Məhkəmə qərarları › İş №15(3-9)-44/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-44/2026

04.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-44/2026 04.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi maraqlı şəxslər “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” PHŞ və Azərbaycan Respublikası cavabdeh1 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi maraqlı şəxslər “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” PHŞ və Azərbaycan Respublikası cavabdeh1 qarşı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair iş üzrə ərazi aidiyyəti ilə bağlı fikir ayrılığına Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı Ərizəçi cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müddətli həqiqi hərbi xidmətə yararlı sayılmağı haqqında ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi (bundan sonra- ərizəçi) həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” PHŞ və Azərbaycan Respublikası cavabdeh1 qarşı “müddətli həqiqi hərbi xidmətə yararlı sayılmağı barədə ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hərbi xidmətə çağırılmasının və hərbi xidmətə aparılmasına yönələn hərəkətlərin dayandırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “...Elektron bazada olan məlumata əsasən Laçın rayonundan məcburi köçkün Ərizəçi faktiki olaraq ünvan 1 ünvanında yerləşən *** saylı MKİS-in yataqxanasında məskunlaşmışdır.” Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “...Ərizəçi babası X4 məcburi köçkünlərin vahid elektron bazasında Laçın rayonundan məcburi köçkün kimi qeydiyyatdadır. Komitə tərəfindən ona məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. X1 və övladı Ərizəçi Laçın rayonundan məcburi köçkündürlər. X5 idarəetmə və status şöbəsinin 2007-2026-cı illəri əhatə edən elektron məlumat bazasında onlara məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilmədi. X2 məcburi köçkün statusuna malik deyil.” Birinci instasiya məhkəmələrində icraat: Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli **(*-*)-**/**** nömrəli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə bu zaman ona əsaslanmışdır ki, ərizəçinin hazırkı tələbi onun həqiqi hərbi xidmətə yararlı olması barədə qərarın ləğvi olmaqla mübahisələndirmə iddia növünə aiddir. Ərizəçi cavabdeh qismində həmin qərarı qəbul edən inzibati orqan kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini göstərmişdir, hansı ki, onun səlahiyyəti bütün ölkəni əhatə edir. Belə olan halda aydındır ki, hazırkı işə hüququna müdaxilə edilən şəxsin, ərizəçinin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. İşdə olan ərizəçiyə məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, iddiaçının yaşayış yeri Laçın rayonu, Qarıqışlaq kəndidir (məcburi köçkün statusu yoxdur). Məhkəmə-Hüquq Şurasının ## ###### 2019-cu il tarixli * nömrəli qərarı ilə “Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Laçın rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı **(*-*)-**/**** nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli **(*-*)-**/**** nömrəli qərardadına əsasən baxılmaq üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmiş ərizəçi X6 müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair iş materialları məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə bu zaman hesab etmişdir ki, Ərizəçi ##.##.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. O, hazırda məcburi köçkün statusuna malik olmayan şəxs olsa belə, defakto məcburi köçkün sayılır. Çünki, Laçın rayonu Qaraqışlaq kəndində doğulmuş və həmin ünvanda qeydiyyatda olan atası (ailə başçsı) X1 (Ş/V AZE 09858428) məcburi köçkün kimi Bakı şəhəri, Nizami rayonu, R.Teymurov 30 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır. Bundan əlavə cavabdeh1 hüquqi ünvanı AZ-1119, Bakı şəhəri, C.Naxçıvanski küçəsi 68 ünvanı olmaqla hazırda həmin ünvanda yerləşir. Ərizəçinin qeydiyyatda olduğu ünvan Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan Laçın rayonunu əhatə etməsi hazırkı işə aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsində baxılması üçün əsas ola bilməz. Belə ki, faktiki olaraq ərizəçi məcburi köçkün olan ailə üzvləri ilə hazırda ünvan 2 ünvanında yaşayır (müddətli həqiqi hərbi xidmətə çağırıldığı vaxtadək yaşayıb). Bu isə onu deməyə əsas verir ki, iddiaçının məcburi köçkün kimi məskunlaşdığı-faktiki yaşayış ünvanı Bakı şəhəri, Nizami rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Bu səbəbdən İPM-in 8.1.2-ci maddəsinin tələbi nəzərə alınmaqla işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraat və tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: ... 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il ## ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommerasiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri Nizami rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-Məcəllənin) 9.1ci və 9.1.3-cü maddələrinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Məcəllənin 8.6-cı maddəsinə əsasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Məcəllənin 16.3-cü maddəsinə əsasən bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun mənasından da göründüyü kimi şəxsin hər hansı ünvanda qeydiyyatda olması onun hələ həmin ünvanda yaşaması anlamına gəlmir. İddiaçı şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən Laçın rayonunda qeydiyyatda olsa da, ondan asılı olmayan səbəbdən ünvan 2 ünvanında yaşayır. Atası məcburi köçkündür. Şəxslərin məhkəməyə çatımlığı baxımından yalnız məcburi köçkün statusu olan şəxslərin özlərinin aidiyyət məsələsində faktiki ünvanı nəzərə alınmamalıdır. Onlarla birgə yaşayan ailə üzvlərinin və ondan asılı olmayan səbəbdən qeydiyyatda olduqları ünvanda yaşaya bilməyən şəxslərə münasibətdə də faktiki məskunlaşma məsələsi nəzərə alınmalıdır. Qeyd edilən onu deməyə əsas verir ki, inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci və 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar