Məhkəmə qərarları › İş №15(3-9)-127/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-127/2026

19.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad İş № 15(3-9)-127/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Mәhkәmәsinin Inzibati Kollegiyası - hakimlәr Sadıqov Mirlәtif Süleyman oğlu (sәdrlik edәn, mәruzәçi), X1 vә Hüseynov Fikrәt Cilingir oğlundan ibarәt mәhkәmә tәrkibindә, X2 oğlunun katibliyi ilә, müəyyən etdi: Iddia icraatı qaydasında iddiaçı Ərizәçi cavabdeh Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Masallı rayon şöbәsinә qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, “hazırda tәhsil alması ilә әlaqәdar iddiaçıya hәqiqi hәrbi xidmәtlә bağlı möhlәtin verilmәsinin cavabdeh inzibati orqanın üzәrinә vәzifә kimi qoyulması” barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Ərizәçi Ərizәçi hazırki icraatda Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Neftçala rayon Şöbәsinә qarşı “yekun mәhkәmә aktı qәbul edilәnәdәk Sәfәrbәrlik vә Hәrbi Xidmәtә Çağırış üzrә Dövlәt Xidmәtinin Neftçala rayon Şöbәsinә onun müddәtli hәqiqi hәrbi xidmәtә göndәrilmәyinin qadağan edilmәsi” barәdә qәrardad çıxarılmasını mәhkәmәdәn xahiş etmişdir. Ərizәçi Ərizәçi әrizәsindә göstәrmişdir ki, «hazırda ali tәhsil almağı ilә әlaqәdar ona hәqiqi hәrbi xidmәtlә bağlı möhlәtin verilmәsini, cavabdeh orqanın üzәrinә vәzifә kimi qoyulması barәdә iddia tәlәbi üzrә mәhkәmә qәrarı qәbul olunanadәk vә hәmin qәrarın qanuni qüvvәsini alanadәk cavabdeh tәşkilatın üzәrinә müәyyәn hәrәkәtlәri etmәk vә müәvvәn hәrәkәtlәri etmәkdәn çәkinmәk barәdә müvәqqәti xarakterli müdafiә tәdbirinin tәtbiq edilmәsi barәdә qәrardad çıxarılması» barәdә qәrardad çıxarılmasını xahiş etmişdir. Odur ki, әrizәnin tәmin edilmәsini mәhkәmәdәn xahiş edir. Şirvan Inzibati Mәhkәmәsinin (hakim Amilya Hüseynova) ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrәli qәrardadı ilә әrizәnin tәmin edilmәmәsi qәrara alınmışdır. Birinci instansiya mәhkәmәsi gәldiyi nәticәni iş üzrә iddianın ilkin tәcili tәnzimlәmәnin zәruriliyinin vә uğurluluq ehtimalının aydın olmaması ilә әsaslandırmışdır. Qәrardaddan әrizәçi Ərizәçi tәrәfindәn apellyasiya şikayәti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәtindә birinci instansiya mәhkәmәsinin qәrardadının lәğv edilmәsi xahiş edilmişdir. Prosessual məsələlər: Mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazımi qaydada xәbәrdar edilmәsinә baxmayaraq tәrәflәr mәhkәmә iclasına gәlmәmiş vә gәlmәmәlәrinin sәbәblәri barәdә mәlumat vermәmişlәr. Mәhkәmә kollegiyası Azәrbaycan Respublikası Inzibati Prosessual Mәcәllәsinin 62-ci maddәsinә әsasәn işә iddiaçı vә cavabdeh SHXÇDX Masallı rayon şöbәsinin nümayәndәsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azәrbaycan Respublikası Inzibati Prosessual Mәcәllәsinin 82-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi mübahisә ilә bağlı işә şikayәt hәddindә vә hüquqi mәsәlәlәr, habelә sübutlar vә faktlar (faktiki hallar) әsasında mahiyyәti üzrә tam hәcmdә baxır. Apellyasiya instansiyası mәhkәmәsi hәmçinin bu Mәcәllәnin 12-ci maddәsinin tәlәblәrinә әsasәn yeni tәqdim olunmuş sübutları (sübutetmә vasitәlәrini) vә faktları (faktiki halları) da nәzәrә alır. Mәhkәmә kollegiyası apellyasiya şikayәtinin dәlillәrini vә iş üzrә materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayәti әsassız olduğundan tәmin edilmәmәlidir. Belә ki, Azәrbaycan Respublikası Inzibati Prosessual Mәcәllәsinin: 40.1-ci maddәsinә әsasәn maraqlı şәxs inzibati aktın (bu Mәcәllәnin 131.2-ci maddәsinin ikinci cümlәsindә nәzәrdә tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barәdә vә ya iddianın tәmin edilmәsinә (iddiaçının hüquqlarının qorunmasına) yönәlmiş digәr tәminat tәdbirlәrinin görülmәsi (bundan sonra - müvәqqәti xarakterli müdafiә) barәdә mәhkәmәyә әrizә ilә müraciәt edә bilәr. 40.2-ci maddәsinә әsasәn әrizә mәhkәmәdә iddia qaldırılanadәk vә ya iddia ilә eyni vaxtda, yaxud mәhkәmә icraatının gedişindә verilә bilәr. 40.3-cü maddәsinә әsasәn mәhkәmә müvәqqәti xarakterli müdafiә tәdbiri qismindә cavabdehin üzәrinә müәyyәn hәrәkәtlәri etmәk vә ya müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәk, yaxud müәyyәn hәrәkәtlәrә dözmәk barәdә vәzifә qoya bilәr. Qanuni әsaslar olduğu hallarda mәhkәmә üçüncü şәxslәrin dә üzәrinә belә vәzifәlәr qoya bilәr. “Inzibati mübahisәlәrә dair işlәr üzrә mәhkәmә qaydasında tәtbiq edilәn müvәqqәti xarakterli müdafiә tәdbirlәri haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ####### 2023cü il tarixli, ** nömrәli qәrarında tәsbit edilmişdir ki; 4.1-1. Istәr inzibati aktın icrasının dayandırılması, istәrsә dә iddianın tәmin edilmәsinә yönәlmiş digәr tәminat tәdbirlәrinin tәtbiqi üçün iki şәrtin mәcmu halda birgә mövcudluğu müәyyәn olunmalıdır ilkin tәcili tәnzimlәmәnin zәruri olması vә iddianın böyük ehtimalla uğurlu olması. Ilkin tәcili tәnzimlәmәnin zәruriliyi müvәqqәti xarakterli müdafiә tәdbirinin tәtbiqinin ilkin şәrtidir. Odur ki, mәhkәmә yalnız tәcililik şәrtinin mövcudluğu qәnaәtinә gәldiyi tәqdirdә, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dәyәrlәndirmә aparmalıdır. Tәcililik şәrtinin ödәnilmәsinә baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyәtli maraqların hәrtәrәfli qiymәtlәndirilmәsindәn sonra qәrardad qәbul edilmәlidir. Ziddiyyәtli maraqların qiymәtlәndirilmәsi tәrәflәrin maraqları ilә yanaşı, hәm dә mövcud olan ictimai maraqların nәzәrә alınmasını, başqa sözlә, konkret әrizәyә baxarkәn ictimai maraqlar baxımından da mümkün nәticәlәrin dәyәrlәndirilmәsini ehtiva edir. Ictimai maraqlar belә tәdbirin tәtbiqinin lehinә vә ya әleyhinә yönәlә bilәr, mәhkәmәlәr hәr bir konkret halda tәrәflәrә vә cәmiyyәtә aid ziddiyyәtli maraqların mütәnasib qiymәtlәndirilmәsindәn hәrәkәt etmәlidirlәr. 4.1-2. Tәcililik әrizәçi tәrәfindәn konkret işin fәrdi hallarına istinadla әsaslandırılmalı, mәhkәmә tәrәfindәn isә obyektiv şәkildә hәr bir iş üzrә ayrıca olaraq әrizәçiyә münasibәtdә qiymәtlәndirilmәli, yәni әrizәçinin konkret vәziyyәtinә vә ya qorumaq istәdiyi maraqlara әhәmiyyәtli zәrәr vurulması tәhlükәsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman әrizәçinin fәrdi halları nәzәrә alınmaqla hüquqi statusa vә ya faktiki vәziyyәtә müdaxilәnin ağırlığı, onun yaradacağı real nәticәlәr, hәmin nәticәlәrin maraqlı şәxsә tәsiri vә s. qiymәtlәndirilir. 4.1-3. Ərizәçi mәhkәmәyә müraciәtindә mövcud vәziyyәtin dәyişәcәyi tәqdirdә onun hüquqlarının qorunmasının (tәmin vә ya bәrpa edilmәsinin) mümkün olmayacağı vә ya xeyli dәrәcәdә çәtinlәşәcәyi halına dair öz mövqeyini aydın tәsvir etmәli, mövcud vәziyyәtin dәyişmәsinә sәbәb ola bilәcәk tәhlükәnin nәdә ifadә olunduğunu vә ya oluna bilәcәyini konkret işin faktiki halları ilә әlaqәlәndirmәklә әsaslandırmalıdır. Belә әsaslandırma mәhkәmәdә elә bir qәnaәt formalaşdırmalıdır ki, sözügedәn tәhlükәnin mövcudluğu ehtimalı yüksәkdir, hәmin tәhlükәnin reallaşması mövcud vәziyyәtin dәyişmәsinә gәtirib çıxara vә bununla da әrizәçinin hüquqlarının qorunmasını mümkünsüz edә vә ya xeyli dәrәcәdә çәtinlәşdirә bilәr, ona görә dә әrizәçinin hüquqlarının müdafiәsi üçün tәcili tәdbirlәrin görülmәsinә ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması vә ya xeyli dәrәcәdә çәtinlәşmәsi elә bir halı nәzәrdә tutur ki, müvәqqәti xarakterli müdafiә tәdbirlәri görülmәdiyi tәqdirdә әvvәlki vәziyyәti geri qaytarmaq mümkün olmayacaq vә ya әhәmiyyәtli dәrәcәdә çәtin olacaqdır. Ona görә dә mәhkәmәlәr әvvәlki vәziyyәti geri qaytarmağın mümkün olmayacağı vә ya әhәmiyyәtli dәrәcәdә çәtin olacağı ilә bağlı mәsәlәyә xüsusi diqqәt yetirmәlidirlәr. Nәzәrә alınmalıdır ki, belә bir dәyәrlәndirmә digәr şәxslәrә deyil, yalnız әrizәçiyә münasibәtdә aparılmalı, mәhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı vә ya xeyli dәrәcәdә çәtinlәşәcәyi mәsәlәsinә qiymәt verilmәlidir. 4.2. Iddia qaldırılanadәk verilmiş әrizәlәrin mәzmununda әrizәçi iddia әrizәsini tәrtib edib tәqdim etmәnin müәyyәn qәdәr vaxt tәlәb etdiyini, lakin hәmin müddәti gözlәmәdәn tәcili tәnzimlәmәyә ehtiyac olduğunu inandırıcı şәkildә bildirmәli, mümkün qәdәr ağlabatan qısa müddәt әrzindә iddia әrizәsini tәrtib edәrәk mәhkәmәyә tәqdim edәcәyini, elәcә dә gәlәcәkdә qaldıracağı iddianın predmetini vә әsaslarını göstәrmәlidir. Belә tәlәblәrә cavab vermәyәn müvәqqәti xarakterli müdafiә tәdbirlәrinin tәtbiqinә dair әrizәlәr mümkün sayılmaya bilәr. Əgәr әrizә ilkin tәcili tәnzimlәmәnin zәruriliyinә dair hәr hansı әsaslandırma aparılmadan tәqdim edilmişsә, bu halda әrizә yardım etmә vәzifәsinә riayәt edilmәklә mümkün sayılmamalıdır. Bundan fәrqli olaraq, әrizәçi tәcililiyә dair müәyyәn dәlillәr vә sübutlar tәqdim etmişsә, mәhkәmә dә müvafiq olaraq onların әtrafında qiymәtlәndirmә aparmaqla tәcililiyin mövcud olmadığı qәnaәtinә gәlmişsә, bu halda әrizә rәdd edilmәlidir. 4.9. Daha sonra araşdırmasının nәticәsindәn asılı olaraq mәhkәmә IPM-in 44.1-ci maddәsindә nәzәrdә tutulmuş hüququndan istifadә etmәklә müvәqqәti xarakterli müdafiә barәdә qәrardadı dәyişdirә vә ya lәğv edә bilәr. Digәr vәziyyәtlәrdә isә ilkin araşdırmanın gedişindә әsas iddianın mümkünsüzlüyünә aşkar dәlalәt edәn hallar müәyyәn olunduqda, mәhkәmә iddianın özünün qeyrimümkünlüyünә açıqca dәlalәt edәn hәmin halların mövcudluğuna istinadla vә buna dair mövqeyini әsaslandırmaqla müvәqqәti xarakterli müdafiә tәdbirinin tәtbiqinә dair әrizәni mümkün saymaya bilәr (mәsәlәn, mübahisә inzibati hüquq münasibәtlәri ilә bağlı yaranmadıqda, mәhkәmәdә iddia qaldırmadan әvvәl inzibati orqana ilkin müraciәtin tәlәb olunduğu iddialar üzrә belә müraciәtin edilmәdiyi müәyyәn olunduqda, mübahisә predmeti barәdә qanuni qüvvәyә minmiş mәhkәmә qәrarı mövcud olduqda vә s.). 4.10. Əsas iddia üzrә mümkünlük şәrtlәrinin ödәnilib-ödәnilmәdiyinә dair halların yoxlanılması mәsәlәsi tәminat tәdbirlәri ilә bağlı qәbul edilmiş qәrardadlardan verilәn şikayәtlәrә baxılarkәn yuxarı instansiyası mәhkәmәlәri tәrәfindәn dә yoxlanılmalı vә qiymәtlәndirilmәlidir. 4.11. Buna görә mәhkәmә tәrәfindәn tәminat tәdbirinin tәtbiqi ilә bağlı qәrardad qәbul edildikdәn sonra ötәn müddәt әrzindә әsas iddianın mümkünsüzlüyünә dәlalәt edәn yeni hallar yaranmışsa vә ya әvvәllәr yaranmış hallar mövcud olmaqda davam etmişsә, müvafiq olaraq qeyd edilәn halların mövcudluğuna istinadla yuxarı instansiya mәhkәmәlәri tәrәfindәn mübahisәlәndirilәn mәhkәmә aktları lәğv edilmәklә әrizә mümkün sayılmaya bilәr. Mәhkәmә kollegiyası qeyd edir ki, hazırkı iş üzrә ilkin tәcili tәnzimlәmәnin zәruriliyi vә iddianın böyük ehtimalla uğurlu olub-olmayacağı halı müәyyәn edilәrkәn nәzәrә alınmalı ilk hal iddiaçının aldığı tәhsilin Azәrbaycan Respublikasında tәhsilin müvafiq strukturlarına qoyulan tәlәblәrә uyğunluğunun müәyyәn olunmasıdır. Nәzәrә alınmalıdır ki, ölkәmizdә bakalavr tәhsilinin әyani formada hәyata keçirilmәsinә münasibәtdә hәr il müәyyәn tәdris yükünü yerinә yetirmәk, elәcә dә müәyyәn müddәtlәrdә tәdrisә faktiki cәlb olunmaqla auditoriya dәrslәrindә iştirak tәlәb olunur. Belә olan halda, xaricdә әyani formada alınmış bakalavr tәhsilinin mәhz Azәrbaycanda bakalavr tәhsilinin әyani formasına münasibәtdә әsas standartlara uyğunluğu müәyyәn olunmalıdır. Ərizәçi bu barәdә sübutlar tәqdim etmәmişdir. Bundan başqa, “Hәrbi vәzifә vә hәrbi xidmәt haqqında” Qanunun 21.1 vә 21.1.4-cü maddәlәrinә әsasәn әyani tәhsilalma formasında bakalavriatda tәhsil alanlara – müvafiq tәhsilini bitirәnәdәk, lakin 24 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddәsindә qeyd olunan çağırışçılar istisna olmaqla); Mülkiyyәt vә tәşkilati-hüquqi formasından asılı olmayaraq Azәrbaycan Respublikasında vә ya xarici ölkәlәrdә dövlәt qeydiyyatına alınmış, fәaliyyәtinә lisenziya verilmiş vә akkreditasiya olunmuş tәhsil müәssisәlәrindә vә onların filiallarında, elmi müәssisә vә tәşkilatlarda tәhsil alan aşağıdakı çağırışçılara tәhsilini davam etdirmәk üçün tәhsil pillәsi (tәhsil pillәsinin hәr bir sәviyyәsi) üzrә yalnız bir dәfә möhlәt verilir. Hәmin Qanunun 21-ci maddәsinin “Qeyd” hissәsinә әsasәn bu Qanunun 21.1.2 – 21.1.7-ci maddәlәrindә nәzәrdә tutulmuş qaydalar tәkrar tәhsil alan çağırışçılara şamil olunmur. Belәliklә, işin faktiki vә hüquqi hallarını nәzәrә alaraq mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Inzibati Prosessual Mәcәllәsinin 82-ci, 87ci, 89-cu, 90-cı vә 94-cü maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası qərara aldı: Apellyasiya şikayәti tәmin edilmәsin. Şirvan Inzibati Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrardaddan tәqdim olunduğu gündәn 10 (on) gün müddәtindә Şirvan Apellyasiya Mәhkәmәsi vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinә kassasiya şikayәti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar