Azərbaycan Respublikası adından Qərardad İş № 15(3-9)-122/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Ərizəçi Ərizəçi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair ərizəsinə əsasən inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddia icraatı qaydasında iddiaçı Ərizəçi cavabdeh “xxxx” X2rşı “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Ərizəçi həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək “Şirvan Inzibati Məhkəməsinin icraatında olan *-*(*-*)-****/**** saylı iş üzrə məhkəmə qərarı qəbul edilərək qanuni qüvvəsini alanadək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon Idarəsi tərəfindən onun hərbi xidmətə çağırılmağına möhlət hüququnun verilməsi” barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan ərizəçi Ərizəçi ərizənin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, məhkəmənin icraatında olan **(*-*)-***/**** saylı işlə əlaqədar olaraq tələbin “Şirvan Inzibati Məhkəməsinin icraatında olan *-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək onun həqiqi hərbi xidmətə çağırılmamağı vəzifəsinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə tələb dəyişdirilmişdir. Ərizə onunla əsaslandırmışdır ki, ## ### 1999-cu il tarixdə Lənkəran rayonu, Türkəncil kəndində anadan olmuşdur. Anadangəlmə xəstə olduğu üçün 2017-ci ildə qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Idarəsi tərəfindən hərbi xidmətə çağırılanda onun hərbi xidmətə yararlı olub-olmamağını müəyyən etmək üçün müayinə olunmağı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərmişlər. Orada müayinə olarkən xəstə olduğu üçün ## ####### 2017-ci il tarixdə ona möhlət hüququ verilmiş və təkrar tibbi müayinənin vaxtı ##.##.2020-ci il müəyyən edilmişdir. Bundan sonar, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Idarəsi hərbi xidmətə yararlı olub-olmamağını müəyyən etmək üçün yenidən müayinə olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. ## ###### 2021-ci il tarixdə müayindən keçmiş və ona yenə də möhlət hüququ verilmiş və təkrar tibbi müayinənin vaxtı ##.##.2024-cü il müəyyən edilmişdir. 2026cı ilin aprel ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Idarəsi tərəfindən onun hərbi xidmətə yararlı olub-olmamasını müəyyən etmək üçün yenidən müayinə olunması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həkim müayinəsinə göndərilmiş və iki dəfə hərbi xidmətə yararsız olmağına baxmayaraq və sağlamlığında müsbət irəlləyiş olmadığı halda hərbi xidmətə yararlı hesab edilmişdir. Baxmayaraq hazırda da xəstədir və həmin xəstəliklərə görə mütəmadi müalicələr alır. Bütün qeyd etdiklərinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərbi xidmətə yararlı olmağı barədə rəyini əsassız hesab edir və həmin rəy ləğv edilməlidir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon Idarəsi tərəfindən ona bildiriş göndərilmiş və hərbi xidmətə çağırılmışdır. Hazırda da hərbi xidmətə çağırılmağına məhkəmənin qərarı qəbul edilərək qanuni qüvvəsini alanadək möhlət hüququnun verilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən ərizənin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Rəşad Nuriyev) ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin təmin edilməməsi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi, bundan əlavə, ictimaiyyət üçün də real təhlükənin mövcudluğu müəyyən olunur. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırki halda təcili tənzimləməyə ehtiyac vardır. Məhkəmə iddianın uğurluluq ehtimalına münasibətdə isə qeyd etmişdir ki, hazırki halda iddianın uğurlu olub-olmamasını tam müəyyən etmək mümkün deyildir. Belə ki, qanunvericiliyin sadalanan normalarından göründüyü kimi şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi ixtisaslaşmış tibbi biliyə malik şəxslərin iştirakı ilə qiymətləndirilməli olan məsələdir. Odur ki, işə mahiyyəti üzrə baxıldığı müddət ərzində buna dair tibbi biliyə malik şəxslərdən şəxsin yararlılıq kateqoriyasına dair tibbi-sağlamlıq vəziyyəti barədə məlumatlar məhkəmədə mövcud deyildirsə, buna dair ekspertiza və mütəxəssis rəyləri alınmadan, zərurət olduğu təqdirdə tibbi biliyə malik şəxslərin iştirakı icraata cəlb edilmədən bu növ iddianın uğurluluğun hazırkı mərhələdə aydın olmasından söhbət gedə bilməz. Göründüyü kimi, iddianın uğurluluq ehtimalı qeyd olunan icraat çərçivəsində yoxlanılma aparılmadan, ekspertiza və s. cəlb edilmədən mümkün deyildir. Bundan başqa, məhkəmə iddianın uğurluluq ehtimalına münasibətdə həmçinin qeyd edir ki, Ərizəçi 2017 və 2021-ci ildə hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi onda olan xəstəliklərin hərbi xidmətə yararsız hesab edilməsi ilə bağlı iddianın uğurluluq ehtimalını artırır. Qərardaddan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsi xahiş edilmişdir. Şikayətin dəlili odur ki, məhkəmə tərəfindən iddianın uğurluluq ehtimalına və ilkin təcili tənzimləmə zərurətinə düzgün qiymət verilməmişdir. Prosessual məsələlər: Ərizəçi Ərizəçi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz etdiyini bildirdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etdiklərini bildirdi. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Iş materiallarında olan: SX ******* nömrəli hərbi biletdən görünür ki, Ərizəçi ##.##.2017-ci il tarixdə SHXÇDX-nin Lənkəran rayon şöbəsinin HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 2 c maddəsinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı qərarı) dinc dövrdə hərbi xidmətə yararsız hesab edilmiş və təkrar tibbi müayinənin vaxtı ##.##.2021-ci il müəyyən edilmişdir (həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir). Ərizəçi ##.##.2021-ci il tarixdə SHXÇDX-nin Lənkəran rayon şöbəsinin HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 2c maddəsinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı qərarı) dinc dövrdə hərbi xidmətə yararsız hesab edilmiş və təkrar tibbi müayinənin vaxtı ##.##.2024-cü il müəyyən edilmişdir (həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir). Hazırkı şəraitdə ərizəçi ərizənin təmin edilməyəcəyi təqdirdə hüquqlarının qorunmasının mümkün olmayacağını və ya xeyli çətinləşəcəyini konkret hallarla şərh etməmiş, bununla da ilkin tənzimləmənin zəruri olmasını əsaslandırmamış, bunun əksinə olaraq, maraqlı şəxs öz qərarını və qərarın verilməsinə əsas olmuş halları qanunvericiliyin tələbləri baxımından və mövcud faktiki vəziyyətlə əsaslandırmışdır. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023cü il tarixli, ** saylı Qərarında hazırki münasibətləri tənzimləyən yetərli tövsiyyələr və göstərişlər yer almışdır: 11.12-ci bəndinə əsasən Inzibati aktın icrasının dayandırılmasına dair qərardad çıxarılarkən məhkəmə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətə əsaslanır və sonradan məhkəmənin bu mövqeyi işin müəyyən edilmiş hallarından asılı olaraq dəyişə bilər və nəticədə məhkəmə inzibati aktı hüquqa uyğun hesab etməklə iddianı, ümumiyyətlə, rədd edə bilər. 11.15. IPM-in 41.2-ci maddəsinə görə məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.22. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Kollegiya birinci instansiya gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, adıçəkilən plenum qərarının tövsiyələrindən göründüyü kimi, ərizənin təmin edilməsi üçün mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyinə dair ciddi əsaslar mövcud olmalıdır. Kollegiya qeyd edir ki, iddiaçıda mövcud olan “dişlərin inkişafının və çıxmasının pozulmaları” iddiaçı hərbi xidmətə getdiyi halda onda dərhal ciddi sağlamlıq problemlərinin yaranması, nəticə etibarilə geridönməz proseslərin baş verəcəyi barədə nəticəyə gəlmək üçün əsas yaratmır. Başqa sözlə, ilkin təcili tənzimləmə zərurəti üçün əsas görünmür. Buna baxmayaraq, birinci instansiya məhkəməsi ilkin tənzimləmənin nə dərəcədə zəruri olmasını və iddianın uğurluluq ehtimalını kifayət qədər araşdırmamış, ərizəyə tərəflərin bu məsələ ilə bağlı təqdim etdikləri sübutlar və onların mülahizələri baxımından düzgün hüquqi qiymət verməmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qəradadı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-9)-122/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-122/2026
19.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver