Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-121/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsinə dair Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadından maraqlı şəxs (cavabdeh) Azərbaycan Respublikası Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları: Iddia icraatı qaydasında iddiaçı Ərizəçi cavabdeh “xxxx” X1rşı “müddətli həqiqi hərbi xidmətə yararlı olmağı barədə qəbul etdiyi yekun tibbi müayinəyə dair qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Ərizəçi həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək “məhkəmə prosesi başa çatana qədər cavabdeh tərəfindən hərbi xidmətə aparılmasının müvəqqəti olaraq dayandırılması” barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan ərizəçi Ərizəçi ərizənin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, məhkəmənin icraatında olan **(*-*)-***/**** saylı işlə əlaqədar olaraq tələbin “Şirvan Inzibati Məhkəməsinin icraatında olan *-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək onun həqiqi hərbi xidmətə çağırılmamağı vəzifəsinin Azərbaycan Respublikası Maraqlı şəxs üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Ərizə onunla əsaslandırmışdır ki, 1998-ci il ## ###### tarixində Hacıqabul rayonu, Muğan qəsəbəsində anadan olmuş və hal-hazırda həmin qəsəbədə yaşayır. Skolioz (onurğanın əyriliyi) xəstəyindən əziyyət çəkir. Xəstəliyinin müalicəsi üçün bir sıra özəl klinikalarda uzun müddət müalicə almışdır. 2016-cı ildə Hacıqabul Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, lakin, tibbi müayinə nəticəsində xəstəliyi ilə əlaqədar olaraq ##.##.2016-cı il tarixdə hərbi xidmətə yararsız hesab edilmişdir. Hacıqabul rayon Hərbi Komissarlığı tərəfindən 35 yaşına qədər hər 3 ildən bir məcburi təkrar tibbi müayinədən keçməyi barədə məlumat verilmişdir. Bu qayda ilə, hər 3 ildən sonra Hacıqabul Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və hər dəfə müayinə nəticəsində yenə də xəstəliyi ilə bağlı həqiqi hərbi xidmətə yararsız hesab edilmişdir. Beləliklə, bu müddət ərzində müvafiq tibbi müayinələrdən keçərək, hərbi xidmətə yararsızlığının davam etdiyini təsdiqləyən müvafiq qərarlar qəbul olunmuşdur. 2026-ci tarixində Maraqlı şəxs tərəfindən təkrar tibbi müayinəyə çağırılmış, müayinə prosesində ona Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş verilmişdir. Göndəriş əsasında, tibbi müayinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq işçiləri tərəfindən keçirilmiş və onu əlavə müayinə üçün başqa bir xəstəxanaya göndərmişlər. Xəstəxanada yüngül müayinə aparıldıqdan sonra, müayinənin nəticələri barədə qısa zamanda məlumat veriləcəklərini bildirmişlər. Yaşayış yerinə Maraqlı şəxs tərəfindən göndərilmiş çağırış vərəqəsindən sonra ona məlum olmuşdur ki, yekun tibbi müayinəyə dair qəbul edilmiş qərara əsasən o, hərbi xidmətə yararlı hesab edilmişdir. Halbuki, yuxarıda da qeyd etdiyi kimi, uzun müddətdir ki, Skolioz xəstəliyindən əziyyət çəkir, mütəmadi olaraq fizioterapevtik müalicə alır və fiziki yüklənmələr zamanı bel və kürək nahiyəsində ağrılar, uzun müddət ayaqüstə qaldıqda isə diskomfort və yorğunluq hissi yaşayır. Bu səbəbdən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən barəmdə verilmiş qərarın qanunsuz və əsassız olduğunu hesab edir və həmin qərarın ləğv edilməsi məqsədilə ## #### 2026-cı il tarixdə Şirvan Inzibati Məhkəməsinə müraciət etmişdir. Bununla belə, Maraqlı şəxs tərəfindən ona çağırış vərəqəsi təqdim edilmişdir. Onun hazırkı səhhəti, yəni onurğanın əyriliyi (Skolioz) fiziki yüklənmələrə, uzun müddətli ayaqüstə durmağa və ağır fiziki fəaliyyətə qətiyyən uyğun deyildir. Bu xəstəlik bel və kürək nahiyəsində daimi və güclü ağrılar, hərəkət məhdudiyyəti və bədən tarazlığında pozuntu, ağciyər və ürək funksiyalarına təzyiq nəticəsində tənəffüs və dövran problemləri, uzunmüddətli fiziki yüklənmələr nəticəsində onurğa sütununda deformasiyanın irəliləməsi, psixoloji gərginlik və nevroloji pozuntular (müntəzəm ağrılar səbəbilə) kimi ciddi tibbi nəticələrə gətirib çıxara bilər. Bununla yanaşı, müntəzəm olaraq fizioterapiya və ortopedik nəzarət altında olmağı zəruridir. Hərbi xidmətdə olarkən bu müalicə rejiminə riayət etməyi real olaraq mümkün olmayacaq. Bu isə mövcud vəziyyətinin daha da ağırlaşmasına, hətta əlillik dərəcəsinə qədər irəliləməsinə səbəb ola bilər. Yuxarıda sadalanan səbəblər və mövcud tibbi vəziyyəti onun hərbi xidmətə aparılmağının müvəqqəti olaraq dayandırılması üçün əsasdır. Qeyd olunanlara əsasən ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ilə (hakim Rəşad Nuriyev) ilə ərizə təmin edilmişdir. Həmin qərardaddan narazı qalan maraqlı şəxs apellyasiya şikayəti verərək iş üzrə qəbul edilmiş Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadının ləğv edilməsini barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 2.15. bəndinə əsasən Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır Ç hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün 'Xəstəliklər cədvəli nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir 2.18. Barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan “B", “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin 11-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin isə iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış (sübutlarla) güman yaratmalıdır. Əlavə olaraq bildiririk ki, bu kimi əsassız və qanunsuz məhkəmə aktlarını qəbul etməklə məhkəmələr tərəfindən vətəndaşların müddətli həqiqi hərbi xidmətdən yayınmalarına zəmin yaradır və dövlət başçısının bu sahədə müvafiq tapşırıqlarının vaxtında icrasına maneə törədir. Yuxarıda qeyd edilənlərə əsasən maarqlı şəxs Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadının ləğv edilməsini barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Ərizəçi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarı 4.2. Iddia qaldırılanadək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. Belə tələblərə cavab verməyən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizələr mümkün sayılmaya bilər. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir. 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 4.10. Əsas iddia üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyinə dair halların yoxlanılması məsələsi təminat tədbirləri ilə bağlı qəbul edilmiş qərardadlardan verilən şikayətlərə baxılarkən yuxarı instansiyası məhkəmələri tərəfindən də yoxlanılmalı və qiymətləndirilməlidir. 4.11. Buna görə, məhkəmə tərəfindən təminat tədbirinin tətbiqi ilə bağlı qərardad qəbul edildikdən sonra ötən müddət ərzində əsas iddianın mümkünsüzlüyünə dəlalət edən yeni hallar yaranmışsa və ya əvvəllər yaranmış hallar mövcud olmaqda davam etmişsə, müvafiq olaraq qeyd edilən halların mövcudluğuna istinadla yuxarı instansiya məhkəmələri tərəfindən mübahisələndirilən məhkəmə aktları ləğv edilməklə ərizə mümkün sayılmaya bilər. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Ərizəçinin tələbi “Şirvan Inzibati Məhkəməsinin icraatında olan *-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək onun həqiqi hərbi xidmətə çağırılmamağı vəzifəsinin Azərbaycan Respublikası Maraqlı şəxs üzərinə qoyulması” olmuşdur. Birinci instansiya məhkəməsinin ərizəni təmin edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ərizəçi 2016, 2019 və 2023-cü ildə hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi onda olan xəstəliklərin hərbi xidmətə yararsız hesab edilməsi ilə bağlı iddianın uğurluluq ehtimalını artırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Işdə olan SX ******* nömrəli hərbi biletdən görünür ki, Ərizəçi ##.##.2016-cı il tarixdə SHXÇDX-nin Hacıqabul rayon şöbəsinin HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 66 c maddəsinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı qərarı) dinc dövrdə hərbi xidmətə yararsız hesab edilmiş və təkrar tibbi müayinənin vaxtı ##.##.2019-cu il müəyyən edilmişdir (həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir). Bundan başqa, Ərizəçi ##.##.2019-cu il tarixdə SHXÇDX-nin Hacıqabul rayon şöbəsinin HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 66 c maddəsinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı qərarı) dinc dövrdə hərbi xidmətə yararsız hesab edilmiş və təkrar tibbi müayinənin vaxtı ##.##.2022-ci il müəyyən edilmişdir (həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir). Bundan başqa, Ərizəçi ##.##.2023-cü il tarixdə SHXÇDX-nin Hacıqabul rayon şöbəsinin HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 66 c maddəsinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı qərarı) dinc dövrdə hərbi xidmətə yararsız hesab edilmiş və təkrar tibbi müayinənin vaxtı ##.##.2026-cı il müəyyən edilmişdir (həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir). “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli qərarının 4.1-1-ci bəndinə əsasən istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. Məhkəmə kollegiyası ərizəyə münasibətdə qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizənin taleyi əsas iddiaya bağlıdır və onun mümkünlüyündən, uğurluluq ehtimalından, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda isə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən asılıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün ümumi və xüsusi mümkünlük şərtləri ödənilməlidir. Hazırkı ərizənin hüquqi dəyərləndirilməsi aparılarkən iki məsələyə qiymət yetirilməlidir :
1. əsas iddianın mümkünlüyünün yoxlanılması;
2. ərizənin təcililiyinin mövcudluğu; Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlə bağlı məsələni düzgün qiymətləndirə bilməmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Tibbi Qiymətləndirmə Komissiyasının yekun tibbi müayinə qərarından sonra Maraqlı şəxs tərəfindən ərizəçinin hərbi xidmətə cəlb edilməsi barədə ## #### 2026-cı il tarixli qərar qəbul edilmişdir. Odur ki,hazırkı vəziyyətdə əsas iddia mümkünlük şərtinə cavab vermir.Belə ki,iddia ərizəsinə əsasən iddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini cavabdeh qismində, SHXÇDX-nin Hacıqabul rayon şöbəsini üçüncü şəxs qismində göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı ərizəyə baxılarkən əsas iddianın mümkünlüyü ilə bağlı ərizəçiyə hüquqi yardım edilməmiş, iddianın mümkünlüyü qiymətləndirilməmişdir. Iş materiallarına əlavə edilmiş qərarlara əsasən əsas iddia üzrə hər iki inzibati orqan cavabdeh olmalıdır. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin prosessual statusuna dair düzgün nəticəyə gəlməmişdir.Nəticə etibarı ilə əsas iddianın hazırda mümkünlük şərtlərinə cavab verməməsi səbəbindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi ilə bağlı ərizəsi mümkün hesab edilməməlidir. Bununla belə məhkəmə kollegiyası ərizəçiyə (iddiaçıya) izah edərək bildirir ki, əsas iddianın mümkünlük şərtlərinə riayət olunduğu halda yenidən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi kifayət qədər əsaslar mövcuddur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçı tərəfindən verilmiş müvəqqəti xarakterli təminat tədbiri barədə ərizə mümkün sayılmamalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Azərbaycan Respublikası Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilir. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ləğv edilir. Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi ilə bağlı ərizəsi mümkün hesab edilmir. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.