Azərbaycan Respublikası adından Qərardad İş № 15(3-9)-128/2026 19.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası - hakimlər Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), X1 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət məhkəmə tərkibində, X2 oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə qarşı “cavabdeh tərəfindən onun adına hesablanmış 1040 manat məbləğində borcun silinməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Idarəsi cavabdeh Ərizəçi qarşı “siyahıya alınmış əmlakın satılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin ərizəçi Ərizəçi cavabdeh Dövlət Vergi Xidmətinin 5 sayıl Ərazi Vergilər Idarəsinə qarşı “yekun məhkəmə aktı qəbul edilənədək onun mülkiyyətində olan 2012-ci il buraxılışlı AUDI-Q7 minik markalı **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qoyulmuş məhdudiyyətin götürülməsi” barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsini onunla əsaslandırmışdır ki, o, köhnə bazar ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. ## ### 2026-cı il tarixdə mülkiyyətində olan nəqliyyat vasitəsinə məhdudiyyət qoyulması barədə bildiriş gəlmişdir. Qeyd edilən bildirişi araşdırarkən məlum olmuşdur ki, * saylı Ərazi Vergilər Idarəsinin əməkdaşları tərəfindən ## ###### 2025-ci il tarixdə barəsində DVX ****** saylı akt tərtib edilməsi məlum olmuşdur. Mahiyyəti üzrə bildirir ki, ## ###### 2025-ci il tarixdə mağazada olarkən mülki geyimdə olan bir neçə nəfər tərəfindən fotoşəkillər çəkilməklə mağazaya daxil olmuşlar. Onların haradan və nə məqsədlə çəkiliş aparmaları məlum olmamış, aralarında sözlü mübahisə baş vermişdir. Daha sonra barəsində tərtib edilmiş aktla bağlı məlumat verilmişdir. Qeyd edilən aktı qanunsuz hesab edir. Akt əsasında ona 1040 manat cəriə hesablanmışdır. Borcun silinməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Hazırda iş Şirvan Inzibati Məhkəməsinin icraatındadır. Bundan əlavə, qeyd edilən borc əsasında mülkiyyətində olan 2012-ci il buraxılışlı AUDI- Q7 minik markalı **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə məhdudiyyət qoyulmuşdur. Nəqliyyat vasitəsinə qoyulmuş məhdudiyyət onun mülkiyyətində olan əmlakdan istifadə hüquqlarını məhdudlaşdırır. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ümumən iddianın uğurluluq ehtimalının olmaması ilə əsaslandırmışdır. Qərardaddan ərizəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər: Məhkəmə iclasında ərizəçi Ərizəçi apellyasiya şikayətini müdafiə etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq vergi orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023cü il tarixli, ** nömrəli qərarında təsbit edilmişdir ki; 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 4.2. Iddia qaldırılanadək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. Belə tələblərə cavab verməyən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizələr mümkün sayılmaya bilər. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir. 4.9. Daha sonra araşdırmasının nəticəsindən asılı olaraq məhkəmə IPM-in 44.1-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etməklə müvəqqəti xarakterli müdafiə barədə qərardadı dəyişdirə və ya ləğv edə bilər. Digər vəziyyətlərdə isə ilkin araşdırmanın gedişində əsas iddianın mümkünsüzlüyünə aşkar dəlalət edən hallar müəyyən olunduqda, məhkəmə iddianın özünün qeyrimümkünlüyünə açıqca dəlalət edən həmin halların mövcudluğuna istinadla və buna dair mövqeyini əsaslandırmaqla müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəni mümkün saymaya bilər (məsələn, mübahisə inzibati hüquq münasibətləri ilə bağlı yaranmadıqda, məhkəmədə iddia qaldırmadan əvvəl inzibati orqana ilkin müraciətin tələb olunduğu iddialar üzrə belə müraciətin edilmədiyi müəyyən olunduqda, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda və s.). 4.10. Əsas iddia üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyinə dair halların yoxlanılması məsələsi təminat tədbirləri ilə bağlı qəbul edilmiş qərardadlardan verilən şikayətlərə baxılarkən yuxarı instansiyası məhkəmələri tərəfindən də yoxlanılmalı və qiymətləndirilməlidir. 4.11. Buna görə məhkəmə tərəfindən təminat tədbirinin tətbiqi ilə bağlı qərardad qəbul edildikdən sonra ötən müddət ərzində əsas iddianın mümkünsüzlüyünə dəlalət edən yeni hallar yaranmışsa və ya əvvəllər yaranmış hallar mövcud olmaqda davam etmişsə, müvafiq olaraq qeyd edilən halların mövcudluğuna istinadla yuxarı instansiya məhkəmələri tərəfindən mübahisələndirilən məhkəmə aktları ləğv edilməklə ərizə mümkün sayılmaya bilər. Iş materiallarında olan: Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ************** saylı, 30.09. 2025-ci il tarixli Qərara əsasən, Ərizəçi Azərbaycan Respublikasının VM-in 58.7.1-ci maddəsinə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının ##.##.2026-cı il tarixli qərarı əsasında ##.##.2026-cı il tarixli protokol və həmin protokola əlavə ilə Ərizəçi məxsus əmlakı - 15.000 manat dəyərində 2012-ci il buraxılışlı AUDI-Q7 minik markalı **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi siyahıya alınmışdır. Kollegiya qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə əsas verən şərtlərdən biri ilkin təcili tənzimləmə ehtiyacının olmasıdır ki, bu ehtiyacın nədən ibarət olmasının sübut etmə yükü ərizəçinin üzərinə düşür. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli ziyan hesabına nəticələrin qarşısını almaq mümkün ehtimalının olduğu hallarda, məhkəmə müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul etmək səlahiyyətinə malikdir ki, hazırda da belə bir halların mövcudluğu müəyyən olunmur. Ərizəçi özü də apellyasiya baxışı zamanı izahatında göstərmişdir ki, AUDI-Q7 minik markalı **- DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hazırda da onun sahibliyində və istifadəsindədir. Nəqliyyat vasitəsindən istifadəyə hər hansı maneə yoxdur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-9)-128/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-128/2026
19.08.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver