Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-71/2026 10.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından üçüncü şəxs cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı Ərizəçi cavabdeh cavabdeh2 qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, hərbi xidmətə yararlı olması barədə qəbul edilmiş qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəçi həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, inzibati işə baxılıb qurtarana və iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək, onun hərbi xidmətə çağırılmaması öhdəliyinin cavabdeh1 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 10 ildir ki, onda anadangəlmə “onurğanın aşağı döş bel tipli sağ tərəfli 1-ci dərəcəli skoliozu, Döş sümüyünün ön tərəfdə olan qabarlanmasının tam Restrutuv tipli mötədil, ventelyasiya pozulması” diaqnozu ilə xəstəliyi olduğundan hərbi xidmətə yararsız hesab edilmişdir. Bu günlərdə onu hərbi komissarlıq dəvət etmiş və o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə göndərilmişdir. Orada vizual müayinə edilmişdir. ## ##### 2024-cü il tarixdə ona sms gəlib ki, hərbi xidmətə yararlı olmağı barədə qərar qəbul edilmişdir. Bundan sonra ona “çağırış vərəqəsi” gəlib ki, ## ##### 2026-cı il tarixdə hərbi xidmətə getməlidir. O, bu gün də nəfəs ala bilmir. Özü xəstədir. Cavabdeh təşkilatın barəsində qəbul etdiyi qərar qanunsuz olaraq əsassızdır. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ##### 2026-cı il tarixli, **(*- *)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın uğurluluq ehtimalına münasibətdə qeyd edilir ki, hazırki halda iddianın uğurlu olubolmamasını tam müəyyən etmək mümkün deyildir. Belə ki, şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi ixtisaslaşmış tibbi biliyə malik şəxslərin iştirakı ilə qiymətləndirilməli olan məsələdir. Odur ki, işə mahiyyəti üzrə baxıldığı müddət ərzində buna dair tibbi biliyə malik şəxslərdən şəxsin yararlılıq kateqoriyasına dair tibbi-sağlamlıq vəziyyəti barədə məlumatlar məhkəmədə mövcud deyildirsə, buna dair ekspertiza və mütəxəssis rəyləri alınmadan, gərək olacağı təqdirdə tibbi biliyə malik şəxslərin iştirakı icraata cəlb edilmədən bu növ iddianın uğurluluğun hazırkı mərhələdə aydın olmasından söhbət gedə bilməz. Göründüyü kimi iddianın uğurluluq ehtimalı qeyd olunan icraat çərçivəsində yoxlanılma aparılmadan, ekspertiza və s cəlb edilmədən mümkün deyildir. Iddia icraatı qaydasında iddiaçının tələbi təmin edilməsə belə, yəni mübahisələndirilən qərarın qüvvədə qalacağı halda da tərəflərin hüquqları pozulmadan, hazırki halda olduğu kimi qalacaqdır. Beləliklə də, ərizəçidə hazırda mövcud olan eyni xəstəlik üzrə ona etimad göstərilərək ardıcıl olaraq bir neçə dəfə hərbi xidmətə çağırışa möhlət verildiyi və onun hazırki halda da həmin xəstəlikdən əziyyət çəkdiyi ilkin olaraq məhkəmənin əldə etdiyi tibbi sənədlər əsasında öz təsdiqini tapdığı əsas götürülərək ərizə təmin edilməlidir. X3-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi və üçüncü şəxs cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin **(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh2 tərəfindən apellyasiya şikayəti mümkün sayılmayaraq, şikayətin qəbulundan imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, məhkəmənin qərardadı vətəndaşların həqiqi hərbi xidmətdən yayınmalarına zəmin yaradır. Prosessual məsələlər Ərizəçiyə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, ərizəçi gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. -40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. -40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Iş materiallarına əlavə edilmiş: -##.##.2026-cı il tarixli Çağırış Vərəqəsindən görünür ki, Ərizəçi 2026-cı ilin aprel çağırışında müddətli həqiqi hərbi xidmətə yola düşmək üçün SHXÇDX-nin Biləsuvar rayon şöbəsinə gəlməyi bildirilmişdir. -iddiaçıya məxsus SX № ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixədək və ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər Cədvəlinin” İ qrafasının 80 b, 66 c maddəsinə əsasən, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək hərbi xidmətə göndərilməsinə möhlət verilmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin ## #### 2026-cı il tarixli qərarında qeyd edilmişdir ki, Hərbi Həkim Komissiyasının rəyi - əsas: Döş qəfəsinin digər anadangəlmə deformasiyaları, XBT kodu Q67.8 ilə, maddə72, qrafa 1, bənd C, kateqoriya C; yanaşı xəstəlik – Skolioz, XBT kodu M41 ilə, maddə 59, qrafa 1, bənd Ç, kateqoriya A; yanaşı xəstəlik – Yüngül dərəcəli zülal-enerji çatışmazlığı, XBT kodu E44.1 ilə, maddə 13, qrafa 1, bənd D, kateqoriya A; Tibbi Qiymətləndirmə Komissiyasının yekun tibbi müayinə qərarı : səfərbərlik: C, DTSERA: 0, qərarın növü: Heç bir kateqoriya üzrə təsdiqlənmir, status: Heç bir kateqoriya üzrə əksini tapmadı. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin ## #### 2026-cı il tarixli qərarında qeyd edilmişdir ki, Hərbi Həkim Komissiyasının rəyi - əsas: Döş qəfəsinin digər anadangəlmə deformasiyaları, XBT kodu Q67.8 ilə, maddə 72, qrafa 1, bənd C, kateqoriya C; yanaşı xəstəlik – Skolioz, XBT kodu M41 ilə, maddə 59, qrafa 1, bənd Ç, kateqoriya A; yanaşı xəstəlik – Yüngül dərəcəli zülal-enerji çatışmazlığı, XBT kodu E44.1 ilə, maddə 13, qrafa 1, bənd D, kateqoriya A; Tibbi Qiymətləndirmə Komissiyasının yekun tibbi müayinə qərarı : səfərbərlik: C, DTSERA: B, qərarın növü: Fərqli kateqoriya üzrə təsdiq, status: Daha yüngül qiymətləndirilir. -Ərizəçi barəsində verilmiş Forma 44-dən müəyyən olunur ki, hərbi həkim komissiyasında müayinələrin nəticələri: Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa): - ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda, XBT kodu 59Ç; Tənəffüs orqanlarının digər xəstəlikləri – b) funksiyaların mülayim dərəcədə pozulması ilə, XBT kodu 47B, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı: Ərizəçi əsas xəstəlik – Döş qəfəsinin digər anadangəlmə deformasiyalar, XBT kodu Q67.8, maddə 72, qrafa 1, bənd C, kateqoriya C; yanaşı xəstəlik – Skolioz, XBT kodu M41, maddə 59, qrafa 1, bənd Ç, kateqoriya A; yanaşı xəstəlik - yüngül dərəcəli zülal-enerji çatışmazlığı, XBT kodu E44.1, maddə 13, qrafa 1, bənd D, kateqoriya A aşkar olunur. -Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki, Ərizəçi “B-Sıradankənar həqiqi hərbi xidmətə yararlı” olması barədə qərar qəbul edilmişdir. -X1 tərəfindən iddiaçı barəsində verilmiş ##.##.2025-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə aktından görünür ki, M41.1 – Gənclik idiopatik skoliozu – Onurğanın skoliozu İ (birinci) dərəcə, Q67.8 – Döş qəfəsinin digər anadangəlmə deformasiyaları – Döş qəfəsi deformasiyası restriktiv tip ventilyasiya pozğunluğu ilə aşkar edilir. Göründüyü kimi ərizəçinin dayaq-hərəkət sistemində patofunksional pozuntuların olması müvafiq tibb müəssisəsinin müayinə aktı və HHK-nın qiymətləndirməsi ilə təsdiq edilmişdir. Həmin pozuntuların ərizəçinin hərbi xidmətə yararlılıq vəziyyətində olubolmaması müvafiq ekspertizanın rəyi ilə müəyyən edilə bilər və bu, məhkəmə araşdırmasının zəruriliyini ortaya qoyur. Başqa sözlə, nə qədər ki, şəxsin xidmətə yararlılıq vəziyyəti tədqiq edilməmişdir, bu, onun xidmət zamanı daha ağır duruma düşmək ehtimalı baxımından ilkin tənzimləmənin zəruriliyini labüd edir. Həmçinin nəzərə almaq lazımdır ki, hərbi xidmətə yararsız şəxslərin hərbi xidmətə cəlb edilməsi həmin şəxslərin sağlamlığına vurula biləcək ziyan baxımından, onların hərbi xidmətə cəlb olunmaması ilə müqayisədə daha ağır nəticələrə səbəb ola bilər. Bu mənada həmin şəxslərin sağlamlığının qorunması və onların sağlamlığına vurula biləcək ziyanın qarşısının alınması ilə bağlı ictimai marağın həmin şəxslərin hərbi xidmətə cəlb olunması ilə bağlı ictimai maraqdan daha üstün olduğu qəbul edilməlidir. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** saylı Qərarında hazırki münasibətləri tənzimləyən yetərli tövsiyyələr və göstərişlər yer almışdır: 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. 11.22. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə həyata keçirilir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-9)-71/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-71/2026
10.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver