILƏN HÜQUQ: “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli ** saylı Qərarına əsasən: 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə birbirindən fərqlənir. 3.1. IPM-in 40.2-ci maddəsinə görə ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Vaxt baxımından nəzərdə tutulmuş bu müstəqillik hüquqların daha səmərəli təmin edilməsi məqsədinə yönəlmişdir. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2025-ci il tarixli ** saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. aşağıdakı məzmunda 4.1-1–4.1-4-cü bəndlər əlavə edilsin: 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara 2 əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir.”; Inzibati Prosessual Məcəllə: 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir... APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının hazırkı əsas iddia tələbi - Quba rayonu Vladimirovka kəndində yerləşən 0,90 ha torpaq sahəsinə dair inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 və onun ailə üzvlərinin adına verilmiş ##.##.2026-cı il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışın və plan-ölçü sənədinin həmin torpaq sahəsinə aid hissədə ləğvi ilə bağlıdır. Ilkin sübutlardan müəyyən olunur ki, ##.##.2006-cı il tarixli 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi ilə JN-226 KOD ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 və onun ailə üzvləri paylı mülkiyyətlərində olmuş Quba rayonu, Vladimirovka kəndində yerləşən 1,60 ha torpaq sahəsinin 0,90 ha hissəsini Ərizəçi satmışlar. Cavabdehin ##.##.2026-cı il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,90 ha torpaq sahəsinə verilmiş JN-*** nömrəli dövlət aktına paylı mülkiyyət üzrə X2 və ailə üzvlərinin adına ##.##.2026-cı il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış verilmişdir. ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən Quba rayonu Vladimirovka kəndində yerləşən mübahisəli 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 (2/4 hissə), inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2l Ismayıl oğlu (1/4 hissə) və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 (1/4 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində ##.##.2024-cü il tarixdə qeydiyyat aparılmışdır. Iddiaçı müqavilə əsasında 1,6 ha torpaq sahəsinin 0,90 ha hissəsinin ona satıldığını, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 ona satılmış torpaq sahəsinə dair öz adına əsassız olaraq çıxarış almasını bildirərək, ona satılmış torpaq saahəsinə dair inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 və ailə üzvlərinin adına verilmiş çıxarışın ləğv edilməsini tələb edir. Eyni zamanda ona satılmış 0,90 ha torpaq sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 və ailə üzvləri tərəfindən təkrarən digər şəxslərə satılacağı təqdirdə, onun mülkiyyət hüquqlarının qeydiyyata alınması çətinləşək və digər şəxslər də mübahisəyə cəlb ediləcəklər. Bu səbəbdən iddiaçı mübahisə başa çatana kimi mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulmasını xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar mübahisəli torpaq sahəsinin mövcud hüquqi statusunun dəyişdirilməsi, o cümlədən onun üçüncü şəxslərə özgəninkiləşdirilməsi imkanının real olduğunu göstərir. Belə ki, hazırda torpaq sahəsi digər şəxslərin adına dövlət reyestrində qeydiyyata alınmışdır və həmin şəxslərin öz mülkiyyət hüquqlarından irəli gələn səlahiyyətlərdən istifadə etməklə torpaq sahəsi üzərində sərəncam verməklə özgəninkiləşdirmələri hüquqi və faktiki baxımdan mümkündür. Bu halda söhbət yalnız mücərrəd xarakterli təhlükədən deyil, mübahisənin predmeti olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi imkanından irəli gələn konkret riskdən gedir. Məhkəmə kollegiyası xüsusilə nəzərə alır ki, mübahisəli torpaq sahəsinin üçüncü şəxsə özgəninkiləşdirilməsi halında həmin əmlakın yeni hüquq sahibinin adına dövlət qeydiyyatına alınması, sonuncunun da öz növbəsində əmlak üzərində sərəncam vermək imkanının yaranması iddiaçının hazırkı əsas iddiası üzrə mümkün müsbət məhkəmə qərarının icrasını və pozulmuş hüquqlarının bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Belə ki, mübahisəli əmlakın sonradan bir və ya bir neçə dəfə özgəninkiləşdirilməsi yeni hüquq münasibətlərinin yaranmasına səbəb olmaqla, ilkin vəziyyətin bərpasını daha mürəkkəb və uzunmüddətli hüquqi prosedurların predmetinə çevirə bilər. Bu baxımdan, IPM-in 43.1.1-ci maddəsində nəzərdə tutulan “mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması” şərti hazırkı iş üzrə mövcuddur. Çünki, mübahisəli əmlakın özgəninkiləşdirilməsi nəticəsində yaranacaq yeni hüquqi vəziyyətin sonradan aradan qaldırılması və əvvəlki vəziyyətin bərpası əhəmiyyətli dərəcədə çətinləşə bilər. Hazırkı mülkiyyətçilərin həmin torpaq sahəsini iddiaçıya satmalarına dair ##.##.2006-cı il tarixli alqı-satqı müqaviləsi mövcuddur və torpaq sahəsi 2006-cı ildən hazırkı vaxta kimi iddiaçının faktiki istifadəsində və sahibliyindədir. Bununla yanaşı, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi mərhələsində məhkəmədən əsas iddia üzrə yekun və qəti nəticəyə gəlməsi tələb olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** saylı Qərarında da izah edilmişdir ki, bu mərhələdə məhkəmə iddianın uğurluluğu barədə yalnız əsaslandırılmış proqnoz formalaşdırmalı, təqdim edilmiş ilkin sübutların iddianın böyük ehtimalla uğurlu ola biləcəyini göstərib-göstərmədiyini qiymətləndirməlidir. Hazırkı iş üzrə ilkin sübutlardan iddiaçının mübahisəli 0,90 ha torpaq sahəsinə dair hüquqi mövqeyinin tamamilə əsassız olmadığı, o cümlədən həmin torpaq sahəsinə dair ##.##.2006-cı il tarixli alqı-satqı müqaviləsinin mövcud olduğu və iddiaçının həmin müqaviləyə əsaslanaraq öz hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi görünür. Digər tərəfdən, cavabdehin məktublarından həmin torpaq sahəsinə dair hazırda digər şəxslərin adına dövlət reyestrindən çıxarış verildiyi müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə iddiaçının maddi tələbinin mövcudluğu və əsas iddianın uğurlu olacağı ehtimalını istisna edən hallar müəyyən edilmir. Əksinə, iş materiallarında olan ilkin sübutlar iddiaçının irəli sürdüyü tələbin müəyyən hüquqi və faktiki əsaslara söykəndiyini göstərir. Birinci instansiya məhkəməsinin “mülkiyyətə birbaşa hər hansı real müdaxilənin və ya belə müdaxilə təhlükəsinin iş materiallarından görünməməsi” barədə nəticəsi ilə də razılaşmaq olmaz. Belə ki, ##.##.2006-cı il tarixdə satılmış mübahisəli torpaq sahəsinin yenidən satıcıların adına dövlət reyestrində qeydiyyata alınması və həmin şəxslərin əmlak üzərində sərəncam vermək imkanına malik olması, özgəninkiləşdirmə (satma, bağışlama, ipoteka ilə yüklü etmə və sair) təhlükəsinin real xarakter daşıdığını göstərən obyektiv haldır. Bu təhlükənin artıq faktiki olaraq reallaşmasının gözlənilməsi müvəqqəti müdafiə institutunun məqsədinə uyğun deyildir. Müvəqqəti xarakterli müdafiə tədbirinin mahiyyəti də məhz hüququn pozulmasından və ya hüquqi vəziyyətin daha da mürəkkəbləşməsindən əvvəl, belə nəticələrin qarşısının alınmasına yönəlmiş ilkin və təcili müdafiənin təmin edilməsindən ibarətdir. Ali Məhkəmə Plenumunun qeyd olunan Qərarında da müvəqqəti xarakterli müdafiə tədbirlərinin məqsədinin gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə məhkəmə qərarının icrasını çətinləşdirə biləcək və ya bərpası mümkün olmayan, yaxud əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin əvvəlcədən qarşısının alınması olduğu vurğulanmışdır. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iş üzrə mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsi imkanının mövcudluğu və bunun baş verəcəyi təqdirdə iddiaçının hüquqlarının bərpasının xeyli dərəcədə çətinləşə biləcəyi nəzərə alınmaqla ilkin təcili tənzimləməyə zərurət vardır. Eyni zamanda, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi əsas iddianın mahiyyəti üzrə həll edilməsini qabaqcadan müəyyən etmir və yalnız məhkəmə araşdırmasının sonunadək mövcud vəziyyətin qorunmasına xidmət edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyulması və onun özgəninkiləşdirilməsinin qadağan edilməsi hazırkı işin predmetinə uyğun, zəruri və mütənasib müvəqqəti xarakterli müdafiə tədbiridir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsasların mövcud olmaması barədə gəldiyi nəticəni əsassızdır. Bu səbəbdən həmin qərardadı ləğv edilərək, ərizə təmin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 40, 41, 43, 80, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Iddiaçı Ərizəçi ərizəsi təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin icraatında olan *-*(*-*)-****/**** nömrəli inzibati işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 (2/4 hissə), inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2l Ismayıl oğlu (1/4 hissə) və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 (1/4 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Quba rayonu Vladimirovka kəndində yerləşən mübahisəli 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə müvəqqəti xarakterli müdafiə tədbiri kimi həbs qoyulsun və həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinə qadağa qoyulsun. Qərardadın icrası cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh həvalə edilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №15(3-8)-62/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-62/2026
24.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver