Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-94/2026 29.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi üçüncü şəxs Azərbaycan Respublikası cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: müəyyən hərəkətləri etməkdən çəkinmək vəzifəsinin qoyulmasına dair müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadından Azərbaycan Respublikası cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Ərizəçiyə məxsus seriya SX 0562879 hərbi biletdən görünür ki, Ərizəçi ##.##.2020-ci il tarixdə xəstəliklər cədvəlinin 1-ci qrafasının 57C maddəsinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Modern Hospital tərəfindən verilmiş ##.##.2013-cü il tarixli FEQDS adlı tibbi sənəddə qeyd edilmişdir ki, Premedikasiya: Anesteziya ilə. Qida borusu sərbəst keçilir, selikli qişası açıq çəhrayı, divarları elastikdir. Qida borusunun anatomik daralmaları normaldır. Z-xətti ön kəsici dişlərdən 37-ci sm-də yerləşir. Qida borusunun distal hissəsi hiperemik və ödəmlidir. Kardiya bağlanır. Mədənin anatomik forması norma və mənfəzində çox miqdarda selik və qan laxtası var. Mədənin kardiyasının, dibinin və cisminin selikli qişası normaldır. Böyük əyriliyin büküşləri sərbəstdir. Peristaltika normal izlənir. Antral hissənin selikli qişası hiperemik və ödəmlidir. Retrofleksiyonda hiatal açıqlıq normal. Pilor dairəvi formada, tam bağlanmır. On iki barmaq bağırsağın soğanaq hissəsinin forması deformasiya olunmuş, selikli qişası hiperemik, eroziv və ödəmlidir. Bulbusun ön divarında 1 ədəd 0,3 x 0,5 sm-lik və arxa divarda 1 ədəd 0,3 x 0,7 sm-lik xora, üzəri ağ fibrin və qan laxtası ilə örtülüdür. Hal-hazırda xora qanamır. Duodonumun 2-ci qatı normaldır. Nəticə: Ezofaqit, duodenoqastroezofagial reflüks, antral qastrit, bulbusda 2 ədəd qanamış xora. Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, * saylı Şəhər Klinik Xəstəxanası tərəfindən ərizəçiyə on iki barmaq bağırsağın xora xəstəliyi kəskin dövr diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb İdarəsi tərəfindən verilmiş Ezofaqoqastroduadenoskopiya adlı tibbi sənəddə qeyd edilmişdir ki, ezofaqus sərbəst keçilir, selikli qişası hiperemiyalı və ödəmlidir. Kardioezofaqial sfinkter -30 sm məsafədədir, açılıb-qapanır, mədədən yemek borusuna köpüklü maye atılır. Mədədə çox miqdarda köpüklü selik və az miqdarda qida qalıqları var, selikli qişası hiperemiyalı və ödəmlidir. Mədə cismində hemorragik eroziyalar izlənildi. Pillorik sfinkter açıqdır, keçiriciliyi sərbəstdir. 12 b/b-ın soğanağının selikli qişası hiperemiyalı və ödəmlidir. Kiçik və böyük əyrilik boyunca üzərləri ağımtı ərplə örtülmüş iki ədəd “tam” eroziya, arxa divar boyunca bir ədəd ölçüsü -0.5 x0.2 sm olan səthi xora müşahidə edildi. 2-ci hissənin selikli qişasında patoloji dəyişiklik aşkar edilmədi. Nəticə: 12 b/b-in səthi xorasi. Eroziv bulbit. Eroziv qastrit. Reflyuks-ezofaqit. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki, Ərizəçi Məhrəhəmət oğluna “Mədənin, onikibarmaq bağırsağın xorası və qida borusu xəstəliyi” diaqnozu qoyulmuş və o, “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş, Agentlikdə qiymətləndirilmə nəticəsində barəsində heç bir kateqoriya ilə təsdiqlənməməsi barədə qərar qəbul edilmiş, TSERA-da geri dönüşdən sonra Xidmətin yerli bölməsi tərəfindən hərbi xidmətə yararlıq barədə qərar qəbul edilmişdir. SHXÇDX tərəfindən ərizəçiyə göndərilmiş sms bildirişdə qeyd olunmuşdur ki, cari ilin iyul çağırışına cəlb olunmağınızla əlaqədar ##.##.2026 tarixində saat 08:00-da şəxsiyyət vəsiqəsi ilə Xidmətin Masallı rayon şöbəsinə gəlməyiniz tələb olunur. Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi” tərəfindən verilmiş ##.##.2026-cı il tarixli K/*** nömrəli rəydə qeyd edilmişdir ki, 1997-ci il təvəllüdlü Ərizəçi komission məhkəmə-tibbi ekspertizasına, Şirvan İnzibati Məhkəməsində araşdırması aparılan *-*(*-*)-***/**** nömrəli iş materiallarında olan tibbi sənədlərdən çıxarışlardakı məlumatlara və MN Baş Klinik Hospitalın ürək və mədə-bağırsaq həkimlərinin tibbi müayinələrinin (ezofaqoqastroduadenoskopiya, ezofaqus-mədə-duodenum (EMD) ikili kontrast, EKQ, ExoKQ və Holter müayinə keçirilməklə) nəticələrinə əsaslanaraq, ekspert komissiyası qarşıya qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlir: Ərizəçi kardioloji sağlamdır, hazırda “Xora xəstəliyi, residiv gedişli, mədə xorası kəskinləşmə mərhələsində. Mədənin çapığı. Qastroezofageal reflüks xəstəliyi. Kardio çatmamazlığı” diaqnozlu xəstəlikdən əziyyət çəkir və bu xəstəliklə o, hazırda “Xəstəliklər cədvəli”nin 52ç maddəsinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “## ### 2024-cü il tarixli *** nömrəli dəyişikliyə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən xəstəliyin hazırkı ekspertiza zamanı ilkin diaqnostika olunduğu ##.##.2026-cı il tarixdən etibarən 1 (bir) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır”. Ərizəçi bu müddət ərzində müalicə olunmalı, bundan sonra hərbi xidmətə yararlı olubolmamasının təyini məqsədilə SHXÇDX-nin yerli və Mərkəzi Hərbi Həkim Komissiyaları, həmçinin zərurət yarandığı halda 2024-cü ilin iyul ayının 1-dən qüvvəyə minmiş “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli **** nömrəli Fərmanının 1-ci hissəsinin icrası ilə əlaqədar Dövlət Sosial Tibbi Ekspertiza və X5 Qiymətləndirmə Mərkəzində təkrar şəhadətləndirilməlidir. Birinci instansiya məhkəməsində icraat: İddia icraatı qaydasında iddiaçı Ərizəçi cavabdeh cavabdeh1 X1rşı “onun barəsində hərbi xidmətə yararlılıq haqqında qəbul edilmiş qərarın ləğv edilməsi və sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə yararsız olma barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsas işə baxılıb qurtarana və iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək, onun hərbi xidmətə göndərilməsinin üçüncü şəxs cavabdeh2 qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə onunla əsaslandırılmışdır ki, o, diafraqmal yırtıq, kardial sfinktor çatmazlığı, reflüks ezofagit, panqastrit, antral hissənin çapıq deformasiyası, kataral qastro-duodenit xəstəliklərindən əziyyət çəkir. Xəstəlikləri xroniki xarakter daşıyır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibbi İdarəsi tərəfindən müayinələrdən keçirilmiş, müayinələr nəticəsində xəstəlikləri təsdiq edilmişdir. Eyni zamanda, Modern Hospitalda da müayinələrdən keçmiş və həmin müayinələrin nəticəsində də xəstəlikləri təsdiqini tapmışdır. Həmçinin, göstərilən xəstəliklər Nizami adına Tibb Mərkəzi tərəfindən də təsdiq edilmişdir. Hətta, cavabdeh inzibati orqan tərəfindən iddiaçının göndərildiyi Əfəndiyev adına * nömrəli Xəstəxana tərəfindən də xəstəlikləri təsdiq olunmuşdur. Bundan başqa, 2019-cu ildə * saylı Şəhər Klinik Xəstəxanasında müayinədən keçmişdir, müayinənin nəticəsinə əsasən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” tərtib edilmiş və həmin müayinə üzrə də yuxarıda göstərdiyi xəstəliklər müəyyən edilmişdir. Nəticədə həmin xəstəliklərə görə ##.##.2020-ci il tarixdə xəstəliklər cədvəlinin 1-ci qrafasının 57C maddəsinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon idarəsi tərəfindən ona SX seriyalı ******* saylı hərbi bilet verilmişdir. Hətta, hərbi biletdə təkrar tibbi müayinənin vaxtı ## ###### 2023-cü il tarix təyin edilmiş, həmin tarixdə və sonrakı tarixlərdə müayinələrdən keçsə də, qeyd etdiyi xəstəliklər yenidən müəyyən olunmuş və buna görə hərbi xidmətə aparılmamışdır. Bütün bunlara baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən aparılmış qiymətləndirilmə nəticəsində iddiaçıda mövcud olan patoloji pozuntular daha yüngül qiymətləndirilərək, müddətli həqiqi hərbi xidmətə yararlı olması barədə qərar qəbul edilmişdir. Adı çəkilən yekun rəy əsasında Xidmətinin Masallı rayon şöbəsi tərəfindən ona çağırış vərəqəsi göndərilmiş və 2026-cı ilin aprel ayında hərbi xidmətə yollanması üçün şöbəsdə olması barədə məlumatlandırılmışdır. Həqiqi hərbi xidmətə aparılacağı təqdirdə səhhətindəki problemlər daha da ağırlaşa bilər və bərpası mümkün olmaya bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** saylı qərardadı (hakim Pərvanə Qurbanova) ilə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, məhkəmənin icraatında olan *-*(*-*)-***/**** saylı inzibati işə baxılıb qurtarana və iş üzrə yekun qərar qanuni qüvvəyə minənədək Ərizəçi hərbi xidmətə göndərilməsi cavabdeh2 qadağan edilmişdir. Həmin qərardaddan narazı qalan Xidmətinin Masallı rayon şöbəsi apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində icraatın iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin isə iddia icraatında qalib gələcəyinə dair məhkəmədə əsaslandırılmış (sübutlarla) güman yaratmalıdır. Bu səbəbdən hesab edirlər ki, Şirvan İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*- *)-***/**** nömrəli qərardadı əsassız və qanunsuzdur, heç bir sübuta əsaslanmır. Əlavə olaraq bildirirlər ki, bu kimi əsassız və qanunsuz məhkəmə aktlarını qəbul etməklə məhkəmələr tərəfindən vətəndaşların müddətli həqiqi hərbi xidmətdən yayınmalarına zəmin yaradır və dövlət başçısının bu sahədə müvafiq tapşırıqlarının vaxtında icrasına maneə törədir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ərizəçi Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; Maddə 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur. Maddə 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. Maddə 41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 44.4. Müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun #.##.2023-cü il tarixli, 14 № li Qərarı: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası ərizəçini dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi ərizəni təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə həm ilkin təcili tənzimlənməyə ehtiyac vardır, həmçinin iddianın uğurluluq ehtimalına münasibətdə isə məhkəmə qeyd edir ki, hazırki halda iddianın uğurlu olması müəyyən mənada öz təsdiqini tapır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hallarından müəyyən edilir ki, Ərizəçi ##.##.2020-ci il tarixdə xəstəliklər cədvəlinin 1ci qrafasının 57C maddəsinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Sonrakı dövrlərdə də ərizəçi “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Modern Hospital tərəfindən verilmiş ##.##.2013-cü il tarixli FEQDS adlı tibbi sənəddən görünür ki, ərizəçiyə “Ezofaqit, duodenoqastroezofagial reflüks, antral qastrit, bulbusda 2 ədəd qanamış xora” diaqnozu qoyulmuşdur. Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, * saylı Şəhər Klinik Xəstəxanası tərəfindən ərizəçiyə on iki barmaq bağırsağın xora xəstəliyi kəskin dövr diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb İdarəsi tərəfindən verilmiş Ezofaqoqastroduadenoskopiya adlı tibbi sənəddən görünür ki, ərizəçiyə 12 b/b-in səthi xorasi. Eroziv bulbit. Eroziv qastrit. Reflyuks-ezofaqit diaqnozu qoyulmuşdur. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışdan görünür ki, Ərizəçi Məhrəhəmət oğluna “Mədənin, onikibarmaq bağırsağın xorası və qida borusu xəstəliyi” diaqnozu qoyulmuş və o, “Dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş, Agentlikdə qiymətləndirilmə nəticəsində barəsində heç bir kateqoriya ilə təsdiqlənməməsi barədə qərar qəbul edilmiş, TSERA-da geri dönüşdən sonra Xidmətin yerli bölməsi tərəfindən hərbi xidmətə yararlıq barədə qərar qəbul edilmişdir. SHXÇDX tərəfindən ərizəçiyə göndərilmiş sms bildirişdə qeyd olunmuşdur ki, cari ilin iyul çağırışına cəlb olunmağınızla əlaqədar ##.##.2026 tarixində saat 08:00-da şəxsiyyət vəsiqəsi ilə Xidmətin Masallı rayon şöbəsinə gəlməyiniz tələb olunur. Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi” tərəfindən verilmiş ##.##.2026-cı il tarixli K/*** nömrəli rəydə qeyd edilmişdir ki, 1997-ci il təvəllüdlü Ərizəçi komission məhkəmə-tibbi ekspertizasına, Şirvan İnzibati Məhkəməsində araşdırması aparılan *-*(*-*)-***/**** nömrəli iş materiallarında olan tibbi sənədlərdən çıxarışlardakı məlumatlara və MN Baş Klinik Hospitalın ürək və mədə-bağırsaq həkimlərinin tibbi müayinələrinin (ezofaqoqastroduadenoskopiya, ezofaqus-mədə-duodenum (EMD) ikili kontrast, EKQ, ExoKQ və Holter müayinə keçirilməklə) nəticələrinə əsaslanaraq, ekspert komissiyası qarşıya qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlir: Ərizəçi kardioloji sağlamdır, hazırda “Xora xəstəliyi, residiv gedişli, mədə xorası kəskinləşmə mərhələsində. Mədənin çapığı. Qastroezofageal reflüks xəstəliyi. Kardio çatmamazlığı” diaqnozlu xəstəlikdən əziyyət çəkir və bu xəstəliklə o, hazırda “Xəstəliklər cədvəli”nin 52ç maddəsinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “## ### 2024-cü il tarixli *** nömrəli dəyişikliyə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən xəstəliyin hazırkı ekspertiza zamanı ilkin diaqnostika olunduğu ##.##.2026-cı il tarixdən etibarən 1 (bir) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır”. Ərizəçi bu müddət ərzində müalicə olunmalı, bundan sonra hərbi xidmətə yararlı olubolmamasının təyini məqsədilə SHXÇDX-nin yerli və Mərkəzi Hərbi Həkim Komissiyaları, həmçinin zərurət yarandığı halda 2024-cü ilin iyul ayının 1-dən qüvvəyə minmiş “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli **** nömrəli Fərmanının 1-ci hissəsinin icrası ilə əlaqədar Dövlət Sosial Tibbi Ekspertiza və X5 Qiymətləndirmə Mərkəzində təkrar şəhadətləndirilməlidir. Kollegiya ilkin təcili tənzimləmənin zəruriliyi ilə bağlı bildirir ki, ərizəçi hərbi xidmətə yararlı hesab edilmiş, inzibati orqan şəxsi həqiqi hərbi xidmətə cəlb etmək niyyətindədir. Ərizəçi isə xəstəliyi ilə bağlı həqiqi hərbi xidmətə yararsız olmasını, xəstəliyinə görə hərbi xidməti yerinə yetirməsinin mümkünsüzlüyünü və bununla bağlı səhhətində yarana biləcək problemləri önə çəkir. Qeyd edilən məsələlərə münasibətdə təminat tətbirinin tətbiqi üzrə təcililik şərti mövcuddur. Kollegiya bildirir ki, hazırda ərizəçinin hüquqi marağı onun hərbi xidmətə cəlb edilməsinin Azərbaycan Respublikasının cavabdeh2 qadağan edilməsindən ibarətdir. Hazırkı mərhələdə iddianın böyük ehtimalla uğurluluğu məsələsinin qiytmətləndirilməsi mümkün deyil, bu tibbi dəyərləndirmə tələb edilir. Ziddiyyətli məqamlar qiymətləndirildikdə isə qeyd olunmalıdır ki, ərizəçi ##.##.1997-ci il tarixdə doğulmuşdur, onun 28 yaşı var. Əsas iş üzrə ekspertiza təyin edilmiş və rəy alınmış, ərizəçi ##.##.2026-cı il tarixdən etibarən 1 (bir) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsız hesab edilmişdir. Məhkəmə icraatının gedişində onun hərbi xidmətə yararlı sayılması ilə bağlı sübutlar mövcud olduğu və iddianın bu əsasla rədd olunduğu halda, tətbiq olunacaq müvəqqəti xarakterli tədbirin, yəni hərbi xidmətə aparılmasına qoyulmuş qadağanın məhkəmə icraatında götürülməsi mümkündür (iddianın rədd edilməsi barədə qərar qanuni qüvvəyə mindikdə müvəqqəti xarakterli müdafiə barədə qərardad qüvvəsini itirir, eləcə də müvafiq əsaslar yarandıqda məhkəmə icraatında tətbiq edilmiş müvəqqəti xarakterli müdafiə tədbiri ləğv edilə bilər) və ərizəçi hərbi xidmətə çağırıla bilər. Lakin hazırkı durumda sağlamlıq vəziyyətində aşkarlanmış qüsur və çatışmazlıq gələcəkdə də təsdiqini taparsa və ya daha da kəskinləşərsə, hərbi xidmətə aparıldığı təqdirdə, belə halın fəsadları onun sağlamlığında daha ağır nəticələr verə bilər. Nəzərə almaq lazımdır ki, hərbi xidmətə yararsız şəxslərin hərbi xidmətə çağırılması və aparılması, həmin şəxslərin sağlamlığına vurula biləcək ziyan baxımından, onların hərbi xidmətə cəlb olunmaması ilə müqayisədə daha ağır nəticələrə səbəb ola bilər. Bu mənada həmin şəxslərin sağlamlığının qorunması və onların sağlamlığına vurula biləcək ziyanın qarşısının alınması ilə bağlı ictimai marağın, həmin şəxslərin hərbi xidmətə cəlb olunması ilə bağlı ictimai maraqdan daha üstün olduğu qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, insan həyatı və sağlamlığı konstitusiyanın qoruma sferası ilə əhatə olunan daha üstün dəyərdir. Hazırkı mübahisəyə münasibətdə həm də məhkəmə icraatı zamanı və ya məhkəmə icraatı nəticəsində iddiaçının hərbi xidmətə yararlı olmasının müəyyən edildiyi təqdirdə, onun hərbi xidmətə çağırılması imkanının tükənmədiyi də nəzərə alınmalıdır. Oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli 15(102)- 441/2025, ##.##.2023-cı il tarixli 15(102)-512/2025 və ##.##.2026-cı il tarixli **(*-*)-**/**** nömrəli qərarlarında mövqe eyni olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №15(3-9)-94/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-94/2026
29.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver