Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-68/2026 08.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, ərizəçi Ərizəçi və onun vəkil/nümayəndəsi Vəkil/Nümayəndə, üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnin nümayəndəsi X2, Ərizəçi Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnə qarşı “*-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək üçüncü şəxs kimi cəlb edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına ##.##.2003-cü il tarixindən iddiaçıya təyin edilmiş müddətsiz II dərəcə əlilliklə əlaqədar aparılmış pensiya ödənişlərinin dayandırılmasının qadağan edilməsi” barədə ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəyə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh “xxxx” X3rşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin müvafiq qərarının ləğv edilməsi və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar Ərizəçi verilmiş müddətsiz ll dərəcə (orqanizm funksiyalarının 61-80% məhdudlaşması halında) əlillik qrupunun həmin gündən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xxxxnin ##.##.2014-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya ##.##.2014-cü il tarixdən ikinci dərəcəli hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin əlilliyin təyin olunmasından imtina edilməsi barədə ## ###### 2014-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçı Ərizəçi hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlilliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsistemində ## ###### 2014-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnin üzərinə qoyulmuşdur. (hakim Qəşəm Məmmədli). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati iş üzrə cavabdeh qismində iştirak edən “xxxx” publik hüquqi şəxsinin (VÖEN: **********) fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” *** saylı, ## #### 2026-cı il tarixli Fərmanı əsasında yenidən təşkil edilmə (birləşmə) nəticəsində xitam verilmişdir. Sözügedən yenidən təşkil olunma nəticəsində Cavabdeh publik hüquqi şəxsi (VÖEN: **********) yaradılmış və əvvəlki publik hüquqi şəxsin bütün hüquq və öhdəlikləri, o cümlədən məhkəmə işləri üzrə hüquq və vəzifələri hüquq varisliyi qaydasında yeni yaradılmış publik hüquqi şəxsə keçmişdir. Bu səbəbdən də Prosessual hüquq varisliyinə dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əsasən, məhkəmə kollegiyası tərəfindən cavabdeh “xxxx” publik hüquqi şəxsi (VÖEN: **********) hüquqi varis olan Cavabdeh publik hüquqi şəxsi (VÖEN: **********) ilə əvəz edilir. İddiaçı tərəf Sumqayıt Apellyasiya Məhkəməsinə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət edərək, cavabdehin ##.##.2014-cü il tarixli qərarının icrasının ləğv edildiyi gündən dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə dəqiqləşmə təqdim edərək *-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək, üçüncü şəxs kimi cəlb edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına ##.##.2003-cü il tarixindən iddiaçıya təyin edilmiş müddətsiz II dərəcə əlilliklə əlaqədar aparılmış pensiya ödənişlərinin dayandırılmasının qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, həmçinin onun vəkili və nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin baxılmadan geri qaytarılmasını xahiş etmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin nümayəndəsi müvəqqəti xarakterli müdafiə tədbirinə dair iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirdilər. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə geri götürülmüş hesab edilməli və bu əsasla da müdafiə tədbiri barədə iş üzrə icraata xitam verilməlidir. Kollegiya qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin geri götürülməsi qanunvericilikdə tənzimlənmədiyindən, bu münasibətə oxşar münasibətləri tənzimləyən qanunvericilik normaları, yəni qanunun analogiyası tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının normativ hüquqi aktları qanunvericiliyin analogiya üzrə tətbiqini nəzərdə tutur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsində qeyd edilir ki, əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Kollegiya hesab edir ki, hazırkı işə qanunun analogiyası üzrə İPM-nin 55.5-ci maddəsi tətbiq edilməlidir. Həmin maddəyə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Nəzərə almaq lazımdır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İnzibati Prosessual Məcəllədə tənzimlənməsə də, “iddianın geri götürülməsi” nin yolverilənliyi həmin Məcəllənin 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, digər halda icraatın davam etdirilməsinə marağın olmaması onun bilavasitə özünün aktiv davranışından – iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Qeyd olunan normanı hazırkı işə tətbiq edərək kollegiya hesab edir ki, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair marağının olmaması onun müdafiə tədbiri barədə ərizənin geri götürülməsi barədə ərizə verməsindən irəli gəldiyindən, ərizə geri götürülmüş hesab edilməli və bu əsasla da müdafiə tədbirinə dair iş üzrə icraata xitam verilməlidir. Sadalnanları nəzərə alaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizə geri götürülmüş hesab edilsin və bu əsasla da müvəqqəti xarakterli müdafiə tədbirinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №15(3-8)-68/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-68/2026
08.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver