Azərbaycan̈Respublikası̈adından Qərardad Şirvan̈şəhəri İş̈№̈15(3-9)-80/2026 29.06.2026 ŞIRVAN̈APELLYASIYÄMƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Kərimov Tale Suliddin̈oğlundan̈ibarəẗtərkibdə, Rəsulzadə̈NicaẗƏjdər̈oğlunun̈katibliyi, ƏrizəçïƏrizəçïiştirakı̈ilə, Ərizəçi Ərizəçi cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Biləsuvar rayon şöbəsinə qarşı “inzibati işə baxılıb qurtaranadək iddiaçının həqiqi hərbi xidmətə çağırılmaması vəzifəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Biləsuvar rayon şöbəsinin üzərinə qoyulması” barədə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəyə Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə̈açıq̈məhkəmə̈iclasındäbaxaraq,̈müəyyən̈etdi: Işin halları: Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Biləsuvar rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xəstəliyin ağır qiymətləndirilməsi və müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməsi” barədə̈qərar̈qəbul̈edilməsinïxahiş̈etmişdir. Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli rəyinin ləğv edilərək səhhətimdə olan xəstəliyimin ağır, yüksək dərəcəli məhdudiyyət dərəcəli, müddətli həqiqi hərbi xidmətə yararsız qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alana qədər cavabdeh1 tərəfindən həqiqi hərbi xidmətə çağrılmaması”̈barədə̈qərardad̈çıxarılmasını̈xahiş̈etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan Inzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə, tələb dəqiqləşdirilərək, “inzibati işə baxılıb qurtaranadək iddiaçının həqiqi hərbi xidmətə çağırılmaması vəzifəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Biləsuvar rayon şöbəsinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anadangəlmə fəqərə sütunu əyriliyi səbəbindən skolioz (anadangəlmə deformasiya, fəqərəarası diskin proturziya (3.0 mm), inkişaf qüsuru) və yastıayaqlılıq və ayağın deformasiyası səbəbindən funksiyasının pozulması xəstəliyindən əziyyət çəksə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli rəyinə əsasən hərbi xidmətə yararlı hesab edilmişdir. Ona görə də, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və cavabdeh1 qarşı “xəstəliyinin ağır qiymətləndirilməsi və müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə dair öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbïilə̈məhkəmədə̈iddiäqaldırmışdır.̈Iddiäərizəsïhazırdäməhkəmənin̈icraatındadır. Bildirir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin məsul şəxsi Mübariz Ağayevin ##.##.2026-cı il tarixli rəyinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Eyni zamanda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məsul şəxsi Fikrət Qasımovun ##.##.2026-cı il tarixli rəyinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Eyni zamanda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məsul şəxsi Leyla Sofiyevanın ##.##.2026-cı il tarixli rəyinə əsasən hərbi xidmətə yararlı hesab edilmişdir. Eyni zamanda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məsul şəxsi Zeynal Ibrahimovun ##.##.2026-cı il tarixli rəyinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Göründüyü kimi AR.Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məsul şəxsləri tərəfindən az müddət ərzində verilmiş 4 ( dörd) rəydən üçündə onun dinc dövrdə həqiqi hərbi xidmətə yararsız,̈1̈(bir)̈rəydə̈isə̈həqiqïhərbïxidmətə̈yararlı̈hesab̈edilmişdir. Buna baxmayaraq Agentliyin məsul şəxsi adıçəkilən rəylərə istinad etsə də, əsassız olaraq ##.##.2026-cı il tarixli rəyidə məni müddətli hərbi xidmətə yararlı hesab etmişdir. Diqqətə çatdırır ki, onun uzun illər ərzində müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməyi ona məxsus Hərbi Biletlə də təsdiq olunur. Hesab edir ki, göstərilmiş ziddiyyətlərə aydınlıq gətirilməsi məqsədi ilə xəstəliyinin qiymətləndirilməsi üçün Ekspertiza təyin edilməlidir. Əlavə olaraq bildirir ki, hər iki xəstəliyi ağır fəsadlar yaratmışdır. Qeyd olunmuş xəstəlik nəticəsində uzun müddət müayinə və mülicələrdə oluram. Səhhətində baş verən çatışmamazlıq getdikcə daha da artır, müayinə və müalicələrin heç bir təsiri olmur. Bu səbəbdən də, mən uzun illərdir ki, həqiqi hərbi xidmətə yarasız hesab olunmuşdur. Lakin AR.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli rəyinə görə o əsassız olaraq hərbi xidmətə yararlı hesab olunmuşdur. Qeyd olunuş səbəbdən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xəstəliyinin ağır qiymətləndirilməsi öhdəliyinin qoyulmasına " tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Hesab edir ki, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli rəyinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə yekun məhkəmə qərarı qəbul edilənə qədər həqiqi hərbi xidmətə çağrışım dayandırılmalıdır. “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli rəyinin ləğv edilərək səhhətimdə olan xəstəliyimin ağır, yüksək dərəcəli məhdudiyyət dərəcəli, müddətli həqiqi hərbi xidmətə yararsız qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alana qədər cavabdeh1 tərəfindən həqiqi hərbi xidmətə çağrılmamağına dair qərardad qəbul edilməsini xahiş̈etmişdir. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı (AmilyäHüseynova)̈ilə̈müvəqqətïxarakterlïmüdafiə̈tədbirïbarədə̈ərizə̈təmin̈edilməmişdir. Həmin qərardaddan narazı qalan ərizəçi apellyasiya şikayəti verərək Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, 15(4-9)-179/2026 saylı qərardadının ləğv edilməsini və̈müvəqqətïxarakterlïmüdafiə̈tədbirïbarədə̈ərizənin̈təmin̈edilməsinïxahiş̈etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlliləri: Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli rəyinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş,eyni zamanda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məsul şəxsi Fikrət Qasımovun ##.##.2026-cı il tarixli rəyinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab̈edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı il tarixli rəyinə əsasən hərbi xidmətə yararlı hesab edilmiş,eyni zamanda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məsul şəxsi Zeynal Ibrahimovun ##.##.2026-cı il tarixli rəyinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Göründüyü kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məsul şəxslər tərəfindən az müddət ərzində verilmiş 4 ( dörd) rəydən üçündə mənim dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, l(bir) rəydə isə həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Qeyd olunuş əsaslara baxmayaraq Agentliyin məsul şəxsi Kəmalə Quliyeva adı çəkilən rəylərə istinad etsə də, əsassız olaraq ##.##.2026-cı il tarixli rəyidə iddiaçını müddətli hərbi xidmətə yararlı̈hesab̈etmişdir. Iddiaçı bildirir ki, uzun illər ərzində müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməsi ona məxsus hərbi biletlə də təsdiq olunur. Hesab edir ki, göstərilmiş ziddiyyətlərə aydınlıq gətirilməsi məqsədi ilə xəstəliyinin qiymətləndirilməsi üçün Ekspertiza təyin edilməlidir. Əlavə olaraq bildirir ki, hər iki xəstəliyi ağır fəsadlar yaratmişdır. Qeyd olunmuş xəstəlik nəticəsində uzun müddət müayinə və müalicələrdə olunur. Səhhətində baş verən çatışmamazlıq getdikcə daha da artır, müayinə və müalicələrin heç bir təsiri olmur. Bu səbəbdən də, uzun illərdir ki, həqiqi hərbi xidmətə yarasız hesab olunmuşdur.Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2026-cı̈il̈tarixlïrəyinə̈görə̈əsassız̈olaraq̈hərbïxidmətə̈yararlı̈hesab̈olunmuşdur. Qeyd olunmuş səbəbdən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xəstəliyimin ağır qiymətləndirilməsïöhdəliyinin̈qoyulmasına"̈tələbïilə̈məhkəmədə̈iddiäqaldırmışdır. Hesab edir ki, “ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əsas iddia ərizəsi üzrə yekun məhkəmə qərarı qəbul̈edilənə̈qədər̈həqiqïhərbïxidmətə̈çağırışı̈dayandırılmalıdır. Qeyd olunanlar nəzərə alınaraq Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadının ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin̈təmin̈edilməsïxahiş̈edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasındäbaxılır. Məhkəmə iclasında iştirak edən ərizəçi Ərizəçi apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadının ləğv edilməsini və ərizəsinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq̈cavabdehlərin̈nümayəndələrïməhkəmə̈iclasınägəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün̈hesab̈etmişdir. Tətbiq edilən hüquq: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının̈vətəndaşları̈aşağıdakı̈həqiqïhərbïxidmətlərə̈çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə – Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan̈azad̈edilməmiş̈kişïcinslïvətəndaşları; 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı̈məlumatlandırılmış̈hesab̈olunur. 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər̈30̈yaşınäçatanadək̈növbətïçağırış̈keçirilərkən̈hərbïxidmətə̈çağırılmalıdırlar. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 2.15.̈Ilkin̈hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə̈həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqındäaşağıdakı̈kateqoriyalar̈üzrə̈rəÿverirlər:̈ Ä-̈hərbïxidmətə̈yararlıdır; B̈-̈sıradankənar̈hərbïxidmətə̈yararlıdır; C̈-̈dinc̈dövrdə̈hərbïxidmətə̈yararsız,̈müharibə̈dövründə̈məhdud̈yararlıdır; Ç̈-̈hərbïxidmətə̈müvəqqətïyararsızdır; D̈-̈həm̈dinc̈dövrdə,̈həm̈də̈müharibə̈dövründə̈hərbïxidmətə̈yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün̈“Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun̈olaraq̈hərbïxidməẗkeçməyə̈görə̈təyinaẗgöstəricisïmüəyyən̈edilir.̈ 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin̈2-1.3-cü̈bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə̈nəticələrinïqeyd̈etməklə,̈aşağıdakı̈qərarlardan̈birinïqəbul̈edir:̈ - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq̈əsaslandırıcı̈tibbïizaḧdäqəraräəlavə̈olunur);̈ - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır.̈ 2-1.17. Agentlik tərəfindən bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən, MEIS-də elektron sənəd formasında formalaşdırılan və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunan müvafiq qərar və yekun tibbi müayinəyə dair digər sənədlər üzrə məlumatlar rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün onların̈rəsmiləşdirildiyïgün̈altsistemə̈daxil̈edilir.̈ 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabinetïvasitəsilə̈məlumatlandırır.̈ 2-1.19. Çağırışçının̈şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan̈çağırışçı tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununäuyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – ̈Şura) və ya məhkəmə qaydasındäşikayəẗverilə̈bilər. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə̈40.̈Müvəqqətïxarakterlïmüdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə̈bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının̈gedişində̈verilə̈bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü̈şəxslərin̈də̈üzərinə̈belə̈vəzifələr̈qoyäbilər. Maddə 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının̈müəyyən̈şərtlərlə̈dayandırılması̈barədə̈də̈qərardad̈qəbul̈edə̈bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ##.##.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. ... qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir”. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarı 4.10. Əsas iddia üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyinə dair halların yoxlanılması məsələsi təminat tədbirləri ilə bağlı qəbul edilmiş qərardadlardan verilən şikayətlərə baxılarkən yuxarı instansiyası məhkəmələri tərəfindən də yoxlanılmalı və qiymətləndirilməlidir. 4.11. Buna görə, məhkəmə tərəfindən təminat tədbirinin tətbiqi ilə bağlı qərardad qəbul edildikdən sonra ötən müddət ərzində əsas iddianın mümkünsüzlüyünə dəlalət edən yeni hallar yaranmışsa və ya əvvəllər yaranmış hallar mövcud olmaqda davam etmişsə, müvafiq olaraq qeyd edilən halların mövcudluğuna istinadla yuxarı instansiya məhkəmələri tərəfindən mübahisələndirilən̈məhkəmə̈aktları̈ləğv̈edilməklə̈ərizə̈mümkün̈sayılmayäbilər. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2-ci maddəsinin̈tələbinə̈uyğun̈olaraq̈əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq̈ehtimalının̈yox,̈böyük̈ehtimalläuğurluluq̈ehtimalının̈yoxlanılmasını̈tələb̈edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən̈obyektiv̈hallaräəsaslanmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə̈alır. Ərizəçinin tələbi “inzibati işə baxılıb qurtaranadək həqiqi hərbi xidmətə çağırılmaması vəzifəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Biləsuvar̈rayon̈şöbəsinin̈üzərinə̈qoyulması”̈olmuşdur. Birinci instansiya məhkəməsi ərizəni təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı araşdırma mərhələsində iddianın uğurluluq ehtimalı aydın olmadığı kimi məhkəmə ziddiyyətli maraqları hərtərəfli qiymətləndirərək hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsas görmür. Belə ki, hazırkı halda iddiaçının fərdi marağına münasibətdə ictimai və dövlət marağının mövcudluğu halının olubolmaması müzakirə olunmalıdır ki, fərdi marağa münasibətdə dövlətin və ictimai marağın üstün olması məhkəmə hesab edir ki, hazırkı növ iddialarda aşkar görünür. Belə ki, iddiaçı və cavabdehlər arasında yaranmış inzibati mübahisə hərbi xidmətkeçmə barəsindədir ki, inzibati orqanın müharibə şəraitinin istisna edilmədiyi ölkə üzrə vəzifə və funksiyalarının əsas hissəsi hərbi xidmət və vəzifələrinin icrası ilə bağlı şəxslərin hərbi xidmətə cəlb edilməsindən ibarətdir. Həmçinin iş üzrə ərizəçi tərəfindən xəstəliyini sübut edən hər hansı arayış, xəstəlik sənədi və ərizəsinin əsaslılığını təşkil edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Təqdim edilən sənədlər̈üzrə̈isə̈ilkin̈tənzimləmələrin̈zərurətïmüəyyən̈edilməmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməlidir. Belə ki, yuxarıda sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqəti xarakterli müdafiənin̈tətbiqïüçün̈əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iddianın uğurluluq ehtimalı aydın olmalı, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli və qeyd edilən əsaslar̈ərizədə̈əsaslandırılmalıdır. Işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Ərizəçi ##.##.1998-ci il tarixdə anadan olmuşdur. Işdə olan forma 44 arayışından (ilkin təsvir) görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə iddiaçıya qoyulan diaqnoz “skolioz”, XBT kodu “M41” olaraq göstərilmişdir. Səfərbərlik tərəfindən iddiaçı “C kateqoriyası - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır ” hesab edilmiş, Tibbi Qiymətləndirmə Komissiyasının̈yekun̈qərarı̈ilə̈heç̈bir̈kateqoriyäilə̈təsdiqlənməmişdir. Məhkəmə kollegiyası ərizəyə münasibətdə qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizənin taleyi əsas iddiaya bağlıdır və onun mümkünlüyündən, uğurluluq ehtimalından, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda isə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən asılıdır. Iş materialları arasında olan tibbi sənədlərdən, o cümlədən “Nizami” Tibb Mərkəzinin epikrizindən müəyyən olunur ki, iddiaçının onurğa sütununun TH2-TH9 hissəsində fəqərə oxunun sağ tərəfi əyriliyi vizualizə edilir (“Cobb” bucağı – 12.2 dərəcə). (Qeyd edilməlidir ki, onurğa əyriliklərinin dərəcəsi “Cobb bucağı” ilə ölçülür. Əyriliyi Skolioz adlandırılması üçün 10 dərəcədən̈yuxarı̈olmalıdır). Göründüyü kimi inzibati orqanın qiymətləndirməsi ilə müvafiq tibbi sənədlər arasında ziddiyyət mövcuddur.Bu halda isə ərizəçinin mövcud sağlamlıq vəziyyəti ekspert rəyi əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası ərizəçinin hərbi xidmətə cəlb edilməsinin son yaş həddinə çatmasına kifayət qədər müddətin qalmasını, habelə əsas iş üzrə ekspertiza təyin edildiyinə dair ifadəsini də nəzərə alaraq hesab edir ki,mövcud vəziyyətdə ərizəçinin hərbi xidnmətə cəlb edilməsi dayandırılmalı, müvafiq rəy əsasında sağlamlıq vəziyyətinin təkrar yoxlanılmasının nəticəsindən asılı olaraq hazırkı predmetə yenidən baxılması imkanı dəyərləndirilməlidir. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə müvafiq olaraq Skoliozun mərhələsi rentgenoqramlar üzrə rentgenoloq tərəfindən skolioz bucaqlarının V.D.Çaklinin müəyyən etdiyi üsulla ölçülməsi əsasında təyin edilir. Deformasiyanın ölçüsündən asılı olaraq skoliozların 4 mərhələsïayırd̈edilir: İ mərhələ gövdənin azacıq asimmetriyası, tinli çıxıntıları birləşdirən xəttin bir qədər əyilməsi, uzanmış vəziyyətdə əyriliyin düzəlməməsi, əyrilik qövsünün qabarıq tərəfində kiçik əzələ yastığının olması, fəqərələrin torsiyaya (fırlanmaya) meyilli olması və əyilmə bucağının 10̈dərəcə̈və̈ondan̈kiçik̈olması̈ilə̈xarakterizə̈olunur. II mərhələ gövdənin daha ifadə olunmuş asimmetriyası, onun bir qədər yana əyilməsi, əyrilik qövsünün qabarıq tərəfində əzələ yastığının aydın təyin edilməsi, fəqərələrin torsiyası və kiçik pazabənzər deformasiyası, əyilmə bucağının 11–25 dərəcə arasında olması ilə xarakterizə̈olunur. Məhkəmə kollegiyası ilkin tənzimləmənin zəruriliyi ilə bağlı qeyd edir ki, iş materiallarında olan sənədlərlə hazırki vəziyyətdə iddiaçının skolioz hesab ediləcək dərəcədə onurğa əyriliyinin olması müəyyən olunur. Həmin pozuntunun faktiki olaraq mövcud olubolmaması vəziyyəti müvafiq ixtisaslaşmış qurum tərəfindən müəyyən edilməli olduğundan və bunun üçün müəyyən vaxt və prosessual hərəkətlər tələb olunduğundan, hazırki vəziyyətdə iddiaçının hərbi xidmətə cəlb edilməsi qeyd olunun tibbi durumun daha da ağırlaşması, daha doğrusu vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi ehtimalı baxımından məqsədəuyğun̈hesab̈edilmir. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** saylı Qərarında hazırki münasibətləri tənzimləyən yetərli tövsiyələr̈və̈göstərişlər̈yer̈almışdır: 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə,̈iddianın̈böyük̈ehtimalläuğurlüolub-olmamasınädair̈dəyərləndirmə̈aparmalıdır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə̈qiyməẗverilməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2-ci maddəsinin̈tələbinə̈uyğun̈olaraq̈əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq̈ehtimalının̈yox,̈böyük̈ehtimalläuğurluluq̈ehtimalının̈yoxlanılmasını̈tələb̈edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən̈obyektiv̈hallaräəsaslanmalıdır. 11.22. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatda iddianın böyük ehtimalla uğurlu olub-olmadığı ilə bağlı qənaətə gəlmək üçün iddia icraatı zamanı mahiyyəti üzrə aparılan formaya uyğun araşdırma aparılmamalı, yalnız həmin anda mövcud olan və ilkin araşdırmanın nəticələrindən irəli gələn faktiki və hüquqi vəziyyətin qiymətləndirilməsinə əsaslanan̈yoxlamäaparılmalıdır. 12.3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkreẗişin̈faktikïhalları̈ilə̈əlaqələndirməklə̈əsaslandırmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair̈verdiyïizahlar̈vasitəsilə̈formalaşdırır. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə̈həyatäkeçirilir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və̈ərizənin̈təmin̈edilməsïbarədə̈yenïqərardad̈qəbul̈edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı̈və̈94-cü̈maddələrinïrəhbər̈tutaraq̈məhkəmə̈kollegiyası qərara aldı: Apellyasiyäşikayətïtəmin̈edilir. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ləğv̈edilir. Ərizə̈təmin̈edilir. Inzibati iş üzrə mübahisə yekunlaşanadək Ərizəçi hərbi xidmətə çağırılmaması vəzifəsi Azərbaycan̈Respublikası̈cavabdeh1̈üzərinə̈qoyulur. Qərardad̈dərhal̈icräedilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-9)-80/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-80/2026
29.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver