Məhkəmə qərarları › İş №15(3-8)-70/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-70/2026

04.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-70/2026 04.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hacıyev Vahid Məcid oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: IŞIN HALLARI: Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “##.##.2025-ci il tarixli *-**-*-*/*- ******/**** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv olunması və əlavə hesablanmış vergi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair iddia ərizəsi ilə xahiş etmişdir. Eyni zamanda, ərizəçi Ərizəçi həmçinin məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət edərək, ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın icrasının dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI Birinci instansiya məhkəməsində icraat Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi (bundan sonra “Iddiaçı’') Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli Qərarından məhkəməyə şikayət verilmiş və ərizə hazırda Sumqayıt Inzibati Məhkəməsinin icraatındadır. Iddiaçı tərəfindən ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı, ilk öncə, inzibati qaydada şikayət instansiyasına müraciət edilərək mübahisələndirilmişdir. Vergi orqanına edilən şikayət DVX Inzibati şikayətlərə baxılması baş idarəsi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli **************** nömrəli qərarı ilə qismən təmin edilmişdir. Qərara əsasən vergi orqanı tərəfindən hesablanmış 137288,14 manat vergi məbləğinin 84508,48 manatlıq hissəsinin silinməsi, 52779,66 manatlıq hissəsi qüvvədə saxlamışdır. Ərizəçi həmin qərarla da razı olmamış və daha yuxarı şikayət instansiyası olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət etmişdir. Apellyasiya Şurasının ##.##.2026-cı il tarixli Qərarı ## #### 2026-cı il tarixli məktubla Ərizəçi göndərilmişdir. Sözügedən Qərar məktubla birlikdə Iddiaçıya ## ##### 2026-cı il tarixdə çatdırılmışdır. Iddiaçı məhkəməyə isə ## ##### 2026-cı il tarixdə müraciət etmişdir. Iş üzrə müəyyən edilmiş hallarla bağlı olaraq bildiririlər ki, Qusar şəhəri, Z.Əliyeva küçəsi ünvanında yerləşən və tikintisi başa çatmış daşınmaz əmlaka vergi orqanı tərəfindən vizual baxış keçirilmiş, baxış nəticəsində tikilinin ümumi hündürlüyünün 12 metrdən artıq olmadığı müəyyən edilmişdir. Bu hal sözügedən obyektin şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq fərdi yaşayış evi statusuna uyğun gəldiyini təsdiq edir. Hal-hazırda Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli Qərar iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilir. Cavabdeh vergi orqanı isə vergi ödəyicisinin Iddiaçının əmlaklarına (avtomobilinə) məhdudiyyət tətbiq etmiş və şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulması barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və iddia Bakı Kommersiya Məhkəməsinin e-*-*(*- **)-****/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (qətnamə iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti verilmişdir). Bu tədbirlərin həyata keçirilməsi vergi ödəyicisinin fəaliyyətini həm indiki dövr üçün, həm də gələcək üçün mümkünsüz edir. Cavabdehin ərizəyə dair etirazının dəlilləri Ərizəyə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) ##.##.2026-cı il tarixli **(*-*)- ***/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı əmlakına məhdudiyyət tətbiq edilməsi və ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı hallar göstərsə də, həmin tədbirlərin məhz mübahisələndirilən ##.##.2025-ci il tarixli inzibati aktın icrası nəticəsində tətbiq edildiyini, hazırda onun hüquqlarına real və yaxın zamanda əhəmiyyətli zərər vurulması təhlükəsi yaratdığını təsdiq edən kifayət qədər sübut təqdim etməmişdir. Beləliklə, təqdim edilmiş materiallar əsasında mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının, təmin və ya bərpa edilməsinin mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi barədə real təhlükənin mövcudluğu müəyyən edilmir. Bu səbəbdən ilkin təcili tənzimlənmənin zəruriliyi şərti təmin olunmamışdır. Ilkin təcili tənzimlənmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərti olduğundan, həmin şərtin mövcud olmadığı müəyyən edildiyi halda iddianın böyük ehtimalla uğurlu olub-olmamasının ayrıca qiymətləndirilməsinə zərurət qalmır. Ərizəçi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli Qərar Iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. Cavabdeh vergi orqanı isə vergi ödəyicisinin Iddiaçının əmlaklarına (avtomobilinə) məhdudiyyət tətbiq etmiş və şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulması barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və iddia Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Avtomobilə tətbiq edilmiş məhdudiyyət barədə DYP-nin sistemindən çıxarış və Bakı Kommersiya Məhkəməsinin qeyd edilən qətnaməsi tərəfimizdən iş materiallarına əlavə edilmişdir. Bundan əlavə, Iddiaçının iş yeri məlumatları da tərəfimizdən iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi, iddiaçı “xxxx” QSC-də Rusiya Federasiyası və Belarus Respublikasında Baş Təmsilçi vəzifəsində çalışır. Ölkədən çıxışa məhdudiyyət qoyulması onun əmək vəzifələrinin icra edilməsini mümkünsüz edir. Bu tədbirlərin həyata keçirilməsi Iddiaçının fəaliyyətini həm indiki dövr üçün, həm də gələcək üçün mümkünsüz edir. Iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı, ilk öncə, inzibati qaydada şikayət instansiyasına müraciət edilərək mübahisələndirilmişdir. Vergi orqanına edilən şikayət DVX Inzibati şikayətlərə baxılması baş idarəsi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli **************** nömrəli qərarı ilə qismən təmin edilmişdir. Qərara əsasən vergi orqanı tərəfindən hesablanmış 137288,14 manat vergi məbləğinin 84508,48 manatlıq hissəsinin silinməsi, 52779,66 manatlıq hissəsi qüvvədə saxlamışdır. Ərizəçi həmin qərarla da razı olmamış və daha yuxarı şikayət instansiyası olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına, sonra isə məhkəməyə müraciət etmişdir. DVX özü şəxsin borcunu 84508,48 manat azaltması borcun nə qədər mübahisəli olmasını birmənalı təsdiq edir. Mübahisəli Qərarın icrasının dayandırılmaması isə şəxsin hüquqlarını ciddi şəkildə məhdudlaşdırır. Borc məhkəmə qaydasında mübahisələndirildikdən sonra vergi orqanı həm Iddiaçının əmlakına, həm də ölkədən çıxışına məhdudiyyət tətbiq etmişdir. Bu hal özü özlüyündə qanunsuz bir addımdır. Bu qanunsuz addımların qarşısının alınması üçün isə Qərarın icrasının dayandırılması müstəsna əhəmiyyətə malikdir. b) Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. TƏTBIQ EDILƏN HÜQUQ: “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli qərarı: 1.1. Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. 1.2. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfliaraşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. 1.3. Iddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. 1.4. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə birbirindən fərqlənir. 2.2. IPM-in 41-ci və 42-ci maddələrinə əsasən inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icrasının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır. 2.3. Inzibati aktın icrasının dayandırılması növündə təminat tədbiri tətbiq edilərkən yalnız mübahisələndirilən aktın icrasının tam və ya qismən dayandırılmasına yönəlmiş tədbirlər görülə bilər.

11. Inzibati aktın icrasının dayandırılması 11.3. Həm özünün təbiəti etibarilə, həm də müxtəlif praktik çətinliklər səbəbindən mübahisələndirmə haqqında iddialara baxılması ilə bağlı məhkəmə icraatı uzun sürə bilir. Bu halda, inzibati aktların qanuniliyini mübahisələndirmiş şəxslərin məhkəmə icraatı yekunlaşanadək inzibati aktın icra olunmasından törəyən neqativ nəticələrdən qorunmalarına ehtiyac yaranır. Belə ki, IPM-in 41.1-ci maddəsində təsbit olunduğu kimi inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Məhz bu ehtiyacı təmin etmək üçün qanunverici inzibati aktın icrasının dayandırılması institutunu müəyyən etmişdir. 11.4. Mübahisələndirmə haqqında iddiaya baxılması yekunlaşanadək hüquqa zidd inzibati aktın qüvvədə qalması və hüquqi müstəvidə tətbiq olunaraq təsir göstərə bilmək imkanının mövcudluğunun davam etməsi, hətta sonradan inzibati aktın ləğv edilməsinə baxmayaraq, şəxslərə bərpası mümkünsüz olan və ya xeyli dərəcədə çətin olan zərər vurmaq ehtimalı yaradır. ... 11.8. Inzibati aktın icrasının dayandırılması ilə bağlı məsələ üzrə qərar qəbul edə bilmək üçün qanunda nəzərdə tutulmuş şərtlərin mövcud olub-olmadığı ilə bağlı aparılan araşdırma nəticəsində məhkəmənin gəldiyi qənaət işə mahiyyəti üzrə baxılmasının sonunda gəlinən yekun və qəti qənaət deyildir. 11.9. Bu zaman məhkəmənin qənaəti yalnız icraatın həmin mərhələsinədək mövcud olan işin hallarının araşdırılması nəticəsində yaranır, gəlinən həmin qənaət müvəqqəti olur, proqnoz və ehtimala əsaslanmaqla formalaşır. 11.10. Inzibati aktın icrasının dayandırılmasına dair qərardadlar mübahisənin mahiyyəti üzrə çıxarılan qərarlardan hüquqi təbiətləri etibarilə fərqlənir. 11.11. Mahiyyəti üzrə çıxarılmış qərarda mübahisələndirilən inzibati aktın hüquqa uyğun olmadığı ilə bağlı məhkəmə qəti qənaətə gəlməklə onun ləğvi və ya dəyişdirilməsinə dair qərar verir. 11.12. Inzibati aktın icrasının dayandırılmasına dair qərardadda isə vəziyyət fərqlidir. Belə ki, qərardad çıxarılarkən məhkəmə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətə əsaslanır və sonradan məhkəmənin bu mövqeyi işin müəyyən edilmiş hallarından asılı olaraq dəyişə bilər və nəticədə məhkəmə inzibati aktı hüquqa uyğun hesab etməklə iddianı, ümumiyyətlə, rədd edə bilər. 11.13. Bundan başqa, mahiyyəti üzrə verilmiş qərar mübahisəni həll etməklə inzibati aktı ortadan qaldırdığı və ya dəyişdirdiyi halda, inzibati aktın icrasının dayandırılmasına dair qərardadlar isə inzibati aktın özünü deyil, onun icra edilmə qabiliyyətini ortadan qaldırır. ... 11.19. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı icraatda təcili tənzimləməyə ehtiyac məsələsi həll olunur və yalnız müvəqqəti müəyyən edilən qaydadan bəhs edilir. Ona görə də məhkəmə belə tədbirin tətbiqi ilə bağlı ərizə üzrə qərar verərkən, iddia ərizəsinin özünə dair mahiyyəti üzrə yekun qərar çıxarılarkən tələb olunan inam və əminliklə hərəkət etmir. Çünki ərizə ilə prosesin konkret mərhələsində müəyyən məsələnin həlli tələb olunur. Müvafiq olaraq ərizənin taleyi də həmin konkret mərhələdə mövcud olan işin faktiki və hüquqi hallarına görə məhkəmədə yaranmış təsəvvür və proqnoz (onların daha sonra haqlı çıxıb-çıxmamasından asılı olmayaraq) əsasında həll edilməlidir. Iddia ərizəsinə mahiyyəti üzrə baxılarkən işin hallarının hərtərəfli araşdırılması nəticəsində başqa nəticə hasil olarsa, söhbət ehtimalın özünü doğrultmadığından gedəcəkdir.

Inzibati Prosessual Məcəllə: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. Inzibati aktın icrasının dayandırılması ... 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. ... Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarında olan sənədləri və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd edilməlidir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi əsas iddia üzrə mübahisənin mahiyyəti üzrə əvvəlcədən hüquqi qiymətləndirmə verilməsi və ya inzibati aktın qanuniliyinə dair yekun nəticəyə gəlinməsi məqsədi daşımır. Belə tədbirin tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual şərtlərin mövcudluğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə görə isə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının, təmin və ya bərpa edilməsinin mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması, habelə ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi tələb olunur. Beləliklə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər bir-birindən təcrid olunmuş şəkildə deyil, məcmu halda mövcud olmalıdır. Ilk növbədə ilkin təcili tənzimləmənin zəruriliyi müəyyən edilməli, yalnız bundan sonra iddianın böyük ehtimalla uğurlu olub-olmaması məsələsinə qiymət verilməlidir. Iş materiallarından görünür ki, ərizəçi mübahisələndirilən inzibati aktın icrasının dayandırılmasını əsasən həmin akt əsasında vergi borcunun tutulması ilə əlaqədar əmlakına, o cümlədən avtomobilinə məhdudiyyət qoyulması və ölkədən çıxışına məhdudiyyət tətbiq edilməsi ilə əsaslandırmışdır. Həmçinin “xxxx” QSC-də Rusiya Federasiyası və Belarus Respublikasında Baş Təmsilçi vəzifəsində çalışdığını, ölkədən çıxışına qoyulmuş məhdudiyyətin əmək vəzifələrini yerinə yetirməsinə mane olduğunu bildirir. Lakin qeyd olunan hallar öz-özlüyündə mübahisələndirilən inzibati aktın icrasının məhz hazırkı müvəqqəti xarakterli müdafiə tədbiri qaydasında dayandırılmasını şərtləndirmir. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün yalnız hüquqa və ya qanuni marağa müəyyən müdaxilənin mövcudluğu kifayət etmir. Ərizəçi konkret və mötəbər sübutlarla həmin müdaxilənin davam etməsi nəticəsində hüquqlarının sonradan bərpasının mümkün olmayacağını və ya xeyli dərəcədə çətinləşəcəyini, habelə real və yaxın zamanda əhəmiyyətli zərərin yaranacağını əsaslandırmalıdır. Hazırkı iş üzrə isə ərizəçi tərəfindən əmlaka tətbiq edilmiş məhdudiyyətin və ölkədən çıxışa qoyulmuş məhdudiyyətin mövcudluğu barədə məlumatlar təqdim edilsə də, həmin tədbirlərin məhz mübahisələndirilən ##.##.2025-ci il tarixli inzibati aktın icrasından irəli gəldiyini və onların davam etməsinin iddia üzrə gələcək məhkəmə müdafiəsini qeyri-mümkün və ya xeyli dərəcədə çətinləşdirəcəyini təsdiq edən kifayət qədər konkret sübutlar təqdim edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, şəxsin ölkədən çıxışına məhdudiyyət məsələsi ayrıca məhkəmə icraatının predmetidir və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə həll edilmişdir. Həmin qətnamədən apellyasiya şikayətinin verildiyi də ərizəçinin öz izahatından məlumdur. Bu baxımdan, ərizəçinin ölkədən çıxışına məhdudiyyət qoyulub-qoyulmaması ##.##.2026-cı il tarixli qətnamədən verilmiş apellyasiya şikayətinə baxan məhkəmə tərəfindən həll edilməlidir. Eyni zamanda, ərizəçinin vergi orqanının inzibati şikayətə baxılması nəticəsində ilkin hesablanmış 137.288,14 manat verginin 84.508,48 manatlıq hissəsinin silinməsi, 52.779,66 manatlıq hissəsinin isə qüvvədə saxlanılması barədə dəlili də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün kifayət etmir. Doğrudur, vergi məbləğinin inzibati qaydada azaldılması mübahisənin müəyyən hissəsinin inzibati şikayət qaydasında yenidən qiymətləndirildiyini göstərir. Lakin bu hal avtomatik olaraq məhkəmədə qaldırılmış iddianın böyük ehtimalla təmin ediləcəyi və ya inzibati aktın icrasının davam etdirilməsinin ərizəçiyə bərpası mümkün olmayan zərər vuracağı nəticəsini yaratmır. Həmçinin ərizəçi ona məxsus olan “X1 Prado” markalı **UD*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş məhdudiyyətlə hüquqlarının pozulduğunu iddia edir. Məhkəmə kollegiyası qeyd edir ki, DVX-nin ##.##.2026-cı il tarixli *-**-*-*/*-*****/**** nömrəli məktubuna əsasən “X1 Prado” markalı **UD*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyatı ilə bağlı məhdudiyyət qoyulmuşdur. Yəni, avatomobilin qeydiyyatı ilə bağlı qoyulmuş məhdudiyyət iddiaçının avtomobildən sərbəst istifadə eməsini məhdudlaşdırmır, ona maneə yaratmır. Vergi məbləğinin bir hissəsinin silinməsi ilə əlaqədar inzibati aktın müəyyən hissəsinin mübahisəli olması ilə müvəqqəti müdafiə tədbirinin tətbiqi üçün tələb olunan “ilkin təcili tənzimləmənin zəruriliyi” şərti də mövcud deyildir. Ərizəçinin təqdim etdiyi sübutlar həmin şərtin mövcudluğunu təsdiq etmədiyi halda, yalnız borcun məbləğinin mübahisələndirilməsi əsasında inzibati aktın icrasının dayandırılması mümkün deyildir. Bundan başqa, vergi borcunun mövcudluğu və onun məcburi icrası ilə bağlı tədbirlərin görülməsi özlüyündə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün yetərli hesab edilə bilməz. Iş materiallarından görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ərizəçi xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən sahəsi 1382.8 kv.m olan fərdi yaşayış evi sonradan ayrı-ayrı hissələrdə digər şəxslərin adına özgəninkiləşdirilmişdir. *MZM-ZMY*-D*Y*-*CVM nömrəli ##.##.2026-cı il tarixli məlumatdan müəyyən edilir ki, X2 ##.##.2023-cü il tarixdən ##.##.2027-ci il tarixə kimi “xxxx” QSC-də nümayəndəliklərdə Rusiya Federasiyası və Belarus Respublikasında Baş Təmsilçi vəzifəsində çalışır. Ərizəçinin “xxxx” QSC-də Rusiya Federasiyası və Belarus Respublikasında Baş Təmsilçi vəzifəsində çalışması və ölkədən çıxışına qoyulmuş məhdudiyyətin əmək fəaliyyətinə müəyyən çətinlik yaratması barədə dəlilləri də bu baxımdan fərqli qiymətləndirilməlidir. Ərizəçinin qeyd etdiyi kimi özkədən çıxışına məhdudiyyət məhkəmə qətnamə əsasında qoyulmuşdur və həmin qətnamədən verilmiş apelolyasiya şikayətinə baxılarkən həll edilməli olan məsələdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, müvəqqəti xarakterli müdafiə tədbiri əsas iddia üzrə hüquqi mübahisənin mahiyyətini qabaqcadan həll edən vasitə deyil. Bu institutun məqsədi yalnız təxirəsalınmaz hallarda gələcək məhkəmə müdafiəsinin səmərəliliyini təmin etməkdir. Əgər ərizəçi tərəfindən belə təcili müdaxiləni zəruri edən real təhlükə sübuta yetirilməyibsə, inzibati aktın icrasının dayandırılması barədə tələb təmin edilə bilməz. Birinci instansiya məhkəməsi də məhz bu yanaşmadan çıxış edərək iş materiallarında mövcud olan sübutları qiymətləndirmiş, ərizəçinin əmlakına tətbiq edilmiş məhdudiyyət və ölkədən çıxışına qoyulmuş məhdudiyyət barədə halların özlüyündə mübahisələndirilən inzibati aktın icrasının dayandırılması üçün kifayət etmədiyini əsaslı olaraq qeyd etmişdir. Məhkəmə müəyyən etmişdir ki, ərizəçinin hüquqlarının qorunmasının, təmin və ya bərpa edilməsinin mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi barədə real təhlükə müəyyən edilmir. Apellyasiya məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşır. Belə ki, ərizəçinin apellyasiya şikayətində göstərdiyi hallar əsasən mübahisələndirilən vergi borcunun mövcudluğu və həmin borcun məcburi icrası ilə bağlı tətbiq edilmiş tədbirlərin onun fəaliyyətinə təsiri ilə əlaqədardır. Lakin həmin hallar IPM-in 43.1-ci maddəsində nəzərdə tutulmuş ilkin təcili tənzimləmənin zəruriliyini təsdiq edən yetərli hüquqi və faktiki əsaslar kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin və zəruri şərti olduğundan, həmin şərtin mövcud olmadığı müəyyən edildiyi halda iddianın böyük ehtimalla uğurlu olub-olmamasının ayrıca araşdırılmasına ehtiyac qalmır. Birinci instansiya məhkəməsi də bu prosessual ardıcıllığı düzgün tətbiq etmişdir. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizənin rədd edilməsi barədə qərardad birinci instansiya məhkəməsi tərəfindən yuxarıda istinad olunan normalarda təsbit edilmiş tələblərə və şərtlərə uyğun olaraq qəbul edilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 40, 41, 43, 80, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Iddiaçının əpellyasiya şikayəti rədd edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (ünvan: ünvan 1 məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar