Məhkəmə qərarları › İş №15(3-9)-61/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-61/2026

26.05.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-61/2026 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, ərizəçi Ərizəçi iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı Ərizəçi cavabdeh Üçüncü şəxs qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin müddətli həqiqi hərbi xidmətə yararlı olması baradə qəbul etdiyi qərarın ləğv edilməsi, onun hərbi xidmətə yararlılığının tibbi rəyə uyğun olaraq müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəçi həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, inzibati işə baxılıb qurtarana və iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək, onun hərbi xidmətə cəlb edilməsinin Cavabdeh qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, hərbi xidmətə çağırışla əlaqədar ##.##.2026-cı il tarixdə tibbi müayindən keçirilmişdir. Tibbi müayinə aktına əsasən və sonrakı tibbi rəy və sənədlərlə təsdiq edildiyi kimi, onda aşağıdakı xəstəliklər və patologiyalar aşkar edilmişdir:- (Q66.5-anadangəlmə yastıpəncəlilik (III dərəcə), M24.0 oynaqda sərbəst cisim (sol diz nahiyyəsində), M92.5-incik və qamış sümüklərinin juvenil osteoxondrozu (Osgood-Schlatter xəstəliyi). Eyni zamanda tibbi sənədlərdə qeyd olunduğu kimi, sol diz oynağında davamlı ağrılar, sol qamış sümüyündə şişkinlik, hər iki pəncədə deformasiya, hərəkət zamanı ağrıların artması və funksional pozulmalar. Bu tibbi göstəricilər əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq həkim komissiyası tərəfindən ona “C” dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kateqoriyası verilmişdir. Bu rəy ##.##.2026, ##.##.2026, ##.##.2026-cı il tarixli rəsmi sənədlərdə əks olunmuşdur. SHXÇDX Cəlilabad rayon şöbəsi əsassız olaraq onu hərbi xidmətə aparır. Şirvan Inzibati Məhkəməsinin (hakim R.Quliyeva) ## ##### 2026-cı il tarixli, **(*- *)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın uğurluluğu şəxsin səhhətinin onun hərbi xidmətə aparılmasına imkan verib-verməməsinin yoxlanılmasından sonra müəyyən ediləcəkdir. Iddiaçı aprel ayının 30-dək hərbi xidmətdə olmalıdır. Bu hal isə gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasında çətinliklər yaradacaqdır. Şəxsin hərbi xidmətə getməsi, gələcəkdə barəsində hərbi xidmətə yararsız olması barədə əsas iş üzrə qərar qəbul edilərsə, bu hal məhkəmə qərarının icrasında çətinliklər yaradacaqdır. Həmçinin belə olacağı təqdirdə şəxsin dövlətə qarşı əsaslı olaraq kompensasiya iddiasının qaldırılması üçün əsas olacaqdır. Bundan əlavə, hərbi xidmətə yararsız şəxslərin hərbi xidmətə çağırılması və aparılması, həmin şəxslərin sağlamlığına vurula biləcək ziyan baxımından, onların hərbi xidmətə cəlb olunmaması ilə müqayisədə daha ağır nəticələrə səbəb ola bilər. Bu mənada həmin şəxslərin sağlamlığına vurula biləcək ziyanın qarşısının alınması ilə bağlı marağın, onların hərbi xidmətə cəlb olunması ilə bağlı maraqdan daha üstün olduğu qəbul edilməlidir. X1-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi və üçüncü şəxs Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadı ilə cavabdeh Üçüncü şəxs tərəfindən apellyasiya şikayəti mümkün sayılmayaraq, şikayətin qəbulundan imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, məhkəmənin qərardadı vətəndaşların həqiqi hərbi xidmətdən yayınmalarına zəmin yaradır. Prosessual məsələlər Ərizəçi məhkəmə iclasında birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. -40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. -40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Iş materiallarına əlavə edilmiş: -Ərizəçi məxsus SX seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, sonuncu ##.##.2023-cü ildə Cəlilabad rayon HHK tərəfindən xəstəliklər cədvəlinin 1-ci qrafasının “65C” maddəsinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir”. Təkrar tibbi müayinə vaxtı ##.##.2026-cı il müəyyən edilmişdir. -Ərizəçi məxsus sağlamlıq vəziyyətinin müayinə aktında qeyd edilmişdir ki, Q66.5 – Anadangəlmə yastıpəncə, anadangəlmə hər iki pəncənin III dərəcə yastıpəncəliliyi. Hər iki aşıq sümüyünün qeyri-düzgün vəziyyəti, M24.0 – Oynaqda sərbəst cisim – Sol diz qapağında sklerotik bərkimə, M92.5 – Incik və qamış sümüklərinin yuvenil osteoxondrozu – Sol qamış sümüyünün Osqutt – Şlyatter xəstəliyi aşkar edilir. -Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki, “Səfərbərlik C, DTSERA A-3, Qərarın növü: Fərqli kateqoriya üzrə təsdiq, Status: Daha yüngül qiymətləndirilir” barədə qərar qəbul edilmişdir. -Ərizəçi barəsində verilmiş Forma 44-dən müəyyən olunur ki, Ərizəçi yerli çağırış komissiyasının qərarı ilə Xəstəliklər cədvəlinin 61-ci maddəsinin “C” bəndində uyğun olaraq “Yastıayaqlılıq və ayağın digər deformasiyaları: c) funksiyaların cüzi dərəcədə pozulması ilə; 58-ci maddəsinin “C” bəndi-“Iri oynaqların, sümüklərin və qığırdaqların cərrahi xəstəlikləri və zədələnmələri, osteopatiya və xondropatiyalar: -c) funksiyaların cüzi dərəcədə pozulması ilə..Yararlılıq kateqoriyası - “C” dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı (##.##.2026-cı il) hesab olunmuşdur. -Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərardadının surətindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Üçüncü şəxs qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Göründüyü kimi ərizəçinin sümük-əzələ sistemində patofunksional pozuntuların olması müvafiq tibb müəssisəsinin müayinə aktı və HHK-nın qiymətləndirməsi ilə təsdiq edilmişdir. Həmin pozuntuların ərizəçinin hərbi xidmətə yararlılıq vəziyyətində olubolmaması müvafiq ekspertizanın rəyi ilə müəyyən edilə bilər və bu, məhkəmə araşdırmasının zəruriliyini ortaya qoyur. Başqa sözlə, nə qədər ki, şəxsin xidmətə yararlılıq vəziyyəti tədqiq edilməmişdir, bu, onun xidmət zamanı daha ağır duruma düşmək ehtimalı baxımından ilkin tənzimləmənin zəruriliyini labüd edir. Həmçinin nəzərə almaq lazımdır ki, hərbi xidmətə yararsız şəxslərin hərbi xidmətə cəlb edilməsi həmin şəxslərin sağlamlığına vurula biləcək ziyan baxımından, onların hərbi xidmətə cəlb olunmaması ilə müqayisədə daha ağır nəticələrə səbəb ola bilər. Bu mənada həmin şəxslərin sağlamlığının qorunması və onların sağlamlığına vurula biləcək ziyanın qarşısının alınması ilə bağlı ictimai marağın həmin şəxslərin hərbi xidmətə cəlb olunması ilə bağlı ictimai maraqdan daha üstün olduğu qəbul edilməlidir. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** saylı Qərarında hazırki münasibətləri tənzimləyən yetərli tövsiyyələr və göstərişlər yer almışdır: 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.22. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə həyata keçirilir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar