Azərbaycan̈Respublikası̈adından Qərardad Şirvan̈şəhəri İş̈№̈15(3-9)-96/2026 23.07.2026 ŞIRVAN̈APELLYASIYÄMƏHKƏMƏSI Hakimlər Hakim Hacızadə Fəxri Hümmət oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun̈Əmir̈oğlüvə̈Sadıqov̈Mirlətif̈Süleyman̈oğlundan̈ibarəẗtərkibdə, Rəsulzadə̈NicaẗƏjdər̈oğlunun̈katibliyïilə, Ərizəçi Ərizəçi Xəqani oğlunun müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsinə Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq,̈müəyyən̈etdi: Işin halları: Iddia icraatı qaydasında iddiaçı Ərizəçi Xəqani oğlu cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “cavabdehin müddətli həqiqi hərbi xidmətə yararlı olmağı barədə qəbul etdiyi yekun tibbi müayinəyə dair qərarın ləğv edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciəẗetmişdir. Ərizəçi Ərizəçi Xəqani oğlu hazırki icraatda yekun məhkəmə aktı qəbul edilənədək onun müddətli həqiqi hərbi xidmətə göndərilməsinin Maraqlı şəxs qadağan edilməsi barədə̈qərardad̈qəbul̈edilməsinïməhkəmədən̈xahiş̈etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Ərizəçi Ərizəçi Xəqani oğlu ərizəsində göstərmişdir ki, o, ## #### 2000-ci il tarixdə Sabirabad şəhərində anadan olmuşdur. Anadangəlmə yastıpəncə (pes planus)- Anadangəlmə ikitərəfli III dərəcəli yastıayaqlıq xəstəliklərindən əziyyət çəkir. Xəstəliyinin müalicəsi üçün dəfələrlə müalicə almışdır. Lakin heç bir xeyri olmayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə göndərilmək məqsədilə tibbi müayinədən keçmək üçün ## ###### 2025-ci il tarixdə X1 göndərilmişəm. ## ###### 2025-ci il tarixdə müayinədən keçmişdir. Anamnezdə xəstəliyin anadangəlmə olması, şikayətlərinin ayaqlarında ağrıların olması qeyd edilmişdir. Obyektiv müayinənin məlumatlarında:̈Müayinə̈zamanı̈ayaqlardäyastayaqlıq̈qeyd̈edilir. Xüsusi müayinələrin nəticəsi “Pəncə rentgeneoqrafiyası (lateral, sol, birproyeksiyalı), “Pəncə rentgenoqrafiyası (lateral, sağ, bir proyeksiyaslı)”. Q66.5 Anadangəlmə yastıpəncəAnadangəlmə ikitərəfli III dərəcəli yastıayaqlıq, funksiyanın mülayim pozulması. Bununla da hərbi xidmətə yararsız hesab edilmişdir. Bundan sonra göndəriş əsasında, onun tibbi müayinədən keçmək üçün Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş və Agentliyin ## ##### 2026-cı il tarixli qərarı ilə hərbi xidmətə yararlı hesab edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bütün xəstəliyini nəzərə almamışdır. Ona görə də barəsində verilmiş qərarın qanunsuz və qərəzli olduğu qənaətinə gəlmişdir. Hal-hazırda onda aşağıdakı simptomlar mövcuddur: Ayaqlarında kəskin ağrılar var. Bədənin duruşunda və tarazlığında dəyişiklik. Müntəzəm fizioterapiya ehtiyacı. Ayaqqabını 1 saat müddətində geyinə bilmir. O, fiziki cəhətdən tam yüklənməyə məruz qalacağı bir mühitdə (hərbi xidmət şəraitində) ayaqlarında ağrının artması, dayaq-hərəkət sistemində funksional pozğunluqların dərinləşməsi riski altındadır. Hərbi xidmət zamanı daşıma, qaçış, ağır yükləmə, soyuq hava şəraiti kimi amillər ayaqdakı ağrıların daha da kəskinləşməsinə və orqanizmdə əlavə fəsadlaräyol̈açäbilər.̈Odur̈ki,̈ərizənin̈təmin̈edilməsinïxahiş̈edir. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı (Rəşidə Quliyeva) ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan ərizəçi apellyasiya şikayəti verərək Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadının ləğv edilməsinïvə̈ərizənin̈təmin̈olunmasını̈xahiş̈etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, anadangəlmə yastıpəncə (pes planus)-Anadangəlmə ikitərəfli III dərəcəli yastıayaqlıq xəstəliklərindən əziyyət çəkir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə göndərilmək məqsədilə tibbi müayinədən keçmək üçün ## ###### 2025-ci il tarixdə X1 göndərilmişdir. ## ###### 2025-ci il tarixdə müayinədən keçmişdir. Anamnezdə xəstəliyin anadangəlmə olması, şikayətlərinin ayaqlarında ağrıların olması qeyd edilmişdir. Obyektiv müayinənin məlumatlarında: Müayinə zamanı ayaqlarda yastayaqlıq qeyd edilir. Xüsusi müayinələrin nəticəsi “Pəncə rentgeneoqrafiyası (lateral, sol, birproyeksiyalı), “Pəncə rentgenoqrafiyası (lateral, sağ, bir proyeksiyaslı)”. Q66.5 Anadangəlmə yastıpəncə- Anadangəlmə ikitərəfli III dərəcəli yastıayaqlıq, funksiyanın mülayim pozulması. Bununla da hərbi xidmətə yararsız hesab edilmişdir. Bundan sonra göndəriş əsasında tibbi müayinədən keçmək üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş və Agentliyin ## ##### 2026-cı il tarixli qərarı ilə hərbi xidmətə yararlı hesab edilmişdir. Fiziki cəhətdən tam yüklənməyə məruz qalacağı bir mühitdə (hərbi xidmət şəraitində) ayaqlarında ağrının artması, dayaq-hərəkət sistemində funksional pozğunluqların dərinləşməsi riski altındadır. Hərbi xidmət zamanı daşıma, qaçış, ağır yükləmə, soyuq hava şəraiti kimi amillər ayaqdakı ağrıların daha da kəskinləşməsinə̈və̈orqanizmdə̈əlavə̈fəsadlaräyol̈açäbilər. Qeyd olunanlar nəzərə alınaraq Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/****̈saylı̈qərardadının̈ləğv̈edilməsïxahiş̈edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasındäbaxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq̈tərəflər̈məhkəmə̈iclasınägəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə tərəflərlərin iştirakı olmadan baxılmasını mümkün hesab̈etmişdir. Tətbiq edilən hüquq: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan̈Respublikasının̈vətəndaşları̈aşağıdakı̈həqiqïhərbïxidmətlərə̈çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə – Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan̈və̈yäçağırışdan̈azad̈edilməmiş̈kişïcinslïvətəndaşları; 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur. 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə̈çağırılmalıdırlar. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 2.15.̈Ilkin̈hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə̈həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqındäaşağıdakı̈kateqoriyalar̈üzrə̈rəÿverirlər:̈ A - hərbi xidmətə yararlıdır; B̈-̈sıradankənar̈hərbïxidmətə̈yararlıdır; C̈-̈dinc̈dövrdə̈hərbïxidmətə̈yararsız,̈müharibə̈dövründə̈məhdud̈yararlıdır; Ç̈-̈hərbïxidmətə̈müvəqqətïyararsızdır; D̈-̈həm̈dinc̈dövrdə,̈həm̈də̈müharibə̈dövründə̈hərbïxidmətə̈yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün̈“Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun̈olaraq̈hərbïxidməẗkeçməyə̈görə̈təyinaẗgöstəricisïmüəyyən̈edilir.̈ 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin̈2-1.3-cü̈bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq̈müayinə̈nəticələrinïqeyd̈etməklə,̈aşağıdakı̈qərarlardan̈birinïqəbul̈edir:̈ - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu haldämüvafiq̈əsaslandırıcı̈tibbïizaḧdäqəraräəlavə̈olunur);̈ - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqinïtapmır.̈ 2-1.17. Agentlik tərəfindən bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən, MEIS-də elektron sənəd formasında formalaşdırılan və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunan müvafiq qərar və yekun tibbi müayinəyə dair digər sənədlər üzrə məlumatlar rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın̈qəbul̈edilməsïüçün̈onların̈rəsmiləşdirildiyïgün̈altsistemə̈daxil̈edilir.̈ 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun̈elektron̈kabinetïvasitəsilə̈məlumatlandırır.̈ 2-1.19. Çağırışçının̈şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan̈çağırışçı tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununäuyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra –̈̈Şura)̈və̈yäməhkəmə̈qaydasındäşikayəẗverilə̈bilər. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə̈40.̈Müvəqqətïxarakterlïmüdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə̈ərizə̈ilə̈müraciəẗedə̈bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə̈icraatının̈gedişində̈verilə̈bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə̈üçüncü̈şəxslərin̈də̈üzərinə̈belə̈vəzifələr̈qoyäbilər. Maddə 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul̈edə̈bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» ##.##.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. ... qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir”. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli, ** nömrəli Qərarı 4.10. Əsas iddia üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyinə dair halların yoxlanılması məsələsi təminat tədbirləri ilə bağlı qəbul edilmiş qərardadlardan verilən şikayətlərə baxılarkən yuxarı instansiyası məhkəmələri tərəfindən də yoxlanılmalı və qiymətləndirilməlidir. 4.11. Buna görə, məhkəmə tərəfindən təminat tədbirinin tətbiqi ilə bağlı qərardad qəbul edildikdən sonra ötən müddət ərzində əsas iddianın mümkünsüzlüyünə dəlalət edən yeni hallar yaranmışsa və ya əvvəllər yaranmış hallar mövcud olmaqda davam etmişsə, müvafiq olaraq qeyd edilən halların mövcudluğuna istinadla yuxarı instansiya məhkəmələri tərəfindən mübahisələndirilən məhkəmə aktları ləğv edilməklə ərizə mümkün̈sayılmayäbilər. 11.15. IPM-in 41.2-ci maddəsinə görə məhkəmə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilmək üçün işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməlidir. 11.16. Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2-ci maddəsinin̈tələbinə̈uyğun̈olaraq̈əsaslandırmalıdır. 11.17. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb̈edir. 11.18. Sözügedən böyük ehtimal o zaman mövcud olur ki, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması və qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində iddianın böyük ehtimalla uğurlu olacağına, ərizəçinin iddia icraatında qalib gələcəyinə dair əsaslandırılmış güman yaranmış olsun. Belə güman isə iş üzrə mövcud olan̈müəyyən̈obyektiv̈hallaräəsaslanmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları̈(faktikïhalları)̈dänəzərə̈alır. Ərizəçinin tələbi “yekun məhkəmə aktı qəbul edilənədək onun müddətli həqiqi hərbïxidmətə̈göndərilməsinin̈Maraqlı̈şəxs̈qadağan̈edilməsi”̈olmuşdur. Birinci instansiya məhkəməsi ərizəni təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki halda iddianın uğurlu olub-olmamasını tam müəyyən etmək mümkün deyildir. Belə ki, qanunvericiliyin sadalanan normalarından göründüyü kimi şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi ixtisaslaşmış tibbi biliyə malik şəxslərin iştirakı ilə qiymətləndirilməli olan məsələdir. Odur ki, işə mahiyyəti üzrə baxıldığı müddət ərzində buna dair tibbi biliyə malik şəxslərdən şəxsin yararlılıq kateqoriyasına dair tibbi-sağlamlıq vəziyyəti barədə məlumatlar məhkəmədə mövcud deyildirsə, buna dair ekspertiza və mütəxəssis rəyləri alınmadan, gərək olacağı təqdirdə tibbi biliyə malik şəxslərin iştirakı icraata cəlb edilmədən bu növ iddianın uğurluluğun hazırkı mərhələdə aydın olmasından söhbət gedə bilməz. Göründüyü kimi iddianın uğurluluq ehtimalı qeyd olunan icraat çərçivəsində yoxlanılma aparılmadan, ekspertiza və s təyin edilmədən mümkün deyildir. Məhkəmə hesab edir ki, hazırkı araşdırma mərhələsində iddianın uğurluluq ehtimalı aydın olmadığı kimi məhkəmə ziddiyyətli maraqları hərtərəfli qiymətləndirərək hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqïüçün̈əsas̈görmür. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas̈olmuş̈səbəblər̈göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiyäməhkəməsinin̈qərardadı̈dəyişdirilmədən̈saxlanılmalıdır. Belə ki, yuxarıda sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqətïxarakterlïmüdafiənin̈tətbiqïüçün̈əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iddianın uğurluluq ehtimalı aydın olmalı, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı, ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən̈edilməlïvə̈qeyd̈edilən̈əsaslar̈ərizədə̈əsaslandırılmalıdır. Işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Ərizəçi ##.##.2000-ci ildə doğulmuşdur. Çağırış vərəqəsinin surətindən müəyyən olunur ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ##.##.2026-ci il tarixdə saat 09:00-da hərbi xidmətə yola düşmək üçün Səfərbərlik və Hərbi Xidməti Çağrış üzrə DövləẗXidmətinin̈Sabirabad̈rayon̈şöbəsinə̈gəlməlidir. Iddiaçı Mərkəzi Hərbi Həkim Komissiyasının rəyi ilə C kateqoriyası-dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, DTSERA-nın yekun rəyinə̈əsasən̈A-2̈kateqoriyası̈-̈müddətlïhəqiqïhərbïxidmətə̈yararlı̈hesab̈edilmişdir. Məhkəmə qeyd edir ki,ərizəçinin sağlamlıq vəziyyəti və ona qoyulmuş diaqnoz hər iki qurum tərəfindən yoxlanılmış,əldə olunan nəticə qiymətləndirilmişdir. Işin hallarından göründüyü kimi iddiaçının sağlamlıq vəziyyəti barədə Səfərbərlik və DTSERA-nın rəyləri fərqlidir. Hərbi xidmətə yararlılıq Madd Xəstəliklərin adı, funksiyaların pozulma kateqoriyası ə dərəcəsi İ qrafa II qrafa III qrafa 61 Yastıayaqlılıq və ayağın digər deformasiyaları: a) funksiyaların mühüm dərəcəd pozulması D D D ilə b) funksiyaların mülayim dərəcədə C C C və ya pozulması ilə B FƏRDI c) funksiyaların cüzi dərəcədə pozulması ilə C C B ç) funksiyaların pozulması olmayan A-3 A A obyektiv əlamətlər olduqda d) travmaların, anadagəlmə qüsurların Ç Ç Ç cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar “ç” bəndinə barmaqların kontrakturası olmadan və ekzostozlarsız ayağın orta hissəsi oynaqlarının İ mərhələ deformasiyaedici osteoartrozu ilə müşayiət olunan İ və ya IÏdərəcəlïköndələn,̈yaxud̈boylamäyastıayaqlılıq̈aiddir. Barmağın ayaqdarağı-falanqa oynağı səviyyəsində olmaması, habelə barmağın tam̈kontrakturası̈və̈yähərəkətsizliyïayaqdäbarmağın̈olmaması̈kimïhesab̈edilir. Boylama yastıayaqlılıq və daban sümüyünün çəkicəbənzər deformasiyası ayaq üstündə̈yük̈altındäprofil̈rentgenoqramlarınägörə̈qiymətləndirilir. Boylama tağın bucağı və hündürlüyü rentgenoqramlarda üçbucaq qurulması yolu ilə̈təyin̈edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 61-ci bəndinə əsasən ərizəçi fərqli kateqoriya üzrə təsdiq edilərək” diaqnozu ilə A-2 kateqoriyasına uyğun yararlı hesab edilmişdir.Yəni,ərizəçinin diaqnozu istisna edilmir,lakin bu hal hərbi xidmətə cəlb edilməsi istisna edəcək səviyyədə deyildir.Ərizəçi tərəfindən də diaqnozun xidməti istisna edəcək səviyyədə olduğuna dair tibbi sənəd təqdim̈edilməmişdir. Kollegiya qeyd edir ki, A-2 kateqoriyası Əsasnaməyə əlavə edilmiş * nömrəli Cədvəldə fərqləndirilmişdir. Belə ki,həmin cədvəldə A-yaralılıq səviyyəsinin A-1-dən A-4 dərəcələləri, təyinat göstəriciləri və qoşunların, hərbi hissələrin növləri ona uyğun xidmət göstərilmişdir. Məhkəmə kollegiyası ərizəyə münasibətdə qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizənin taleyi əsas iddiaya bağlıdır və onun mümkünlüyündən, uğurluluq ehtimalından, iddianın uğurluluq ehtimalının aydın olmadığı hallardäisə̈ziddiyyətlïmaraqların̈hərtərəflïqiymətləndirilməsindən̈asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas iddianın hazırki anda böyük ehtimalla uğurlu olmasını aydın görmək mümkün deyildir. Iddianın uğurluluq ehtimalı aydın olmadığı üçün məhkəmə ziddiyyətli maraqları hərtərəfli qiymətləndirərək hazırki halda müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün əsas görmür. Məhkəmə kollegiyası gəldiyïnəticənïaşağıdäqeyd̈olunanlarläəsaslandırır. Belə ki, “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarında qeyd edilir ki, müvəqqəti xarakterli müdafiə tədbirləri tətbiq edilərkən mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Buna görə, məhkəmələr belə ərizələr üzrə, ümumiyyətlə, təminat tədbirinin özünün və seçilən üsulunun tətbiqi ilə bağlı qərar verərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar Məhkəmə iddianın uğurluluq ehtimalını yoxlamalı, məhz bu ehtimalın mövcudluğu ətrafında dəyərləndirmələr aparmalı və bununla bağlı qərarını IPM-in 80.2-ci maddəsinin tələbinə uyğun olaraq əsaslandırmalıdır. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilik iddianın adi qaydada uğurluluq ehtimalının yox, böyük ehtimalla uğurluluq ehtimalının yoxlanılmasını tələb edir. Böyük ehtimalla uğurluluğu müəyyən etməyə yönəlmiş araşdırma iki istiqamət üzrə, yəni işin həm faktiki, həm də hüquqi hallarının müəyyənləşdirilməsi ilə bağlı aparılan araşdırma olmalıdır. Işin faktiki halları ilə bağlı araşdırma tərəflərin bildirdiyi faktiki hallar və onlara dair təqdim edilmiş ilkin sübutlar, eləcə də zəruri olduqda məhkəmənin müəyyən etdiyi hallar və iş materiallarındakı digər sənədlər̈əsasındägəlinən̈nəticədir̈(Bənd̈6.10,̈11.16,11.17,̈11.20) Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 76cı maddəsinin 1-ci bəndinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən̈edilmiş̈qaydadävətəndaşlar̈hərbïxidməẗkeçirlər. Müvəqqəti xarakterli müdafiə tədbiri barədə verilmiş ərizələrə baxılması ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı vahid məhkəmə təcrübəsi ondan ibarətdir ki, təminat tədbiri gələcəkdə iddianın təmin olunacağı halda iddiaçının pozulmuş hüquqlarının qorunmasına xidmət etsə də, hər bir halda işə baxan məhkəmə tərəflərin hüquq bərabərliyindən çıxış etməli, iddianın uğurlu olmayacağı halda digər şəxslərin hüquqlarının müdafiəsinin mümkünlüyünü, başqa sözlə, təmin tədbirindən əvvəlki vəziyyətə qayıtmağın mümkünlüyünü nəzərə almalıdır. Digər tərəfdən, müvəqqəti müdafiə tədbirinin məqsədi “müvəqqəti olaraq” iddianın uğurlu olması ehtimalı yüksək olduğu halda, iddiaçının hüquqlarının qorunmasına yönəlmiş təminat tədbiridir və bu təminat tədbiri tərəflərin hüquq və məhkəmə qarşısında bərabərliyi nəzərə alınmaqla müvəqqəti tənzimləmə xarakterli olmalı, bir tərəfin əlverişsiz vəziyyətə düşməsi ilə nəticələnməməlidir. Belə ki, “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarına əsasən ərizəçi (iddiaçı) hər iki şərtin mövcudluğuna dəlalət edən əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməli, eləcə də nəyə görə təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırmalıdır. Ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında belə tədbirlər tətbiq edilə bilməz (bənd 12.2.). Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır (bənd 12.3.). Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır (bənd 12.4.). Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir (bənd 12.5.). Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını və “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarında əks olunmuş hüquqi dəyərləndirməni nəzərə alaraq hesab edir ki, hazırki halda müvəqqəti xarakterli müdafiənin tətbiqi üçün əsaslar̈mövcud̈olmadığından̈həmin̈ərizə̈təmin̈edilməməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri, işin faktiki və hüquqi hallarını nəzərə̈alaraq̈hesab̈edir̈ki,̈̈birincïinstansiyäməhkəməsïdüzgün̈nəticəyə̈gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçï(iddiaçı)̈tərəfindən̈verilmiş̈apellyasiyäşikayətïtəmin̈edilmir. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı̈dəyişdirilmədən̈saxlanılır. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov̈küçəsï14,̈1193-cü̈məhəllə)̈kassasiyäşikayətïverilə̈bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanunïqüvvəyə̈minir.
Məhkəmə qərarları › İş №15(3-9)-96/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-96/2026
23.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver