Məhkəmə qərarları › İş №15(3-9)-134/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-134/2026

02.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-134/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı X3 cavabdeh “xxxx” X1 ** saylı Lənkəran Ərazi Idarəsinə qarşı “yaşayış evinə verilmiş şəhadətnamələrin ləğv edilməsi” barədə məhkəmədə iddia qaldırmışdır. Ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində söküntü, həmçinin təmir tikinti işlərinin aparılmasının üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Əsas iş üzrə məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xxxx PHŞ-nə qarşı Lənkəran rayon Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli ** saylı qərarı və onun əsasında verilmiş JN-1762A, KOD-******** saylı şəhadətnamə, həmçinin Lənkəran rayon Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli ** saylı qərarı və onun əsasında verilmiş JN-1775A, KOD-******** saylı şəhadətnamənin ləğv edilməsi barədə Şirvan Inzibati Məhkəməsinə iddia verilmişdir. Hal-hazırda e-*-*(***)-****/**** nömrəli iş Şirvan Inzibati Məhkəməsinin icraatındadır. Bundan sonra, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs və X2 üçüncü şəxs qismində cəlb olunmuşlar. Hal-hazırda Şirvan Inzibati Məhkəməsində həmin məsələ ilə bağlı araşdırma aparılmaqdadır. Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən məhkəmə çəkişməsi olduğu halda, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində söküntü işləri aparılmaqdadır (fotoşəkillər əlavə olunur). Fərdi yaşayış evinin əvvəlki fotoşəkilləri məhkəmə işinə əlavə olunmuşdur. Bu məhkəmə çəkişməsi müsbət olacağı, iddia təmin olunacağı təqdirdə əlavə məhkəmə çəkişmələrinə səbəb olacaqdır. Yuxarıda qeyd olunanlara əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində söküntü, həmçinin təmir tikinti işlərinin aparılmasının üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qadağan olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Rəşad Nuriyev) ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizənin mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əsas iddianın mümkünlük şərtlərinin ödənilməməsi halı aşkar mövcud olduğu halda, bu hal həmin işlə bağlı müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin mümkün sayılmamasına səbəb ola bilər. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Qərardaddan ərizəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi Ərizəçi apellyasiya şikayəti verərək üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən məhkəmə çəkişməsi olduğu halda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində söküntü işlərinin dayandırılması ilə bağlı müvəqqəti xarekterli müdafiə tədbirinin görülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər: Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs məhkəmə iclasında apellyasiya şikayətinə etiraz etdi. Ərizəçi Ərizəçi və cavabdeh xxxx PHŞ-in nümayəndəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq clas zalında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023cü il tarixli, ** nömrəli qərarında təsbit edilmişdir ki; 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır 4.9. Daha sonra araşdırmasının nəticəsindən asılı olaraq məhkəmə IPM-in 44.1-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etməklə müvəqqəti xarakterli müdafiə barədə qərardadı dəyişdirə və ya ləğv edə bilər. Digər vəziyyətlərdə isə ilkin araşdırmanın gedişində əsas iddianın mümkünsüzlüyünə aşkar dəlalət edən hallar müəyyən olunduqda, məhkəmə iddianın özünün qeyrimümkünlüyünə açıqca dəlalət edən həmin halların mövcudluğuna istinadla və buna dair mövqeyini əsaslandırmaqla müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəni mümkün saymaya bilər (məsələn, mübahisə inzibati hüquq münasibətləri ilə bağlı yaranmadıqda, məhkəmədə iddia qaldırmadan əvvəl inzibati orqana ilkin müraciətin tələb olunduğu iddialar üzrə belə müraciətin edilmədiyi müəyyən olunduqda, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda və s.). 4.10. Əsas iddia üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyinə dair halların yoxlanılması məsələsi təminat tədbirləri ilə bağlı qəbul edilmiş qərardadlardan verilən şikayətlərə baxılarkən yuxarı instansiyası məhkəmələri tərəfindən də yoxlanılmalı və qiymətləndirilməlidir. 4.11. Buna görə məhkəmə tərəfindən təminat tədbirinin tətbiqi ilə bağlı qərardad qəbul edildikdən sonra ötən müddət ərzində əsas iddianın mümkünsüzlüyünə dəlalət edən yeni hallar yaranmışsa və ya əvvəllər yaranmış hallar mövcud olmaqda davam etmişsə, müvafiq olaraq qeyd edilən halların mövcudluğuna istinadla yuxarı instansiya məhkəmələri tərəfindən mübahisələndirilən məhkəmə aktları ləğv edilməklə ərizə mümkün sayılmaya bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iddianın uğurluluq ehtimalı aydın olmalı, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli və qeyd edilən əsaslar ərizədə əsaslandırılmalıdır. Iş materiallarına əlavə olunan ərizəsinin məzmunundan görünür ki, ərizəçi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində söküntü, həmçinin təmir tikinti işlərinin aparılmasının üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qadağan olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Hazırkı iş üzrə verilmiş ərizədə isə ərizənin təmini üçün adıçəkilən əsas müəyyən edilməmişdir. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. Lakin işin hallarının ilkin araşdırılması iddianın böyük ehtimalla uğurlu olacağı barədə konkret olaraq hər hansı qənaət formalaşmır. Bu nəticə, eyni zamanda, iş materiallarında mövcud sənədlərlə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən də hasil olmur. Belə ki, iddiaçı X3 cavabdeh “xxxx” X1 ** saylı Lənkəran Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “yaşayış evinə verilmiş şəhadətnamələrin ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Beləliklə, hazırkı, yəni araşdırma mərhələsində iddianın uğurluluq ehtimalı aydın olmadığı üçün məhkəmə ziddiyyətli maraqları hərtərəfli qiymətləndirərək hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsas görmür. Lakin işə baxılarkən bunun üçün müvafiq əsaslar olduğu təqdirdə şəraitin dəyişməsi ilə bağlı sübutlara yenidən qiymət verilə bilər. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, müvəqqəti xarakterli müdafiə ilə bağlı IPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı ilə bağlı qənaətin hasil olduğu, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olduğu, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi-hüquqi tələbinin mövcud olması ehtimalının müəyyən edildiyi hallarda məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirini tətbiq etməyə haqlıdır. Qeyd olunmalıdır ki, bu zaman müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizədə həmin tədbirin tətbiqinin aydın şəkildə əsaslandırılması vəzifəsi həm də ərizəçinin üzərinə düşür. Hazırkı halda ərizənin təmin edilməsi üçün yuxarıda qeyd olunan əsaslar müəyyən edilmir. Birinci instansiya məhkəməsi ərizəni mümkün saymamaqda haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar