Məhkəmə qərarları › İş №15(3-9)-58/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-58/2026

21.05.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-58/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi üçüncü şəxs Azərbaycan Respublikası Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: üçüncü şəxsin üzərinə müəyyən hərəkətləri etməkdən çəkinmək vəzifəsinin qoyulmasına dair müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-*)-***/**** saylı qərardadından üçüncü şəxs Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Respublika Neyrocərrahiyyə Xəstəxanası verilmiş ##.##.2025-ci il tarixli Bel-oma fəqərələrinin MRT sənədində qeyd edilmişdir ki,...“Bel lordozu dəyişməmişdir. Bel fəqərə cisimlərinin yuksəklikləri normal dəyərləndirilmişdir. L1-S1-səviyyəsində fəqərəarası disklərin Şmorl düyünləri mövcuddur. L4-L5-fəqərəarası diskin degenerativ dəyişikliyi nəticəsində intensivliyi T2-ağırlıqlı sekanslarda zəifləmişdir. L4-L5-fəqərəarası diskin arxa sol paramedian yırtığı (ölçüsü-6,5x15,0mm), dural kisənin və sol lateral sinir kökcükyünün sıxılması, L5-S1fəqərəarası diskin arxa median pportruizyası (2,0 mm), dural kisənin sıxılması diqqəti cəlb etmişdir. Spinal kanalda həcmli törəmə təyin olunmamışdır. Onurğa beyni Th12-L1 səviyyəsində tamamlanir. Arxa paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib.” Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən Ərizəçi dair çıxarışdan görünür ki, ərizəçi yerli çağırış komissiyasının qərarına əsasən “Xəstəliklər cədvəlinin maddəsi” Maddə 26C “Periferik sinir sisteminin xəstəlikləri: c) funksiyaların cüzi dərəcədə pozulması” diaqnozu ilə yararlılıq kateqoriyası C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, Mərkəzi Hərbi Həkim Komissiyasının (MHHK) yekun qərarına əsasən Maddə 26D “Periferik sinir sisteminin xəstəlikləri: d) periferik sinir sisteminin kəskin xəstəliklərindən, xroniki xəstəliklərinin kəskinləşməsindən, habelə onların cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar, M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə” diaqnozu ilə yararlılıq kateqoriyası Ç-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız; DTSERA-nın ##.##.2026-cı il tarixli yekun rəyinə əsasən daha yüngül qiymətləndirilərək yararlılıq kateqoriyası A-3 kimi müəyyən edilmiş, geri dönüş nəticəsində DTSERA-nın ##.##.2026-cı il tarixli yekun rəyinə uyğun rəy verilmişdir. Azərbaycan Respublikası Cavabdeh tərəfindən ərizəçiyə verilmiş çağırış vərəqəsindən görünür ki, ona ##.##.2026-cı il tarixdə 07:00-da hərbi xidmətə yola düşmək üçün SHXÇDXnin İmişli rayon şöbəsinə gəlməsi barədə məlumat verilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Ərizəçi cavabdeh xxxxnə qarşı iddia ərizəsi ilə məhkəməyə “qərarın ləğv edilməsi və həqiqi hərbi xidmətə yararsız olduğu üçün təkrar tibbi ekspertizadan keçirilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı, həmin iddia ərizəsi ilə yanaşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, “yekun məhkəmə aktı qəbul edilənədək hərbi xidmətə göndərilməsinin qadağan edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonradan ərizəçi Ərizəçi “Şirvan İnzibati Məhkəməsinin icraatında olan *-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək həqiqi hərbi xidmətə çağırılmaması öhdəliyinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə onunla əsaslandırılmışdır ki, hərbi xidmətə yararlılıq məsələsi ilə bağlı onun barəsində qəbul edilmiş qərar qanunsuzdur. Xidmətin Cəlilabad rayon şöbəsi tərəfindən tibbi vəziyyəti ilə bağlı əvvəlki tibbi müayinələr zamanı sağlamlıq vəziyyəti hərbi xidmətə yararsız hesab edilmişdir. Təqdim etdiyi sənədlərdən görünür ki, L4-L5 səviyyəsində disk yırtığı və sinir elementlərinin sıxılması xəstliyindən əziyyət çəkir. Ölçülər müxtəlif hesablansa da, bütün sənədlərdə patologiyanın özü və kompressiya faktı mövcuddur. Belə olan halda tibbi vəziyyətinin hərbi xidmət baxımından əlavə ekspertiza olmadan “yararlı" kimi qiymətləndirilməsi nə tibbi, nə də hüquqi cəhətdən qanuni hesab edilə bilməz. Lakin sonradan aparılmış tibbi müayinələr nəticəsində əsassız olaraq onun hərbi xidmətə yararlı olduğu barədə rəy verilmişdir. Səhhəti həqiqi hərbi xidmət keçməsini mümkünsüz edir və sağlamlığında geri dönməz problemlər yarana bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-*)-***/**** saylı qərardadı (hakim Hilal Nəcəfov) ilə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, ərizəçinin Şirvan İnzibati Məhkəməsinin icraatında olan *-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək həqiqi hərbi xidmətə çağırılmaması öhdəliyi Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulmuşdur. Həmin qərardaddan narazı qalan Xidmətin Cəlilabad rayon şöbəsi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin isə iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış (sübutlarla) güman yaratmalıdır. Bu səbəbdən hesab edirlər ki, Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*- *)-***/**** nömrəli qərardadı əsassız və qanunsuzdur, heç bir sübuta əsaslanmır və apellyasiya qaydasında ləğv edilməlidir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; Maddə 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur. Maddə 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. Maddə 41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 44.4. Müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun #.##.2023-cü il tarixli, 14 № li Qərarı: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası ərizəçini dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi ərizəni təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın uğurluluq ehtimalını hazırkı mərhələdə qiymətləndirmək mümkün deyil. Ziddiyyətli maraqlar baxımından ərizəçinin üstün maraqları önə çıxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hallarından müəyyən edildi ki, Respublika Neyrocərrahiyyə Xəstəxanası verilmiş ##.##.2025-ci il tarixli Bel-oma fəqərələrinin MRT sənədində qeyd edilmişdir ki,...“Bel lordozu dəyişməmişdir. Bel fəqərə cisimlərinin yuksəklikləri normal dəyərləndirilmişdir. L1-S1səviyyəsində fəqərəarası disklərin Şmorl düyünləri mövcuddur. L4-L5-fəqərəarası diskin degenerativ dəyişikliyi nəticəsində intensivliyi T2-ağırlıqlı sekanslarda zəifləmişdir. L4-L5fəqərəarası diskin arxa sol paramedian yırtığı (ölçüsü-6,5x15,0mm), dural kisənin və sol lateral sinir kökcükyünün sıxılması, L5-S1-fəqərəarası diskin arxa median pportruizyası (2,0 mm), dural kisənin sıxılması diqqəti cəlb etmişdir. Spinal kanalda həcmli törəmə təyin olunmamışdır. Onurğa beyni Th12-L1 səviyyəsində tamamlanir. Arxa paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib.” Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən Ərizəçi dair çıxarışdan görünür ki, ərizəçi yerli çağırış komissiyasının qərarına əsasən “Xəstəliklər cədvəlinin maddəsi” Maddə 26C “Periferik sinir sisteminin xəstəlikləri: c) funksiyaların cüzi dərəcədə pozulması” diaqnozu ilə yararlılıq kateqoriyası C-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, Mərkəzi Hərbi Həkim Komissiyasının (MHHK) yekun qərarına əsasən Maddə 26D “Periferik sinir sisteminin xəstəlikləri: d) periferik sinir sisteminin kəskin xəstəliklərindən, xroniki xəstəliklərinin kəskinləşməsindən, habelə onların cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar, M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə” diaqnozu ilə yararlılıq kateqoriyası Ç-sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız; DTSERA-nın ##.##.2026-cı il tarixli yekun rəyinə əsasən daha yüngül qiymətləndirilərək yararlılıq kateqoriyası A-3 kimi müəyyən edilmiş, geri dönüş nəticəsində DTSERA-nın ##.##.2026-cı il tarixli yekun rəyinə uyğun rəy verilmişdir. Azərbaycan Respublikası Cavabdeh tərəfindən ərizəçiyə verilmiş çağırış vərəqəsindən görünür ki, ona ##.##.2026-cı il tarixdə 07:00-da hərbi xidmətə yola düşmək üçün SHXÇDXnin İmişli rayon şöbəsinə gəlməsi barədə məlumat verilmişdir. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı bildirir ki, ərizəçi üçüncü şəxsin ilkin qərarı ilə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilmiş, lakin “xxxx” X1 tərəfindən şəxs həqiqi hərbi xidmətə yararlı (A-3) hesab edilmiş, həmin qərardan sonra üçüncü şəxs ərizəçini hərbi xidmətə yararlı hesab etmiş və ona həqiqi hərbi xidmətə göndərilməsi ilə bağlı çağırış vərəqəsi vermişdir. İnzibati orqan şəxsi həqiqi hərbi xidmətə cəlb etmək niyyətindədir. Ərizəçi isə xəstəliyi ilə bağlı həqiqi hərbi xidmətə yararsız olmasını, xəstəliyinə görə hərbi xidməti yerinə yetirməsinin mümkünsüzlüyünü və bununla bağlı səhhətində yarana biləcək problemləri önə çəkir. Qeyd edilən məsələlərə münasibətdə təminat tətbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur. Kollegiya bildirir ki, hazırda ərizəçinin hüquqi marağı onun hərbi xidmətə cəlb edilməsinin Azərbaycan Respublikası Cavabdeh qadağan edilməsindən ibarətdir. Hazırkı mərhələdə iddianın böyük ehtimalla uğurluluğu məsələsinin qiytmətləndirilməsi mümkün deyil, bu tibbi dəyərləndirmə tələb edilir. Ziddiyyətli məqamlar qiymətləndirildikdə isə qeyd olunmalıdır ki, ərizəçi ##.##.2003-cü il təvəllüdlüdür, onun 23 yaşı var. Əsas iş üzrə ##.##.2026-cı il tarixdə ekspertiza təyin edilmişdir. Məhkəmə icraatının gedişində onun hərbi xidmətə yararlı sayılması ilə bağlı sübutlar mövcud olduğu və iddianın bu əsasla rədd olunduğu halda, tətbiq olunacaq müvəqqəti xarakterli tədbirin, yəni hərbi xidmətə aparılmasına qoyulmuş qadağanın məhkəmə icraatında götürülməsi mümkündür (iddianın rədd edilməsi barədə qərar qanuni qüvvəyə mindikdə müvəqqəti xarakterli müdafiə barədə qərardad qüvvəsini itirir, eləcə də müvafiq əsaslar (məsələn, şəxsin həqiqi hərbi xidmətə yararlı olması barədə ekspert rəyi olduqda və s.) yarandıqda məhkəmə icraatında tətbiq edilmiş müvəqqəti xarakterli müdafiə tədbiri ləğv edilə bilər) və ərizəçi hərbi xidmətə çağırıla bilər. Lakin hazırkı durumda sağlamlıq vəziyyətində aşkarlanmış qüsur və çatışmazlıq gələcəkdə də təsdiqini taparsa və ya daha da kəskinləşərsə, hərbi xidmətə aparıldığı təqdirdə, belə halın fəsadları onun sağlamlığında daha ağır nəticələr verə bilər. Nəzərə almaq lazımdır ki, hərbi xidmətə yararsız şəxslərin hərbi xidmətə çağırılması və aparılması, həmin şəxslərin sağlamlığına vurula biləcək ziyan baxımından, onların hərbi xidmətə cəlb olunmaması ilə müqayisədə daha ağır nəticələrə səbəb ola bilər. Bu mənada həmin şəxslərin sağlamlığının qorunması və onların sağlamlığına vurula biləcək ziyanın qarşısının alınması ilə bağlı ictimai marağın, həmin şəxslərin hərbi xidmətə cəlb olunması ilə bağlı ictimai maraqdan daha üstün olduğu qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, insan həyatı və sağlamlığı konstitusiyanın qoruma sferası ilə əhatə olunan daha üstün dəyərdir. Hazırkı mübahisəyə münasibətdə həm də məhkəmə icraatı zamanı və ya məhkəmə icraatı nəticəsində iddiaçının hərbi xidmətə yararlı olmasının müəyyən edildiyi təqdirdə, onun hərbi xidmətə çağırılması imkanının tükənmədiyi də nəzərə alınmalıdır. Oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli 15(102)- 441/2025 və ##.##.2026-cı il tarixli **(***)-***/**** saylı qərarlarında mövqe eyni olmuşdur. Plenum qərarının 11.22-ci bəndinə əsasən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının xəstəliyini işdə olan ayrı-ayrı tibb müəssisələri tərəfindən verilmiş digər müayinə sənədləri də təsdiq edir, o cümlədən ərizəçinin xəstəliyi ilə bağlı üçüncü şəxs tərəfindən əvvəl də o, həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-*)-***/**** saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar