Məhkəmə qərarları › İş №15(3-9)-83/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-83/2026

22.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-83/2026 22.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI X4 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili nümayəndə1 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iş üzrə ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “yekun məhkəmə aktı qəbul edilənədək cavabdehin qəbul etdiyi ##.##.2026-cı il tarixli, **************** nömrəli qərarının icrasının dayandırılması” barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə tələb dəyişdirilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı cavabdehin ##.##.2026-cı il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi Şirvan Inzibati Məhkəməsinin icraatına (e-2-1(4-9)-967/2026) qəbul edilmişdir. Işin halları ilə bağlı bildirir ki, cavabdeh vergi orqanının ##.##.2025-ci il tarixli, **************** saylı qərarına əsasən iddiaçının 2022-2025-ci illəri əhatə edən vergilər və digər ödənişlərə dair (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyü səyyar vergi yoxlaması keçirilməklə yoxlanılmışdır. Səyyar vergi yoxlamasının nəticələrinə baxılmış və yoxlama zamanı vergi qanunvericiliyinin pozulması hallarının aşkar edilməsi əsası ilə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2026-cı il tarixli **************** nömrəli qərar çıxarılmışdır. Həmin qərara əsasən cavabdeh vergi orqanı tərəfindən 2022- 2024-cü illərə görə 749059,28 manat mənfəət vergisi, 2022-2025-ci illərə görə 1499999,41 manat əlavə dəyər vergisi, 2024-cü ilə görə 75831,08 manat mədən vergisi, ümumilikdə 2324889,77 manat məbləğində əlavə vergi hesablanılmışdır. Cavabdeh vergi orqanı tərəfindən əlavə vergilərin hesablamasına səbəb kimi ərizəçiyə yüklərin yüklənməsi, tədarükü və daşınması xidməti üzrə elektron qaimə-fakturaları təqdim etmiş vergi ödəyicisi X6 (VÖEN: **********) müəssisədə operator vəzifəsində çalışması, bu xidmətin göstərilməsi ilə bağlı onun işçisinin, obyektinin və nəqliyyat vasitəsinin olmaması göstərilmiş, həmin əməliyyatlar vergidən yayınma sxemi kimi qiymətləndirilərək təqdim edilmiş 3123370,18 manat dəyərində elektron qaimə-fakturaları nəzərə alınmamışdır. Eyni zamanda, cavabdeh vergi orqanı 2022-2023-cü illərdə satılmış 1 kub metr xammalın satış dəyərində istifadə olunmuş yanacaq xərci məbləğinin xüsusi çəkisinin 78 faiz təşkil etməsinə baxmayaraq, hər hansı normativ sənədə istinad edilmədən yanacaq xərcinin xüsusi çəkisini 34 faiz hesabı ilə nəzərə almış, heç bir əsas olmadan həmin dövrlər üzrə ondan vergisi üzrə hasilatın həcmində kənarlaşma müəyyən edərək hasil edilmiş və dövr ərzində satılmış xammal həcmi arasında yaranmış fərqə görə əlavə vergi hesablamışdır. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələbləri pozulmaqla qanunsuz və iddiaçı üçün əlverişsiz qərar qəbul etməklə əlavə vergilər hesablanılmışdır. Belə ki, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Qanunun tələbinə müvafiq olaraq yoxlamanın əhatə etdiyi dövrdə müəssisə tərəfindən təqdim edilmiş vergi bəyannamələrində göstərilən gəlirlər və xərclər əldə edilmiş elektron qaimə-fakturalara və hesabat sənədlərinə əsasən müəyyən edilmiş və qanunla müəyyən edilmiş qaydada gəlirdən çıxılmışdır. Müəssisənin hesabat sənədlərində hər hansı bur uyğunsuzluq və ya çatışmazlıq aşkar edilmədiyi, mühasibat uçotunun qanunvericiliyə uyğun olaraq aparıldığı, uçot və hesabat sənədlərinin olduğu halda, yoxlamanın əhatə etdiyi dövrdə vergi ödəyicisi X6 yüklərin yüklənməsi, tədarükü və daşınması xidməti üzrə elektron qaimə-fakturaları təqdim etmiş vergi ödəyicisi X6 (VÖEN: **********) müəssisədə operator vəzifəsində çalışması, bu xidmətin göstərilməsi ilə bağlı onun işçisinin, obyektinin və nəqliyyat vasitəsinin olmaması səbəbi ilə həmin əməliyyatların nəzərə alınmaması və vergidən yayınma sxemi kimi qiymətləndirilməsi tamamilə əsassızdır, işin istər faktiki, istərsə də hüquqi hallarına uyğun deyildir. Vergi orqanı bu nəticəyə gələrkən elektron qaimə-faktura təqdim etmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində qanunsuzluğa dair hər hansı mötəbər sübuta istinad etməmiş və sahibkarın “müəssisədə operator vəzifəsində çalışması, bu xidmətin göstərilməsi ilə bağlı onun işçisinin, obyektinin və nəqliyyat vasitəsinin olmaması” kimi əsassız mülahizəyə əsaslanmışdır. Istinad edilmiş qanunvericilik normalarında göstərilən halların hər hansı biri mövcud olmadığı halda cavabdeh vergi orqanı düzgün olmayaraq həmin normaları tətbiq etmişdir. Vergi ödəyicisi X6 müəssisədə operator vəzifəsində çalışması onun eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına qanunla müəyyən edilmiş hər hansı məhdudiyyət yoxdur. Həmin şəxsin vergi ödəyicisi olaraq işçisinin, nəqliyyat vasitəsinin olmaması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Cavabdeh vergi orqanına yoxlamanın əhatə etdiyi dövrdə müəssisənin gəlirlərinə və xərclərinə aid olan sənədlər təqdim edildiyi və həmin sənədlərə əsasən müəssisənin gəlirlərinin nəzərə alındığı halda, həmin gəlirlərin əldə edilməsinə çəkilmiş xərclər qanunvericiliyin tələblərinə zidd olaraq nəzərə alınmamışdır. Cavabdeh vergi orqanı aparılmış əməliyyatın reallıqda icra vəziyyətini tam və obyektiv sübutlarla araşdırmadan, konkret faktlarla real icranın olmadığını sübut etmədən, yalnız formal əlamətlərə üstünlük vermişdir ki, bu hal mübahisənin digər faktiki və hüquqi vəziyyətinə uyğun deyildir. Malların fiziki hərəkəti, uçot sənədləri və ödənişlərin iqtisadi məntiqi mövcud olduğu halda vergi orqanının nəticəsi ehtimala əsaslanan subyektiv mövqedir. Göründüyü kimi, cavabdeh tərəfindən inzibati qərar qəbul edilərkən yuxarıda qeyd edilən formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmamış, eyni zamanda, iş üçün əhəmiyyət kəsb edən bütün hüquqi və faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırmamış, bununla da hüququn tətbiqində maddi və prosessual hüquq normaları pozulmuşdur. Cavabdeh vergi orqanı 2022-2023-cü illərdə satılmış 1 kub metr xammalın satış dəyərində istifadə olunmuş yanacaq xərci məbləğinin xüsusi çəkisinin 34 faiz təşkil etdiyi nəticəsinə gələrək 2024-cü il üzrə təqdim edilən dizel yanacağı xərcini həmin faiz nisbətində azaltmışdır. 1 kub metr xammalın satış dəyərində istifadə olunmuş yanacaq xərci məbləğinin xüsusi çəkisinin 34 faiz təşkii etməsi istər texniki, istərsə də iqtisadi cəhətdən əsaslandırılmamışdır. Bu baxımdan cavabdeh vergi orqanının mövqeyi tamamilə əsassızdır, heç bir normativlə təsdiq edilməmişdir. Qum və çınqılın hasilatında istifadə edilən nəqliyyat vasitələrinin yanacaq sərfiyyatı müvafiq alış sənədləri ilə təsdiq edilmiş və həmin nəqliyyat vasitələrinin yanacaq sərfiyyatı faktiki istifadə əsasında silinmiş və müvafiq dövrün xərci kimi hesabatda göstərilmişdir. Yanacaq sərfiyyatında hər hansı qanun pozuntusu hallarına yol verilməmişdir. Bundan başqa, 2022-2023-cü il ərzində mədən vergisi üzrə hasilatın həcmində kənarlaşmanın olmasına gəldikdə isə bildirir ki, mədən vergisi üzrə hesabatlar mövcud emal və satış həcmi nəzərə alınmaqla dövrü olaraq bəyan edilmişdir. Buna görə də hasil edilmiş və dövr ərzində satılmış xammal həcmi arasında yaranmış fərqə görə əlavə vergi hesablanmasını əsassız hesab edir. Odur ki, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş edir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət edərək, yekun məhkəmə aktı qəbul edilənədək cavabdehin qəbul etdiyi ##.##.2026-cı il tarixli qərarının, həmin qərardan irəli gələn vəzifələrin, o cümlədən ərizəçinin hesablaşma hesablarına sərəncamların qoyularaq mübahisəli vəsaitin məcburi qaydada silinməsi, ərizəçinin əmlaklarının siyahıya alınaraq üzərinə həbs qoyulması, hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıması, hesablanmış əlavə vergilərin ödənilməsi ilə bağlı cinayət təqibinin başlanması istiqamətində icrasının dayandırılması və sair hərəkətlərin qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsini mümkünsüz hesab edir və aşağıdakıları məhkəmənin diqqətinə çatdırır. Ərizəçi barədə məlumat: Uçot baza məlumatlarına əsasən ərizəçi Ərizəçi MMC ##.##.2019-cu il tarixində dövlət qeydiyyatına alınmış və əsas fəaliyyəti “çınqıl və qum hasilatı” olmuşdur. Mübahisələndirilən qərar və hesablanmış vergilər barədə: Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2025-ci il tarixli qərarına əsasən Ərizəçi MMC üzrə 2022-2025-ci illəri əhatə edən müxtəlif vergi növləri üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlamanın nəticəsi cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla rəsmiləşdirilmiş və aşağıdakı vergi növləri üzrə əlavə hesablamalar aparılmış və vergi ödəyicisi barəsində müvafiq sanksiyalar qəbul edilmişdir: Mənfəət vergisi üzrə: 2022-ci il üzrə aparılmış yoxlama zamanı cəmiyyətin təqdim etdiyi bəyannamələr, alış-satış qaimələri, bank çıxarışları və digər sənədlər əsasında ümumi gəlirin 3 175 535,31 manat, gəlirin əldə olunması ilə bağlı xərclərin isə 1 532 287,99 manat olduğu müəyyən edilmişdir. Aparılmış hesablamalara əsasən vergi tutulan mənfəətin məbləği 1 643 247,32 manat, hesablanmalı mənfəət vergisinin məbləği isə 328 649,46 manat təşkil etmişdir. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 656,82 manat nəzərə alınmaqla əlavə olaraq 327 992,65 manat mənfəət vergisi hesablanmışdır. 2022-ci il üzrə aparılmış yoxlama zamanı ümumi gəlirin 2 857 952,20 manat, gəlirin əldə olunması ilə bağlı xərclərin 1 360 972,60 manat olduğu müəyyən edilmişdir. Aparılmış hesablamalara əsasən vergi tutulan mənfəətin məbləği 1 496 979,60 manat, hesablanmalı mənfəət vergisinin məbləği isə 299 395,92 manat təşkil etmişdir və vergi ödəyicisinə əlavə olaraq 299 395,92 manat mənfəət vergisi hesablanmışdır. 2022-cü il üzrə aparılmış yoxlama zamanı ümumi gəlirin 1 534 943,44 manat, gəlirin əldə olunması ilə bağlı xərclərin 926 596,55 manat olduğu müəyyən edilmişdir. Aparılmış hesablamalara əsasən vergi tutulan mənfəətin məbləği 608 346,89 manat, hesablanmalı mənfəət vergisinin məbləği isə 121 669,38 manat təşkil etmişdir və vergi ödəyicisinə əlavə olaraq 121 669,38 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi tərəfindən ümumilikdə 749 059,28 manat mənfəət vergisinin büdcəyə az hesablandığı müəyyən edilmişdir. Ümumi yayındırılan məbləğin Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında, yəni 374 529,64 manat məbləğində sanksiya tətbiq edilmişdir. ƏDV üzrə: ƏDV üzrə ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin təqdim etdiyi ƏDV bəyannamələri, e-qaimələr, bank çıxarışları, ƏDV depozit hesabı üzrə əməliyyatlar və digər maliyyə sənədləri təhlil edilmiş, bəyan olunmuş göstəricilərlə faktiki təsərrüfat əməliyyatları arasında ciddi uyğunsuzluqlar müəyyən edilmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, cəmiyyət ilə X6 (VÖEN **********) arasında ümumilikdə 3 123 370,18 manat məbləğində (o cümlədən 562 206,64 manat ƏDV olmaqla) əməliyyatlar rəsmiləşdirmişdir. Lakin araşdırma zamanı həmin şəxsin işçisi, obyekti, texniki imkanları və qeyd olunan fəaliyyət növü üzrə real təsərrüfat fəaliyyətinin olmadığı müəyyən edilmiş, həmçinin malların daşınmasını və qəbulunu təsdiq edən qəbul təhvil aktları, əmtəə-nəqliyyat qaimələri və digər ilkin uçot sənədləri yoxlamaya təqdim edilməmişdir. Bu səbəbdən qeyd olunan əməliyyatların formal xarakter daşıdığı, vergi üstünlüyü və əsassız ƏDV əvəzləşdirilməsi məqsədilə həyata keçirildiyi müəyyən edilərək Vergi Məcəlləsinin 13.2.70, 13.2.81, 15.2 və 175.2-ci maddələrinin tələblərinin pozulduğu qənaətinə gəlinmişdir. Bundan əlavə, yoxlama zamanı yanacaq sərfiyyatı göstəriciləri təhlil edilmiş və müəyyən olunmuşdur ki, 2022-2023-cü illərdə 1 kub metr xammalın satış qiymətinə münasibətdə yanacaq sərfiyyatının xüsusi çəkisi orta hesabla 34 faiz təşkil etdiyi halda, 2024-cü ildə həmin göstərici 78 faizə yüksəlmişdir. Araşdırmalar zamanı cəmiyyət tərəfindən təqdim edilmiş 1 292 753,44 manat (ƏDV-siz) məbləğində yanacaq alışlarının bir hissəsinin malların hasilatı, istehsalı və daşınması fəaliyyəti ilə əlaqəli olmadığı müəyyən edilmiş və nəticədə 665 565,56 manat məbləğində yanacaq xərcinin artıq nəzərə alındığı aşkar edilmişdir. Həmçinin vergi ödəyicisinin fəaliyyət göstərdiyi ünvan üzrə keçirilmiş baxış zamanı müəssisənin sahibliyində mal qalığının olmadığı müəyyən edilmiş, bu isə uçot məlumatlarının etibarlılığına şübhələr yaratmışdır. Vergi Məcəlləsinin 67.1, 67.1.2, 67.1.3, 67.1.5, 67.1.6, 67.1.9, 67.1.15, 74.3 və 50.1.1-ci maddələrinə əsasən dolayı üsullarla vergi öhdəliklərinin hesablanması üçün əsasların yarandığı müəyyən edilmişdir. ƏDV bəyannamələrinin aylıq müqayisəli təhlili zamanı 2022-ci ilin iyun ayından 2025-ci ilin mart ayınadək olan dövr üzrə təqdim edilmiş malların, iş və xidmətlərin dövriyyəsi, daxil olmuş məbləğlər, hesablanmalı və əvəzləşdirilmiş ƏDV göstəriciləri arasında uyğunsuzluqlar müəyyən edilmişdir. Yoxlama nəticəsində bəzi aylarda əvəzləşdirilmiş ƏDV məbləğinin hesablanmalı ƏDV-dən artıq olduğu, bəzi hesabat dövrlərində isə vergi öhdəliklərinin düzgün hesablanmadığı aşkar edilmişdir. Nəticədə büdcəyə ödənilməli ƏDV-nin 1 589 042,87 manat məbləğində azaldıldığı, 89 043,46 manat artıq hesablandığı və yekun olaraq ümumilikdə 1 499 999,41 manat ƏDV-nin büdcəyə az hesablandığı müəyyən edilmişdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi həcmində, yəni 794 521,44 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Mədən vergisi üzrə: Mədən vergisi üzrə aparılmış səyyar vergi yoxlaması zamanı müəyyən edilmişdir ki, cəmiyyət ##.##.2019-cu il tarixli icarə müqaviləsi əsasında “xxxx” MMC-yə (VÖEN **********) məxsus Imişli rayonu Xubyarlı kəndi ərazisində yerləşən yataqda qum və çınqıl hasilatı fəaliyyəti ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin 214-cü maddəsinə əsasən yerin təkindən faydalı qazıntılar çıxaran şəxslər mədən vergisinin ödəyicisi hesab olunur və Vergi Məcəlləsinin 216.2-ci maddəsinə əsasən qum, çınqıl və digər faydalı qazıntılar üzrə mədən vergisi hər kubmetr üçün müəyyən edilmiş dərəcələr əsasında hesablanmalıdır. Yoxlama zamanı cəmiyyət tərəfindən yerin təkindən hasil edilmiş qum və çınqılın faktiki həcmini əks etdirən hesabatlar və ilkin uçot sənədləri təqdim edilməmiş, təqdim edilmiş e-qaimələrdə isə qum, çınqıl, şeben və asep məhsullarının satışı göstərilmişdir. Aparılmış araşdırmalar nəticəsində 2022-2024-cü illər üzrə təqdim edilmiş məhsulların həcmi, alınmış materiallar və dövr sonu mal qalığı müqayisə edilərək müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 321 086,21 kubmetr xammal hasil edildiyi bəyan olunduğu halda, faktiki olaraq 400 030,67 kubmetr xammal satılmışdır. Nəticədə 75 831,08 kubmetr xammalın bəyan edilmədən hasil edildiyi müəyyən olunmuş və Vergi Məcəlləsinin 216.2-ci maddəsinə əsasən hər kubmetr üçün 1 manat hesablanmaqla əlavə olaraq 75 831,08 manat mədən vergisi hesablanmışdır. Bundan əlavə, kameral vergi yoxlaması zamanı 2024-cü ilin sentyabr ayı üzrə təqdim edilmiş mədən vergisi bəyannaməsində 487 kubmetr həcmində tikinti qumu bəyan edilmədiyi halda, təqdim edilmiş elektron qaimələr əsasında 1 718 kubmetr çınqıl xammalı və 4 905 kubmetr tikinti qumu təqdim edildiyi müəyyən edilmiş və nəticədə əlavə olaraq 6 136 manat mədən vergisi hesablanmışdır. Həmçinin 2025-ci ilin yanvar ayı üzrə təqdim edilmiş mədən vergisi bəyannaməsində çınqıl xammalı bəyan edilmədiyi halda, elektron qaimələr əsasında 5 221 kubmetr çınqıl xammalının təqdim edildiyi müəyyən edilmiş və əlavə olaraq 5 221 manat mədən vergisi hesablanmışdır. Yoxlama nəticəsində Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış mədən vergisinin 50 faizi məbləğində, yəni 37 915,54 manat maliyyə sanksiyası tətbiq edilmişdir. VM 58.6-cı maddə üzrə: Həmçinin müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləği depozit hesabına köçürülməmişdir. Bu səbəbdən Vergi Məcəlləsinin 175.8ci və 58.6-cı maddələrinə əsasən vaxtında ödənilməmiş 3 075,62 manat ƏDV məbləğinin 50 faizi həcmində, yəni 1 537,81 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ərizəçinin dəlilləri: Ərizəçi hesab edir ki, cavabdeh vergi orqanının ##.##.2026-cı il tarixli qərarı vergi qanunvericiliyinə və formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla əlavə vergi və maliyyə sanksiyalarının hesablanmasına səbəb olmuşdur. Ərizəçi qeyd edir ki, həmin qərar əsasında təqdim edilmiş tələbnamə ilə əlavə hesablanmış vergi borclarının və maliyyə sanksiyalarının qısa müddətdə ödənilməsi tələb edilmişdir. Ərizəçinin mövqeyinə görə qərarın icrası istiqamətində bank hesablarına sərəncam qoyulması, ƏDV depozit hesabına daxil olan vəsaitlərə tutma yönəldilməsi, əmlakın siyahıya alınması və digər məcburi icra tədbirlərinin görülməsi onun sahibkarlıq fəaliyyətinin normal həyata keçirilməsinə mane olacaq, ödəmə qabiliyyətini zəiflədəcək, vergi və digər öhdəliklərini yerinə yetirməsini çətinləşdirəcək və işgüzar nüfuzuna mənfi təsir göstərəcəkdir. Bundan əlavə, ərizəçi bildirir ki, mübahisələndirilən qərarın icrası davam etdiriləcəyi halda gələcəkdə təmin edilə biləcək iddianın icrası mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşə bilər. Bu səbəbdən ərizəçi mübahisələndirilən qərarın icrasının dayandırılması məqsədilə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Qeyd olunanları nəzərə alaraq, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin rədd olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan ərizəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023cü il tarixli, ** nömrəli qərarında təsbit edilmişdir ki; 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 4.2. Iddia qaldırılanadək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. Belə tələblərə cavab verməyən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizələr mümkün sayılmaya bilər. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir. 4.9. Daha sonra araşdırmasının nəticəsindən asılı olaraq məhkəmə IPM-in 44.1-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etməklə müvəqqəti xarakterli müdafiə barədə qərardadı dəyişdirə və ya ləğv edə bilər. Digər vəziyyətlərdə isə ilkin araşdırmanın gedişində əsas iddianın mümkünsüzlüyünə aşkar dəlalət edən hallar müəyyən olunduqda, məhkəmə iddianın özünün qeyrimümkünlüyünə açıqca dəlalət edən həmin halların mövcudluğuna istinadla və buna dair mövqeyini əsaslandırmaqla müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəni mümkün saymaya bilər (məsələn, mübahisə inzibati hüquq münasibətləri ilə bağlı yaranmadıqda, məhkəmədə iddia qaldırmadan əvvəl inzibati orqana ilkin müraciətin tələb olunduğu iddialar üzrə belə müraciətin edilmədiyi müəyyən olunduqda, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda və s.). 4.10. Əsas iddia üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyinə dair halların yoxlanılması məsələsi təminat tədbirləri ilə bağlı qəbul edilmiş qərardadlardan verilən şikayətlərə baxılarkən yuxarı instansiyası məhkəmələri tərəfindən də yoxlanılmalı və qiymətləndirilməlidir. 4.11. Buna görə məhkəmə tərəfindən təminat tədbirinin tətbiqi ilə bağlı qərardad qəbul edildikdən sonra ötən müddət ərzində əsas iddianın mümkünsüzlüyünə dəlalət edən yeni hallar yaranmışsa və ya əvvəllər yaranmış hallar mövcud olmaqda davam etmişsə, müvafiq olaraq qeyd edilən halların mövcudluğuna istinadla yuxarı instansiya məhkəmələri tərəfindən mübahisələndirilən məhkəmə aktları ləğv edilməklə ərizə mümkün sayılmaya bilər. Işin araşdırılan hallarından görünür ki, ərizəçinin dəlilləri yalnız maliyyə çətinliyinin yarana biləcəyi ehtimalı barədə olmaqla qərarın icrasının bərpaolunmaz nəticələr doğuracağına dair sübuta əsaslanmır. Halbuki qərarın icrasının dayandırılması yalnız qərarın icrası nəticəsində bərpaolunmaz və ya sonradan aradan qaldırılması mümkün olmayan nəticələrin yaranması ehtimalı mövcud olduqda mümkündür. Maliyyə çətinliyi ilə bağlı problemlər hüquqi əsas hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, ərizəçi kommersiya fəaliyyəti ilə məşğul olan sahibkardır və bu fəaliyyətin təbiətinə görə iqtisadi risk daşıyıcısıdır. Sahibkarlıq fəaliyyəti təbiət etibarilə iqtisadi risklərlə müşayiət olunur. Vergi orqanının qərarının icrası nəticəsində yaranan maliyyə çətinlikləri sahibkarlıq riskinə daxildir. Həmçinin qərarın icrasının dayandırılması dövlətin maliyyə və fiskal maraqlarına, eyni zamanda, vergi intizamının və iqtisadi sabitliyin qorunması məqsədlərinə də zidd nəticələr doğura bilər. Bundan əlavə, qərarın icrasının dayandırılması inzibati icraatın gedişinə və vergi orqanının səlahiyyətlərinin vaxtında icrasına mane ola bilər ki, bu da dövlət nəzarət mexanizmlərinin effektivliyinə zərər vurur. Yəni bank hesablarının müvəqqəti məhdudlaşdırılması sahibkarlıq fəaliyyətini tam şəkildə istisna etmir, çünki müəssisə qanunvericiliyin imkan verdiyi digər maliyyə üsullarından – nağd əməliyyatlar, ödənişin təxiri, borcun güzəşti, təsisçi və ya üçüncü şəxslərin maliyyə dəstəyi hesabına istifadə edə bilər. Maliyyə çətinlikləri dövlətin vergi və fiskal intizamla bağlı maraqlarından üstün tuta bilməz. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar