Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-72/2026 04.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqindən imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-*)-**/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Sağlamlıq vəziyyətinin müayinə aktından görünür ki, ərizəçi Ərizəçi Şəkaralı oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli *********** nömrəli göndərişi ilə Respublika Klinik Xəstəxanasında ##.##.2025-ci il tarixdə ambulator müayinədə olmuşdur. Şikayətlər: Döş qəfəsində deformasiya, Anamnez: Anadangəlmə, obyektiv müayinənin məlumatları: Döş sümüyü bir qədər batıqdır. Xüsusi müayinələrin (laborator, rentgenolji, instrumental və s.) nəticələri: Lateral döş qəfəsi rentgenoqrafiyası birtərəfli (iki proyeksiyalı). XBT-10 kodu-Q67.6-Çökmüş döş qəfəsi-Diaqnoz: Q67.6-Döş qəfəsinin pectus excavatum deformasiyası grade 1 (bir).” Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında ##.##.2025-ci il tarixli aktda qeyd edilmişdir ki, “...X4, Diaqnozlar: Z03.2-Psixi xəstəliklərə və davranış pozğunluqlarına şübhə olduqda müşahidə, Anamnezi: Orta təhsillidir. Subaydır. Ailədə 3 uşaqdan 2-cisidir. Valideynləri qohum deyil. İrsiyyəti psixi xəstəliklərlə ağırlaşmayıb. Kəllə-beyin travması inkar olunur. Qıcolma tutmaları inkan olunur. İnfeksion xəstəliklər inkar olunur. Hal-hazırda işləmir. Obyektiv müayinənin məlumatları, Somatik statusu: orta boylu, düzgün bədən quruluşludur. Döş qəfəsi deformasiyalıdır. Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlarının ilkin müayinəsi zamanı kobud üzvi patologiya aşkar olunmadı. Qarnı yumşaqdır. Dalaq və qaraciyər əllənmir. Tənəffüsü vezikulyardır. Boyu 168 sm, çəkisi 50 kq, temperaturu 36,5 C, arterial təzyiqi 110/70, nəbzi 85, saturasiyası isə 96 faizə bərabərdir. Nevroloji statusu: MSS ilkin müayinəsi zamanı kobud üzvi patologiya aşkar olunmadı.” Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında ##.##.2025-ci il tarixli aktda qeyd edilmişdir ki, “...Elmi-X2 İnstitutu, şikayətlər: arabir təngənəfəslik, anamnezi: TDM (-) Anamnezi: Xəstəlik keçirmədiyini qeyd edir. Vərəm xəstəsi ilə təmasda olmamışdır. Obyektiv müayinənin məlumatları, obyektiv: ağ ciyərlərdə vezikulyar tənəffüs eşidilir. Döş qəfəsində deformasiyası müşahidə olunur. Xüsusi müayinələrin (laborator, rentgenoloji, instrumental və s.), pulmonoloq-diaqnoz. Döş qəfəsinin derformasiyası, Onurğanın skoliozu. XBT M95.4, Fluqrafiya-Hər iki tərəfdə peribronxit, onurğanın skoliozu, döş qəfəsində deformasiya görünür. Ağ ciyərlərin spiroqramması-Ventlyasiya pozğunluğu qeyd olunmur.” Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının çağırışçının müddətli həqiqi hərbi xidmətə yararlılığı barədə qərardan görünür ki, Ərizəçi Şəkaralı həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli K/**-**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...1997-ci il təvəllüdlü Ərizəçi komission məhkəmə-tibbi ekspertizasına, Şirvan İnzibati Məhkəməsində araşdırılması aparılan *-*(***)-****/**** nömrəli iş materialında tibbi sənədlərdə olan məlumatlara və MN Baş Klinik Hospitalın həkim mütəxəssis rəylərinə əsaslanaraq, ekspert komissiyası qarşıya qoyulmuş suallara müvafiq belə nəticəyə gəlmişdir ki, Ərizəçi hazırda “Anadangəlmə inkişaf qüsuru. Döş qəfəsinin çəkməçi döşü tipli deformasiyası (11 mm)” diaqnozlu patologiya vardır və o, bu diaqnozlu patologiya üzrə ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nə əsasən hərbi xidmətə yararlıdır.” ##.##.2025-ci il tarixli iltizamdan görünür ki, Xidmətin Masallı rayon şöbəsi tərəfindən ərizəçiyə ##.##.2025-cı il tarixdə hərbi xidmətə getmək üçün çağırış vərəqəsi verilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddia icraatı qaydasında iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “cavabadeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və hərbi xidmətə möhlət verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Ərizəçi hazırki icraatda yekun məhkəmə aktı qəbul edilənədək onun müddətli həqiqi hərbi xidmətə göndərilməyinin Cavabdeh qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə onunla əsaslandırılmışdır ki, ekspertizadan keçsə də, ekspert rəyi ilə razı deyil. Ağciyərində narahatçılıqlar var və bununla bağlı dəfələrlə müalicələr almışdır. Tez-tez onda tənginəfəs olur və yeriməkdə çətinliklər çəkir. Bundan başqa, psixi cəhətdən də əsəblik keçirir, tez-tez əsəbləşir. Psixiatrın müayinəsindən də keçmək və buna görə də müvafiq rəyin alınmasını istəyir. Xəstəliyi həqiqi hərbi xidmət keçməsini mümkünsüz edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-*)-**/**** saylı qərardadı (hakim Pərvanə Qurbanova) ilə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri ərizənin dəlilləri ilə eynilik təşkil edir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi məhkəmə iclasında iştirak etməmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmişdir. Məhkəmə ərizəçinin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ərizəçi səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəciyi ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, qanunvericiliyə görə bu onun vəzifəsidir. Bundan başqa, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. Maddə 41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 44.4. Müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun #.##.2023-cü il tarixli, 14 № li Qərarı: Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Birinci instansiyası məhkəməsi ərizəni təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın uğurluluq ehtimalı aydın olmadığı kimi məhkəmə ziddiyyətli maraqları hərtərəfli qiymətləndirərək hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsas görmür. Belə ki, hazırkı halda iddiaçının fərdi marağına münasibətdə ictimai və dövlət marağının mövcudluğu halının olub-olmaması müzakirə olunmalıdır ki, fərdi marağa münasibətdə dövlətin və ictimai marağın üstün olması məhkəmə hesab edir ki, hazırkı növ iddialarda aşkar görünür. Belə ki, iddiaçı və cavabdeh arasında yaranmış inzibati mübahisə hərbi xidmətkeçmə barəsindədir ki, inzibati orqanın müharibə şəraitinin istisna edilmədiyi ölkə üzrə vəzifə və funksiyalarının əsas hissəsi hərbi xidmət və vəzifələrinin icrası ilə bağlı şəxslərin hərbi xidmətə cəlb edilməsindən ibarətdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Hazırda ərizəçinin hüquqi marağı əsas iddiaya baxılanadək onun hərbi xidmətə cəlb edilməsinin Azərbaycan Respublikası Cavabdeh qadağan edilməsindən ibarətdir. İşin hallarından müəyyən edildi ki, sağlamlıq vəziyyətinin müayinə aktından görünür ki, ərizəçi Ərizəçi Şəkaralı oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli *********** nömrəli göndərişi ilə Respublika Klinik Xəstəxanasında ##.##.2025-ci il tarixdə ambulator müayinədə olmuşdur. Şikayətlər: Döş qəfəsində deformasiya, Anamnez: Anadangəlmə, obyektiv müayinənin məlumatları: Döş sümüyü bir qədər batıqdır. Xüsusi müayinələrin (laborator, rentgenolji, instrumental və s.) nəticələri: Lateral döş qəfəsi rentgenoqrafiyası birtərəfli (iki proyeksiyalı). XBT-10 kodu-Q67.6-Çökmüş döş qəfəsi-Diaqnoz: Q67.6-Döş qəfəsinin pectus excavatum deformasiyası grade 1 (bir).” Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında ##.##.2025-ci il tarixli aktda qeyd edilmişdir ki, “...X4, Diaqnozlar: Z03.2-Psixi xəstəliklərə və davranış pozğunluqlarına şübhə olduqda müşahidə, Anamnezi: Orta təhsillidir. Subaydır. Ailədə 3 uşaqdan 2-cisidir. Valideynləri qohum deyil. İrsiyyəti psixi xəstəliklərlə ağırlaşmayıb. Kəllə-beyin travması inkar olunur. Qıcolma tutmaları inkan olunur. İnfeksion xəstəliklər inkar olunur. Hal-hazırda işləmir. Obyektiv müayinənin məlumatları, Somatik statusu: orta boylu, düzgün bədən quruluşludur. Döş qəfəsi deformasiyalıdır. Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlarının ilkin müayinəsi zamanı kobud üzvi patologiya aşkar olunmadı. Qarnı yumşaqdır. Dalaq və qaraciyər əllənmir. Tənəffüsü vezikulyardır. Boyu 168 sm, çəkisi 50 kq, temperaturu 36,5 C, arterial təzyiqi 110/70, nəbzi 85, saturasiyası isə 96 faizə bərabərdir. Nevroloji statusu: MSS ilkin müayinəsi zamanı kobud üzvi patologiya aşkar olunmadı.” Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında ##.##.2025-ci il tarixli aktda qeyd edilmişdir ki, “...Elmi-X2 İnstitutu, şikayətlər: arabir təngənəfəslik, anamnezi: TDM (-) Anamnezi: Xəstəlik keçirmədiyini qeyd edir. Vərəm xəstəsi ilə təmasda olmamışdır. Obyektiv müayinənin məlumatları, obyektiv: ağ ciyərlərdə vezikulyar tənəffüs eşidilir. Döş qəfəsində deformasiyası müşahidə olunur. Xüsusi müayinələrin (laborator, rentgenoloji, instrumental və s.), pulmonoloq-diaqnoz. Döş qəfəsinin derformasiyası, Onurğanın skoliozu. XBT M95.4, Fluqrafiya-Hər iki tərəfdə peribronxit, onurğanın skoliozu, döş qəfəsində deformasiya görünür. Ağ ciyərlərin spiroqramması-Ventlyasiya pozğunluğu qeyd olunmur.” Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının çağırışçının müddətli həqiqi hərbi xidmətə yararlılığı barədə qərardan görünür ki, Ərizəçi Şəkaralı həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Əsas işə baxılarkən ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli K/**-**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...1997-ci il təvəllüdlü Ərizəçi komission məhkəmə-tibbi ekspertizasına, Şirvan İnzibati Məhkəməsində araşdırılması aparılan *-*(***)-****/**** nömrəli iş materialında tibbi sənədlərdə olan məlumatlara və MN Baş Klinik Hospitalın həkim mütəxəssis rəylərinə əsaslanaraq, ekspert komissiyası qarşıya qoyulmuş suallara müvafiq belə nəticəyə gəlmişdir ki, Ərizəçi hazırda “Anadangəlmə inkişaf qüsuru. Döş qəfəsinin çəkməçi döşü tipli deformasiyası (11 mm)” diaqnozlu patologiya vardır və o, bu diaqnozlu patologiya üzrə ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nə əsasən hərbi xidmətə yararlıdır.” Ərizəçinin həqiqi hərbi xidmətə aparılması ilə bağlı ona çağırış vərəqəsi verilmişdir. Kollegiya ilkin təcəili tənzimləmənin zəruriliyi ilə bağlı bildirir ki, ərizəçi hərbi xidmətə yararlı hesab edilmiş, ona çağırış vərəqəsi verilmiş və inzibati orqan şəxsi həqiqi hərbi xidmətə cəlb etmək niyyətindədir. Ərizəçi isə xəstəliyi ilə bağlı hərbi xidmətə yararsız olmasını, xəstəliyinə görə hərbi xidməti yerinə yetirməsinin mümkünsüzlüyünü və bununla bağlı səhhətində yarana biləcək problemləri önə çəkir. Qeyd edilən məsələlərə münasibətdə kollegiya hesab edir ki, təminat tətbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur. İddianın böyük ehtimalla uğurluluğu məsələsinə münasibətdə isə kollegiya qeyd edir ki, ilkin araşdırılması nəticəsində əsas iddianın böyük ehtimalla uğurluluğu müəyyən edilmir. Belə ki, əsas iş üzrə təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli K/**-**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...1997-ci il təvəllüdlü Ərizəçi komission məhkəmə-tibbi ekspertizasına, Şirvan İnzibati Məhkəməsində araşdırılması aparılan *-*(***)-****/**** nömrəli iş materialında tibbi sənədlərdə olan məlumatlara və MN Baş Klinik Hospitalın həkim mütəxəssis rəylərinə əsaslanaraq, ekspert komissiyası qarşıya qoyulmuş suallara müvafiq belə nəticəyə gəlmişdir ki, Ərizəçi hazırda “Anadangəlmə inkişaf qüsuru. Döş qəfəsinin çəkməçi döşü tipli deformasiyası (11 mm)” diaqnozlu patologiya vardır və o, bu diaqnozlu patologiya üzrə ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nə əsasən hərbi xidmətə yararlıdır.” Plenum qərarının 4.1-1-ci bəndinə əsasən istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Həmin qərarın 11.22-ci bəndinə əsasən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan yoxlama aparılmalıdır. Ərizəçi ərizəsində göstərdiyi xəstəliklər (ağciyər və psixi xəstəlik) ilə bağlı ekspertiza tədqiqatı zamanı müayinə olunmuş və hərbi xidmətə yararlı hesab edilmişdir. Həmçinin, mübahisəyə qiymət verilməsi baxımından ərizəçinin səhhətində hər hansı bir problem yaranacağı halda onun həqiqi hərbi xidmət müddətində də tibbi xidmətlərdən istifadə edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, sağlam həqiqi hərbi xidmətə cəlb edilən şəxsin də mümkündür ki, xidmət müddətində səhhətində hər hansı bir problem yaransın. Təbii ki, həmin şəxs bu zaman Dövlət tərəfindən tibbi xidmətlə təmin edilir və sonrakı vəziyyətə uyğun barəsində qərar qəbul edilir. Yəni, şəxsin xəstəliyinin hərbi xidmət keçməsinə imkan verməməsini birmənalı şəkildə öncədən bilmədən şəxsin həqiqi hərbi xidmətə aparılmaması qanuni hesab edilə biləz. Belə ki, bu məsələdə Dövlətin də maraqları nəzərə alınmalıdır. Oxşar iş üzrə Ali Məhkəmənin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli **(***)-***/**** nömrəli qərarında mövqe eyni olmuşdur. Kollegiya ərizəçiyə onu da izah edir ki, gələcəkdə (həqiqi hərbi xidmətə çağırışçıların cəlb edilməsi ən tezi ##.##.2026-cı il tarixdən başlayacaqdır) yeni əsas yaranarsa (məsələn, xeyrinə mütəxəssis, ekspert rəyləri olarsa və ya s.) yenidən ərizə ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməməlidir. qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli **(*-*)-**/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №15(3-9)-72/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-72/2026
04.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver