Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-74/2026 24.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə üzrə Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı Ərizəçi cavabdeh cavabdeh2 qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, onun barəsində cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli hərbi xidmətə yararlı hesab olunması barədə qərarın və cavabdeh1 tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəçi həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, inzibati işə baxılıb qurtarana və iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, cavabdeh orqanın onun barəsində hərbi xidmətə yararlılıq barədə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılması və onun hərbi xidmətə çağırılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ##### 2026-cı il tarixli, **(*- *)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın uğurluluq ehtimalına münasibətdə qeyd edilir ki, hazırki halda iddianın uğurlu olubolmamasını tam müəyyən etmək mümkün deyildir. Belə ki, şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi ixtisaslaşmış tibbi biliyə malik şəxslərin iştirakı ilə qiymətləndirilməli olan məsələdir. Odur ki, işə mahiyyəti üzrə baxıldığı müddət ərzində buna dair tibbi biliyə malik şəxslərdən şəxsin yararlılıq kateqoriyasına dair tibbi-sağlamlıq vəziyyəti barədə məlumatlar məhkəmədə mövcud deyildirsə, buna dair ekspertiza və mütəxəssis rəyləri alınmadan, gərək olacağı təqdirdə tibbi biliyə malik şəxslərin iştirakı icraata cəlb edilmədən bu növ iddianın uğurluluğun hazırkı mərhələdə aydın olmasından söhbət gedə bilməz. Göründüyü kimi iddianın uğurluluq ehtimalı qeyd olunan icraat çərçivəsində yoxlanılma aparılmadan, ekspertiza və s cəlb edilmədən mümkün deyildir ki, ## ### 2026-cı il tarixli Qərardadla iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Iddianın uğurluluq ehtimalı müəyyən edilmədiyi halda aşağıdakı iki vəziyyət müqayisə edilməlidir: 1. Müvəqqəti xarakterli müdafiənin tətbiq edildiyi, lakin sonradan iddianın uğursuzluqla nəticələndiyi vəziyyət, 2. Müvəqqəti xarakterli müdafiənin tətbiq edilmədiyi, lakin sonradan iddianın uğurla nəticələndiyi vəziyyət. Müqayisə zamanı həlledici məqam kimi hansı vəziyyətin daha qəbuledilən olması çıxış edir. Qeyd olunan qayda ilə müqayisə apardıqda ərizəçinin həqiqi hərbi xidmətə cəlb edilməsinin dayandırılması daha məqbul görünür. Belə ki, iddia icraatı qaydasında iddiaçının tələbi təmin edilməsə belə, yəni mübahisələndirilən qərarın qüvvədə qalacağı halda da tərəflərin hüquqları pozulmadan, hazırki halda olduğu kimi qalacaqdır. Qərardaddan cavabdeh2 və üçüncü şəxs cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin **(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, yararlılıq kateqoriyası barədə inzibati orqanın mövqeyinin qanunsuz olmasına münasibətdə qanunsuzluğun real olaraq ən azından indiki mərhələdə mövcudluğu və iş üzrə iddianın uğurluluq ehtimalı və ilkin təcili tənzimlənmənin zəruriliyi hazırkı mərhələdə aydın deyil, belə olan halda da ərizənin təmini də istisna təşkil edir. Prosessual məsələlər Ərizəçi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. -81.2. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. -87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. -87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. -90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # ######## 2023-cü il tarixli **** nömrəli Fərmanının 1-ci bəndinə əsasən 2024-cü il ####un #-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun: -3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. -14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər:- çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. -15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X4 ötürülür. -15.2. Bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir:- müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında. -20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. -20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. -23.1. Dinc dövrdə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar və sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: -2.1-ci bəndinə əsasən ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. -2.3. Vətəndaşların şəhadətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikası Dövlət Imtahan Mərkəzinin, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid X4 (bundan sonra – VEIS) inteqrasiya edilir. Qeyd olunan dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarının və sistemlərinin VEIS-yə inteqrasiyası və məlumat mübadiləsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ######## tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq X3 Sistemi vasitəsilə həyata keçirilir. -2.15. Ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTCyə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Şərh olunan normalardan göründüyü kimi Hərbi Həkim Komissiyaları və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi çağırışçıların tibbi müayinəsi üzrə yekun tibbi rəy verir, çağırışçının hərbi xidmətə yararlı olub-olmaması ilə bağlı qərarı isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırış komissiyaları verir. Qeyd edilən normaların məcmusunun təhlili onu göstərir ki, çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək, çağırışa möhlət vermək və ya çağırışdan azad etmək və s. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, onun tabe qurumlarının səlahiyyət və məsuliyyət sferasına aiddir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin isə səlahiyyət və məsuliyyət həddi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi və yararlılıq haqqında yekun qərar qəbul etməklə məhdudlaşır və şəxsin həqiqi hərbi xidmətə çağırılması, çağırışa möhlət verilməsi və ya çağırışdan azad edilməsi bu orqanın hüquq və maraqlarına toxunmur və onun üçün hüquqi nəticələr yaratmır. Mülki Prosessual Məcəllənin yuxarıda şərh olunan tələblərindən görünür ki, məhkəmə icraatının iştirakçılarının şikayət verə bilmək hüququnun yaranması üçün qəbul edilmiş məhkəmə qərarı ilə onun tələblərinin təmin olunmaması və yaxud hüquq və maraqlarına toxunması halı baş verməlidir. Hazırki mübahisə üzrə birinci instansiyası məhkəməsi tərəfindən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı qəbul olunmamışdır. Odur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birinci instansiyası məhkəməsinin hazırki qərardadından apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-ci maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-9)-74/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-74/2026
24.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver