Azərbaycan̆Respublikası̆adından Qərardad Şirvan̆şəhəri İş̆№̆15(3-9)-138/2026 09.09.2026 ŞIRVAN̆APELLYASIYĂMƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə,̆ X1̆oğlunun̆katibliyi, ƏrizəçĭƏrizəçĭiştirakı̆ilə, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterlĭmüdafiə̆tədbirĭbarədə̆ərizəyə̆açıq̆məhkəmə̆iclasındăbaxaraq müəyyən etdi: Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Şirvan Inzibati Məhkəməsinin icraatında olan inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Ərizəçi müvəqqəti olaraq hərbi xidmətə yararsızlığını nəzərə alaraq hərbi xidmətə çağırılmasının̆dayandırılması̆barədə̆qərardad̆çıxarılmasını̆xahiş̆etmişdir.̆ Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının əsl cavabdeh Cavabdeh ilə əvəz edilməsini və ərizənin dəyişdirilərək “Şirvan Inzibati Məhkəməsinin icraatında olan *-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, Cavabdeh “hərbi xidmətə yararlı olmağı barədə” ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılması və onun həqiqi hərbi xidmətə çağırılmaması vəzifəsinin cavabdeh Cavabdeh üzərinə̆qoyulması”̆kimĭqəbul̆olunmasını̆xahiş̆etmişdir.̆ Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası əsl cavabdeh Cavabdeh ilə əvəz̆olunmuş,̆eləcə̆də̆ərizənin̆dəyişdirilməsĭqəbul̆olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, o, Şirvan Inzibati Məhkəməsinə müraciət edərək cavabdeh orqan tərəfindən qəbul olunmuş hərbi xidmətə yararlı hesab olunmağı barədə qərarın və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Şöbəsi tərəfindən qəbul olunmuş qərarın ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra-müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmin Məcəllənin 40.4-cü maddəsinə əsasən maraqlı şəxs inzibati aktdan şikayət instansiyasına inzibati şikayət etdiyi hallarda müvəqqəti xarakterli müdafiə barədə vəsatətlə həmin orqana müraciət etməlidir. Şikayət instansiyası 15 gün müddətində maraqlı şəxsin vəsatətini təmin etmədikdə, o, bu barədə ərizə ilə bu Məcəllənin 40.1-ci və 40.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmədən ərizənin təmin edilməsi xahiş̆olunmuşdur.̆ Şirvan Inzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəlĭqərardadı̆ilə̆ərizənin̆təmin̆edilməsĭqərarăalınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddianın böyük ehtimalla uğurlu olması ilə əsaslandırmışdır. Qərardaddan̆Cavabdeh̆tərəfindən̆apellyasiyăşikayətĭverilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın kifayət qədər̆uğurlŭolması̆qənaətĭəsaslandırılmamışdır. Prosessual məsələlər: Iddiaçı Ərizəçi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməməsini xahiş̆etdi. Cavabdeh məktub ünvanlayaraq üzrlü səbəbdən keçiriləcək məhkəmə iclas zalında iştirak edə bilməyəcəklərini bildirərək, iştirakları olmadan məhkəmə baxış iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən̆cavabdehin̆nümayəndəsinin̆iştirakı̆olmadan̆işə̆baxılmasını̆mümkün̆hesab̆etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə̆vasitələrini)̆və̆faktları̆(faktikĭhalları)̆dănəzərə̆alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq̆hesab̆edir̆ki,̆apellyasiyăşikayətĭəsassız̆olduğundan̆təmin̆edilməməlidir. Belə̆ki,̆Azərbaycan̆Respublikası̆InzibatĭProsessual̆Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud̆məhkəmə̆icraatının̆gedişində̆verilə̆bilər. 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin̆də̆üzərinə̆belə̆vəzifələr̆qoyăbilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023cü il tarixli, ** saylı Qərarında hazırki münasibətləri tənzimləyən yetərli tövsiyyələr və göstərişlər yer almışdır: 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasınădair̆dəyərləndirmə̆aparmalıdır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı̆və̆yăxeylĭdərəcədə̆çətinləşəcəyĭməsələsinə̆qiymət̆verilməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq̆əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq̆ehtimalının̆yox,̆böyük̆ehtimallăuğurluluq̆ehtimalının̆yoxlanılmasını̆tələb̆edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.22. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə̆əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, DTSERA tərəfindən Ərizəçi sağlamlıq vəziyyəti ilə bağlı “Diaqnoz təsdiqini tapmadı. Maddə tətbiq edilmir. Yararsızlıq səbəbi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 2.15-ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə təsdiqlənmir. “Heç bir kateqoriya üzrə əksini tapmadı” qərarı qəbul edilsə də, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti Masallı Rayon Şöbəsinin Hərbi Həkim Komissiyası aparılmış müayinənin nəticəsi olaraq müəyyən edilmiş “Obstruktiv uropatiya və reflyuksuropatiya (hidronefroz, pionefroz), pielonefrit (ikincili), sidikdaşı xəstəliyi, börəklərin və sidik axarlarının digər xəstəlikləri, sistit, sidik kisəsinin digər xəstəlikləri, qeyri-zöhrəvi uretrit, uretranın strikturası, uretranın digər xəstəlikləri, enurez-c) funksiyanın cüzi dərəcədə pozulması ilə” diaqnozuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 8.2-ci bəndində təsbit olunmuş “C” kateqoriyasına uyğun olaraq Ərizəçi dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab etmiş, Mərkəzi Hərbi Həkim Komissiyası da iddiaçının sağlamlıq vəziyyətini “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 8.2-ci bəndində təsbit olunmuş “C” kateqoriyasına uyğun olaraq dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab etmişdir. Göründüyü kimi, Ərizəçi sağlamlıq vəziyyətinin məhdudiyyət dərəcəsi DTSERA tərəfindən “0” dərəcə olaraq qiymətləndirilmiş və nəticə etibarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 8.2-ci bəndində təsbit olunmuş “A”-hərbi xidmətə yararlıdır” kateqoriyasına dəyişdirilmiş, bununla da Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi tərəfindən iddiaçının “hərbi xidmətə yararlı olmağı barədə” ##.##.2026-cı il tarixli qərarın qəbul edilməsinə zəmin yaradılmışdır. Halbuki Ərizəçi ona həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas olmuş xəstəlikləri iş materiallarında olan Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş ## ### 2026-cı il tarixli, *** nömrəli, ## #### 2026-cı il tarixli, *** nömrəli epikriz və digər tibbi sənədlərlə təsdiq olunmuş, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 8.2-ci bəndində təsbit olunmuş “C” kateqoriyasına uyğun olaraq dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması səbəbindən iddiaçıya 2016-2025-ci illərdə hərbi xidmətə çağırışdan möhlət verilməsi onun adına tərtib olunmuş SX ******* nömrəli hərbi biletdə də öz əksini tapmışdır. Qeyd olunanlar iddianın böyük ehtimallăuğurlŭolacağı̆qənaətinə̆gəlmək̆üçün̆əsasların̆mövcud̆olduğunădəlalət̆edir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki. hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin təmin edilməməsi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi, bundan əlavə, ictimaiyyət üçün də real təhlükənin mövcudluğu müəyyən olunur. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin̆olacaqdır.̆Belə̆olan̆haldătəcilĭtənzimləməyə̆ehtiyac̆vardır.̆ Kollegiya iddianın uğurluluq ehtimalına münasibətdə isə qeyd edir ki, hazırki halda iddianın uğurlu olub-olmamasını tam müəyyən etmək mümkün deyildir. Belə ki, qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi ixtisaslaşmış tibbi biliyə malik şəxslərin iştirakı ilə qiymətləndirilməli olan məsələdir. Odur ki, işə mahiyyəti üzrə baxıldığı müddət ərzində buna dair tibbi biliyə malik şəxslərdən şəxsin yararlılıq kateqoriyasına dair tibbi-sağlamlıq vəziyyəti barədə məlumatlar məhkəmədə mövcud deyildirsə, buna dair ekspertiza və mütəxəssis rəyləri alınmadan, zərurət olduğu təqdirdə tibbi biliyə malik şəxslərin iştirakı icraata cəlb edilmədən bu növ iddianın uğurluluğun hazırkı mərhələdə aydın olmasından söhbət gedə bilməz. Göründüyü kimi, iddianın uğurluluq ehtimalı qeyd olunan icraat çərçivəsində yoxlanılma aparılmadan,̆ekspertizăvə̆s.̆cəlb̆edilmədən̆mümkün̆deyildir.̆ Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.̆ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı̆və̆94-cü̆maddələrinĭrəhbər̆tutaraq̆məhkəmə̆kollegiyası qərara aldı: Apellyasiyăşikayətĭtəmin̆edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən̆saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsĭilə̆Azərbaycan̆Respublikası̆AlĭMəhkəməsinə̆kassasiyăşikayətĭverilə̆bilər.
Məhkəmə qərarları › İş №15(3-9)-138/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-138/2026
09.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver