Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-123/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsinə dair Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadından verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları: Iddiaçılar X1 və Ərizəçi cavabdeh Cavabdeh ** saylı Şirvan Ərazi Idarəsinə qarşı “Salyan rayonu, Təzəkənd kəndində yerləşən yaşayış evinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Hal-hazırda ərizəçi Ərizəçi işə məhkəmə iclasında baxılanadək hazırda yaşadığı evə digər şəxslərin çıxarış almalarının qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Ərizə onunla əsaslandırılmışdır ki, uzun bir müddətdir ki, o, hazırda qeyd olunan ünvanda yaşayır. Yaşadığı evə çıxarış alınması üçün Şirvan Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda iddia tələbi ilə bağlı ərizə məhkəmənin icraatındadır. Lakin işə məhkəmə iclasında baxılanadək ev üzərində digər şəxslərin çıxarış almamaları üçün müvəqqəti təminat tədbiri kimi məhkəməyə müraciət etməli olur. Evin altında olan torpaq sahəsinə müvafiq sənədləri vardır. Odur ki, hazırda yaşadığı evə digər şəxslərin çıxarış almamaları üçün işə məhkəmə iclasında baxılanadək müvəqqəti təminat tədbiri kimi verdiyi ərizənin təmin edilməsi məqsədəmüvafiq hesab edilməlidir. Odur ki, tələbinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ilə (hakim Pərvanə Qurbanova) ilə ərizə mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan ərizəçi apellyasiya şikayəti verərək iş üzrə qəbul edilmiş Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Şirvan Inzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, sübutlara ətraflı qiymət verməmişdir. Uzun bir müddətdir ki, sözü gedən evdən yaşayır. Ev ilkin sənədlərlə ona məxsusdur. Lakin işə baxan hakim işin bu halını nəzərə almadan ziyanına qərar çıxartmışdır. Evin altında olan torpaq sahəsinə kifayət qədər sübutları vardır. Işə baxan baxan cavabdeh orqan müvafiq sorğular göndərsəydi, orada aydın olardı ki, ev ilkin sənədlərlə ona məxsusdur. Lakin işə baxan hakim tez tələsik qərar çıxarmışdır. Yuxarıda qeyd edilənlərə əsasən ərizəçi Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün Şirvan Inzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Iş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarı 4.2. Iddia qaldırılanadək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. Belə tələblərə cavab verməyən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizələr mümkün sayılmaya bilər. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir. 4.6. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır. 4.10. Əsas iddia üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyinə dair halların yoxlanılması məsələsi təminat tədbirləri ilə bağlı qəbul edilmiş qərardadlardan verilən şikayətlərə baxılarkən yuxarı instansiyası məhkəmələri tərəfindən də yoxlanılmalı və qiymətləndirilməlidir. 4.11. Buna görə, məhkəmə tərəfindən təminat tədbirinin tətbiqi ilə bağlı qərardad qəbul edildikdən sonra ötən müddət ərzində əsas iddianın mümkünsüzlüyünə dəlalət edən yeni hallar yaranmışsa və ya əvvəllər yaranmış hallar mövcud olmaqda davam etmişsə, müvafiq olaraq qeyd edilən halların mövcudluğuna istinadla yuxarı instansiya məhkəmələri tərəfindən mübahisələndirilən məhkəmə aktları ləğv edilməklə ərizə mümkün sayılmaya bilər. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Ərizəçinin tələbi “işə məhkəmə iclasında baxılanadək hazırda yaşadığı evə digər şəxslərin çıxarış almalarının qadağan edilməsi” olmuşdur. Birinci instansiya məhkəməsinin ərizəni mümkün sayılmamış və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə, həmçinin evin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən heç bir hüquqmüəyyənedici sənədi yoxdur. O, yalnız həmin evdə uzun illər yaşadığına və evin yerləşdiyi torpaq sahəsinin mərhum atasına məxsus olmasına əsaslanaraq fədi yaşayış evinə çıxarış alınmalı olduğunu iddia edir. Həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən də müəyyən edilir ki, hazırki tələblə cavabdeh inzibati orqana müraciəti və müraciət əsasında tələbin təmin edilməsindən imtina da mövcud deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Işdə olan Salyan rayon Icra Hakimiyyəti Başçısının Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin *-**-**/*-***/**** saylı, ## ### 2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi məlumat olaraq bildirir ki, mərhum X2 məxsus 0.22 ha həyətyanı (bələdiyyə) torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evində hal-hazırda onun oğlu X3 və mərhumun həyat yoldaşı X4 yaşayır. Sözügedən fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədi olmadığı üçün həmin evdə rəsmən kimlərin qeydiyyatda olması və X5 adına olması haqqında bizdə məlumat yoxdur. Həmçinin göstərilən ev ərazi nümayəndəliyinə məxsus ** saylı təsərrüfatbaşına kitabın **** saylı şəxsi hesabında X1 adına qeydə alınmışdır. Işdə olan Salyan rayonu Qarabağlı Bələdiyyəsinin ## ### 2026-cı il tarixli, ** saylı arayışında qeyd edilmişdir ki, Salyan rayonunun Təzəkənd kənd sakini X6 ondan ötəri ki, onun Təzəkənd kəndində mərhum atası X2 və ailə üzüvlərinə məxsus bələdiyyənin *** nömrəli qeydiyat kitabında 0.23 ha həyətyanı (bələdiyyə) torpaq sahəsi vardır. Işin faktiki hallarından məlum olur ki, ərizəçi mərhum atasına məxsus torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evində yaşayır. Hazırda məhkəməyə müraciət edərək həmin evə çıxarış almaq istəyir. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli qərarının 4.1-1-ci bəndinə əsasən istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olan sənədlər sadalanmışdır. Hazırkı halda iddia icraatı qaydasında iddiaçılar X1 və Ərizəçi cavabdeh Cavabdeh ** saylı Şirvan Ərazi Idarəsinə qarşı “Salyan rayonu, Təzəkənd kəndində yerləşən yaşayış evinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” xahiş etmişdirlər. Lakin məhkəməyə həmin fərdi yaşayış evinə dair çıxarışın verilməsi üçün hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bununla belə ərizəçi Ərizəçi həmin evə digər şəxslərin çıxarış almalarının qadağan edilməsi məqsədilə müvəqqəti xarakterli təminat tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəyə münasibətdə qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizənin taleyi əsas iddiaya bağlıdır və onun mümkünlüyündən, uğurluluq ehtimalından, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda isə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən asılıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün ümumi və xüsusi mümkünlük şərtləri ödənilməlidir.Hazırkı ərizənin hüquqi dəyərləndirilməsi aparılarkən iki məsələyə qiymət yetirilməlidir:
1. əsas iddianın mümkünlüyünün yoxlanılması;
2. ərizənin təcililiyinin mövcudluğu; Iş materiallarından müəyyən edilir ki,iddiaçılar cavabdeh Cavabdeh ** saylı Şirvan Ərazi Idarəsinə qarşı “Salyan rayonu, Təzəkənd kəndində yerləşən yaşayış evinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəmədə iddia qaldırmışdır.Həmin iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir.Cavabdehin ## #### 2026-cı il tarixli məktubundan belə müraciətin olmadığı müəyyən edilmişdir. Hazırkı vəziyyətdə əsas iddia mümkünlük şərtlərinə cavab vermədiyindən məhkəmə ərizənin də mümkünlüyünü qiymətləndirməklə doğru nəticəyə gəlmişdir.Bundan əlavə ərizəçi tərəfindən “digər şəxslərin çıxarış almalarının qadağan edilməsi ”ni tələb etsə də həmin faktı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Nəticə etibarı ilə ərizə həm əsas iddianın hazırda mümkünlük şərtlərinə cavab verməməsi, həm də təcili tənzimləmə zərurətinin olmaması səbəbindən mümkün hesab edilməməlidir. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə(Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə)kasasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.