Məhkəmə qərarları › İş №15(3-9)-87/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-87/2026

29.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-87/2026 29.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi üçüncü şəxs cavabdeh1 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müəyyən hərəkətləri etməkdən çəkinmək vəzifəsinin qoyulmasına dair müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadından cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Premium Clinic tərəfindən verilmiş ##.##.2026-cı il tarixli rentgen mayinəsinə əsasən ərizəçi Ərizəçi barəsində qeyd edilmişdir: hər iki ayağın yan proyeksiyada çəkilmiş R-qramması zamanı: sümüklərdə sümük destruktiv dəyişikliklər aşkar edilmir. Oynaq səthləri hamardır. Sol tərəfdə P= h/Lxl00= 8 III dərəcəli yastıayaqlılıq, sağ tərəfdə P= h/Lxl00= 9 III dərəcəli yastıayaqlılıq. R-ji nəticə: Hər iki ayaqda III dərəcəli yastıayaqlılıq. İ dərəcə-17. II dərəcə- 17- 10 III dərəcə 10 və daha aşağı. X2 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli müayinə arayışında qeyd edilmişdir ki, “...Müayinə və ölçmələr “ECOREY” aparatında aparılmışdır. Mümkün artefaktlar,vəziyyətlər nəzərə alınsın. Pasientin duruşundan asılı olaraq ölçü bucağı dəyişə bilir. Ölçülmüş bucaq pasientin hazırki vəziyyətini əks etdirir. Bu və ya digər səbəbdən alınmış fərqli ölçülərə görə həkim radioloq heç bir məsuliyyət daşımır. Rentgenogrammalarda maştab nəzərə alınsın. Rentgen şüalanma haqqında çağırışçıya müayinədən əvvəl məlumat verildi. Müayinə çağırışçının razılığı ilə icra edildi. Hər iki pəncənin rəqəmsalda çəkilmiş təqdim edilmiş rentgenoqrammasında sümüklərdə nəzərəçarpan destruktiv dəyişikliklər qeyd edilmir. Sağ pəncənin uzunlamasına qövsünün bucağı -145.3 dərəcə, qövsünün hündürlüyü ~ 22.9 mm.Sol pəncənin uzunlamasına qövsünün bucağı ~ 154.5 dərəcə, qövsünün hündürlüyü ~ 16.7 mm. Hər ikin avikulyar sümüyün arxa oynaq səthinin intensivliyi yüksək vizualizə edilir. Hər iki aşıq sümüyünün qeyri-düzgün vəziyyəti qeyd edilir. Qeyd: Diaqnoz kompleks müayinələr əsasında qoyulur. Pəncə tağının hündürlüyü eyni olan müxtəlif pəncələrdə tağın bucağı pəncə uzunluğundan asılı olaraq fərqli ola bilər. Müalicə həkiminin konsultasiyası, R-ji əlamətlərin əlavə müayinə ilə dəyərləndirilməsi tövsiyə edilir.” Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki, Ərizəçi “Xəstəliklər cədvəlinin 59Ç-“Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa):-ç) funksiyaların pozulması olmayan obyektiv əlamətləri olduqda”, “61C-Yastıayaqlılıq və ayağın digər deformasiyaları:-c) funksiyaların cüzi dərəcədə pozulması ilə” və “72Ç-Orqanların və sistemlərin anadangəlmə inkişaf anomaliyaları:-ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda” diaqnozları qoyulmuş və o, “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş, Agentlikdə qiymətləndirilmə nəticəsində barəsində heç bir kateqoriya ilə təsdiqlənməməsi barədə qərar qəbul edilmiş, TSERA-dan geri dönüşdən sonra Xidmətin yerli bölməsi tərəfindən “72Ç-Orqanların və sistemlərin anadangəlmə inkişaf anomaliyaları:-ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda” diaqnozu qoyulmuş, yararlılıq kateqoriyası A - müddətli həqiqi hərbi xidmətə yararlı, məhdudiyyət dərəcəsi - 3-cü dərəcə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Ərizəçi “xxxx” X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “##.##.2026-cı il tarixli qərarın ləğv edilməsi və hərbi xidmətə yararsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, inzibati işə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək həqiqi hərbi xidmətə çağırılmasının cavabdeh1 qadağan edilməsi barədə barədə qərardad çıxarılmasını xahiş etmişdir. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi deformasiya edici osteoartroz olmadan, sağ tərəfli birinci, sol tərəfli ikinci dərəcəli boylama yastıayaqlılıq olduğu və bu halın maddə tətbiqinə əsas vermədiyi, yəni onun hərbi xidmətə yararlı olduğu qeyd edilmişdir. X1 Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli rəyə əsasən Ərizəçi sağ tərəfli ikinci, sol tərəfli üçüncü dərəcəli boylama yastıayaqlılıq olduğu müəyyən edilmişdir. Göründüyü kimi X2 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli rəyə əsasən Ərizəçi sağ tərəfli ikinci, sol tərəfli üçüncü dərəcəli boylama yastıayaqlılıq olduğu müəyyən edildiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq Ərizəçi hərbi xidmətə yararsızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** saylı qərardadı (hakim Amilya Hüseynova) ilə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin icraatında olan *-*(*-*)-****/** nömrəli inzibati işə baxılıb qurtaranadək Ərizəçi həqiqi hərbi xidmətə çağırılmaması vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərardaddan narazı qalan Xidmətinin Masallı rayon şöbəsi apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin isə iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış (sübutlarla) güman yaratmalıdır. Bu səbəbdən hesab edirlər ki, Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*- *)-***/**** nömrəli qərardadı əsassız və qanunsuzdur, heç bir sübuta əsaslanmır. Əlavə olaraq bildirirlər ki, bu kimi əsassız və qanunsuz məhkəmə aktlarını qəbul etməklə məhkəmələr tərəfindən vətəndaşların müddətli həqiqi hərbi xidmətdən yayınmalarına zəmin yaradır və dövlət başçısının bu sahədə müvafiq tapşırıqlarının vaxtında icrasına maneə törədir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, ərizəçi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər və məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə ərizəçinin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; Maddə 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur. Maddə 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. Maddə 41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 44.4. Müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun #.##.2023-cü il tarixli, 14 № li Qərarı: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi ərizəni təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın uğurluluq ehtimalı ilə bağlı məhkəmə nəzərə çatdırır ki, iddiaçının əvvəlki illər üzrə çağırış zamanı hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararsız hesab edilməsi onun orqanizmində patofunksional pozuntuların mövcud olması ehtimalını artırmaqla, hazırki ziddiyətli halın iddiaçının xeyrinə həll edilməsi zərurətini yaradır. Məhkəmə araşdırması zamanı mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblər aşkar edilmişdir. Belə ki, iddiaçı Ərizəçi hərbi xidmət keçəcəyi halda, həkimin məhkəmə iclasında izahatında qeyd etdiyi kimi sağlamlıq vəziyyətinə təhlükə yaranması ehtimalı vardır. Ərizəçinin həqiqi hərbi xidmətə cəlb edilməsi ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi ehtimalı mövcuddur. AR Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə ##.##.2008-ci il tarixli ** saylı Qərarının 61-ci bəndinə əsasən ilkin baxış kimi ərizəçidə xəstəliyin mövcudluğu və ilkin təcili tənzimləmənin zəruri olması müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, sağlam əsgər güclü ordu deməkdir. Ordu sağlam insanlarla komplektləşdirilməlidir. Peşəkar hazırlığın möhkəmləndirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması və döyüş ruhunun yüksəldilməsi sağlam insanlarla komplektləşdirilmiş Silahlı qüvvələrdə mümkündür. Xəstə insanların orduya cəlb edilməsi isə bir sıra çətinliklər yaradır. Ordunun normal iş ahəngini pozur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hallarından müəyyən edildi ki, Ərizəçi (bundan sonra - ərizəçi) əvvəllər “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Premium Clinic tərəfindən verilmiş ##.##.2026-cı il tarixli rentgen mayinəsinə əsasən ərizəçi Ərizəçi barəsində qeyd edilmişdir: hər iki ayağın yan proyeksiyada çəkilmiş R-qramması zamanı: sümüklərdə sümük destruktiv dəyişikliklər aşkar edilmir. Oynaq səthləri hamardır. Sol tərəfdə P= h/Lxl00= 8 III dərəcəli yastıayaqlılıq, sağ tərəfdə P= h/Lxl00= 9 III dərəcəli yastıayaqlılıq. R-ji nəticə: Hər iki ayaqda III dərəcəli yastıayaqlılıq. İ dərəcə-17. II dərəcə- 17- 10 III dərəcə 10 və daha aşağı. X2 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli müayinə arayışında qeyd edilmişdir ki, “...Müayinə və ölçmələr “ECOREY” aparatında aparılmışdır. Mümkün artefaktlar,vəziyyətlər nəzərə alınsın. Pasientin duruşundan asılı olaraq ölçü bucağı dəyişə bilir. Ölçülmüş bucaq pasientin hazırki vəziyyətini əks etdirir. Bu və ya digər səbəbdən alınmış fərqli ölçülərə görə həkim radioloq heç bir məsuliyyət daşımır. Rentgenogrammalarda maştab nəzərə alınsın. Rentgen şüalanma haqqında çağırışçıya müayinədən əvvəl məlumat verildi. Müayinə çağırışçının razılığı ilə icra edildi. Hər iki pəncənin rəqəmsalda çəkilmiş təqdim edilmiş rentgenoqrammasında sümüklərdə nəzərəçarpan destruktiv dəyişikliklər qeyd edilmir. Sağ pəncənin uzunlamasına qövsünün bucağı -145.3 dərəcə, qövsünün hündürlüyü ~ 22.9 mm.Sol pəncənin uzunlamasına qövsünün bucağı ~ 154.5 dərəcə, qövsünün hündürlüyü ~ 16.7 mm. Hər ikin avikulyar sümüyün arxa oynaq səthinin intensivliyi yüksək vizualizə edilir. Hər iki aşıq sümüyünün qeyri-düzgün vəziyyəti qeyd edilir. Qeyd: Diaqnoz kompleks müayinələr əsasında qoyulur. Pəncə tağının hündürlüyü eyni olan müxtəlif pəncələrdə tağın bucağı pəncə uzunluğundan asılı olaraq fərqli ola bilər. Müalicə həkiminin konsultasiyası, R-ji əlamətlərin əlavə müayinə ilə dəyərləndirilməsi tövsiyə edilir.” Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki, Ərizəçi “Xəstəliklər cədvəlinin 59Ç-“Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa):-ç) funksiyaların pozulması olmayan obyektiv əlamətləri olduqda”, “61C-Yastıayaqlılıq və ayağın digər deformasiyaları:-c) funksiyaların cüzi dərəcədə pozulması ilə” və “72Ç-Orqanların və sistemlərin anadangəlmə inkişaf anomaliyaları:-ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda” diaqnozları qoyulmuş və o, “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş, Agentlikdə qiymətləndirilmə nəticəsində barəsində heç bir kateqoriya ilə təsdiqlənməməsi barədə qərar qəbul edilmiş, TSERA-dan geri dönüşdən sonra Xidmətin yerli bölməsi tərəfindən “72Ç-Orqanların və sistemlərin anadangəlmə inkişaf anomaliyaları:-ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda” diaqnozu qoyulmuş, yararlılıq kateqoriyası A - müddətli həqiqi hərbi xidmətə yararlı, məhdudiyyət dərəcəsi - 3-cü dərəcə müəyyən edilmişdir. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı bildirir ki, ərizəçi hərbi xidmətə yararlı hesab edilmiş, inzibati orqan şəxsi həqiqi hərbi xidmətə cəlb etmək niyyətindədir. Ərizəçi isə xəstəliyi ilə bağlı həqiqi hərbi xidmətə yararsız olmasını, xəstəliyinə görə hərbi xidməti yerinə yetirməsinin mümkünsüzlüyünü və bununla bağlı səhhətində yarana biləcək problemləri önə çəkir. Qeyd edilən məsələlərə münasibətdə təminat tətbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur. Kollegiya bildirir ki, hazırda ərizəçinin hüquqi marağı onun hərbi xidmətə cəlb edilməsinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə qadağan edilməsindən ibarətdir. Hazırkı mərhələdə iddianın böyük ehtimalla uğurluluğu məsələsinin qiytmətləndirilməsi mümkün deyil, bu tibbi dəyərləndirmə tələb edilir. Ziddiyyətli məqamlar qiymətləndirildikdə isə qeyd olunmalıdır ki, ərizəçi ##.##.2002-ci il təvəllüdlüdür, onun 23 yaşı var. Əsas iş üzrə ekspertiza təyin edilmişdir. Məhkəmə icraatının gedişində onun hərbi xidmətə yararlı sayılması ilə bağlı sübutlar mövcud olduğu və iddianın bu əsasla rədd olunduğu halda, tətbiq olunacaq müvəqqəti xarakterli tədbirin, yəni hərbi xidmətə aparılmasına qoyulmuş qadağanın məhkəmə icraatında götürülməsi mümkündür (iddianın rədd edilməsi barədə qərar qanuni qüvvəyə mindikdə müvəqqəti xarakterli müdafiə barədə qərardad qüvvəsini itirir, eləcə də müvafiq əsaslar yarandıqda məhkəmə icraatında tətbiq edilmiş müvəqqəti xarakterli müdafiə tədbiri ləğv edilə bilər) və ərizəçi hərbi xidmətə çağırıla bilər. Lakin hazırkı durumda sağlamlıq vəziyyətində aşkarlanmış qüsur və çatışmazlıq gələcəkdə də təsdiqini taparsa və ya daha da kəskinləşərsə, hərbi xidmətə aparıldığı təqdirdə, belə halın fəsadları onun sağlamlığında daha ağır nəticələr verə bilər. Nəzərə almaq lazımdır ki, hərbi xidmətə yararsız şəxslərin hərbi xidmətə çağırılması və aparılması, həmin şəxslərin sağlamlığına vurula biləcək ziyan baxımından, onların hərbi xidmətə cəlb olunmaması ilə müqayisədə daha ağır nəticələrə səbəb ola bilər. Bu mənada həmin şəxslərin sağlamlığının qorunması və onların sağlamlığına vurula biləcək ziyanın qarşısının alınması ilə bağlı ictimai marağın, həmin şəxslərin hərbi xidmətə cəlb olunması ilə bağlı ictimai maraqdan daha üstün olduğu qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, insan həyatı və sağlamlığı konstitusiyanın qoruma sferası ilə əhatə olunan daha üstün dəyərdir. Hazırkı mübahisəyə münasibətdə həm də məhkəmə icraatı zamanı və ya məhkəmə icraatı nəticəsində iddiaçının hərbi xidmətə yararlı olmasının müəyyən edildiyi təqdirdə, onun hərbi xidmətə çağırılması imkanının tükənmədiyi də nəzərə alınmalıdır. Oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli 15(102)- 441/2025, ##.##.2023-cı il tarixli 15(102)-512/2025 və ##.##.2026-cı il tarixli **(*-*)-**/**** nömrəli qərarlarında mövqe eyni olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar