Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-130/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, Ərizəçilər X4, ərizəçi1 və X1 iştirakları ilə, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından ərizəçilər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçılar ərizəçi3, X4 və ərizəçi1 cavabdeh cavabdeh2 qarşı “cavabdehin 80 hektar torpaq sahəsinin icarəyə verilməsinə dair ## #### 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi” barədə iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdırlar. Hal-hazırda ərizəçilər X3, X4, ərizəçi1 və X1 “Cəlilabad rayon Uzuntəpə Bələdiyyəsinin ##.##.2018-ci il tarixli, ** nömrəli icarə müqaviləsi ilə Üçüncü şəxs icarəsinə verilən və mübahisəli hesab edilən 80 hektar torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdeh1 * saylı Cəlilabad Ərazi Idarəsinə qadağan edilməsi, həmin torpaq sahəsi ilə bağlı müvafiq prosedur hərəkətlərin aparılmasının Uzuntəpə Bələdiyyəsinə qadağan edilməsi, qeyd edilən torpaq sahəsində hər hansı bir işin (tikinti, yenidənquraşdırma, əsaslı təmir və ya ciddi dəyişikliyə səbəb ola biləcək digər işlər) aparılmasınının Üçüncü şəxs qadağan edilməsi” barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edirlər. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında cavabdehin 80 hektar torpaq sahəsinin icarəyə verilməsinə dair ## #### 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə iş vardır. Məhkəmədə olan iddia və hazırki ərizə üzrə bütün kənd camaatı məhkəmə iclaslarında öz hüquqlarını qorumaq üçün müraciət edir. Məlum etmək istəyir ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayırlar və kənd əhalisində 125 nəfər də bu iş üzrə iddiaçıdırlar. Belə ki, kəndin yeganə dolanışığı heyvandarlıq və əkinçilikdir. Sovet hakimiyyəti illərindən kəndə məxsus 80 hektar torpaq sahəsi heyvanların otlaq sahəsi kimi istifadə olunmuşdur. Sovet hakimiyyəti dağıldıqdan sonra həmin ərazi bələdiyyə mülkiyyətinə kəndin otlaq ərazisi kimi verilmişdir. Kənd camaatı həmin ərazidən bələdiyyə yarandığı vaxtdan otlaq sahəsi kimi istifadə edir, kənd əhalisinin uzun illər otlaq sahəsi olan 80 hektar torpaq sahəsi onlara məlum olmayan səbəblərdən bələdiyyənin qanunsuz hərəkətləri ilə təyinatı dəyişdirilərək əkin sahəsinə çevrilmişdir. Bununla bağlı müxtəlif instansiyalara müraciətlər etsə də, əhəmiyyəti olmamışdır. Son dövrlər onlara məlum olmuşdur ki, kənd bələdiyyəsi hələ bu azmış kimi həmin 80 hektar torpaq sahəsini kənd sakini olmayan Günəşli kənd sakini Üçüncü şəxs adlı şəxsə icarəyə verilmişdir. Halbuki kəndin yüzlərlə sakininin torpaq sahəsinə ehtiyacı var və həmin torpaq sahəsindən onlar icarəyə götürüb istifadə edə bilmirlər. Mübahisənin predmeti olan torpaq sahəsinin bələdiyyə tərəfindən icarəyə verilməsi bələdiyyədə müzakirə olunmayıb və kənd camaatına bu barədə məlumat da verilməmişdir. Bundan başqa onlara məlumdur ki, icarəyə verilmiş torpaq sahəsini icarəyə götürən şəxs ümumiyyətlə icarə haqqlarını da ödəməmişdir. Odur ki, tələbinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş edirlər. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizənin mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əsas iddianın mümkünlük şərtlərinin ödənilməməsi halı aşkar mövcud olduğu halda, bu hal həmin işlə bağlı müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin mümkün sayılmamasına səbəb ola bilər. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Qərardaddan ərizəçilər tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ərizəçilər apellyasiya şikayəti verərək Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadının ləğv edilməsini, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin mümkün hesab edilməsini və apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni qərar qəbul edilməklə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsini xahiş etmişlər. Prosessual məsələlər: Ərizəçilər X4, ərizəçi1 və X1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdilər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in nümayəndəsi və üçüncü şəxs Üçüncü şəxs məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclas zalında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023cü il tarixli, ** nömrəli qərarında təsbit edilmişdir ki; 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır 4.9. Daha sonra araşdırmasının nəticəsindən asılı olaraq məhkəmə IPM-in 44.1-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etməklə müvəqqəti xarakterli müdafiə barədə qərardadı dəyişdirə və ya ləğv edə bilər. Digər vəziyyətlərdə isə ilkin araşdırmanın gedişində əsas iddianın mümkünsüzlüyünə aşkar dəlalət edən hallar müəyyən olunduqda, məhkəmə iddianın özünün qeyrimümkünlüyünə açıqca dəlalət edən həmin halların mövcudluğuna istinadla və buna dair mövqeyini əsaslandırmaqla müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəni mümkün saymaya bilər (məsələn, mübahisə inzibati hüquq münasibətləri ilə bağlı yaranmadıqda, məhkəmədə iddia qaldırmadan əvvəl inzibati orqana ilkin müraciətin tələb olunduğu iddialar üzrə belə müraciətin edilmədiyi müəyyən olunduqda, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda və s.). 4.10. Əsas iddia üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyinə dair halların yoxlanılması məsələsi təminat tədbirləri ilə bağlı qəbul edilmiş qərardadlardan verilən şikayətlərə baxılarkən yuxarı instansiyası məhkəmələri tərəfindən də yoxlanılmalı və qiymətləndirilməlidir. 4.11. Buna görə məhkəmə tərəfindən təminat tədbirinin tətbiqi ilə bağlı qərardad qəbul edildikdən sonra ötən müddət ərzində əsas iddianın mümkünsüzlüyünə dəlalət edən yeni hallar yaranmışsa və ya əvvəllər yaranmış hallar mövcud olmaqda davam etmişsə, müvafiq olaraq qeyd edilən halların mövcudluğuna istinadla yuxarı instansiya məhkəmələri tərəfindən mübahisələndirilən məhkəmə aktları ləğv edilməklə ərizə mümkün sayılmaya bilər. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ərizədən görünür ki, iddia icraatı qayadasında iddiaçılar ərizəçi3, X4 və ərizəçi1 cavabdeh cavabdeh2 qarşı “cavabdehin 80 hektar torpaq sahəsinin icarəyə verilməsinə dair ## #### 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi” barədə iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdırlar. Halhazırda isə ərizəçilər X3, X4, ərizəçi1 və X1 “Cəlilabad rayon Uzuntəpə Bələdiyyəsinin ##.##.2018-ci il tarixli, ** nömrəli icarə müqaviləsi ilə Üçüncü şəxs icarəsinə verilən və mübahisəli hesab edilən 80 hektar torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdeh1 * saylı Cəlilabad Ərazi Idarəsinə qadağan edilməsi, həmin torpaq sahəsi ilə bağlı müvafiq prosedur hərəkətlərin aparılmasının Uzuntəpə Bələdiyyəsinə qadağan edilməsi, qeyd edilən torpaq sahəsində hər hansı bir işin (tikinti, yenidənquraşdırma, əsaslı təmir və ya ciddi dəyişikliyə səbəb ola biləcək digər işlər) aparılmasınının Üçüncü şəxs qadağan edilməsi” barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edirlər. Kollegiya qeyd edir ki, müvəqqəti xarakterli müdafiə ilə bağlı IPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətin hasil olduğu, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olduğu, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi-hüquqi tələbinin mövcud olmasının müəyyən edildiyi hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq etməyə haqlıdır. Qeyd olunmalıdır ki, bu zaman müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizədə həmin tədbirin tətbiqinin aydın şəkildə əsaslandırılması vəzifəsi həm də ərizəçinin üzərinə düşür. Ərizəçilər isə bu tələbə əməl etməmişlər. Hazırkı halda da təcililik zərurəti, iddianın böyük ehtimallla uğurlu olacağı ehtimalı ümumiyyətlə aydın deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-9)-130/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-130/2026
02.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver