Məhkəmə qərarları › İş №15(3-9)-124/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-124/2026

19.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad İş № 15(3-9)-124/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X2 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair ərizəsinə əsasən inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı Ərizəçi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “Azərbaycan Respublikası Cavabdeh tərəfindən Ərizəçi haqqında qəbul edilmiş həqiqi hərbi xidmətə yararlı barədə qərarının ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddiaçı, həmin iddia ərizəsi ilə yanaşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Şirvan Inzibati Məhkəməsinin icraatında olan inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Ərizəçi həqiqi hərbi xidmətə çağırılmaması öhdəliyi Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, ## ###### 2001-ci il tarixdə anadan olmuş, orta məktəbi bitirdikdən sonra xəstəliyilə əlaqədar olaraq ona həqiqi hərbi xidmətdən möhlət hüququ verilmişdir. Onda anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozulmaları vardır. “Xəstəliklər cədvəli"nin 72C maddəsi üzrə ona hərbi xidmətdən 2 dəfə möhlət hüququ verilmişdir. Göstərilən xəstəlikdən davamlı olaraq əziyyət çəkmiş və hal-hazırda da bu ona əziyyət verir. Dəfələrlə müalicələr almağına baxmayaraq, aldığı müalicələrin heç bir xeyri olmamışdır. Göstərilən xəstəliklər aşkar edilir və əyani tibbi müayinə zamanı da həmin xəstəliklər diaqnozu təyin edilir. Bu xəstəliklərlə hərbi xidmətə getsə, səhhəti daha da pisləşəcək və hərbi xidməti edə bilməyəcəkdir. Xəstəliyi ilə əlaqədar ##.##.2020-ci il tarixdə Imişli rayon HHK tərəfindən xəstəliklər cədvəlinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı göstərilmiş və təkrar tibbi müayinənin vaxtı ##.##.2024-cü il müəyyən edilmiş və həmin tarixdə də hərbi həkim kommisiyasının müayinəsindən keçmişdir. Yenidən müayinə olunmaq üçün ona xidməti göndəriş verilmişdir. Həmin göndəriş əsasında Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilən qərarın “yararlılıq kateqoriyası” hissəsində dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı göstərilmişdir. Lakin bütün bu həkim qərarları onun həqiqi hərbi xidmətə yarasız olduğunu açıq şəkildə göstərsə də, onu yenidən müayinədən keçmək üçün göndərmişdirlər. Həkim müayinəsindən keçmiş və Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilən hərbi xidmətə yararlılıq barədə yekun qərarında “Yararlılıq kateqoriyası” hissədə müddətli həqiqi hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Iddiaçıya Azərbaycan Respublikası Cavabdeh tərəfindən çağırış vərəqəsi gələrək 2026-cı ilin iyul ayının 20-də müddətli hərbi xidmətə göndəriləcəyi bildirilmişdir. Hal-hazırda Şirvan Inzibati Məhkəməsində Azərbaycan Respublikası Cavabdeh tərəfindən onun haqqında qəbul edilmiş hərbi xidmətə yararlı barədə qərarının ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə iddia qaldırmışdır. Lakin iddiaçını qəbul edilmiş qərara əsasən 2026-cı ilin iyul çağırışına cəlb etmişdirlər. Qeyd olunanlara əsasən ərizənin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçının həqiqi hərbi xidmətə cəlb edilməsinin qanunauyğunluğunun yoxlanılması əsas iddia çərçivəsində aydınlaşdırılmalıdır. Həmçinin məhkəmə icraatının gedişində iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi ilə bağlı müvafiq məhkəmə-tibbi ekspertizasının keçirilməsi zərurəti istisna edilmir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin sağlamlığını qorumaq hüquq var, eyni zamanda hərbi xidmətə çağırış Konstitusiya ilə müəyyən edilən vətəndaşlıq borcudur. Məhkəmə qeyd etmişdir ki, fərdi hüquqlar və sağlamlıq vəziyyəti dövlətin hərbi hazırlıq sahəsində maraqları ilə balanslaşdırılmalı, mütənasiblik prinsipi nəzərə alınmalıdır. Iddiaçının hərbi xidmət yerinə getdikdən sonra xidməti vəzifələrinin icrası zamanı fərdi sağlamlıq vəziyyətinin nəzərə alınaraq onun sağlamlıq vəziyyətinin qorunmasına (hərbi xidmət zamanı qarşılaşacağı potensial sağlamlıq risklərinin nəzərə alınmasına) dair ona hər hansı bir güzəştlərin tətbiq ediləcəyi mümkün görünmür. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqəti xarakterli müdafiənin tətbiqi üçün əsasdır. Qərardaddan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsi xahiş edilmişdir. Şikayətin dəlili odur ki, məhkəmə tərəfindən iddianın uğurluluq ehtimalına və ilkin təcili tənzimləmə zərurətinə düzgün qiymət verilməmişdir. Prosessual məsələlər: Tərəflər məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iclas zalında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Iş materiallarında olan: SX seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, AR Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı Qərarı ilə dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə məhdud yararlı hesab edilmiş, Ərizəçi möhlət verilmişdir. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023cü il tarixli, ** saylı Qərarında hazırki münasibətləri tənzimləyən yetərli tövsiyyələr və göstərişlər yer almışdır: 11.12-ci bəndinə əsasən Inzibati aktın icrasının dayandırılmasına dair qərardad çıxarılarkən məhkəmə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətə əsaslanır və sonradan məhkəmənin bu mövqeyi işin müəyyən edilmiş hallarından asılı olaraq dəyişə bilər və nəticədə məhkəmə inzibati aktı hüquqa uyğun hesab etməklə iddianı, ümumiyyətlə, rədd edə bilər. 11.15. IPM-in 41.2-ci maddəsinə görə, məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.22. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 11.24. Ərizəçi iddianın böyük ehtimalla uğurlu olacağına dair ilkin sübutlar təqdim etməli və özünün inzibati aktın icrasının dayandırılması barədə ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. 11.25. Nəzərə almaq lazımdır ki, bu mərhələdə ərizəçidən (iddiaçıdan) gözlənilən yalnız ilkin sübutların təqdim edilməsidir. Başqa sözlə, iddia icraatının sonunda məhkəmədə işlə bağlı tam qənaət formalaşmasına və iş üzrə yekun nəticəyə gəlməyə kifayət edəcək həcmdə sübutlar deyil, iddianın uğurluluğu ilə bağlı əsaslandırılmış proqnoz irəli sürülməsinə yetəcək həcmdə sübutlar təqdim olunmalıdır. Məhkəmə isə məhz belə ilkin sübutları qiymətləndirməklə həmin anda iddianın böyük ehtimalla uğurlu görünüb-görünməməsi məsələsini həll etməlidir. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblər aşkar edilmişdir. Ərizəçinin həqiqi hərbi xidmətə cəlb edilməsi ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi ehtimalı mövcuddur. Həmçinin ərizəçi barədə tərtib edilən sənədlərə, eləcə də elektron informasiya sistemindən çıxarışa sənədinə nəzər yetirilən zaman tərəfin bir neçə xəstəlikdən əziyyət çəkdiyi və qeyd edilən xəstəliklər sadə, gözlə görünən, mühüm olmayan xəstəlik deyil, mövcud olduğu təqdirdə şəxsin səhhətində ciddi narahatçılıqlar yaradacaq xəstəliklər olduğu müəyyən edilir. Kollegiya birinci instansiya gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, adıçəkilən plenum qərarının tövsiyələrindən göründüyü kimi, ərizənin təmin edilməsi üçün mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyinə dair ciddi əsaslar mövcud olmalıdır. AR Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlində “anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozulmaları” 72-ci maddədə göstərilmişdir. Hər hansı şəxsdə həmin xəstəliklərin mövcud olması birmənalı olaraq hərbi xidmətdən möhlət hüququ verilməsi ilə nəticələnmir. Digər tərəfdən həmin xəstəliklər iddiaçı hərbi xidmətə getdiyi halda onda dərhal ciddi sağlamlıq problemlərinin yaranması, nəticə etibarilə geridönməz proseslərin baş verəcəyi barədə nəticəyə gəlmək üçün əsas yaratmır. Başqa sözlə, ilkin təcili tənzimləmə zərurəti üçün əsas görünmür. Buna baxmayaraq, birinci instansiya məhkəməsi ilkin tənzimləmənin nə dərəcədə zəruri olmasını və iddianın uğurluluq ehtimalını kifayət qədər araşdırmamış, ərizəyə tərəflərin bu məsələ ilə bağlı təqdim etdikləri sübutlar və onların mülahizələri baxımından düzgün hüquqi qiymət verməmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qəradadı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar