Məhkəmə qərarları › İş №15(3-9)-101/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-101/2026

30.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-101/2026 30.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, Işin halları: Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Maraqlı şəxs qarşı “iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdeh “Azərbaycan Respublikası Maraqlı şəxs tərəfindən qoyulmuş ##.##.2026-cı il tarixli, ##.##.2026-cı il tarixli ***********D nömrəli sərəncamın icrasının dayandırılması” barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq “iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alıb icra edilənədək AVIS: ##.##.2026-cı il tarixli, **************** nömrəli zəmanət məktubu üzrə öhdəliyin icrasının dayandırılması” barədə qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Ərizə onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Maraqlı şəxs ##.##.2026-cı il tarixli *-**-*-*/*-*****/**** nömrəli "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə" Qərarı ilə iddiaçı barəsində 2025-ci ilin oktyabr ayı üzrə 260538,28 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmalar yarandığı bildirilmişdir. Bunun davamı olaraq, vergi orqanı tərəfindən ##.##.2026-cı il tarixli, ***********D nömrəli sərəncam əsasında Ərizəçi bank hesabına 266.606,00 AZN məbləğində məhdudiyyət tətbiq edilmişdir. Lakin qeyd olunan inzibati aktın məzmunu və onun qəbul edilmə əsasları hərtərəfli təhlil edildikdə aydın olur ki, həmin qərar qanunvericiliyin tələblərinə uyğun olmayaraq, kifayət qədər hüquqi və faktiki əsaslandırma olmadan qəbul edilmişdir. Belə ki, vergi orqanı tərəfindən malların əskik gəlməsi ilə bağlı irəli sürülən iddialar konkret sübutlarla, ilkin mühasibat sənədləri və ya inventarizasiya nəticələri ilə təsdiq edilməmiş, bu hal isə qəbul edilmiş qərarın obyektivliyini və qanuniliyini ciddi şəkildə şübhə altına alır. Eyni zamanda, tətbiq edilmiş maliyyə tədbiri, yəni bank hesabına sərəncam qoyulması - mübahisələndirilən məbləğin hüquqi əsasları tam müəyyən edilmədən həyata keçirilmiş, bu isə sahibkarlıq fəaliyyətinin sərbəst həyata keçirilməsi hüququna qeyriproporsional müdaxilə kimi qiymətləndirilməlidir. Ərizəçinin fəaliyyəti "X1 Bottlers" MMC ilə bağlanmış müqavilə əsasında distribüterlik fəaliyyətindən ibarət olub, qazlı və qazsız sərinləşdirici içkilərin topdan satışı və servisinin həyata keçirilməsini əhatə edir. Qeyd olunan fəaliyyətin xarakteri nəzərə alındıqda, malların dövriyyəsi intensiv olmaqla, onların hərəkəti müvafiq uçot sənədləri və təhvil-təslim aktları əsasında sistemli şəkildə rəsmiləşdirilir. Bu baxımdan, vergi orqanı tərəfindən irəli sürülən "əskik gəlmə" iddiasının mövcud uçot sənədləri ilə ziddiyyət təşkil etməsi ehtimalı yüksəkdir və bu hal mütləq şəkildə müstəqil və obyektiv araşdırma tələb edir. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlinir ki, ##.##.2026-cı il tarixli qərar hüquqi müəyyənlik, əsaslandırılmışlıq və proporsionallıq prinsiplərinə cavab vermir və bu səbəbdən inzibati akt kimi etibarsız hesab edilməlidir. Bu məqsədlə, mübahisələndirilən inzibati aktın qanunsuz və əsassız olması nəzərə alınaraq, onun ləğv edilməsi tələbi ilə Şirvan Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Hazırda iş e-2-1 (*-*)-***/**** saylı iş nömrəsi ilə məhkəmənin icraatındadır. Cavabdeh orqanın etiraz ərizəsində qeyd edilmişdir ki, məhkəmənin inzibati akta münasibətdə müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında qərardad qəbul edə bilməsi üçün ərizəçi tərəfindən təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim edilməlidir. Lakin, iddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsində müvafiq dəlillərə əsaslanan sənədlər və sübutların, vergi orqanı tərəfindən aparılan operativ vergi nəzarəti tədbiri zamanı əldə olunan sənədlərə istinad edir. Bundan başqa iddiaçı ərizədə operativ vergi tədbiri zamanı inventarizasiya aparılmadığını və mübahisələndirilən məbləğin hüquqi əsasları müəyyən edilmədiyini bildirmişdir. Lakin iddiaçı * saylı Ərazi Vergilər Idarəsinin ##.##.2025-ci il tarixli ************** saylı qərarı əsasında ona məxsus obyeklərdə operativ vergi nəzarəti zamanı inventarizasiya aparıldığını və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ##.##.2025-ci il tarixli ************** saylı qərar ilə 190894,79 manat məbləğində vergi məsuliyyətinə cəlb edildiyi müəyyən edə bilməmişdir. Həmçinin, mübahisələndirilən qərar üzrə hesablamanın operativ vergi nəzarəti tədbirləri zamanı sənədli mal qalığı, elektron qaiməfaktura və kassa üzrə satış dövriyyə məbləği əskik gəlməsi ilə bağlı məlumat bildirilmişdir. Hesab edirik ki, məhkəmə mübahisələndirilən qərarlar ilə bağlı hansı hərəkətlərin aparıldığını müəyyən etməli və nəticədən asılı olaraq iddiaçının xahiş etdiyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi məsələsi həll olunmalı və hər iki tərəfin hüquqi mənafeyi nəzərə alınmalıdır. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** saylı qərardadı ilə (hakim Rəşad Nuriyev) ilə ərizə mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan ərizəçi apellyasiya şikayəti verərək iş üzrə qəbul edilmiş Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** saylı qərardadının ləğv edilməsini və ərizənin mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmənin qənaətinə əsasən, zəmanət məktubu üzrə öhdəliyin icrasının dayandırılması isə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbiri kimi Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Lakin, Inzibati Prosessual Məcəllənin 40.1-ci maddəsinəəsasən, maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Hesab edirik ki, zəmanət məktubu üzrə öhdəliyin icrasının dayandırılması iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri kateqoriyasına daxildir. Çünki, fərdi sahibkarın ərizəsi əsasında mübahisəli vergi borcunun 10 ay ərzində ödənilməsi müqabilində sərəncam ləğv edilsə də bu cür öhdəlik qoyulması nəticəsində fərdi sahibkarın maliyyə-təsərrüfat fəaliyyəti tamamilə iflic vəziyyətinə düşmüşdür. Yuxarıda qeyd edilənlərə əsasən ərizəçi Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** saylı qərardadının ləğv edilməsini, ərizənin mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Iş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarı 4.10. Əsas iddia üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyinə dair halların yoxlanılması məsələsi təminat tədbirləri ilə bağlı qəbul edilmiş qərardadlardan verilən şikayətlərə baxılarkən yuxarı instansiyası məhkəmələri tərəfindən də yoxlanılmalı və qiymətləndirilməlidir. 4.11. Buna görə, məhkəmə tərəfindən təminat tədbirinin tətbiqi ilə bağlı qərardad qəbul edildikdən sonra ötən müddət ərzində əsas iddianın mümkünsüzlüyünə dəlalət edən yeni hallar yaranmışsa və ya əvvəllər yaranmış hallar mövcud olmaqda davam etmişsə, müvafiq olaraq qeyd edilən halların mövcudluğuna istinadla yuxarı instansiya məhkəmələri tərəfindən mübahisələndirilən məhkəmə aktları ləğv edilməklə ərizə mümkün sayılmaya bilər. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Birinci instansiya məhkəməsi ərizəni mümkün saymamış və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, zəmanət məktubu üzrə öhdəliyin icrasının dayandırılması məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbiri kimi Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçinin hüquqi marağı sırf zəmanət məktubu üzrə öhdəliyin icrasının dayandırılması ilə bağlıdır. Bu hal isə müqavilə münasibətlərindən irəli gələn mübahisədir, müqavilə münasibətləri isə Mülki Məcəllənin müvafiq normaları ilə tənzimlənir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Ərizəçinin sonuncu tələbi “iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alıb icra edilənədək AVIS: ##.##.2026-cı il tarixli, **************** nömrəli zəmanət məktubu üzrə öhdəliyin icrasının dayandırılması” olmuşdur. Hazırkı iş materiallarına əsasən müəyyən edilir ki,iddiaçı tərəfindən cavabdehin ##.##.2026-cı il tarixli *-**-*-*/*-*****/**** nömrəli "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə" qərarı mübahisələndirilir.Ilkin ərizənin də mahiyyəti həmin qərar əsasında cavabdeh tərəfindən qərarın icrası ilə bağlı hesaba qoyulmuş sərəncamın icrasının dayandırılmasından ibarət olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Ərizəçi yaranmış vergi borcunun hissə-hissə ödənilməsinə möhlət verilməsi barədə ##.##.2026-cı il tarixli zəmanət məktubu ilə * saylı Ərazi Vergilər Idarəsinə müraciət etmişdir. Iddiaçı zəmanət məktubu ilə hər hansı cari öhdəlikləri yerinə yetirmək şərti ilə 2026-cı ilin mart ayından başlayaraq 2026-cı ilin dekabr ayı da daxil olmaqla on ay ərzində hər ay 21693,10 manat ödənilməsini öhdəsinə götürmüşdür. Işdə olan Ərizəçi (VÖEN-8100003322) tərəfindən * saylı Ərazi Vergilər Idarəsinə ünvanlanmış zəmanət məktubundan görünür ki, iddiaçının ##.##.2026-cı il tarixə ümumilikdə 216930,85 manat (o cümlədən vergilər üzrə 210449,97 manat əsas borc, 6448,13 manat faiz borcu, işsizlikdən sığorta haqları üzrə 12,0 manat əsas borc, 1,60 manat faiz borcu, icbari tibbi sığorta haqları üzrə 1,93 manat əsas, 17,2 manat faiz borcu) borcu yaranmışdır. Gələcək fəaliyyəti üzrə yarana biləcək hər hansı cari öhdəlikləri yerinə yetirmək şərti ilə 2026-cı ilin mart ayından başlayaraq 2026-cı ilin dekabr ayı da daxil olmaqla on ay ərzində hər ay 21693,10 manat ödənilməsini öhdəsinə götürmüşdür. Ərizəçi tərəfindən göstərilən borcların ödənilməməsinə görə Bank hesablarına və ƏDV depozit hesablarına yenidən sərəncamların göndəriləcəyi və Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Inzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsində və diqar hüquqi aktlarında nəzərdə tutulan məsulliyyət tədbirlərinin görüləcəyi barədə xəbərdar edilmiş və zəmanət məktubu nəzərə alınaraq bank və ƏDV depozit hesablarına qoyulmuş sərəncamların götürülməsini xahiş etmişdir. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Idarəsinin ## #### 2026-cı il tarixli, *-**-*-**/*-*****/**** saylı məktubundan görünür ki, Ərizəçin tərəfindən (VÖEN: **********) yaranmış vergi borcunun hissəhissə ödənilməsinə möhlət verilməsi barədə ##.##.2026-ci il tarixli (AVIS: ##.##.2026-cı il tarixli **************** nömrəli) zəmanət məktubu ilə * saylı Ərazi Vergilər Idarəsində müraciət edilmişdir. Ərizəçi (VÖEN: **********) bank hesablarına göndərilmiş sərəncamlar ##.##.2026-ci il tarixdə geri çağırılmışdır. Hazırda iddiaçının tələbi sözügedən zəmanət məktubu üzrə öhdəliyin icrasının dayandırılması ilə bağlı müvəqqəti xarakterli təminat tədbirinin tətbiqi ilə əlaqədardır. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçının irəli sürdüyü tələbdə hazırkı işin halları baxımından məntiqi uyğunsuzluq vardır. Belə ki, iddiaçı zəmanət məktubu ilə müəyyən müddət ərzində hər ay ödəniş etməyi öhdəsinə götürdüyü halda, eyni zamanda müvəqqəti təminat tədbiri qismində həmin zəmanət məktubundan irəli gələn öhdəliyin icrasının dayandırılmasını tələb edir. Bu cür tələbin qoyulması isə iddiaçının öz üzərinə könüllü götürdüyü öhdəliklə uzlaşmır. Digər tərəfdən işdən görünür ki, Ərizəçi bank hesablarına qoyulmuş Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Idarəsi tərəfindən sərəncamlar artıq geri çağırılmışdır. Qeyd olunan sərəncamlar geri çağırıldıqdan sonra ərizəçinin “iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alıb icra edilənədək AVIS: ##.##.2026-cı il tarixli, **************** nömrəli zəmanət məktubu üzrə öhdəliyin icrasının dayandırılması” barədə qərardad çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi əsas iddia üzrə tətbiq edilmiş bank hesabına qoyulmuş məhdudiyyət artıq aradan qaldırılmışdır. Belə olan halda, hazırda zəmanət məktubu üzrə öhdəliyin icrasının dayandırılması tələbinin əsas iddianın predmeti ilə birbaşa əlaqəsi müəyyən edilmir. Bu səbəbdən, tələb edilən müvəqqəti təminat tədbiri əsas iddianın gələcəkdə mümkün icrasının təmin edilməsinə xidmət etmir və onun tətbiqi üçün prosessual zərurət mövcud hesab edilə bilməz. Məhkəmə xüsusi ilə vurğulayır ki,həmin məktubdan sonra cavabdeh tərəfindən ərizəçi barəsində əsas iddia tələbi üzrə mübahisələndirilən qərarın icrası ilə bağlı hansısa aktiv hərəkətlərin edildiyinə dair sübut təqdim edilməmişdir.Yəni, cavabdehin mübahisələndirilən ##.##.2026-cı il tarixli "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə" qərarının icrası zamanı ərizə barəsində hər hansı məhdudiyyətin tətbiqi müəyyən edilməmişdir. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli qərarının 4.1-1-ci bəndinə əsasən istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. Məhkəmə tərəfindən təminat tədbirinin tətbiqi ilə bağlı qərardad qəbul edildikdən sonra ötən müddət ərzində əsas iddianın mümkünsüzlüyünə dəlalət edən yeni hallar yaranmışsa və ya əvvəllər yaranmış hallar mövcud olmaqda davam etmişsə, müvafiq olaraq qeyd edilən halların mövcudluğuna istinadla yuxarı instansiya məhkəmələri tərəfindən mübahisələndirilən məhkəmə aktları ləğv edilməklə ərizə mümkün sayılmaya bilər. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə(Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə)kasasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar