Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-89/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə qarşı “*-*(***)-****/**** saylı inzibati iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək, Ərizəçi dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşma imtahanına cəlb edilməməsi vəzifəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin üzərinə qoyulması” tələbinə dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları: Şirvan inzibati Məhkəməsinin icraatında iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə qarşı “## #### 2025-ci il tarixində keçirilən sertifikatlaşdırma imtahanının nəticələrinin ona aid olan hissədə ləğv edilməsi tələbinə dair *-*(***)-****/**** saylı inzibati iş vardır. Iddiaçı, həmin iddia ərizəsi ilə yanaşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, “*-*(***)-****/**** saylı inzibati iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək, Ərizəçi dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşma imtahanına cəlb edilməməsi vəzifəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin üzərinə qoyulması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, məhkəmədə 2025-ci ilin iyun ayının 20-də keçirilmiş Sertifikatlaşdırma imtahanının nəticələrindən şikayətinin rədd edilməsinə dair Təhsil Nazirliyinin qəbul etdiyi qərarın ləğv edilməsini həmin təşkilata həvalə edilməsinə dair iddia qaldırdığını bildiri.Ərizəçi qeyd edir ki, cavabdeh 2026-cı ilin iyun ayının 23-də onu sertifikasiya imtahanına dəvət edilmişdir. Halbuki o məhkəmədə 2025-ci ilin iyun ayının 20-də keçirilmiş Sertifikatlaşdırmanın nəticələrindən şikayət etmiş, həmin şikayətinə baxılıb qurtarmamışdır.Bu baxımdan da inzibati iş üzrə yekun qərar qəbul edilənədək və iddia ərizəsi icraata götürülənədək müvəqqəti təminat tədbirinin tətbiqi zəruridir. Qeyd olunanlara əsasən ərizənin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ilə (hakim Hilal Nəcəfov) ilə ərizə təmin edilmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadının ləğv edilməsini və ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, qərardad ona görə qanunsuz və əsassız hesab olunmalıdır ki, müvəqqəti təminat tədbirinin predmeti və hüquqi əsası yoxdur. Digər bir tərəfdən isə, əsas iddianın uğur ehtimalına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Ali Məhkəmə Plenumunun 4.6 və 12.6-cı bəndlərinə əsasən, məhkəmə təminat tədbirini tətbiq etməzdən əvvəl əsas iddianın uğurluluq ehtimalını yoxlamalıdır. Hazırkı halda əsas iddianın predmeti ##.##.2025-ci il tarixli sertifikatlaşdırmanın nəticələrinin ləğvidir. Iş materiallarından da göründüyü kimi hal-hazırda iddiaçı Biləsuvar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli № *(022)-1259/2025 saylı qətnaməsi ilə müəllim vəzifəsinə bərpa edilmişdir. Hal-hazırda iddiaçı dövlət ümumi təhsil müəssisəsində müəllim statusunu yenidən daşıyır. Həmin qətnamədə sertifikasiya məsələsinə toxunulmamışdır. Lakin işə bərpa olunmuşdur və bu artıq onu deməyə əsas verir ki, şəxs digər pedoqoji fəaliyyətlə məşğul olan şəxslər kimi sertifikasiyada iştirak etməlidir. Yəni şəxsin sertifikasiya imtahınında iştirak etməsi onun hüququnu pozmur. Bu da onu göstərir ki, hal-hazırda Şirvan Inzibati Məhkəməsində *-*(***)-****/**** saylı inzibati iş üzrə icraatın davam etməsi nəticəyə təsir etməyəcəkdir və belə olan halda icraatın davam etməsi əsassızdır. Qeyd edək ki ,"Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 1.2-ci bəndinə əsasən sertifikatlaşdırma qanunla müəyyən olunmuş dövri və məcburi prosedurdur. Inzibati orqanın qanunla üzərinə qoyulmuş imperativ vəzifəni icra edərək növbəti sertifikasiya prosesini təşkil etməsi iddiaçının hüquqlarını pozmur və bərpası mümkün olmayan zərər vurmur. Əksinə, təminat tədbirinin qüvvədə qalması dövlətin təhsil siyasətinə və qanunvericiliklə müəyyən olunmuş imperativ qaydalara qeyri-mütənasib müdaxilədir. Yəni şəxs artıq işə bərpa olunmuşdur və onun sertifikasiyada iştirak etməsi onun vəzifəsidir. Yuxarıda qeyd edilənlərə əsasən ərizəçi Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadının ləğv edilməsi və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ##.##.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. ... qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir”. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarı 4.10. Əsas iddia üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyinə dair halların yoxlanılması məsələsi təminat tədbirləri ilə bağlı qəbul edilmiş qərardadlardan verilən şikayətlərə baxılarkən yuxarı instansiyası məhkəmələri tərəfindən də yoxlanılmalı və qiymətləndirilməlidir. 4.11. Buna görə, məhkəmə tərəfindən təminat tədbirinin tətbiqi ilə bağlı qərardad qəbul edildikdən sonra ötən müddət ərzində əsas iddianın mümkünsüzlüyünə dəlalət edən yeni hallar yaranmışsa və ya əvvəllər yaranmış hallar mövcud olmaqda davam etmişsə, müvafiq olaraq qeyd edilən halların mövcudluğuna istinadla yuxarı instansiya məhkəmələri tərəfindən mübahisələndirilən məhkəmə aktları ləğv edilməklə ərizə mümkün sayılmaya bilər. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan müəyyən obyektiv hallara əsaslanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Ərizəçinin hüquqi marağı Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşma imtahanına cəlb edilməməsi vəzifəsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin üzərinə qoyulmasından ibarətdir.Başqa sözlə,ərizəçi birinci instansiya məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək imtahana cəlb edilməsinin dayandırılmasını arzu edir. Birinci instansiya məhkəməsinin ərizəni təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 3.22-ci maddəsinə əsasən Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəmə qaydasında həmin nəticələri mübahisələndirmək hüquqları vardır və iş üzrə Ərizəçi əsas iş üzrə həmin hüququndan istifadə edərək məhkəməyə müraciət etmiş və həmin iş üzrə məhkəmə icraatı yekunlaşmamışdır. Cavabdeh orqan isə həmin hal nəzərə almamış və ərizəçini yenidən imtahana cəlb etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Işin faktiki hallarından məlum olur ki, iddiaçı Ərizəçi 2007-ci ildən ingilis dili müəllimi kimi Biləsuvar rayon Xırmandalı kənd * nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyətə başlamışdır. O, ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan tələb olunandan az nəticə göstərdiyi üçün onunla bağlanmış əmək müqaviləsi ## #### 2025-ci il tarixli ** nömrəli əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Iddiaçı həmin əmrin ləğv edilməsi tələbi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Ərizəçi orta məktəbdəki əvvəlki vəzifəsinə bərpa edilmişdir.Daha sonra iddiaçı Şirvan Inzibati Məhkəməsinə müraciət edərək sertifikatlaşdırma nəticəsinin ləğvini tələb etmişdir. Apellyasiya şikayətinin dəlillərinə əsasən iddiaçı işə bərpa olunmuşdur və bu artıq onu deməyə əsas verir ki şəxs digər pedoqoji fəaliyyətlə məşğul olan şəxslər kimi sertifikasiyada iştirak etməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının əsas inzibati iş üzrə hüquqi marağı sertifikasiya nəticələrinin ona aid olan hissədə ləğv edilməsi ilə bağlıdır. Işin hallarından müəyyən edilir ki, iddiaçının əmək fəaliyyətinə təkrar sertifikasiyanın nəticələrinə uyğun olaraq xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5-ci hissəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar (5.2. bənd). Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar (5.3. bənd). Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir (5.4. bənd). Ərizəçiyə göndərilmiş “bildiriş”in mətnindən müəyyən edilir ki,Ərizəçi təkrar sertifikatlaşdırma prosesinin test mərhələsinə cəlb edilir.Yəni,bu halda ərizəçi artıq üçüncü dəfə imtahana cəlb edilməkdədir.Cavabdeh bu qərarı ilə dolayı yolla hüquqi nəticə yaratmış və hazırda birinci instansiyanın icraatında olan imtahanın nəticəsini nəzərə almamaqdadır. Halbuki təkrar sertifikatlaşdırmanın nəticəsi işçinin əmək fəaliyyətini davam etdiribetdirməməsi baxımından həlledici əhəmiyyət daşıyır. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı işə bərpa edilmişdir. Lakin yuxarıda göstərilən qanunvericilik normalarına əsasən, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi imperativ qayda kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən, iddiaçının əmək müqaviləsinə eyni hüquqi əsasla yenidən xitam verilməsi ehtimalı istisna edilmir. Digər tərəfdən “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.2-ci bəndinə əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Bu isə o deməkdir ki, şərt olaraq hesab etsək ki, əsas iş üzrə qəbul ediləcək yekun qərar iddiaçının xeyrinə olacaq, bu halda iddiaçı yalnız 5 ildən sonra sertifikasiyaya cəlb oluna bilər. Əks halda isə (yəni iddia təmin olunmazsa) iddiaçının əmək fəaliyyətinə yuxarıda qeyd edilən qanunvericik normalarına müvafiq olaraq xitam veriləcək və bu halda da iddiaçının sertifikasiyaya cəlb edilməsinə ümumiyyətlə zərurət qalmayacaqdır. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarında qeyd edilir ki, müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər əsasında gəlinən nəticədir (Bənd 6.10, 11.16,11.17, 11.20). Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki halları üzrə yuxarıda qeyd edilən hüquq normalarını nəzərə alaraq qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iddianın uğurluluq ehtimalı aydın olmalı, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli və qeyd edilən əsaslar ərizədə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda aparılan hüquqi dəyərləndirməni işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, hazırkı situasiyada əsas iş üzrə iddianın təmin olunması halında ərizəçinin imtahana cəlb edilməsi məsələsi cavabdeh tərəfindən yenidən nəzərdə keçirilməli,təmin olunmayacağı halda isə imtahana cəlb edilməsi zərurəti mövcud olmayacaqdır. Nəticə etibarı ilə həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ərizəçinin təhsilverənlərin sertifikatlaşdırılması imtahanına cəlb edilməsi cavabdehə qadağan edilməlidir. Işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə(Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə)kasasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №15(3-9)-89/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-89/2026
23.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver