Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-66/2026 31.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Ərizəçi Ərizəçi və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın icrasının dayandırılması barədə” müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsi üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)- ***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müyyən etdi: Işin halları: Ərizəçi (iddiaçı) məhkəməyə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, 2004-2021-ci illər ərzində ödədiyi məcburi dövlət sosial sığorta haqları nəzərə alınmaqla və həmin müddətlər sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması, əmək pensiyasından pul məbləğinin tutulmasının qadağan edilməsi (pul tutulması barədə qərar varsa həmin qərarın ləğv edilməsi) və ##.##.2026-cı il tarixdən sonra əmək pensiyasından tutulmuş pul məbləğinin geri ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyası məbləğinin yenidən hesablanması, tutulmuş pul məbləğinin geri qaytarılması barədə” iddia tələbinə məhkəmədə mahiyyəti üzrə baxılıb yekun qərar çıxarılanadək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əmək pensiyasının pul vəsaitlərindən tutulmaların aparılması qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2026-cı il tarixli qərarın icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Sumqayıt Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək 2004-2021-ci illər ərzində ödədiyi məcburi dövlət sosial sığorta haqları nəzərə alınmaqla və həmin müddətlər sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması, əmək pensiyasından pul məbləğinin tutulmasının qadağan edilməsi (pul tutulması barədə qərarın ləğv edilməsi) və # #### 2026-cı il tarixdən sonra əmək pensiyasından tutulmuş pul məbləğinin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir, ancaq məhkəmə araşdırmaları başlananadək cavabdeh tərəfindən guya aparılmış araşdırma zamanı əmək pensiyası ödənildiyi dövrdə qanunvericiliyə zidd olaraq kommunal, nəqliyyat və digər xidmətlərə görə ümumilikdə 2432,0 manat sosial müavinətin ödənildiyinin müəyyən edildiyi bildirilərək əmək pensiyasından pul vəsaitinin tutulmasına başlanılmışdır. Bu hal isə onun maddi durumunu ağırlaşdırmaqla yanaşı, gələcəkdə çıxarıla biləcək məhkəmə qərarının icrasını da çətinləşdirəcəkdir. Bu səbəbdən, sözügedən ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədə təqdim etdiyi iddiatələbinə mahiyyəti üzrə baxılıb yekunlaşdırılanadək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əmək pensiyasından tutulma aparılmasının qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmək məcburiyyətində qalmışdır. Cavabdehin ərizəyə etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya # #### 1996-cı il tarixindən Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi tərəfindən əlilliyə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ###### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun olaraq, # ###### 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Fond həyata keçirdiyindən iddiaçıya əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilir. Bildirilir ki, iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi ## ### 2013- cü il tarixinə pensiyasının yenidən hesablanması üçün tələb olunan sığorta stajı ona münasibətdə 128 ay (47 yaş-15 yaş (əmək qabiliyyəti olmayan yaş dövrü=32 il, hər ilə münasibətdə x 4 ay= 128 ay) müəyyən edildiyi halda, onun həmin tarixə sığorta stajı 106 ay təşkil edir. Bu səbəbdən də iddiaçının əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan başqa, aparılmış araşdırma zamanı iddiaçıya Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, pensiya ilə yanaşı qanunvericiliyə zidd olaraq kommunal, nəqliyyat və digər xidmətlərə görə ümumlikdə 2432,00 manat məbləğində sosial müavinətin ödənildiyi müəyyən edilib. Həmin 2432,00 manat artıq ödənilmiş pul vəsaiti hesab edilir. Halbuki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqan, tarəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda ödənilir. Xüsusilə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində qanunverici artıq pensiya ödənilmiş şəxsin üzərinə artıq ödənilmiş məbləği müvafiq icra hakimiyyəti orqanına qaytarmaq öhdəliyi qoymuş və bu məcburiyyətlə yükləmişdir, lakin həmin norma praktikada yalnış şərh edilərək artıq ödənilmiş məbləğin kompensasiya edilməsi yalnız artıq pensiya ödənilmiş şəxsin könüllü seçiminə həvalə edilir. Bu hal isə qanunun “şəxs artıq ödənilmiş pensiyanı müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır” göstərişi ilə ziddiyyət təşkil edir. Hesab edir ki, artıq ödənilmiş pensiya məbləğinin şəxsdən tutulması imkanı vardırsa, müvafiq icra hakimiyyəti orqanının həmin imkanı məhdudlaşdırılmamalıdır. Yalnız artıq ödənilmiş məbləğin şəxsdən tutulması imkanı olmadığı təqdirdə, həmin məbləğin qaytarılması şəxsin könüllü seçiminə buraxılmalı və məsələ öz həllini tapmadıqda, məhkəməyə müraciət edilməlidir. Əlavə olaraq qeyd edir ki, təcrübədə artıq ödənilmiş pensiya məbləğinin şəxs tərəfindən könüllü ödənilməsinə dair hər hansı bir nömünəyə rast gəlinməmişdir. Məsələ məhkəmələrdə mübahisələndirildikdə isə etimad hüququna istinad edilərək iddia rədd edilir. Nəticədə qanunun həmin göstərişi (artıq pensiya ödənildiyi hallarda şəxs artıq ödənilmiş pensiya məbləğini müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır) icrasız qalır. Göründüyü kimi, ərizənin təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi hüquqi əsaslar da mövcud deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizəçi (iddiaçı) Ərizəçi “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2026-cı il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarının icrası dayandırılmışdır. Qərardad dərhal icra edilmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2026-cı il tarixli qərarından görünür ki, Ərizəçi əmək pensiyası yenidən hesablanmış və 871,62 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, təqdim edilən müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə iddia ilə təqib edilən və müvəqqəti xarakterli müdafiə icraatında hüquqların təmin edilməsinə yönəlmiş tədbirlərin görülməsi məqsədinə xidmət edən ərizə qismində mümkündür. Ərizə həm də əsaslıdır. Belə ki, inzibati orqan özünün vaxtilə təyin etdiyi və iddiaçıya ödədiyi pensiyanı düzgün müəyyən etmədiyini əsas gətirir. Məhkəmə həmçinin qeyd edir ki, ##.##.1998-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Qeyd olunanları və hazırkı halda ərizənin təmin olunması üçün qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarında nəzərdə tutulmuş əsasların mövcud olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizə təmin edilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini ərizəyə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehin ##.##.2026-cı il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarı ilə iddiaçının pensiya məbləği azaldılmayıb, artıq ödənilmə olduğuna görə hər ay pensiyasından müəyyən məbləğdə tutulma aparılır. Apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, ərizənin rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi izahatında apellyasiya şikayətini əsassız hesab edərək bildirdi ki, cavabdehin ##.##.2026-cı il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarına əsasən hər ay onun pensiyasından 87 manat tutulma aparılır. O, həmin qərarı mübahisələndirmişdir. Hesab edir ki, işə baxılana kimi tutulma aparıla bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq: 1.1. Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. 1.2. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfliaraşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. 1.3. Iddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. 1.4. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir. Inzibati Prosessual Məcəllə: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi prinsip etibarilə iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfli araşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə qiymət verilməlidir. Iddia icraatından fərqli olaraq, müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə müvəqqəti təsir edir. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. Müdafiə tədbirinin tətbiqi barədə mübahisənin həlli əsas iddianın mahiyyəti üzrə həllini ehtiva etməsə də, əsas iddiaya bağlıdır və onun uğurluluq ehtimalından, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda isə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən asılıdır. IPM-in 41.2-ci maddəsinə görə məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. Hazırkı qərardadda işin qeyd olunan hallarından göründüyü kimi, iddiaçıya ##.##.1996-cı il tarixdən Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi tərəfindən əlilliyə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ###### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun olaraq, # ###### 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Fond həyata keçirdiyindən iddiaçıya əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilir. ##.##.1998-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2026-cı il tarixli qərarı ilə Ərizəçi əmək pensiyası yenidən hesablanmış və 871,62 manat məbləğində müəyyən edilməsi qərara alınmış, araşdırma zamanı əmək pensiyası ödənildiyi dövrdə qanunvericiliyə zidd olaraq kommunal, nəqliyyat və digər xidmətlərə görə ümumilikdə 2432,0 manat məbləğində sosial müavinətin ödənildiyinin müəyyən edildiyi bildirilərək, iddiaçının əmək pensiyasından pul vəsaitinin tutulmasına başlanılmışdır. Birinci instansiya məhkəməsi ziddiyyətli maraqların qiymətləndirilməsi baxımından iddiaçının maraqlarının üstünlüyü və onun hüquqlarının qorunması baxımından ilkin təcili tənzimləmənin zəruri olması əsası ilə ərizəni təmin edərkən haqlı olmuş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Kollegiya nəzərə alır ki, iddiaçı uzun müddət ərzində həmin pensiya ödənişini legitim gözlənti əsasında almış, onun sosial və maddi vəziyyəti məhz həmin ödəniş nəzərə alınmaqla formalaşmışdır. Iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcəli əlilldir. Bu şəraitdə pensiya ödənişindən tutulma aparılması iddiaçının və ailə üzvlərinin sosial vəziyyətinin pisləşməsinə, gələcəkdə hüquqlarının bərpasını çətinləşdirə biləcək nəticələrin yaranmasına səbəb ola bilər. Eyni zamanda kollegiya qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi mübahisənin mahiyyəti üzrə həlli demək deyildir. Birinci instansiya məhkəməsi düzgün olaraq tərəflərin maraqları arasında ədalətli balanslaşma aparmış və cavabdehin maraqlarının ciddi şəkildə pozulmadığı qənaətinə gəlmişdir. Belə ki, gələcəkdə iddianın təmin edilmədiyi halda cavabdeh artıq ödənildiyini hesab etdiyi məbləğin qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutulmasını həyata keçirmək üçün məhkəməyə müraciət etmək imkanından məhrum olmur. Kollegiya həmçinin nəzərə alır ki, cavabdeh orqan qanunvericiliyə zidd olaraq pensiyanın artıq təyin təyin edildiyini göstərsə də, həmin inzibati aktın qəbulundan uzun müddət keçdikdən sonra onun düzgün hesablanmadığı qənaətinə gəlmişdir. Bu hal mübahisələndirilən inzibati aktın hüquqa uyğunluğu ilə bağlı ilkin araşdırma mərhələsində iddianın açıq-aşkar əsassız olması nəticəsinə gəlməyə imkan vermir. Əksinə, hazırkı mərhələdə iddianın uğurluluq ehtimalının mövcudluğu istisna olunmur və bu səbəbdən müvəqqəti müdafiə tədbirinin tətbiqi zəruri hesab edilir. Əmək pensiyasından tutulmaların aparılmasına dair hissədə də inzibati orqanın qərarının qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyi və bununla da, iddia tələbinin uğurlu olduğu görünür. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Işdən isə görünür ki, pensiyanın dayandırılmasına dair iddiaçının razılığı olmamışdır. Cavabdeh tərəfindən də məhkəməyə bu halın əksini təsdiq edən hər hansı sənəd və ya sübut təqdim edilməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, hətta iddianın uğurluluq ehtimalının qeyrimüəyyən olduğu halda belə, yuxarıda qeyd olunduğu kimi, müvəqqəti xarakterli müdafiə tədbiri ərizəçini ilk növbədə əsas iddia üzrə məhkəmə aktının qəbul edilməsinədək gözlənilən mümkün zərərlərdən qorunmasına xidmət edir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçıya əmək pensiyasından tutulmaların aparılması, sosial təminat hüququnun subyekti kimi, onun sosial vəziyyətinə və hüquqlarının reallaşdırılmasına mənfi təsir göstərə bilər. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəni təmin etməklə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 40, 41, 43, 80, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №15(3-8)-66/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-66/2026
31.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver