Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-10/2021 16.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlipənah oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlipənah oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddia ərizəsi üzrə İddiaçı-nin nümayəndəsi X5 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədi üçün illik 15 % dərəcəsi ilə 60 ay müddətinə 1 000 000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 101851-001/14 saylı kredit xətti müqaviləsi imzalanmış, bağlanmış kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədi üçün illik 15 % dərəcəsi ilə 60 ay müddətinə 500000 manat məbləğində kredit xətti ayrılmış və həmin məbləğ Cavabdeh1 tərəfindən hissə-hissə olaraq götürülmüşdür. Hər iki kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə Cavabdeh2 Əlipənah oğlu arasında xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı sonrakı ipoteka müqaviləsi imzalanmış və tam mülkiyyət hüququ ilə E.Ə.Hüseynova məxsus olan Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində 0,10413 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 682,9 m2 olan 2 mərtəbəli 18 a nömrəli qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla bağlı dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2017-ci il tarixli 001/007/2747/2017 nömrəli bildiriş ipoteka qoyan E.Ə.Hüseynova göndərilmişdir. İpoteka qoyan qeyd edilən bildirişi xx.xx.2017-ci il tarixdə rəsmi qaydada aldıqdan sonra bildiriş xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2020-ci il tarixinə Cavabdeh1 xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi üzrə əsas borcu əsas borcu 450880,91 manat, əsas borca hesablanmış faiz borcu 108684,59 manat olmaqla cəmi 559565,50 manat, xx.xx.2014-cü il tarixli 101851-001/14 saylı kredit xətti müqaviləsi üzrə əsas borcu 500000 manat, əsas borca hesablanmış faiz borcu 179581,40 manat olmaqla cəmi 679581,40 manat kredit borcu yaranmışdır. Tərəflər arasında olan razılaşmaya əsasən xx.xx.2017-ci il tarixdən yalnız xx.xx.2014-cü il tarixli № 101850-003/14 saylı müqavilə üzrə faizlərin hesablanması dayandırılmış, digər müqavilə üzrə faizlərin dayandırılması barədə razılıq olmamışdır. Borcalanın 15958,69 manat borcu kapitallaşdırıldığı ödəniş kimi qəbul edilə bilməz. Ona görə də Cavabdeh1 xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 450880,91 manat, əsas borca hesablanmış faiz borcuna görə 108684,59 manat olmaqla cəmi 559565,50 manat, xx.xx.2014-cü il tarixli 101851-001/14 saylı kredit xətti müqaviləsi üzrə əsas borca görə 500000 manat, əsas borca hesablanmış faiz borcuna görə 179581,40 manat olmaqla cəmi 679581,40 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsinə, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 Əlipənah oğluna məxsus olan Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində 0,10413 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 682,9 m2 olan 2 mərtəbəli 18 a nömrəli qeyri-yaşayış binasına yönəldilməsinə, ipoteka predmetinin ilkin satış qiyməti ******* manat olmaqla hərracda satılmasına və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsinə, ipoteka predmeti hərracda satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2 Əlipənah oğlunun Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində 0,10413 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 682,9 m2 olan 2 mərtəbəli 18 a nömrəli qeyri-yaşayış binasından çıxarılmasına və həmin qeyri-yaşayış binasının boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X6 iddia ərizəsini qəbul qismən edərək izahatında göstərmişdir ki, Cavabdeh1la İddiaçı arasında xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədi üçün illik 15 % dərəcəsi ilə 60 ay müddətinə ******* manat kredit verilmişdir. Cavabdeh1la İddiaçı arasında xx.xx.2014-cü il tarixli 101851-001/14 saylı kredit xətti müqaviləsi imzalanmış, bağlanmış kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən cavabdehə şəxsi istehlak məqsədi üçün illik 15 % dərəcəsi ilə 60 ay müddətinə 500000 manat məbləğində kredit xətti ayrılmış və həmin məbləğ borcalan tərəfindən hissə-hissə olaraq götürülmüşdür. Hər iki kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə Cavabdeh2 Əlipənah oğlu arasında xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı sonrakı ipoteka müqaviləsi imzalanmış və tam mülkiyyət hüququ ilə E.Ə.Hüseynova məxsus olan Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində 0,10413 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 682,9 m2 olan 2 mərtəbəli 18 a nömrəli qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 əvvəllər kredit müqavilələri üzrə borcunu ödəsə də, sonradan yaranmış maddi çətinliklər səbəbindən kredit borcunu ödəyə bilməmişdir. Bank tərəfindən borcalanın faiz borcu düzgün hesablanmamışdır. Məhkəmənin təyin etdiyi iki məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə ekspertin məhkəmə iclasında verdiyi cavablar arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, məhkəmənin xx.xx.2019-cu il tarixli məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş və 18729 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən borcalan tərəfindən İddiaçı-dən alınmış xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə, yəni müqavilə müddətinin qüvvədə olduğu müddətədək ödənilməli olan borc məbləği əsas borc üzrə 531870,91 manat, faiz borcu üzrə 111343,94 manat müəyyən edilmişdir. Həmin rəyin məhkəmə iclasında müzakirəsi zamanı ekspertizanı həyata keçirmiş ekspert dinlənilmiş, məhkəmə iclası zamanı ona verilmiş faizlərin hesablanması zamanı iddiaçının təsdiq etdiyi xx.xx.2017-ci il tarixindən faizlər dayandırılır qeydi olan sənədi nəzərə almısınızmı sualına cavab olaraq bildirmişdir ki, hesablama zamanı həmin sənədi nəzərə almamışdır. Məhkəmə zamanı ekspertə verilmiş iddiaçının təqdim etdiyi bank hesabından çıxarışda da əks olunan xx.xx.2016-cı il tarixli 131,89 manatı faiz üzrə və 15826,80 manatı əsas borc üzrə silinən 15958,69 manat ödənişi nəzərə almısınızmı sualına da həmin ödəniş nəzərə alınmamışdır cavabı verilmişdir. Bundan sonra onun tərəfindən əlavə ekspertizanın keçirilməsi barədə vəsatət verilərək, xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə borcalanın əsas borcu üzrə və xx.xx.2017-ci il tarixinə borcalanın faiz borcu üzrə nə qədər borcu qalması barədə suallar qoyulması xahiş edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin suallar ekspert qarşısında qoyularaq, iş materialları ekspertizaya təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli 9/3126 nömrəli ekspert rəyinə əsasən xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə borcalanın əsas borcu üzrə 449476,14 manat və xx.xx.2017-ci il tarixinə borcalanın faiz borcu üzrə 105310,95 manat borcu qaldığı müəyyən edilmişdir. Göründüyü kimi, iki ekspertiza rəyi üzrə qoyulmuş suallar aralığında 1 il 8 ay fərq olmasına baxmayaraq, faiz fərqi cəmi 6000 manat omuşdur. Yəni, ekspertiza rəyindən belə aydın olur ki, birinci rəy üzrə 1 il 8 ay üzrə cəmi 6000 manat hesablanmışdır. Halbuki, həm ilkin rəydən və həm də ekspertin məhkəmədə verdiyi cavabdan göründüyü kimi, ilkin rəyin hazırlanması zamanı xx.xx.2017-ci ildə faizlərin dayandırılması faizlərin hesablanması zamanı nəzərə alınmamışdır. Belə olan təqdirdə, xx.xx.2017-ci il tarixinə də cavabdehin faiz borcu qalmamalı idi. Lakin, ekspert yenidən hesablama zamanı, ilkin rəylə tam ziddiyyət təşkil edən faiz borcunu müəyyən etmişdir. Bundan başqa, sonuncu ekspert rəyində olan cədvəldən də göründüyü kimi, xx.xx.2016-cı il tarixli 15958,69 manat ödəniş yenə nəzərə alınmamışdır. Bu ödəniş nəzərə alınsa idi, əsas borc (449476,14 – 15826,80) 433649,34 manat təşkil etmiş olar və xx.xx.2016-ci il tarixindən, həmin tarixə əsas borcun 15826,80 manat azalması isə xx.xx.2017-ci il tarixinə faiz borcunun azalmasına azı 4400 manat təsir etmiş olardı. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza əsasında tərtib edilmiş 18729 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyində cavabdehlə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 101851- 001/14 saylı kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixindən sonra faizlərin hesablanması nəticəsində yol verilmiş səhv nəticəsində 120428,83 manat artıq faiz hesablanmışdır. Yəni, bu kredit (500000 manatlıq) üzrə onun 61652,58 manat faiz borcu qaldığı halda, ekspert tərəfindən 182081,41 manat müəyyən edilmişdir. Təqdim edilmiş ekspert rəyləri arasında, rəylər ilə bank çıxarışı arasında əsaslı zidiyyət mövcud olmaqla, tam və aydın şəkildə hazırlanmamışdır. Ona görə də 18729 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə xx.xx.2021-ci il tarixli 9/3126 nömrəli rəy arasında uyğunsuzluqları və qeyrimüəyyənliyi nəzərə alaraq, təkrar ekspertiza keçirilməsi barədə qərardad qəbul etməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X3 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında 3-cü şəxs X1 nümayəndəsi və vəkili X7 izahatında göstərmişdir ki, Cavabdeh2 Əlipənah oğlu X1 həyat yoldaşıdır. E.Ə.Hüseynovun adına qeydiyyata alınmış Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində 0,10413 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 682,9 m2 olan 2 mərtəbəli 18 a nömrəli qeyri-yaşayış binası və onun altındakı torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş və həmin obyektin tamamilə sökülməsi və yenidən başqa layihə və konstruktiv göstəricilər üzrə tikintisi A.F.Hüseynovanın atasının borc olaraq verdiyi pul vəsaiti hesabına aparılmışdır. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli 26 nömrəli E.Ə.Hüseynova məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının 0,10413 ha torpaq sahəsi ilə birlikdə dəyərinin müəyyən edilməsi barədə hesabatına əsasən qeyri-yaşayış sahəsinin likvid dəyəri ******* manat müəyyən edilmişdir. Hesabat qeyri-peşəkar və hər hansı araşdırma, o cümlədən marketinq araşdırması aparılmadan tərtib edildiyindən nəzərə alınmamalı və sübut kimi qəbul edilməməlidir. Legitim Qiymətləndirmə və Consulting MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 116/2021 saylı qiymətləndirməyə əsasən Cavabdeh2 Əlipənah oğluna məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin xx.xx.2021-ci il tarixinə olan bazar dəyəri 11 673 000 manat, likvid dəyəri 9 900 000 manat müəyyən edilmişdir və obyektin ilkin satış qiyməti bu məbləğdə müəyyən edilməlidir. İş üzrə keçirilən ekspertiza tədqiqatı ilə borcalanın borcu düzgün hesablanmamış, belə ki, ödənilmiş 15958,69 manat nəzərə alınmamışdır. Cavabdeh2 Əlipənah oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh2 Əlipənah oğlu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh2 Əlipənah oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, ekspertin ifadəsini dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsindən müəyyən olunur ki, bank şəxsi istehlak məqsədilə illik 15 % ödəmək, 60 ay müddətinə qaytarmaq şərti ilə 500000 manat məbləğində kredit xəttinin açılmasını, borcalan isə müəyyən olunan şərtlərlə və qaydada kredit xəttindən istifadə etməyi və kredit xətti üzrə alınmış əsas borcu və hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit xətti müqaviləsinin 3.1-ci bəndinə əsasən bu kredit xətti müqaviləsinin təminatı xx.xx.2014-cü il tarixli 101850-003/14 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmetidir. Kredit xətti müqaviləsinin 5.1.4-cü bəndinə əsasən bank borcalan bu müqavilə ilə müəyyənləşdirilən öhdəliklərindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə bu müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 101850-003/14 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank şəxsi istehlak məqsədilə illik 15% ödəmək, 60 ay müddətinə qaytarmaq şərti ilə ******* manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən bu kredit müqaviləsinin təminatı xx.xx.2014-cü il tarixli 101850-003/14 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmetidir. Kredit müqaviləsinin 5.1.5-ci bəndinə əsasən bank borcalan bu müqavilə ilə müəyyənləşdirilən öhdəliklərin bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə bu müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İpoteka saxlayan İddiaçı, ipoteka qoyan Cavabdeh2, borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 101850-003/14 saylı sonrakı ipoteka müqaviləsindən müəyyən olunur ki, tərəflər bankla borcalan arasında bağlanmış xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 101851-001/14 saylı kredit xətti müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi bu müqavilədə qeyd edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər. İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipoteka qoyan xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 101851-001/14 saylı kredit xətti müqaviləsində göstərilən öhdəliyin, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin, habelə icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin, ipotekaya verilmiş əmlakın saxlanılması və salamatlığı üçün bankın zəruri xərclərinin, kredit və ipoteka müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinin icrasını təmin etmək üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyatda olan Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində ipoteka qoyanın xüsusi mülkiyyətində olan 0,10413 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 682,9 m2 olan 2 mərtəbəli 18A nömrəli qeyri-yaşayış binasını girov qoymuşdur. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka predmetinin müəyyən edilmiş likvid dəyəri ******* manat təşkil edir. İpoteka müqaviləsinin 4.1.2-ci bəndinə əsasən borcalanla bank arasında xx.xx.2014cü il tarixli 101850-003/14 saylı kredit və xx.xx.2014-cü il tarixli 101851-001/14 saylı kredit xətti müqavilələrinə əsasən borcalanın öz üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə tələblərin ödənilməsi üçün bankın ipoteka predmetinə tələb yönəltmək hüququ vardır. İpoteka müqaviləsinin 7.1-ci bəndinə əsasən borcalan və ya ipoteka qoyan ipoteka ilə təmin edilmiş öhdəliyi yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə tələblərin ödənilməsi üçün ipoteka ilə yüklü edilmiş əmlaka İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən məhkəmədən kənar tutma yönəldilə bilər. Bank bu barədə ipoteka qoyana yazılı bildiriş göndərməlidir. İpoteka müqaviləsinin 7.2-ci bəndinə əsasən borcalan və ya ipoteka qoyan ipoteka ilə təmin edilmiş öhdəliyi vaxtında icra etmədikdə bankın ipoteka predmetinə tutma yönəltmək hüququ yaranır. İddiaçı-nin xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı müqaviləyə əsasən Cavabdeh1 128400 manat verilmişdir. İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 götürdüyü 160000 manat kreditə görə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 162266,67 manat faiz borcuna görə 119666,67 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı-nin xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı müqaviləyə əsasən Cavabdeh1 40000 manat verilmişdir. İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 götürdüyü 40000 manat kreditə görə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 40566,67 manat, faiz borcuna görə 29900 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı-nin xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı müqaviləyə əsasən Cavabdeh1 35000 manat verilmişdir. İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 götürdüyü 35000 manat kreditə görə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 35495,83 manat, faiz borcuna görə 25958,33 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı-nin xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı müqaviləyə əsasən Cavabdeh1 90000 manat verilmişdir. İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 götürdüyü 90000 manat kreditə görə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 91275 manat, faiz borcuna görə 66712,50 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı-nin xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı müqaviləyə əsasən Cavabdeh1 35000 manat verilmişdir. İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 götürdüyü 35000 manat kreditə görə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 35495,83 manat, faiz borcuna görə 25885,41 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı-nin xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı müqaviləyə əsasən Cavabdeh1 20000 manat verilmişdir. İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 götürdüyü 20000 manat kreditə görə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 20283,33 manat, faiz borcuna görə 14775 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı-nin xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı müqaviləyə əsasən Cavabdeh1 20000 manat verilmişdir. İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 götürdüyü 20000 manat kreditə görə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 20283,33 manat, faiz borcuna görə 14733,33 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı-nin xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı müqaviləyə əsasən Cavabdeh1 15000 manat verilmişdir. İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 götürdüyü 15000 manat kreditə görə xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 15212,50 manat, faiz borcuna görə 10137,50 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı-nin xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı müqaviləyə əsasən Cavabdeh1 5000 manat verilmişdir. İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 götürdüyü 5000 manat kreditə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 5070,83 manat, faiz borcuna görə 3041,66 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı-nin xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı müqaviləyə əsasən Cavabdeh1 10000 manat verilmişdir. İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 götürdüyü 10000 manat kreditə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 10141,67 manat, faiz borcuna görə 6058,34 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı-nin xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı müqaviləyə əsasən Cavabdeh1 2000 manat verilmişdir. İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 götürdüyü 20000 manat kreditə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 20283,33 manat, faiz borcuna görə 11975 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı-nin xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı müqaviləyə əsasən Cavabdeh1 5000 manat verilmişdir. İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 götürdüyü 5000 manat kreditə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 5070,83 manat, faiz borcuna görə 2970,83 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı-nin xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı müqaviləyə əsasən Cavabdeh1 10000 manat verilmişdir. İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 götürdüyü 10000 manat kreditə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 10141,67 manat, faiz borcuna görə 5900 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı-nin xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı müqaviləyə əsasən Cavabdeh1 18000 manat verilmişdir. İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 götürdüyü 18000 manat kreditə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 18255 manat, faiz borcuna görə 9817,50 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı-nin xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı müqaviləyə əsasən Cavabdeh1 10750 manat verilmişdir. İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 götürdüyü 17000 manat kreditə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində əsas borca görə 17240,83 manat, faiz borcuna görə 9158,75 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli № 101850-003/14 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 götürdüyü 1.000.000 manat kreditə görə xx.xx.2014-cü il tarixdən xx.xx.2019cu il tarixədək olan dövr ərzində faiz borcuna görə 488145,79 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı-nin xx.xx.2020-ci il tarixli hesabdan çıxarışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdə gecikdirilmiş əsas borca görə 15826,80 manat, cəriməyə görə 131,89 manat olmaqla cəmi 15958,69 manat ödəniş etmişdir. İddiaçı-nin hesabdan çıxarışından müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2014-cü il tarixli № 101851-003/14 saylı kredit xətti müqaviləsi üzrə faizlərin hesablanması dayandırılmışdır. İddiaçı-nin xx.xx.2017-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə əsas borcu 500000 manat, faiz borcu 34373,08 manat olmaqla cəmi 534373,08 manat borcu qalmışdır. İddiaçı-nin xx.xx.2017-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli № 101850-003/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə əsas borcu 889840,91 manat, faiz borcu 58970,39 manat olmaqla cəmi 948811,30 manat borcu qalmışdır. İddiaçı-nin xx.xx.2018-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli № 101850-003/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə əsas borcu 626870,91 manat, faiz borcu 108684,59 manat olmaqla cəmi 735555,50 manat borcu qalmışdır. İddiaçı-nin xx.xx.2018-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə əsas borcu 500000 manat, faiz borcu 123331,40 manat olmaqla cəmi 623331,40 manat borcu qalmışdır. İddiaçı-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli № 101850-003/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə əsas borcu 531870,91 manat, faiz borcu 108684,59 manat olmaqla cəmi 640555,50 manat borcu qalmışdır. İddiaçı-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə əsas borcu 500000 manat, faiz borcu 179581,40 manat olmaqla cəmi 679,581,40 manat borcu qalmışdır. İddiaçı-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli № 101850-003/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə əsas borcu 450880,91 manat, faiz borcu 108684,59 manat olmaqla cəmi 559565,50 manat borcu qalmışdır. İddiaçı-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2017-ci il tarixli 101/101/0272/2017 saylı xəbərdarlıqdan müəyyən olunur ki, bank cavabdehlərə xx.xx.2014-cü il tarixli № 101850-003/14 saylı kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə kreditin girov qoyulan əmlakın satılması hesabına ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2017-ci il tarixli 101/101/0273/2017 saylı xəbərdarlıqdan müəyyən olunur ki, bank cavabdehlərə xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə kreditin girov qoyulan əmlakın satılması hesabına ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 18A saylı 0,10413 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 682,9 m2 qeyri-yaşayış sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 37 saylı reyestr kitabının 3479 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsi 18A saylı 0,10413 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 682,9 m2 qeyri-yaşayış sahəsinin xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 101851-001/14 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 60 ay müddətinə İddiaçı qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Bakı nikah evi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İ № 409313 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 Əlipənah oğlu ilə X4 xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1268 nömrəsi ilə akt qeydi tərtib edilmiş, nikaha daxil olduqdan sonra arvada Hüseynova soyadı verilmişdir. X1 xx.xx.2014-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, Cavabdeh2 Əlipənah oğluna məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının ipotekaya qoyulmasına etiraz etməmiş, ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İddiaçı-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2017-ci il tarixli 001/007/2747/2017 saylı bildirişdən müəyyən olunur ki, bank cavabdehlərə xx.xx.2014-cü il tarixli № 101851-001/14 saylı kredit xətti müqaviləsi və xx.xx.2014-cü il tarixli № 101850- 003/14 saylı kredit müqaviləsi üzrə borcun 3 gün ərzində ödənilmədiyi təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı-nin Azərbaycan Respublikası ƏMDKyanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli 001/007/2891/2017 saylı ərizəsindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli 10850-003/14 saylı ipoteka müqaviləsi üzrə banka girov qoyulmuş Bakı şəhəri Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 682,9 m2 olan 2 mərtəbəli 18a nömrəli qeyri-yaşayış binasına tutmanın yönəldilməsi barədə ipotekaqoyan Cavabdeh2 Əlipənah oğluna göndərilmiş və xx.xx.2017-ci il tarixdə sonuncu tərəfindən alınmış xx.xx.2017-ci il tarixli 001/007/2747/2017 saylı bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlər portalından xx.xx.2017-ci il tarixli çıxarışdan müəyyən olunur ki, İddiaçı-nin Azərbaycan Respublikası ƏMDKyanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli 001/007/2891/2017 saylı ərizəsi ********** nömrəsi ilə qeydiyyata alınmış, təsdiqetmə bildirişi verilmiş və bu barədə 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlər portalından xx.xx.2017-ci il tarixli çıxarışdan müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli 001/007/2747/2017 saylı bildirişin qeydə alınması ilə bağlı 20 manat dövlət rüsumu ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-1104/2018 saylı qətnaməsindən müəyyən olunur ki, apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-11659/2017 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı X1 cavabdehlər Cavabdeh2 Əlipənah oğluna, Cavabdeh1 və İddiaçı-yə qarşı razılıq ərizəsinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi tələbinə dair iddia təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 26386 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, borcalan Cavabdeh1 tərəfindən İddiaçı-dən alınmış xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə ödənilməli olan borc məbləği əsas borc üzrə 626870,91 manat, faiz borcu üzrə 108684,59 manat olmaqla cəmi 735555,50 manat, xx.xx.2014-cü il tarixli 101851-001/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə ödənilməli olan borc məbləği əsas borc üzrə 500000 manat, faiz borcu üzrə 122731,42 manat olmaqla cəmi 622731,42 manat müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. X15 və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 2 mərtəbəli ümumi sahəsi 682,9 m2 olan qeyri-yaşayış sahəsinə baxış keçirmək məqsədilə həmin ünvana baxış keçirilən zaman təqdim edilən hüquqi sənədlərə əsasən ümumi sahəsi 682,9 m2 olan 2 mərtəbəli qeyriyaşayış sahəsinin mövcud olmadığı müəyyən edilmiş, həmin ünvanda mövcud olan obyektin idarəçisi kimi özünü təqdim edən şəxslərlə müzakirə zamanı hüquqi sənədlərdə göstərilən xüsusiyyətlərə uyğun qeyri-yaşayış sahəsinin sökülərək yerində yeni konstruksiyalı, əla təmirli qeyri-yaşayış sahəsinin inşa edildiyi məlum olmuş. Təsdiq olunmuş layihə sənədlərinə əsasən mövcud olan qeyri-yaşayış obyektinin tikili olan ümumi sahəsi 3000 m2, faydalı sahəsi 2156,72 m2 təşkil edir və 3 mərtəbəlidir. Mövcud vəziyyət üzrə aparılan araşdırmalar və təhlillərə əsasən ünvan 4 ünvanına yaxın ətraf ərazidə yerləşən oxşar təyinatlı qeyri-yaşayış sahələrinin 1 m2 üzrə bazar dəyəri mərtəbələrin hündürlüyündən və yerləşmə mövqeyindən asılı olaraq 3700-4200 manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2019-cu il tarixli 74 saylı hesabatından müəyyən olunur ki, Cavabdeh2 Əlipənah oğluna məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının 0,10413 ha torpaq sahəsi ilə birlikdə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti ******* manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2019-cu il tarixli 145 saylı hesab-fakturasından müəyyən olunur ki, Cavabdeh2 Əlipənah oğluna məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının 0,10413 ha torpaq sahəsi ilə birlikdə qiymətləndirmənin dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 18729 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, borcalan Cavabdeh1 tərəfindən İddiaçı-dən alınmış xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə ödənilməli olan borc məbləği əsas borc üzrə 531870,91 manat, faiz borcu üzrə 111343,94 manat olmaqla cəmi 643214,85 manat, xx.xx.2014-cü il tarixli 101851-001/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə ödənilməli olan borc məbləği əsas borc üzrə 500000 manat, faiz borcu üzrə 182081,41 manat olmaqla cəmi 682081,41 manat müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/3126 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, borcalan Cavabdeh1 tərəfindən İddiaçı-dən alınmış xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə faiz borcu 105310,95 manat, xx.xx.2020-ci il tarixə əsas borcu 449476,14 manat müəyyən edilmişdir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarından göründüyü kimi xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən sonrakı dövr üçün faizlər və cərimələr üzrə silinmələr aparılmamışdır. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh1 tərəfindən xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı və xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı kredit müqavilələri üzrə xx.xx.2020-ci il tarixdən sonrakı dövr üçün ödənişlər aparılmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X8 tərtib etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/3126 saylı rəyini müdafiə edərək ifadəsində göstərmişdir ki, apardığı tədqiqat nəticəsində borcalan Cavabdeh1 tərəfindən İddiaçı-dən alınmış xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə faiz borcu 105310,95 manat, xx.xx.2020-ci il tarixə əsas borcu 449476,14 manat təşkil edir. Tədqiqata təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən sonrakı dövr üçün faizlər və cərimələr üzrə silinmələr, Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixli 101850-003/14 saylı və xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı kredit müqavilələri üzrə xx.xx.2020-ci il tarixdən sonrakı dövr üçün ödənişlər aparılmamışdır. Bank tərəfindən ekspertiza tədqiqatına təqdim olunan hesabdan çıxarışlarda qaytarılan borcun hansı müqavilə üzrə və nəyə görə silinməsi aydın qeyd olunub. Borcalanın qeyd etdiyi 15958,69 manat ödəniş deyil, həmin məbləğ borcalanın bank tərəfindən kapitallaşdırılan borcudur. Legitim Qiymətləndirmə və Consulting MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 116/2021 saylı qiymətləndirmə hesabatından müəyyən olunur ki, Cavabdeh2 Əlipənah oğluna məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış obyektinin xx.xx.2021-ci il tarixinə orta bazar dəyəri 11673000 manat, likvid dəyəri ******* manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2021-ci il tarixli 26 saylı hesabatından müəyyən olunur ki, Cavabdeh2 Əlipənah oğluna məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının 0,10413 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri ******* manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1.-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.1.-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.2.-ci maddəsinə əsasən yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3.-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı ilə bağladığı kredit müqavilələrindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 449476,14 manat, faiz borcuna görə 105310,95 manat, xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı kredit xətti müqaviləsi üzrə əsas borca görə 500000 manat, faiz borcuna görə 179581,40 manat borcu yaranmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı borc alanın xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 449476,14 manat, faiz borcuna görə 105310,95 manat, xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı kredit xətti müqaviləsi üzrə əsas borca görə 500000 manat, faiz borcuna görə 179581,40 manat borcunun yaranması öz təsdiqini tapdığından iddia ərizəsi bu məbləğdə borcun tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməklə ipoteka predmetinin açıq hərracdan satılmasına, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsinə, ipoteka predmeti hərracda satıldıqdan sonra ən geci bir ay ərzində ipoteka qoyan ipoteka predmetini tərk etmədikdə qeyri-yaşayış binasından çıxarılmasına və qeyri-yaşayış binasının boşaldılmasına dair iddia tələbləri əsaslıdır və ona görə də təmin edilir. Məhkəmə eyni zamanda hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti Legitim Qiymətləndirmə və Consulting MMC tərəfindən müəyyən olunan ipoteka predmetinin likvid dəyəri olan ******* manat əsas götürlməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı xx.xx.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə cavabdehlərin borc məbləğinə etirazları ilə bağlı qeyd edir ki, borcalanın bağladığı kredit müqaviləsi üzrə mövcud borcu iş üzrə təyin edilən ekspertizalarla dəfələrlə yoxlanılmış, cavabdehlər etirazlarında istinad etdikləri hallara dair sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Ona görə də məhkəmə cavabdehlərin etirazlarında istinad etdikləri halları əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri Cavabdeh1 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2014-cü il tarixli 101850-003/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 449476,14 manat, faiz borcuna görə 105310,95 manat, xx.xx.2014-cü il tarixli 10851-001/14 saylı kredit xətti müqaviləsi üzrə əsas borca görə 500000 manat, faiz borcuna görə 179581,40 manat olmaqla cəmi 1234368,49 manat və məhkəmə xərclərinə görə 60 manat İddiaçı-nin xeyrinə tutulsun. Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinə görə 545 manat dövlət nəfinə tutulsun. Cavabdeh1 ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 200 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulsun. Cavabdeh2 Əlipənah oğlunun mülkiyyətində olan ünvan 1 saylı qeyri-yaşayış binası ilkin satış qiyməti ******* manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən 1234368,49 manat və məhkəmə xərclərinə görə 60 manat İddiaçı-nin hesabına, 200 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin hesabına, 545 manat dövlət nəfinə keçirilsin. ünvan 1 saylı qeyri-yaşayış binası hərracda satıldıqdan 1 ay sonra Cavabdeh2 Əlipənah oğlu qeyri-yaşayış binasından çıxarılmaqla qeyri-yaşayış binası boşaldılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-10/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-10/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver